Yaranma səbəbi bəlli olmayan bəla

 
Yaranma səbəbi bəlli olmayan bəla

Miqrenin səbəbi elmə məlum deyil
Ağrı insanın iş qabiliyyətini zəiflədən, onu həyatdan və gündəlik iş rejimindən soyudan bir nömrəli səbəbdir. Ağrı diqqət dağınıqlığı, əsəb pozğunluğu və bu kimi halları da özü ilə birlikdə gətirən bir hissdir. İnsandan insana ağrının hiss etmə dərəcəsi dəyişir. Kiminə görə, baş ağrıları dözülməzdirsə, kiminə görə diş ağrıları daha pisdir. Şiddətindən asılı olmayaraq ağrı insanlar tərəfindən hər hansı bir xəstəliyin xəbərçisi kimi qəbul olunur.

Bədənin özünü qoruma hissinin bir parçası olan ağrı hiss etmək qabiliyyəti əslində insanlar üçün çox vacibdir. Ağrı hiss etmək insan bədənini ola biləcək hər hansı pis bir hadisədən qismən də olsa qoruyur, onu daha diqqətli olmağa sövq edir. Lakin elə ağrılar var ki, bu ağrıların qarşısını almaq çox çətindir. Belə ağrılar insanı təhlükələrdən qorumaq yerinə günlərlə əzab verir və bu ağrıdan qurtulmaq hər kəsə nəsib olmur. Məhz belə ağrılardan biri də miqren, baş ağrısıdır.

Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar, əsasən, başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayiət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqren ağrıları dözülməz olur, saatlar, bəzən günlərlə davam edə bilir. Yaşından asılı olmayaraq insanların böyük əksəriyyəti miqrendən əziyyət çəkir. Bu xəstəlikdən tamamilə yaxa qurtarmaq olmasa da, müalicələrlə qismən azad olmaq mümkündür. Hər insan isə müalicəyə yönəlmir, baş ağrıları ilə ağrı dolu həyata davam edir.

Nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, miqren ağrılar içində ən dəhşətli ağrılardan biridir. Çünki bu ağrılar yarandığı zaman insan iş qabiliyyətini, demək olar ki, itirir. Ürək bulanma və qusma ilə başlayan miqren ağrıları daha da ağırlaşa bilir: "Miqrenin dəqiq səbəbi bəlli deyil. Yəni, elə bir faktor deyə bilmərik ki, miqren məhz o səbəbdən yaranmış olsun, insan ondan uzaq olduqda miqrendən də uzaq ola bilsin. Miqrenin yaranma səbəbi kimi elm adamları əsas ağrı yolu hesab edilən trigeminal sinir sistemində baş verən funksional dəyişiklikləri əsas götürürlər, amma bu da təsdiqlənmiş hal deyil".

Həkim deyir ki, miqren sahəsində bəxti gətirən və gətirməyən insanlar var. Belə ki, bəxti gətirən insnların miqrenləri uzunmüddətli olmur və qısa bir zamanda ağrılar dayanır. Bəxti gətirməyən insanların ağrısı isə 5 saatdan-70 saata qədər uzana bilir: "İşıqdan qorxma, başın bir hissəsini, gözü əhatə edən kəskin ağrılar və beyinin ürək kimi döyünməsi hissiyyatı miqrenin əlamətləridir. Ağır miqren keçirən insanlar hətta hərəkət etdikləri zaman da başın bir hissəsində dözülməz küt ağrılar hiss edirlər. Miqren insandan insana dəyişə bilən xəstəlikdir. Elə insan var ki, ayda 1-2 dəfə bu tutmalarla qarşılaşır, elə insan var ki, 3 ildən bir nadir hallarda miqren tutur".

A.Musayevin sözlərinə görə, miqrenin yaranma səbəbləri arasında güclü işığa məruz qalma, yuxu sisteminin pozulması, stress, daimi əsəbi olmaq, qəbul edilən dərmanlar, fiziki faktorlar, ətraf mühit və bu kimi amillər də ola bilər. Bu faktorlar bəzən var olan miqrenin şiddətini daha da artırır. Göz qabağında uçuşan qara ləkələr, gözlərin qaralması, danışıqda pozuntuların yaranma halları da müşahidə edilə bilər. Müalicə olunan miqrenli insanlar bu ağrılardan tamamilə yaxa qurtarmasalar da qismən azad ola bilirlər: "Bizdə miqreni xəstəlik olaraq qəbul etmirlər. Demək olar ki, hər 10 miqrenli xəstədən 1-2-si müalicə üçün müraciət edər. Qalanları isə ev şəraitində ağrının keçməsini gözləyir. Halbuki miqren müalicəsi mövcuddur. Miqren xroniki patalogiyadır və özünü müxtəlif ağrılarla büruzə verir. Gözlənilmədən başlayan kəskin baş ağrıları, huşsuzluqla müşayiət olunan baş ağrıları, yaddaşın zəifləməsi ilə müşayiət olunan baş ağrıları, hərarətin yüksəlməsi ilə müşayiət olunan baş ağrıları və bu kimi hallarla başlayan ağrılar zamanı həkimə müraciət etmək lazımdır. Əks halda miqren tutmalarının şiddəti daha da ağırlaşa bilir".

