Uşaqlara tək yatmaq vərdişini necə aşılamaq olar?

 
Uşaqlara tək yatmaq vərdişini necə aşılamaq olar?

Körpə böyüdükcə onu müstəqilliyə öyrətmək və tək yatızdırmaq tələb olunur. Lakin uşaqlar çox vaxt tək yatmaq istəmir, yatmaq vaxtı gələndə ağlayır, qışqırır və sözə baxmırlar. Psixoloqlar hesab edir ki, bu cür rəftar rejimlə tərbiyə olunmayan uşaqlarda özünü göstərir. Düzgün rejim və yuxuya hazırlaşdırma isə uşağın rahat yatmasına kömək edir.

Uşaq psixoloqu Fəridə Məhərrəmovanın sözlərinə görə, əksər valideynlər bu problemlə üzləşirlər və bununla fərqli mübarizə aparırlar: "Amma yaxşı olar ki, körpəni həyatının ilk aylarından beşiyini yellətmədən yatmağa öyrədəsiniz. Bu, mümkün olmursa, uşaq artıq yellənərək yatmağa öyrəşibsə, təxminən yaş yarımından sonra müstəqil yatmağa öyrətməyə başlamaq olar. Bunun üçün fərqli üsullar tətbiq etmək mümkündür. Amma effektiv üsullardan biri körpənin yanında gözlərini yumub uzanmaqdır. Uşaq bir müddət çarpayıda ora-bura çevrilib, oynayıb, axırda yatacaq. Lakin bu zaman səbirli olmaq və xeyli gözləmək lazımdır. İlk vaxtlar ola bilsin ki, uşaq bir saata yaxın bu cür edərək yatmasın. O, öyrəşmədiyi üçün belə davranır. Sonradan isə uşaq tez yatmağa başlayacaq. Ana həm də uşağın yanında gözlərini yumub ona fikir verməməlidir. Belə ki, uşağa baxanda, onu oynadanda uşaq yatmayacaq. Baxış uşaqla emosional əlaqə qurur ki, bu isə yuxuya getməyə mane olur".

Uşağı körpə vaxtlarında müstəqil yatmağa öyrəşdirməyəndə onu yatızdırmaq çətinləşir. Uşaq yatmaq vaxtı gələndə şıltaqlıq etməyə, qışqırmağa başlayır. Tək yatmaqdan imtina edir. Belə olan halda isə valideyn əsəbiləşir, özünü itirir və hadisələrə nəzarət edə bilmir. Psixoloq bildirib ki, valideynlərin bu cür vəziyyəti uşaqların əl-qolunu daha da açır: "Uşaq hadisəni istədiyi istiqamətə yönəldir. Məsələn, "televizora baxım, sonra yatacağam", "oyuncaqlarla oynamalıyam, yoxsa yatmayacağam". Ona görə də, uşaq sözə baxmayanda, ərköyünlük edəndə həyəcanlanmaq, əsəbiləşmək lazım deyil. Çaşqınlığınızı, özünüzü itirməyinizi uşaq duyur və vəziyyətdən istifadə edir. Nəticədə sizi manipulyasiya edəcək".

Bu kimi hallarla üzləşməmək üçün rejimə ciddi riayət etmək tələb olunur. Rejim yalnız uşağın rahat yatması üçün deyil, həm də onun yaxşı bəslənməsi üçün də vacibdir. Uşaq orqanizmi rejimə qarşı çox həssasdır. Həmsöhbətimiz məsləhət görür ki, uşaq eyni vaxtda yatmalı, yeməli, oynamalı və gəzməlidir: "Uşağı hər gün eyni vaxtda yatızdırmaq vacibdir. Yuxudan əvvəl hazırlıq işlərinizi də eyni qaydada görməlisiniz. Əgər uşaq böyükdürsə, iki yaşını keçibsə, onunla eyni çarpayıda uzanmayın. Yoxsa həmişə sizinlə yatmaq istəyəcək. Yaxşı olar ki, yanında oturub ona nağıl oxuyasınız. Bu zaman vaxta nəzarət edin. Hər gün eyni vaxtda uşağa yatmaq vaxtının gəldiyini deyib otaqdan çıxın. O, sizin qalmağınızı istəsə də, fikir verməyin. Uşaqlar, ümumiyyətlə, bizi asanlıqla manipulyasiya edirlər. Buna imkan verməyin".

