İnsana hörmətin əsl düsturu

 
İnsana hörmətin əsl düsturu

Bismilləhir-Rahmənir-Rahim!

Ötən bəhslərimizdə biz kamil insanın xüsusiyyətləri ilə bağlı Qurani-Kərimdə Allahın buyuruşlarına toxunmuşduq. Qeyd etmişik ki, “Furqan” surəsinin 63-cü ayəsindən başlayaraq Allah Təala kamil insana xas olan xüsusiyyətləri sadalayır. Kamala çatmaq üçün, təkamül yolunu daha müvəffəqiyyətlə getmək üçün kiçik bir dərs verir. Bir-bir xüsusiyyət və keyfiyyətləri sadalayır. Həmin xüsusiyyətlər kamil insan olmaq üçün lazımdır. Bugünkü bəhsimizdə biz bu keyfiyyətləri araşdırmağa davam edəcəyik.

İlahi lütf və bəxşişə açılmış qapı

Qeyd etdik ki, bu keyfiyyətlərdən birincisi təvazö idi. Bir kəs ki, təkamülə getmək istəyir, bunun ilkin elementi təvazöyə yiyələnməkdir. Bunun əksi isə təkəbbürdür. Təkəbbürlə təkamülə deyil, yalnız tənəzzülə getmək olar. Bu səbəbdən “Furqan” surəsinin 63-cü ayəsində Allah Təala buyurur: “Allah bəndələri o kəslərdir ki, yer üzərində təvazö ilə yeriyərlər”. Bu ayədən başlayaraq daha bir neçə xüsusiyyətləri Rəbbimiz bizim üçün sadalayır. Ümumi götürdükdə bu surədə həmin xüsusiyyətlərin sayı 14-ə bərabərdir.

Yeri gəlmişkən, təvazökarlıqla bağlı Məsumlarlımızdan (ə) nəql edilən mübarək buyuruşa nəzər yetirək.

İmam Əlidən (ə) nəql edirlər: “İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar. Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişdəkiləri, Adəmin (s) zamanından bu dünyanın insanlarının son nəfərinə kimi (hamını) heç bir ziyan və xeyir gətirməyən, görməyən və eşitməyən daşlarla sınamasını və həmin daşları insanlar üçün bərqərar etdiyi özünün möhtərəm evinə çevirdiyini görmürsünüzmi...?!

Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkəbbürü çıxarsın, onları təvazökar etsin və bunu Öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin”.

Gördüyümüz kimi, təvazökarlıq o dərəcədə mühüm xüsusiyyətdir ki, Allah Təalanın imtahan və sınaqlarının son hədəfi kimi məhz insandan təkəbbürün uzaqlaşdırılması, təvazökarlığın əldə edilməsi göstərilir. Və bu mühüm xüsusiyyətin əldə edilməsi - İlahi lütf və nemətlərə açılan qapı, Allahın bağışlaması üçün vasitə kimi tanıdılır. Yəni, təvazökarlıq nəticəsində insan özlüyündə nəcib olan bir əxlaqi keyfiyyətlərə yiyələnməklə yanaşı, həm də İlahi nemətləri əldə etmək üçün birbaşa vasitə əldə etmiş olur.

Gözəl rəftarın mühümlüyü

Təvazökarlıq xüsusiyyətini göstərdikdən sonra Rəbbimiz insanlarla necə davranmağın qaydasını öyrədir. O cümlədən, cahillərlə münasibətdə necə davranmağın yolunu da Allah Təbarəkə və Təala Öz Kitabında bizlərə öyrədir. O səbəbdən təvazökarlıqla bağlı ayənin ardında buyurulur: “...Cahillərlə qarşılaşdıqları zaman (cahillər onlara söz atdıqları zaman) onlarla yumşaq, gözəl rəftar edərlər”. Allah Təala bəyan edir ki, bəndələr o kəslərdir ki, hətta cahillərlə davranışlarında belə günaha yol verməzlər. Cahillərlə də yumşaq rəftar edərlər.

Əlamətdardır ki, İmam Əli (ə) “Qasiə” xütbəsində gözəl rəftarla bağlı çox önəmli nöqtələrə diqqət çəkir. O cümlədən, gözəl rəftarı məqbul təəssübkeşliyin mühüm elementlərindən biri kimi vurğulayır: “Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid ərəb ailələrinin və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır. Buna görə də qonşunun haqq-hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin”.

