Dua - bütün dərdlərin dərmanı

 
Dua - bütün dərdlərin dərmanı


«(Ya Rəsulum!)Bəndələrim Məni səndən soruşduqda söylə ki,Mən (onlara)yaxınam.Dua edib Məni çağıranın duasını qəbul edərəm.Gərək onlarda Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da,ola bilsin ki,doğru yola yetişsinlər».(«Bəqərə» surəsi,ayə 186)



Son dəfə nə zaman dua etmisiniz?..
Hərə bu suala fərqli cavab verə bilər. Lakin bir məsələ gün kimi aydındır ki, əsasən çətinliyə düşən, problemlərlə üzləşən insan, hansısa bir xəstəliyə düçar olan şəxs daha çox dua edir. Çünki insan elə bir məxluqdur ki, adətən çətinlik çəkəndə Allahı yada salır və Ona sığınır. Yadımıza uşaqlıq dövrümüzü salaq. Məktəbə hazırlıqsız getdikdə və müəlliməmiz jurnaldan adları oxuduqda saf uşaqlıq hisslərilə «ay Allah! Kömək ol, adımı oxumasın!» - deyə yalvarırdıq. Amma heç fərqinə də varmırdıq ki, səmimi qəlbdən dua edirik. Dua nədir? Dua insana necə kömək edə bilər? Dua etməklə hansısa bir xəstəlikdən xilas olmaq olarmı? Nə vaxt dua etmək daha yaxşıdır?..
İlk öncə onu qeyd etmək lazımdır ki, Allaha dua etmək Allah qarşısında öz zəifliyini və Ona olan sonsuz ehtiyacı dərk etməkdir, Ondan kömək və dəstək istəməkdir. O Allahdan ki, O, bütün varlıq üzərində sonsuz qüdrətə malikdir…

Duamız yalnız Allahadır…
Dua - ərəbmənşəli sözdür və dilimizə hərfi mənada «çağırmaq» kimi tərcümə edilir. «Dəvət» sözü də «dua» ilə eyni kökdəndir. Dini terminologiyada işlədilən dua isə insanın İlahi Varlığa üz tutub səmimi qəlbdən Onu köməyə çağırması, Ona yalvarıb öz diləklərini istəməsidir: «Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!.. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!» («Əraf» surəsi, ayə 55-56). İslama görə, dua yalnız və yalnız Allaha edilər. Allahdan qeyrisinə dua etmək, ilahiyə aid məsələləri Ondan qeyrisindən diləmək yolverilməzdir! Allah buyurur: «Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz!» («Rəd» surəsi, ayə 14).
Allaha dua etdikdə, Quranda buyrulduğu kimi, Onu gözəl adlarıyla çağırıb öz istəklərimizi diləməliyik. Allah buyurur: «Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…». («Əraf» surəsi, ayə 180). Belə isə «Allah» deyək, yaxud «Rəhman», və ya «ey Yaradan» və s., fərq etməz. Əsas odur ki, sidq ürəkdən, qəlbimizin dərinliyindən, bütün vücudumuzla Onu çağıraq!

Əzraili qaytaran dua
Dua etməyin insanın həyatında rolu çox mühümdür. Hətta dua etməklə insan öz taleyini, həyatını da dəyişə, ölümünü uzaqlaşdıra bilər. Quranda Allah belə buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!..» («əl-Mumin» surəsi, ayə 60). Yəni insan Allahdan bir şey dilədikdə, Allah onun bu istəyinə cavab verir. İmam Museyi-Kazim (ə) belə söyləyir: «Həmişə dua edin. Çünki Allaha dua etmək, qəlbində olanları Allahdan istəmək, insanı gözləyən bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha səmimi-qəlbdən dua olunsa, Rəbbimiz bəlanı birdəfəlik geri qaytarar». Əlbəttə ki, dua etmək çox faydalı və insana əvəzolunmaz bir nemətdir. İnsan dua etməklə bir çox şeyləri dəyişir, uğur qazanır. Sadəcə olaraq insan bunu böyük, çox böyük ümidlə etməli və səbirlə nəticəni gözləməlidir. Əlbəttə, bir çoxlarından eşidirik ki: «Mən o qədər Allahdan istəyirəm, ancaq O, mənim arzularımı yerinə yetirmir». Və nəticədə insanlar haradasa Allahdan inciyir, ümidini kəsir. Bu isə çox təhlükəlidir. Çünki insan hər zaman Allaha ümidli olmalıdır. Quranda qeyd olunduğu kimi, Allahdan yalnız kafirlər naümid olar: «Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!» («Yusif» surəsi, ayə 87). Belə isə, heç kəs, hətta ilk baxışdan dualarının qəbul olunmadığını düşünən heç bir insan Allaha ümidini qırmamalıdır! Əmin ola bilərik ki, Allah duaları qəbul edəndir. Sadəcə olaraq duaların qəbul olunmasının bir neçə şərti var…

