Müsəlman qadınlar haqqında hədislər

 
Müsəlman qadınlar haqqında hədislər

Bismillahir Rehmanir Rehim



Sizlərə 14 Məsumdan Müsəlman qadınlar haqqında hədislər təqdim edirəm



1) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Müsəlmanın əməlisaleh xanımına baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaət etməsi, özünün yoxluğunda iffətini qoruması kişinin faydalandığı şeylərin ən xeyirlilərindəndir" (İbn Macə, Əbu Davud, Nəsai)
2) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

3) Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə, Ya Allahın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı olmayınca yatmayacağam" (Təbarani, Səhihdir)

4)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadınlar 4 xislətinə görə nigahlanar: onun var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona görə də dindar qadınla evlənməlisiniz, yoxsa uduzanlardan olarsınız" (Səhih Buxari)

Müsəlman qadınlar haqqında hədislər

5)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadını sırf zənginliyinə görə nigahlamayın! Ola bilər ki, xeyrini görməzsiniz. Dindar və güvənilən bir xanımla evlənin. Qadını sırf gözəlliyi ilə nigahlamayın! Gözəlliyi yox ola bilər. Dindar bir cariyə ondan daha fəzilətlidir. Sizə dindar xanımla evlənməyinizi tövsiyə edirəm" (İbn Macə, Beyhəqi)

6)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır" (Səhih Müslim, Nigah kitabı)

7)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)

8)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey Allahın Rəsulu?" Buyurdu: "Bəli, mənim də. Lakin Allah mənə kömək etdi və o, müsəlman oldu" (Buxari, Müslim, Tirmizi)

Müsəlman qadınlar haqqında hədislər

9)Əbu Hureyrə rəvayət edir ki: "Rəsulullah (s.ə.s) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etdi" (Səhih Buxari, Əbu Davud, Tirmizi və başqaları)

10)Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir” (Səhih Buxari və Müslim)

11)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana və aldırana, tatuirovka edənə və etdirənə lənət olsun!" (Səhih Buxari və Müslim, Əbu Davud və başqaları)

12)
Rəsulullah (s.ə.s) buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrailoğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər" (Tirmizi, Əbu Davud, Nəsəi, Əhməd)

Müsəlman qadınlar haqqında hədislər

13)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar" (Tirmizi, Əbu Davud, İb Macə)

14)Peyğəmbər (s.ə.s) buyurmuşdur: "(Səbəsiz) Özünü boşatdırmaq istəyən qadınlar münafiqdirlər" (Tirmizi, Nəsai)

15)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam" (İbn Macə, Tirmizi)

16)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Bunlar qadının əri üzərindəki haqlarıdır: qarnını doyurması, paltarını geydirməsi və Allahın Kitabını öyrətməsi"

Müsəlman qadınlar haqqında hədislər

17)Qays qəbiləsindən biri soruşdu: “Zövcəmim mənim üzərimdə haqqı nədir? Rəsulullah (s.ə.s) dedi: Yediyindən yedirmən, geyindiyindən geyindirmən, üzünə vurmaman və ona "Çirkinsən!" deməmən, (ədəbləndirmək üçün) yatağını ayırdığın zaman yalnız evin içində ayırmandır" (Əbu Davud, İbn Macə)

18)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir" (Əhməd, İbn Macə, səhihdir)

19)Rəsulullah (s.ə.s) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir" (Əhməd, Nəsai, səhihdir)

20)Aişə (ra) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, Allah onu Qiyamət günündə çılpaq və əlləri önündə olduğu halda həşr edər!" (Əlbani, "Səhihu Camiis Sağir, 2708")


Geri dön

cingiz muradov

  • 24 dekabr 2011 00:46
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
ALLAH RAZI OLSUN

music_angel

  • 1 sentyabr 2011 12:35
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

CandyGirl

  • 11 iyul 2011 22:34
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eladi coox saqolun

--------------------

_RONALDO_

  • 7 may 2011 21:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
..







..






--------------------

Lexikon

  • 10 mart 2011 01:54
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
yazi ucun twk

gul_93

  • 4 mart 2011 17:43
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
tewekkurler

milana-023

  • 2 mart 2011 11:13
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
Allah bizi saleh qullardan etsin insallah.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

L_SimuS

  • 5 yanvar 2011 23:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

only-girl

  • 19 dekabr 2010 18:11
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Tewekkurler gozel ve deyerli melumatlar ucun...

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 16:28
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

DaMLa

  • 25 iyun 2010 14:13
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

Təşəkkürlər hədislər üçün) Birini də mən yazım istədim)


Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): "Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Burumuşdur.Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” [Müslim]

--------------------

FERID

  • 3 iyun 2010 01:39
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
COOOOX GOZAL HEDISLARDI ALLAH SIZDAN RAZI OLSUN

--------------------

Ulya

  • 30 may 2010 10:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
hamisini oxudum.dogurdan cox maraqli idi.tesekkurler xebere gore

Mr_Unlimited

  • 29 may 2010 13:36
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

Samir

  • 29 may 2010 13:20
  • Məqalə: 1
  • Şərh: 190
  • Bal:
{awards}
Maraqlidi..tshk))

VESNA

  • 29 may 2010 13:11
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
1.Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadını sırf zənginliyinə görə nigahlamayın! Ola bilər ki, xeyrini görməzsiniz. Dindar və güvənilən bir xanımla evlənin. Qadını sırf gözəlliyi ilə nigahlamayın! Gözəlliyi yox ola bilər. Dindar bir cariyə ondan daha fəzilətlidir. Sizə dindar xanımla evlənməyinizi tövsiyə edirəm" 2.Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım"
3.Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir"
TESHEKKKURLER MARAQLI IDI......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 327
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}