Tövhidpərəstliyin 3 mərhələsi

Rəbbimiz bunun ardınca kamillik yolunun yolçularının bir neçə xüsusiyyətini də sadalayır. Onların ən mühümlərindən biri də tövhidpərəst olmaqdır. Allah Təalaya tövhidin və şirkin öz mərtəbələri var. Ən böyük şirk odur ki, insan Allahın zatında şirk etsin. Misal üçün, iki, üç tanrı olduğunu iddia etmək - şirkin ən yuxarı mərtəbəsidir. Buna nümunə olaraq, təhrif olunmuş zərdüştlük və məsihi təlimini göstərmək olar. Zərdüştlər iki tanrının olmasını iddia edir, məsihilər hətta üç tanrının olduğunu irəli sürür. Həm də onlar bunu qəbul etməyəni dindən çıxmış hesab edirlər. Allah Təala öz Kitabında zatında şirk edənləri insanlara tanıtdırır. “Ənbiya” surəsinin 22-ci ayəsində buyurulur: “Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq baxımından) xarab (zay) olardı...”. Yəni, əgər yer və göylərdə Allahdan başqa tanrı olsaydı, fəsad olardı, hər şey öz nizamından çıxardı. Qurani-Kərim açıq şəkildə bəyan edir ki, yer üzərində bu cür nəzmin olmasının səbəbi - yer və göylərdə tək Allahın olmasıdır. Əgər iki rəbb olsaydı (nəuzibillah!) bunlardan biri digərindən müəyyən məsələyə görə fərqlənməli idi. Onların iradələri də, elmləri də fərqli olmalı idi. Əgər belə olsaydı, yaradılış sistemində bu cür nizam olmazdı. Əgər iki olsaydı, onların hərəsi bir şeyə iradə edərdi. Deməli, Allah Təala çox sadə yolla izah edir ki, niyə görə Rəbb birdir və onun şəriki ola bilməz.

Allahın felində tövhidpərəstlik və şirk

İnsan üç mərhələdə tövhidpərəst olmalıdır. Həm Allahın zatında tövhidpərəstlik, həm felində, həm də ibadətdə tövhidpərəst olanlar - Allah bəndələridir. Allahın zatında tövhidpərəsətlik o deməkdir ki, onlar Allahın tək İlahi olduğunu qəbul edərlər. Allahın felində tövhidpərəstlikdən danışarkən tarixən mövcud olan üç məktəbin irəli sürdüyü ideyaya nəzər salmaq lazımdır. Bu üç məktəb - əşəri, mötəzilə və imamiyyə məktəbləridir. Əşəri məktəbinin nümayəndələri bildirirlər ki, bizlər hər hansı işimizidə özümüzə bağlı deyilik, bizim bütün işlərimiz, bütün əməllərimiz – hər nə ki, baş verər, hamısı Allahdandır. Yəni bu məktəbin nümayəndələri Allahın qüdrətini göstərmək üçün bildiriblər ki, hər nə ki, dünyada baş verir, Allah istədiyinə görə baş verir. Lakin, bu zaman insanın öz ixtiyarı, öz iradəsi harada qalır? O zaman bizdən Qiyamətdə nəyin sorğu-sualı ediləcək?

Mötəzilə məktəbinin nümayəndələri isə bu məsələdə təfritə gedərək bildirirlər ki, Allah Təala bu aləmi yaradıb və bu aləmdə artıq heç bir məsələ ilə işi yoxdur. Onların fikrinə görə, bu dünyada insan nə iş törədirsə, yalnız öz ixtiyarına və iradəsinə görə törədir, Allah bu məsələlərə qarışmır. Bu zaman isə, Allahın qüdrəti harada qalır? Bu məsələ Allahın felində şirkə gətirib çıxarır. Çünki, insan özü bir ayrıca fel olur, Allah da bir fel.

Allahın felində tövhidpərəst olmaq üçün imamiyyə məktəbi dəqiq yol göstərir. İmamiyyə məktəbinə görə, insan anlamalıdır ki, bütün qüvvəti, gücü ona Allah verib. Eyni zamanda dərk etməlidir ki, Allah Təala ona bu qüvvətdən istifadə etmək ixtiyarını da verib. Yəni, insana verilən ixtiyar da Allahdandır. Allahın verdiyi qüdrət və qüvvət, bununla yanaşı onlardan istifadə etmək ixtiyarı bizim əməllərimizin meydana çıxmasına gətirib çıxarır. Belə olan halda həm Allahın qüdrəti məhdudlaşmır, həm də törətdiyimiz pis işlər Allaha qayıtmır. Deməli, bu dünyada nə işlər görmək istəsək, azadıq, ixtiyara malikik. Qiyamətdə isə Allah Təalanın verdiyi o qüdrət və qüvvətdən, ixtiyardan necə istifadə etdiyimiz barədə soruşacaq.