Neyləyim ki, duam qəbul olunsun?
Allah-Təala buyurur: «(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər». («Bəqərə» surəsi, ayə 186). Beləliklə də, duanın qəbul olmasının ilkin şərti Allaha iman gətirməkdir. Biz Onun səsinə səs verməli, çağırışına qoşulmalıyıq ki, O da bizim səsimizə səs verib, çağırışımızı qəbul buyursun.
Bəzən Allahdan bir arzu diləyirik və gözləyirik. Günlər, aylar keçir, ancaq dua qəbul olunmur ki olunmur. Bəs görəsən niyə? Duanın qəbul olunmamasının bir səbəbi də odur ki, biz bir şeyi istəyirik və fikirləşirik ki, bu bizi xoşbəxt edə bilər, yəni bu bizmi xeyrimizədir. Amma əslində Allahdan istədiyimiz bizim zərərimizədir, lakin biz bunu bilmirik. Bir şeyi əsla və əsla unutmayaq ki, bizim üçün nəyin həqiqətən xeyir, nəyin ziyan olmasını ən doğru-düzgün bilən tək varlıq var - Allah! Ona görə də, əgər hansısa bir arzumuz, duamız qəbul olunmursa, ola bilər ki, dilədiyimiz şey bizim zərərimizədir, lakin biz bunu hələ anlamırıq. Məsələn, elə olur ki, biz bir şeyi istəyirik, bu iş alınmır. Lakin üstündən bir-iki ay keçir və biz başa düşürük ki, ay Allah, nə yaxşı bu iş alınmayıb. Yəni yalnız müəyyən müddət keçəndən sonra biz anlayırıq ki, istədiyimiz bizim zərərimizə imiş. Lakin Allah hər şeyi bilir. Ona görə də, hər bir işdə Allahın məsləhəti bizim üçün birinci yerdə olmalıdır. Biz Ona sadiq bəndə olub, sidq ürəkdən dua edib istəyək, duamız qəbul olunduğu təqdirdə dilədiyimiz şey xeyirimizədirsə, Allah onu gerçəkləşdirəcək, zərərimizədirsə, yox. Əsas budur ki, biz hər bir halda, Allaha sadiq bəndə olub dua etdikdə, aqibətimiz mütləq və mütləq xeyir olacaq!..
Bir şey idə unutmayaq ki, günahlarımız dualarımızın qəbul olunmasını əngəlləyən ən böyük maneədir. Dualarımızın qəbul olunmasını istəyiriksə, günah işlərdən çəkinməliyik…