Müsahibimin dediyinə görə, uşaq gecə narahat yatırsa, bir neçə dəfə ayılırsa, yatmamışdan əvvəl onu gəzintiyə aparmaq olar. 20-25 dəqiqə sakit yerdə təmiz havada gəzəndən sonra uşaq yaxşı yatacaq. Uşağın tez-tez yuxudan ayılıb ağlaması onun nədənsə narahat olmasına da işarə edir. Ola bilsin ki, gecə çox yediyi üçün də o, rahat yata bilmir. Həm də uşaqlar çox emosional olur və gün ərzində çox təsirlənəndə gecə yata bilmirlər. Məsələn, qonaqlıqdan, səs-küylü yerdən gələndən sonra uşaq özünü aqressiv hiss edir. Gecə yatmazdan əvvəl xeyli oynayandan sonra da sakitləşə bilmir. Bu səbəbdən də gecə vaxtı aqressiv oyunlar oynamaq, səs-küy yaratmaq olmaz.

Uşağı yatızdırandan əvvəl onu çimizdirmək də kömək edir. Uşaq çiməndən sonra özünü rahat hiss edir və yaxşı yuxuya gedir. Amma bəzi uşaqlar əksinə olaraq çiməndən sonra oynamağa meylli olurlar. Onları yatızdırmaq çətinləşir.

F.Məhərrəmova yatarkən uşaq tək qalmaqdan çox qorxursa, ona oyuncaq verməyi məsləhət görür: "Uşaq oyuncağı qucaqlayıb yatacaq. Bu cür o, özünü müdafiə olunmuş hiss edəcək. Ümumiyyətlə, yatmazdan əvvəl uşağı qorxuzmaq "yatmasan, xoxan gəlib səni yeyər" kimi ifadələr demək düzgün deyil. Uşağı döymək, təhqir etmək, bu üsulla da öz sözünü yeritməyə çalışmaq da olmaz. Bu uşağı qıcıqlandırır və yatmaq vaxtı gələndə o, əsəbləşməyə başlayır. O bu vaxtı tədricən sevmir və yatmaq istəmir. Yatmazdan əvvəl sözə qulaq asmamağa başlayır. Ona görə də uşağı yuxuya nifrət edərək böyütmək lazım deyil. Əksinə olaraq yatmaq vaxtı gələndə uşaqla xoş davranın. Ona nağıl oxuyun. Bir neçə dəqiqəlik fiqurlu işıq qoşun. Uşağa divarda əks olunan işıqlı fiqurlar maraqlı gələcək. Elə edin ki, yatmazdan əvvəl özünü rahat və xoşbəxt hiss etsin. Yuxu ona nağılı xatırlatsın. Bunlara riayət etdikdə uşaqlar müstəqil yatmağa öyrənir və çox tez yuxuya gedirlər. Belə ki, düzgün rejimlə tərbiyə olunan uşaq artıq 10-15 dəqiqəyə yuxuya gedir".

Qeyd edək ki, uşaq günün çox hissəsini ana ilə keçirirsə, gecə onu yatızdırmağı atasına həvalə etmək olar. Həm də ata ilə uşaqlar özlərini daha sakit aparır və sözə qulaq asırlar.


Geri dön

ヅ Sevimli_qiz ヅ

  • 25 sentyabr 2013 16:50
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
coxsagolunnnn

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 9 sentyabr 2013 20:25
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)

--------------------

ღLovelyღ

  • 4 sentyabr 2013 12:23
  • Məqalə: 491
  • Şərh: 5414
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

^^KuKuLKa^^

  • 3 sentyabr 2013 14:37
  • Məqalə: 769
  • Şərh: 11595
  • Bal:
{awards}
werhleree goree twkk

--------------------

.::Fidaw::.

