Məzuniyyətdən sonra depressiya?

 
Məzuniyyətdən sonra depressiya?

Kişilər qadınlara nisbətən istirahətdən sonra işə daha çətin öyrəşirlər
Yayın bitməsinə az qalıb. Artıq çoxları istirahətini başa vurub gündəlik işlərinə qayıdırlar. Psixoloqların fikrincə, adətən istirahət günlərindən sonra əvvəlki yaşayış tərzinə keçmək çətinlik törədir.

Ortayaşlı Aydın Hüseynovun sözlərinə görə, yayın son günlərində depressiyaya düşüb: "Bir həftə olar ki, məzuniyyətim bitib. İşə çox həvəssiz gedirəm. Özümü yorğun və əzgin hiss edirəm. Yenidən məzuniyyət götürüb istirahətə getmək istəyirəm. Amma növbəti məzuniyyət üçün bir il gözləməliyəm. Düşünürdüm ki, istirahətdən sonra özümü faha gümrah hiss edərəm və iş qabiliyyətim artar. Nədənsə, əksinə oldu".

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, kişilər qadınlara nisbətən istirahətdən sonra işə daha çətin öyrəşirlər: "Eləcə də gərgin işlərdə işləyən adamlar uzun müddət fasilədən sonra iş rejiminə uyğunlaşa bilmirlər. Bununla yanaşı, xasiyyəti və temperamenti işinə uyğun gəlməyən adamlar da məzuniyyətdən sonra işə çıxanda stres keçirir və depressiyaya düşürlər. Passiv və sakit adamlara, misal üçün, fəallıq tələb edən işlər ağır gələ bilər. Ona görə ki, fəallıq və stressə davamlılıq onların təbiətinə uyğun gəlmir".

A.Qurbanova bildirib ki, fasilədən sonra işə çıxanda orqanizm stress keçirir. "Bu səbəbdən də bir neçə günlük istirahətdən sonra, dərhal fəal iş prosesinə keçmək məsləhət deyil. İşə tədricən başlamaq lazımdır. Çalışın ki, fasilədən sonra ağır işlər görməyəsiniz, vacib məsələləri həll etməkdən və önəmli qərarlar verməkdən çəkinin".

İstirahət günlərindən sonra işə uyğunlaşmağın çətin olduğunu deyən psixoloq əlavə edib ki, byram günlərində və ya istirahət zamanı çoxları həyat tərzini dəyişir. Misal üçün, işə gedərkən adət etdiyi vaxtdan daha gec yuxudan oyanmaq, gecə gec yatmaq, yemək qəbul etməyin vaxtını dəyişdirmək, uzun müddət iş görməmək və s. kimi amillər gündəlik rejimin pozulmasına gətirib çıxarır.

İşə uyğunlaşmaq üçün səbirli olmaq lazımdır. Həmsöhbətimiz bildirib ki, adaptasiya üçün vaxt tələb olunur: "Stressə düşməyin. İşə axır-əvvəl öyrəşəcəksiniz. Bu cür çətinliklə üzləşməmək üçünsə yaxşı olar ki, işə çıxmazdan 1-2 gün əvvəl hazırlaşasınız. Bunun üçün ən əsası işə getdiyiniz zaman adət etdiyiniz vaxtda yuxudan oyanın. Əslində işə uyğunlaşmaq üçün 2-3 gün lazım olacaq. Dəyişikliklərə çətin öyrəşən adamlarda isə işə uyğunlaşma müddəti bir həftəyə qədər uzana bilər. İş rejiminə öyrəşmək tək işçilər üçün deyil, rəhbərlik üçün də çətinlik yaradır".

Onun dediyinə görə, müəyyən müddətlik fasilədən sonra bəzi adamların əhvalı pisləşə bilər: "Bu, onunla izah olunur ki, əyləncə ab-havası yoxa çıxır. Əyləncələrdən sonra dərhal adi günlər, gündəlik işlər başlayır. İstirahətdən sonra ilk iş günlərinə çoxları həvəssiz başlayır. Geriyə, əyləncələrə dönmək həvəsi bir müddət insanları tərk etmir. İşdə ilk günlər darıxdırıcı olur. Tədricən işdən uzaqlaşmaq istəyi daha da güclənir. İnsanlar başa düşməyə başlayırlar ki, işə getmək lazımdır. Növbəti məzuniyyətə isə hələ çox var".