Yadıma dua düşdü…
İnsan xəstələnəndə öz zəifliyini daha çox anlayır. O, var gücü ilə, səmimi qəlbdən Allahını çağırır və Ondan yardım istəyir. Elə də insanlar var ki, sağalmağın yolunu yalnız və yalnız bahalı dərmanlar və mütəxəssis həkimlərdə görürlər. Lakin Allah hər şeyə nəzarət edir və Allah istədiyi lütfü, möcüzəni insan üçün hədiyyə edə bilər. Ən yüksək texnologiyalar, ən bahalı dərman və həkimlər insanı xilas etməyə aciz olduqda insanın yardımına Allah gəlir və onu ən ağır xəstəlikdən qurtara bilir. Sadəcə olaraq inanmaq və çox qəlbdən dua etmək lazımdır.
Bir məsələyə də diqqət yetirək: əlbəttə, insan xəstələndikdə Allaha dua edib Ondan şəfa diləməlidir. Lakin bununla yanaşı insan mütləq mütəxəssis həkimlərə də müraciət etməli, dərman qəbul etməli, müalicə kursu keçməli, yəni sağlamlığının qeydinə qalmalıdır. Çünki Allah insana öz həyatını, bədənini əmanət verib və özünə ziyan vurmamağı istəyib. Yəni insanın özünə baxmağından çox şeylər asılıdır. Allah bütün yaratdıqlarını müəyyən qanunlar üzərində yaradıb və insan ona ziyan yetirən şeylərdən uzaq durmalı, xəstələnəndə ona xeyir verən, şəfa verən amillərdən istifadə etməlidir ki, şəfa tapsın. Bütün vasitələrə əl atdıqdan sonra, tamamilə Allaha sığındıqdan sonra insan səbr və böyük, çox böyük ümidlə Allahdan şəfa və xeyir gözləməlidir. Nəyin xeyrimizə, nəyin psiliyimizə olmasını isə yalnız Allah bilir. Ona görə də Allah bilən məsləhətdir. Lakin təəssüflər olsun ki, hansısa böyük bir bəladan xilas olunduqdan sonra insanlar yenə də Allahdan uzaqlaşır, heç Onu yad da etmirlər. Quranda oxuyuruq: «İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi». («Yunus» surəsi, ayə 12).

Əlacsızların duası
İnsan hər gün, hər saniyə Allaha bizə verdiyi sonsuz nemətlərə görə şükür etməli və dua etməkdən çəkinməməlidir. Dualarımızı da elə Allaha şükürlə başlamalıyıq. Nə qədər möcüzələr həyatda baş verir ki, insanlar dua etməklə necə ağır xəstəliklərdən şəfa tapıblar. Bir çox həkimlər də bunun şahidi olurlar və hətta yazdıqları müalicə ilə yanaşı özləri xəstələrinə dua etməyi, Allahdan yardım diləməyi məsləhət görürlər. Çünki onlar şahid olublar ki, dua edən xəstələri, Allaha sığınan xəstələri yoluxduqları xəstəlikdən daha tez və rahat xilas olublar.
Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, dua və Allaha sığınmaq, Allaha olan inam insanın daxili ruhunu gücləndirir və nəticədə insan daha tez və asan şəkildə sağalır. Özü də məlum olub ki, inanclı insanlar daha az xəstələnir və tez sağalırlar. Günü dua ilə başlamaq təziqin düşməsinə səbəb olur. Məşhur həkimlər deyir ki, dua edib əməliyyata girəndə işləri yaxşı gedir. Və əməliyyatdan sonra, həmçinin xəstələrinə də dua etməyi məsləhət görürlər.

Sağlam edən dua
Çoxlu ibadət edən, tez-tez dua edən insanların qəlb xəstəliyi və xərçəngdən rəhmətə getmə ehtimalı digərləri ilə müqayisədə 40 % azdır. Onlar daha az depressiyaya düşür və düşəndə də bu vəziyyətdən tez çıxırlar. Xəstə insanlar arasında aparılan sorğu nəticəsində məlum olub ki, dua edən xəstələr daha tez sağalırlar. Dua etmək hətta ağrıları da azaldır. Həmçinin xəstənin doğmalarının da çox dua etməsi xəstənin daha tez sağalmasına səbəb olur. ABŞ alimlərinin apardığı elmi araşdırmalar nəticəsində məlum olub ki, Allaha çox dua edən insanlar daha çox yaşayırlar. Həmçinin ürək əməliyyatı keçirən xəstələr arasında inanclı və çoxlu dua edən insanların əməliyyatdan sonrakı ölüm hadisələri digərlərinə müqayisədə daha azdır.

Allahla öz dilində danış
Bəziləri fikirləşir ki, dualar mütləq ərəb dilində oxunmalıdır. Hərçənd ki, bu, belə deyil. Dua zamanı ən əsası odur ki, dua edən Allahdan nələr istədiyinin fərqinə varsın. Bu baxımdan, dualar adətən duaçının bildiyi dildə oxunur. Bəs duaların xüsusi bir mətni varmı?.. Qeyd edək ki, Quranda, eləcə də Məhəmməd Peyğəmbərin (s.ə.s.) və onun pak Əhli-Beytindən (ə) nəql edilən bir çox rəvayətlərdə, onların dilindən söylənilən dua mətnləri var. Əlbəttə, bu duaların mətnindən faydalınmaq, onları oxumaq olduqca böyük savabdır. Həmin duaları oxuduqca, Allahla ünsiyyətdən ayrıla bilmirsən. Amma dualar yalnız bunlarla bitmir. Hər bir insan ürəyindən keçəni, ehtiyac duyduğunu, qəlbindəki diləklərini, arzularını dilə gətirib öz dilində, öz sözlərilə dua edə bilər. Və heç şübhəsiz ki, sidq ürəklə Allaha edilən bu duaları Allah mütləq qəbul edər.