Gecəni ibadət, gündüzləri qiyam halında keçirənlər

Allah bəndələrinin növbəti xüsusiyyəti kimi mübarək ayələrdə gecələri Allah üçün oyaq qalmaq, gecələri səcdə etmək və gündüzləri qiyam etmək göstərilir. Ayələrdə göstərilir ki, kamillik yolunun yolçuları həm ümid, həm də qorxu hisslərini özündə cəmləməlidir. Allah bəndələri Cəhənnəmin nə olduğunu bilərlər və ondan qorxarlar. Onların eyni zamanda bağışlanıb Cənnətə getməyə də ümidləri var. Ona görə də ayədə buyurulur: “Onlar deyərlər: “Ey Rəbbim, bizi Cəhənnəm əzabından azad et!””. Bəhslərimizdə söyləmişik ki, insanda tək qorxu olsa, bunun heç bir xeyri olmayacaq. Eyni zamanda tək ümid olanda da bir xeyri olmur. Bu 2 hissin harmonik vəhdəti lazımdır.

Təfrit və ifratdan uzaqlıq

Növbəti göstərilən xüsusiyyət – mötədillik xüsusiyyətidir. Qurani-Kərimin kamilliklə bağlı sözügedən ayələrində mötədilliklə əlaqədar göstərilir ki, Allah bəndələri nə israfçılıq edər, nə də simiclik. Yəni, əməllərində dəqiq etidala riayət etməlidirlər. Məsələn, birinə bəxşiş verən zaman da Allah bəndələri gərək israfçılıq da etməsin, simiclik də etməsin, yəni mötədil olsun. Mötədillik – həyatın yalnız müəyyən bir məsələlərində orta xətti tutmaq deyil. Mötədillik – həyatın bütün mərhələlərində ifrat və təfritdən çəkinməyə deyilir. Allah Təalanın bu ayələrdə insanlar üçün, insanın kamala çatması üçün sadaladığı bütün xüsusiyyətlərə nəzər salanda görürük ki, onların hər biri təfritdən və ifratdan uzaqdır. Misal üçün, təvazö sifəti təfrit və ifratdan çox-çox uzaqdır. O cür də gecələri ibadət edib gündüzləri iş dalınca getmək bizlərə yalnız orta xətti göstərir. Yəni müsəlman gününü nə yalnız ibadətə sərf edər, nə də yalnız ruzi qazanmaqla məşğul olmağa. Əgər müsəlman gecələrini gücü çatdığı qədər ibadətlə məşğul olarsa və gündüzlərini öz işlərini görməyə həsr edərsə, bu zaman onun gördüyü iş də elə Allaha xatir olsa, ibadət olar. Qurani-Kərimin özündə də göstərilir ki, Peyğəmbər (s) ümməti orta xətti tutan, mötədil ümmət olmalıdır.

Quran insanın qiymətini öyrədir

Kamilliyə doğru getməyin bir mərhələsi da budur ki, insan başqa insanların qiymətini, qədrini bilsin. İnsan bilməlidir ki, hər bir insan Allah yanında dəyərli və əzizdir. İnsanlıq bilməlidir ki, insan öldürmək Qurani-Kərimdə böyük günah kimi göstərilir. İyirmi birinci əsrdə bəlkə də bu, insanlara artıq normal bir məsələ kimi gələ bilər. Lakin bu sözlər Qurani-Kərimdə on dörd əsr bundan öncə insanlığa çatdırılıb. O zaman çatdırılıb ki, insanın əslində heç bir qiyməti yox idi. Qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Həmin zaman insan öldürmək adi bir iş halını almışdır. Bu gün, iyirmi birinci əsrdə insanlar insanların haqlarını qorumağa çalışdığı bir vaxtda buna nail olmaq istəyirlər. Lakin, Qurani-Kərim hələ ön dörd əsr bundan öncə, özü də belə bir cəmiyyətdə buna çağırış edib. Qurani-Kərim tərəfindən on dörd əsr öncə təyin edilmiş insana hörmət barədə, müasir dünya hələ indilərdə müəyyən konsepsiyalar, qanunlar hazırlayır. Əgər insan Allah bəndəliyinə gedən kamillik yolunu getmək istəyirsə, bu məsələyə dəqiq fikir verməlidir. Qurani-Kərimin “Furqan” surəsinin 68-ci ayəsində buyurulur: “Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər...”