Miqren müalicəsində dərmanlardan istifadə olunur. Qəbul olunan dərmanlar miqreni tamamilə sağaltmaz. Lakin ağrıları az da olsa azalda, ürək bulanma, qusmanın qarşısını ala bilər. Nevropatoloq qeyd edir ki, insanlar miqreni şiddətləndirən faktoru bilməklə bundan uzaq qala bilərlər. Miqrendən əziyyət çəkənlər profilaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxtında olmaqla düzgün qidalanmalıdırlar: "Maraqlı haldır ki, 55 yaşı ötən insanlar, demək olar, miqrenin nə olmasını unudurlar. Miqren ölümcül xəstəlik deyil. Müalicə olunmasa belə, yaşamaq mümkündür. Lakin müalicə olunan miqren ağrıları hiss olunacaq qədər azalır. Yetkinlik əvvəli hər iki cinsdə görülmə sıxlığı bərabərdir, amma yetkinlik sonrası menopoz dövrünə qədər qadınlarda daha çox müşahidə edilir. Uşaqlıq cağında səbəbsiz şiddətli qarın ağrıların, qusmanın səbəbi miqrendir. Miqren xüsusilə hormonal dəyişikliklərdən tez qaynaqlanır. Buna görə də müəyyən dövrlərdə şiddətli ağrıların ortaya çıxması normal hal sayılır".


Geri dön

ヅ Sevimli_qiz ヅ

  • 25 sentyabr 2013 18:03
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
TSSSSSSSSKKKKKKKKKK

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 9 sentyabr 2013 16:00
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)


Həkim deyir ki, miqren sahəsində bəxti gətirən və gətirməyən insanlar var. Belə ki, bəxti gətirən insnların miqrenləri uzunmüddətli olmur və qısa bir zamanda ağrılar dayanır. Bəxti gətirməyən insanların ağrısı isə 5 saatdan-70 saata qədər uzana bilir: 

--------------------

Banned549678

  • 7 sentyabr 2013 18:52
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TeşekkürLer=)

-chanel-

  • 4 sentyabr 2013 11:35
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Meqaleye gore twk......................

ღLovelyღ

  • 3 sentyabr 2013 18:31
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

^^KuKuLKa^^

  • 3 sentyabr 2013 03:09
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
tesekkurlerr

--------------------

pessimistka hebibe

  • 1 sentyabr 2013 18:02
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
Tewekkurler.....................

.::Fidaw::.

  • 1 sentyabr 2013 13:04
  • Məqalə: 3
  • Şərh: 1068
  • Bal:
{awards}
Tesekkurler

Roya_____

  • 1 sentyabr 2013 10:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerr

^^KuKuLKa^^

  • 1 sentyabr 2013 01:48
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
meqaleye gore cox sag olun

--------------------

Elza Hüseynli

  • 31 avqust 2013 22:53
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Xeberrr ucun tewekkurler

★Angelocka★

  • 31 avqust 2013 22:18
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
meqaleye gore cox sag olun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

...BARSA FANATI....

  • 31 avqust 2013 22:14
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
tesekkurler xebere gore...

ADA GirL

  • 31 avqust 2013 19:24
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Melumat ucun tesekkur

-chanel-

  • 31 avqust 2013 18:57
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Tewekkurler...................!

Optimistka Ilicka

  • 31 avqust 2013 18:48
  • Məqalə: 0
  • Şərh: 708
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
UzUm GuLe BIlEr IcIMi KIm BiLE bIlERki?!?!

''Niye uzgunsen?''- sualina cavab axtarmaqdan ve bunu gizletmek uchun gulumsemekden yorulmusham

Roya_____

  • 31 avqust 2013 18:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerr

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 31 avqust 2013 18:10
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
ele bunu oxuyana kimi bawim agriyar gozum kellem cixhdi belay

--------------------
(^_*)

..:Crystal:..

  • 31 avqust 2013 18:08
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
Məlumat üçün təşəkkürlər bu haqqda məlumatı oxumaq istəyirdim hələ yaxşı ki yazdız

--------------------

Gun--ka

  • 31 avqust 2013 17:46
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
maraqli xeberdi,her kes oxusa cox yaxwi olar no

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Milyonerka

  • 31 avqust 2013 17:44
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
Melumata gore tesekkur... love

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 17
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}