Hər kim öz mömin qardaşına yardım etsə

 
Hər kim öz mömin qardaşına yardım etsə

Tarix kitablarında miladi IX əsrdə yaşamış böyük hədis alimi,'' Məhasin''kitabının müəllifi Əhməd Bərqinin başına gələn belə bir maraqlı hadisə təsvir edilib.

Əhməd Bərqi hökumətdən ildə on min dirhəm məvacib alırdı. Onun Kaşan ətrafında mülkü var idi. Bu mülkə görə hər il dövlətə on min dirhəm vergi verirdi. Çox vaxt Bərqi valinin vergilərə nəzarət edən katibi ilə danışıb razılaşırdı ki, məmurlar onun qapısına gəlib narahatlıq törətməsinlər, onun illik məvacibini vergi əvəzinə xəzinəyə göndərsinlər.

Bir il Bərqinin vergi ödəmək vaxtı gəlib çatmışdı. Amma illik məvacibi yubanırdı. Üstəlik, alim möhkəm maddi sıxıntı içində idi. Vergi katibinin yanına getməyə hazırlaşırdı ki, keçən illərdə olduğu kimi bu il də vergini məvacibdən hesablamağı onun yadına salsın. Evdən çıxmaq istəyəndə bir qocanın onunla görüşmək istədiyini deyirlər. Üst-başı cırıq-cırıq olmuş, üz-gözü qanamış qoca otağa girən kimi Bərqinin ayaqlarına düşür və dərdini anladır: “Rey valisi məni çox incidirdi. Ondan xəlifəyə şikayət yazdım. Amma vali bu işdən xəbər tutdu. Adamlarını göndərib məni döydürdü, bütün əmlakımı müsadirə etdi. Üstümə nə qədər borc da yazdı. Amma mənim bir dirhəm də olsa pulum qalmayıb. Sənə yalvarıram, katibin yanına gedəndə mənim vəziyyətimi ona danış. Ondan xahiş elə ki, mənə yardım etsin”.

Bərqi çıxılmaz vəziyyətdə qalmışdı. Valinin katibinə ancaq bir məsələyə görə ağız aça bilərdi. Əgər qocaya görə vasitəçilik etsəydi, öz məsələsi həll edilməmiş qalacaqdı. Alim qocaya nə cavab verəcəyini bilmirdi. Əl atıb yanındakı kitablardan birini götürdü. Açdığı səhifədə İmam Cəfər Sadiqin (ə) bu hədisi yazılmışdı: “Hər kim öz mömin qardaşının çətinliyini həll etmək üçün çalışsa, Allah da onun çətinliyini həll edər”. Hədis bir işarə kimi Bərqiyə çıxış yolunu göstərir. Qocaya söz verir ki, onun işinin həll olması üçün katibə ağız açacaq.

Bərqi katibin yanına yola düşür. Vergi katibi alimi görəndə çox sevinir, onu hörmət-izzətlə öz yanında əyləşdirir. Bərqi söhbətə Qurani-kərimin bu ayəsi ilə başlayır: “Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (Qəsəs, 77).

Katib bu ayəni Bərqinin dilindən eşidəndə vəziyyəti başa düşüb deyir: “Görürəm ki, istəyin var. Hər nə istəyirsənsə de, yerinə yetirərəm”. Bərqi məzlum qocanın əhvalatını katibə danışır, ona kömək göstərməsini xahiş edir. Katib tez əmr verir ki, qocanı tapıb yanına gətirsinlər. Qoca otağa girəndə katib ayağa durub onun yanına gəlir, valinin əvəzinə ondan üzr istəyir. Sonra vergi dəftərini gətizdirib, qocanın bütün borclarını sildirir, müsadirə edilmiş mallarını ona qaytarır. Üstəlik, öz əynindəki bahalı libası da qocaya bağışlayır, dönə-dönə üzr istəyərərk onu yola salır.

Qoca çıxıb gedəndən sonra Bərqi də öz evinə qayıtmağa hazırlaşır. Verdiyi sözə əməl etmişdi, öz çətinliyi isə hələ həll olmamışdı. Amma katibə ağız açmağa üzü gəlmirdi. Sağollaşmaq üçün qalxanda katib yanındakı vergi məmuruna tapşırır: “Nə qədər ki, cənab Bərqi burdadır, keçən illərdə olduğu kimi, bu il də onun illik vergisini məvacibin hesabına yaz, vergi dəftərində də bunu qeyd et”. Sonra katib Bərqiyə əlavə olaraq daha on min dirhəm ənam verib deyir: “Bu pulu sənə təşəkkür əlaməti olaraq verirəm. Sən məni hidayət etdin, məzlumun haqqını qaytarmağıma vasitə oldun, məni günaha batmağa qoymadın”. Alim heyrət içində idi. Hədisdə deyildiyi kimi, o öz mömin qardaşına kömək etdiyi üçün Allah da onun çətinliyini aradan qaldırmışdı.


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 8 sentyabr 2013 14:43
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
Allah razi olsun bacı


Tarix kitablarında miladi IX əsrdə yaşamış böyük hədis alimi,"Məhasin''kitabının müəllifi Əhməd Bərqinin başına gələn belə bir maraqlı hadisə təsvir edilib.

--------------------

ღLovelyღ

  • 3 sentyabr 2013 17:48
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

^^KuKuLKa^^

  • 3 sentyabr 2013 02:05
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Tarix kitablarında miladi IX əsrdə yaşamış böyük hədis alimi,'' Məhasin''kitabının müəllifi Əhməd Bərqinin başına gələn belə bir maraqlı hadisə təsvir edilib.

--------------------

★Angelocka★

  • 2 sentyabr 2013 12:08
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Roya_____

  • 2 sentyabr 2013 11:10
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun cannımm

Milyonerka

  • 2 sentyabr 2013 02:53
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

ADA GirL

  • 2 sentyabr 2013 00:58
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razi olsun tesekkur=)

★CiM_BoM★

  • 1 sentyabr 2013 23:33
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
Allah komeyiniz olsun

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 1 sentyabr 2013 22:46
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
(^_*)

gozelqiz

  • 1 sentyabr 2013 19:28
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
Allah razi olsun...

Milyonerka

  • 1 sentyabr 2013 18:46
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tesaekkurrrrrr...

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

pessimistka hebibe

  • 1 sentyabr 2013 18:39
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
Allah razi olsun..

-chanel-

  • 1 sentyabr 2013 18:27
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN________________

Roya_____

  • 1 sentyabr 2013 18:04
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun şirinim

Elza Hüseynli

  • 1 sentyabr 2013 17:50
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
ÍLK werh mennen tewekkurlerrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}