İnsan Quranda çox böyük qiymətə malikdir. İnsana Qurani-Kərim hələ o dünyaya gəlməmişdən qabaq da qiymət verir. Artıq nütfə halında olandan insana ehtiram olunmalıdır. İnsan bətnində olan nütfəni hansı mərhələdə məhv etmək istrəsə, öldürmək istəsə, ona uyğun cəzaları var. O zaman ki, nütfəyə artıq ruh qoşular, bu zaman onu məhv etmək artıq ən böyük cinayətdir. Əgər insan dünyaya gəlirsə, ona diqqət daha da artırılmalıdır.

Əslində, burada insana hörmətin əsl düsturu təqdim edilmişdir. Həyatın bütün mərhələlərində insanın insanlığına, ləyaqətinə hörmət, ehtiram qoyulmalıdır.

Bu həqiqətləri bilməli və dərk etməliyik.
Allahım, bizləri təvazö əhlindən qərar ver!
Allahım, bizlərə gecələrindən və gündüzlərindən düzgün bəhrələnməyi, mötədillik xəttini tutmağı nəsib et!
Allahım bizləri şirkin bütün formalarından uzaq et! Amin!

Hacı İlqar İbrahimoğlu


Milli.Az


Geri dön

Banned549678

  • 9 sentyabr 2013 17:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
..Sevacek o qədər insan varkən, mənim sevdiyimi sevməyin..!!!

Milyonerka

  • 29 avqust 2013 13:38
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Elza Hüseynli

  • 27 avqust 2013 18:55
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun.....

WITH_YOU

  • 26 avqust 2013 08:24
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
ALLAH RAZI QALSIN

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

★CiM_BoM★

  • 26 avqust 2013 02:49
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
Allah komeyiniz olsun

--------------------

ADA GirL

  • 26 avqust 2013 01:06
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Allah razi olsun

:..GIZEMLI..:

  • 25 avqust 2013 23:28
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Cox Sagolun Allah Razi olsun

pessimistka hebibe

  • 25 avqust 2013 20:43
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

Priya

  • 25 avqust 2013 20:25
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Cox sag ol baci.Allah ecrinizi versin inwallah.Secilmiwlere atim.Allah razi olsun.

--------------------




...BARSA FANATI....

  • 25 avqust 2013 19:42
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun..

LeLLi

  • 25 avqust 2013 19:05
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

✰_DeLNoLiNi_✰

  • 25 avqust 2013 19:01
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
İmam Əlidən (ə) nəql edirlər: “İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar. Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişdəkiləri, Adəmin (s) zamanından bu dünyanın insanlarının son nəfərinə kimi (hamını) heç bir ziyan və xeyir gətirməyən, görməyən və eşitməyən daşlarla sınamasını və həmin daşları insanlar üçün bərqərar etdiyi özünün möhtərəm evinə çevirdiyini görmürsünüzmi...?!

--------------------

..:Crystal:..

  • 25 avqust 2013 18:35
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------

-chanel-

  • 25 avqust 2013 18:18
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN________________

Roya_____

  • 25 avqust 2013 18:08
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
AllaH razı olsun

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 25 avqust 2013 18:03
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
İlahi lütf və bəxşişə açılmış qapı

Qeyd etdik ki, bu keyfiyyətlərdən birincisi təvazö idi. Bir kəs ki, təkamülə getmək istəyir, bunun ilkin elementi təvazöyə yiyələnməkdir. Bunun əksi isə təkəbbürdür. Təkəbbürlə təkamülə deyil, yalnız tənəzzülə getmək olar. Bu səbəbdən “Furqan” surəsinin 63-cü ayəsində Allah Təala buyurur: “Allah bəndələri o kəslərdir ki, yer üzərində təvazö ilə yeriyərlər”. Bu ayədən başlayaraq daha bir neçə xüsusiyyətləri Rəbbimiz bizim üçün sadalayır. Ümumi götürdükdə bu surədə həmin xüsusiyyətlərin sayı 14-ə bərabərdir.

Yeri gəlmişkən, təvazökarlıqla bağlı Məsumlarlımızdan (ə) nəql edilən mübarək buyuruşa nəzər yetirək.

--------------------
(^_*)

ShคмKiʀKค

  • 25 avqust 2013 17:43
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
Allahım bizləri şirkin bütün formalarından uzaq et! Amin!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}