200 metrlik məscid minarəsi olan ölkə - Kasablanka

 
200 metrlik məscid minarəsi olan ölkə - Kasablanka


Qahirədən sonra Afrikanın ikinci böyük şəhəridir.

Ümumi məlumat
Kasablanka ispan dilindən tərcümədə casa "ev", blanka isə "ağ" deməkdir. Kasablanka əhalinin ən çox məskunlaşan şəhəridir. Kasablanka Mərakeş Krallığının işgüzar, maliyyə və sənaye paytaxtıdır. Atlantikanın iri limanına, Avropa, Afirika və Amerikanın kəsişmə nöqtəsi olmasına baxmayaraq, zəngin tarixə malik milli görünüşünü itirmir. Kasablanka okean sahilində dincəlmək üçün əla yerdir. Burada dekabr və yanvar aylarında hava +20 dərəcə, martdan oktyabradək isə +26 dərəcə olur. Kasablanka Şimali Afrikanın aparıcı ticarət şəhəridir. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Əsas ixrac olunan mallar: yun, dəri, fosfatdır. Kasablanka, həmçinin ölkənin ən iri sənaye şəhəridir. Sənayenin ən aparıcı sahələri: balıqçılıq, konservləşdirmə, ağac emalı və mebel istehsalı, tikinti materialları, şüşə və tütündür.

Görməli yerləri
Şəhərin ən əzəmətli abidəsi fransız Mişel Pinsonun inşa etdiyi II Həsən Məcid məscididir. Tikintisi 4 il sürən məscid 1993-cü ildə açılıb. İnşasına 800 milyon dollar xərclənən məscid Məkkə məscidindən sonra böyüklüyünə görə ikincidir. Minarənin hündürlüyü 200 metrdir, binada kitabxana və Milli muzey də yerləşir. Daxildən freska (divar naxışı) ilə bəzədilib. II Həsən Məcid məscidi içərisinə başqa dinə mənsud olan insanların da buraxıldığı məscidlərdən biridir. Şəhərin gözəl tikililərindən biri də Mahakma du Paşa məhkəmə binasıdır. 1932-ci ildə inşa edilən Arxeoloji muzey Mərakeşin ən yaxşı muzeylərindəndir. Kasablankanın əsas meydanı Birləşmiş Millətlər meydanıdır. V Məhəmməd meydanı isə ən böyük meydandır, burada ərəb üslubunda çoxlu sayda bina var. Üzəri şəkilli parça ilə bəzədilmiş Əl Hank mayakı çox gözəldir.

Mətbəxi
Kasablanka turistləri milli mətbəxi ilə də heyran edir. Bir sıra müsəlman şəhərlərində olduğu kimi, burada da donuz əti və spirtli içki qadağandır, heyvanlar bismillahla kəsilməlidir. Mərakeş mətbəxində xörəklər asta-asta, ədviyyat və ya təzə göyərtilərlə hazırlanır. Ölkə ziddiyyətlərlə bol olduğu kimi, mətbəxi də elədir, yəni bir xörəkdə həm acı, həm şirin dad var. Ət xörəkləri, adətən quru və ya təzə meyvələrlə bəzədilir. Burada "ətli və heyvalı tacin" xörəyi çox məşhurdur. Mərakeş mətbəxində qonağın nemətlərdən ləzzət alması şərtdir. Ənənəvi naharda masaya çəngəl, qaşıq qoyulmur, xörəklər sağ əlin şəhadət və orta barmağı ilə yeyilir. Nahardan əvvəl masaya əlləri yumaq üçün kasada qızılgül ətirli isti su verilir. Süfrəyə birinci şorba gətirilir. Qoyun əti və paxladan hazırlanan "Harira" şorbası çox populyardır.

Turistlərə məsləhət
Göstərilən xidmətə görə çaypulunu çox verməyin. Pulu həm əldən-ələ vermək, həm də masanın üstünə qoymaq məsləhət görülür. Kasablankada axşam həyatının mərkəzi Korniş sahilidir. Burada gəzə, açıq restoranlarda otura, bar, gecə klubu və ya diskotekaya gedə bilərsiniz. Otellər qonaqlara balıqçılıq, yaxta və katerdə gəzinti də təklif edir. Alış-veriş etmək qərarına gəlsəniz, bazar məhəlləsi olan Habbusa gəlin. Burada zeytun, un məmulatları, dulusçuluq bazarları, həmçinin bir çox əntiq əşyalar mağazaları var. Bazarda yüksək keyfiyyətli dəri və ipək geyimlər əldə etmək olar. Müasir Kasablankanı avanqard və yeni texnologiyalar şəhəri adlandırırlar. Avropa və amerikalılar üçün Kasablanka gözəl həyat, cah-calal və macəralarla assosiasiya olunur. Müasir Kasablanka Afrikanın Qahirədən sonra ikinci böyük şəhəridir.

Tarixi
Orta əsrlərdə Kasablanka Anfa kimi tanınan varlı şəhər idi. 1468-ci ildə portuqaliyalılar şəhəri dağıtdı və elə onlar da 1515-ci ildə bərpa etdilər. 1755-ci ildə baş verən güclü zəlzələdən sonra şəhər yenidən quruldu. 1907-ci ildə şəhəri fransızlar ələ keçirdi. Fransızların hakimiyyəti illərində şəhər sürətlə inkişaf etdi. 1943-cü ildə şəhərdə ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçil arasında Kasablanka konfransı keçirildi. 1956-cı ildə Mərakeş müstəqilliyini elan etdi və fransızlar şəhəri tərk etdilər. Bundan sonra şəhər iqtisadi baxımdan ciddi problemlər yaşadı. Amma turizmin yüksək inkişafı və sənayenin artımı hər şeyi geri qaytardı. Həyat tərzi və xarici görünüşünə görə Kasablanka cənubi Avropa şəhərlərinə bənzəyir: iş dalınca qaçan insanlar, mini-yubkalar, hündür dabanlar, gün eynəkləri…

Karbonium


Geri dön

CandyGirl

  • 19 yanvar 2011 23:29
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
er alinib tesekkurler........

--------------------

Ulya

  • 15 yanvar 2011 21:48
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol xebere gore

angel_1

  • 15 yanvar 2011 11:26
  • Məqalə: 16
  • Şərh: 88
  • Bal:
{awards}
yuh...200 metrlikde de mescid olar???!!! belay
twk..

L_SimuS

  • 15 yanvar 2011 00:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur melumata gore
................................/

nilayka

  • 14 yanvar 2011 20:25
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkurler

--------------------

CrazyGirl

  • 14 yanvar 2011 20:21
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
tesekkur

--------------------
Sən varsansa həyat çox gözəl!

FERID_HESENLI

  • 14 yanvar 2011 20:20
  • Məqalə: 1
  • Şərh: 668
  • Bal:
{awards}
ALLAHIMIZ EWVINI DAHADA GOZL YUKSEK;IKLERDE TIKMELIYIK XEBERE GORE TESEKKUR

JISTEN TIMBERLAND

  • 14 yanvar 2011 20:19
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
twk xebere ve eziyyete gore

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 67
Cəmi: 89

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}