İstirahətdən sonra depressiyaya düşənlərin az olmadığını bildirən müsahibimiz deyir ki, istirahət günlərinin ötməsinə baxmayaraq, insanlar onun davam etməsini istəyirlər. Depressiyaya düşməməkdən ötrü isə təmiz havada gəzmək, vitamin qəbul etmək, idmanla məşğul olmaq lazımdır. Xüsusi ilə də oturaq işi olanlara, vaxtının çox hissəsini kompüterin qabağında keçirənlərə fiziki hərəkətlərə vaxt ayırmaq tövsiyə olunur.

Psixoloq qeyd edib ki, depressiyaya düşənlərin əhvalı pisləşir: "Onları heç nə sevindirə bilmir. İş görməyə, nəsə etməyə həvəsləri olmur. Daim kədərli olur, ən xırda məsələlərə görə də əsəbləşirlər. Çox vaxt adi depressiya özü keçə bilər. Əgər bu hal 1 ay davam edirsə, mütəxəssisə müraciət etmək lazımdır".

Yaxşı dincəlmək və istirahətdən sonra psixoloji problemlərlə üzləşməmək üçün istirahəti yaxşı təşkil etmək lazımdır. Qurbanovanın sözlərinə görə, 2-3 həftə tam istirahət etmək üçün bəs edir: "Əgər istirahət üçün başqa bir ölkəyə gedirsinizsə, adaptasiya üçün bir həftə lazım olacaq. Qalan vaxt isə istirahət üçün sərf olunacaq. Ona görə də istirahətə gedərkən bir həftəni hesablamayın. Bir həftəni yeni mühitə uyğunlaşmaq üçün ayırın. Həm də insanın yaxşı istirahət etməsi üçün ildə iki dəfə istirahət etməsi məsləhətdir".

Dediyinə görə, əgər istirahət zamanı adam işləyirsə və ya bütün günü evdə, müəyyən qapalı yerdə oturub heç bir yerə çıxmır və əylənmirsə, başı təmir işlərinə və s. məişət problemlərinin həllinə qarışıbsa, özünü yorğun hiss edəcək. Eləcə də, istənilən istirahət zamanı insanın hissləri önəmlidir. Əgər o, istirahət zamanı özünü məmnun hiss edir və problemlərini unudursa, istirahətdən sonra daha enerjili olacaq.


Geri dön

ヅ Sevimli_qiz ヅ

  • 25 sentyabr 2013 18:00
  • Məqalə: 82
  • Şərh: 850
  • Bal:
TSSSSSSSSKKKKKKKKKK

ღLovelyღ

  • 4 sentyabr 2013 17:06
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Roya_____

  • 1 sentyabr 2013 17:19
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
xeber ucun tesekkurler

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 29 avqust 2013 11:34
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
twkkurler meqale ve eziyyet ucun

--------------------
(^_*)

WITH_YOU

  • 29 avqust 2013 08:19
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TEWEKKUR EDIREM

✵Дорогой✵

  • 29 avqust 2013 07:57
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
TWK.............

★CiM_BoM★

  • 29 avqust 2013 02:53
  • Məqalə: 7
  • Şərh: 1113
  • Bal:
{awards}
tewekkkurler ama ele bir prablemim yoxdu

--------------------

^Peri MaSali^

  • 29 avqust 2013 01:04
  • Məqalə: 42
  • Şərh: 3881
  • Bal:
{awards}
tesekkurler.,.,.,..,.,.,..,

melek_19

  • 29 avqust 2013 00:50
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
tewekkuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuur

--------------------

Milyonerkaa

  • 28 avqust 2013 22:38
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
tesekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

pessimistka hebibe

  • 28 avqust 2013 22:25
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
TEWEKKURLER..........

Nazi_Odi

  • 28 avqust 2013 22:04
  • Məqalə: 36
  • Şərh: 5411
  • Bal:
{awards}
Melumat ucun tesekkurler =)

...BARSA FANATI....

  • 28 avqust 2013 21:06
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
cox sag ol..

-chanel-

  • 28 avqust 2013 20:44
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
Tewekkurler....................!

Roya_____

  • 28 avqust 2013 20:39
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tesekkurlerr

✰_DeLNoLiNi_✰

  • 28 avqust 2013 20:36
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
ediyinə görə, əgər istirahət zamanı adam işləyirsə və ya bütün günü evdə, müəyyən qapalı yerdə oturub heç bir yerə çıxmır və əylənmirsə, başı təmir işlərinə və s. məişət problemlərinin həllinə qarışıbsa, özünü yorğun hiss edəcək. Eləcə də, istənilən istirahət zamanı insanın hissləri önəmlidir. Əgər o, istirahət zamanı özünü məmnun hiss edir və problemlərini unudursa, istirahətdən sonra daha enerjili olacaq.

--------------------
[

Elza Hüseynli

  • 28 avqust 2013 20:35
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Yene ilk şerh mennen superrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}