Dua, dua, yenə də dua!
İnsan hər zaman, həm xəstəlikdə, həm şadlıqda dua etməli və Allahın ona verdiklərindən razı qalmalıdır. Səbr və sevinclə qarşısına çıxan hər bir şeyi qəbul etməlidir. Çünki elə bizim yaşamağımızın əsası sınaqdır. Dua etməyin xeyri Allahın bizlərə Quranda dediyi kimi, artıq elmi şəkildə də sübuta yetirilib. İnsanın hər zaman, hər an Allaha ehtiyacı var. Belə isə, münasib hesab etdiyimiz hər an Allahla canlı ünsiyyət qurub dua edə bilərik. Bu baxımdan, əslində, duanın müəyyən bir zamanı yoxdur. İstədiyimiz, imkan düşdüyü hər zaman Allahı sidq ürəklə çağırıb Ona dua edə, öz istəklərimizi Ondan diləyə bilərik. Bununla belə, mənəvi ab-havaya qərb olub, dua etmək üçün daha əlverişli vaxt Allahla «təklikdə» qaldığımız zamanlardır. Namaz qıldıqdan sonra mənəvi enerji alıb, xüsusi bir əhval-ruhiyyə ilə dua etmək mümkündür. Amma unutmayaq ki, Allah hər yerdə, hər zaman və hər bir şəraitdə bizimlədir, bizə yaxındır və Onu imanımızın səsilə çağırıb dua etsək, mütləq dualarımızı qəbul edəcək: «(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər»…
Allah bütün saf dualarınızı qəbul buyursun.


Geri dön

Su Perisi

  • 13 avqust 2011 12:12
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
Allah buyurur: «Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz!» («Rəd» surəsi, ayə )

--------------------

CandyGirl

  • 11 iyul 2011 22:34
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
eladi coox saqolun

--------------------

Lexikon

  • 10 mart 2011 01:55
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
tewekur edirem

L_SimuS

  • 5 yanvar 2011 23:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Azeri_Gozeli

  • 12 oktyabr 2010 16:29
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

STORM MEN

  • 12 avqust 2010 13:21
  • Məqalə: 146
  • Şərh: 538
  • Bal:
{awards}
Maraqli xeberdi.xebere gore cox saqol.

--------------------

FERID

  • 3 iyun 2010 01:42
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
COOOX GOZAL DUALARDI

--------------------

Free-Love

  • 30 may 2010 04:09
  • Məqalə: 0
  • Şərh: 44
  • Bal:
{awards}
urekden dilenen her bir dua hec vaxt cavabsiz qalmir.tewekkurler xebere gore

nn_nn

  • 29 may 2010 15:59
  • Məqalə: 53
  • Şərh: 781
  • Bal:
{awards}
_____,
Deymez dostik

--------------------

VESNA

  • 29 may 2010 12:12
  • Məqalə: 0
  • Şərh: 755
  • Bal:
{awards}
TESHEKKURLER

Ulya

  • 29 may 2010 04:57
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coooox sagol.Allah razi olsun.Allah haminin dualarini qebul elesin.

barbi_girl

  • 29 may 2010 04:43
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
dualar her zaman qebul olsun

--------------------
MaNga

_____

  • 28 may 2010 16:39
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
nn_nn,
ele senden de razi olsun.

teshekkur edirem canim eziz dostum

Mr_Unlimited

  • 28 may 2010 16:29
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
Allah razi olsun.. tewekkurler yazan ellerin derd gormesin

nn_nn

  • 28 may 2010 16:18
  • Məqalə: 53
  • Şərh: 781
  • Bal:
{awards}
ALLAH butun dualarinizi qebul etsin.ALLAH rey yazan her kesden razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 33
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}