  • 3 sentyabr 2013 13:28
  • Məqalə: 3
  • Şərh: 1068
  • Bal:
{awards}
Tesekkurler

Milyonerkaa

  • 1 sentyabr 2013 16:47
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tesekkurrrr

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

^^KuKuLKa^^

  • 1 sentyabr 2013 16:01
  • Məqalə: 769
  • Şərh: 11595
  • Bal:
{awards}
werhleree goree twkk

--------------------

PSIXOPATKA

  • 31 avqust 2013 11:48
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TEWEKKUUUURRRR ELADI

--------------------

★Angelocka★

  • 30 avqust 2013 21:31
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
canim ellerine sagliq

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

★CiM_BoM★

  • 30 avqust 2013 19:28
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
melumata gore twkler bidenem

--------------------

seninle_men

  • 30 avqust 2013 18:42
  • Məqalə: 53
  • Şərh: 1848
  • Bal:
{awards}
təşəkkür..............

--------------------
➨ вacarsan, тapa вiℓsən, вir ℓəyən xoşbəxтℓik gəтir..
Əliмin üzüмün kədərini yuyuм..!

Nara Neznakomka

  • 30 avqust 2013 17:16
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Müsahibimin dediyinə görə, uşaq gecə narahat yatırsa, bir neçə dəfə ayılırsa, yatmamışdan əvvəl onu gəzintiyə aparmaq olar. 20-25 dəqiqə sakit yerdə təmiz havada gəzəndən sonra uşaq yaxşı yatacaq. Uşağın tez-tez yuxudan ayılıb ağlaması onun nədənsə narahat olmasına da işarə edir. Ola bilsin ki, gecə çox yediyi üçün də o, rahat yata bilmir. Həm də uşaqlar çox emosional olur və gün ərzində çox təsirlənəndə gecə yata bilmirlər. Məsələn, qonaqlıqdan, səs-küylü yerdən gələndən sonra uşaq özünü aqressiv hiss edir. Gecə yatmazdan əvvəl xeyli oynayandan sonra da sakitləşə bilmir. Bu səbəbdən də gecə vaxtı aqressiv oyunlar oynamaq, səs-küy yaratmaq olmaz.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Optimistka Ilicka

  • 30 avqust 2013 16:46
  • Məqalə: 0
  • Şərh: 708
  • Bal:
{awards}
TEWEKKURLER<<<<>>>>

--------------------
UzUm GuLe BIlEr IcIMi KIm BiLE bIlERki?!?!

''Niye uzgunsen?''- sualina cavab axtarmaqdan ve bunu gizletmek uchun gulumsemekden yorulmusham

..:Crystal:..

  • 30 avqust 2013 16:22
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

Prosta Nezrin

  • 30 avqust 2013 16:20
  • Məqalə: 0
  • Şərh: 359
  • Bal:
{awards}
meqale ucun twkkkkk

--------------------
Sene bu mesajı deyil üreyimi yollamaq isterdim, telefonu deyil elimi tutmani isterdim, mesaja deyil gozlerime baxib seni sevirem demeni isterdim…

...BARSA FANATI....

  • 30 avqust 2013 16:10
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
tesekkurler meslehete gore..

-chanel-

  • 30 avqust 2013 15:13
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Tewekkurler..................!

ADA GirL

  • 30 avqust 2013 15:01
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Xeber ucun tesekkurler=)/color]

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 30 avqust 2013 14:47
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

--------------------
(^_*)

Elza Hüseynli

  • 30 avqust 2013 14:46
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Tewekkurlerrrrrr

Milyonerkaa

  • 30 avqust 2013 14:20
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tesekkurler...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Roya_____

  • 30 avqust 2013 14:00
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagol canımm

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 540
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}