Ən böyük nemət

 
Ən böyük nemət


Hər insan, demək olar ki, hər kəs həyatındakı bir çox gözəlliyin böyük nemət olduğundan xəbərdardır. Gündəlik həyatın qaç-qovu içində bir çox insan çox vaxt bütün bunları bilmirmiş kimi davranmasa belə, bir anlıq da olsa düşündüyündə və ya bu nemətlərdən məhrum olan bir insan gördüyündə bunların nemət olduğunu dərhal xatırlayır. Sağlamlıq çox insanın bildiyi nemətlərdəndir; zənginlik, rahat həyat, gözəl mənzərə, xoşuna gələn hadisə, sahib olmağı istədiyi ailə, bir anlıq düşündükdə dərk edilən, Allahın insanlara bəxş etdiyi nemətlərdəndir. Amma bütün bunlardan da üstün, Allahın inananlara verdiyi ən böyük nemət imandır.
İman sahibi olan insan üçün dünyada başına gələn hər hadisə onun üçün nemətdir. Bütün dünya və yaradılmış hər şey sanki əməkdaşlıq edərək onun xeyri üçün səfərbər olmuşdur və iman edən insan bunu hər an ağlında tutur. Səmimi qəlblə, təmiz ağılla iman etmək həm böyük rahatlıq, həm böyük nemətdir. Allah iman edənlərin ürəklərinin həqiqi mənada rahatlıq tapacağını və dünyada da axirətdə də xoşbəxt olacaqlarını müjdələmişdir:
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar! İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!. (Rə’d surəsi, 28-29)
Təmiz ağılla imanın mənası cahiliyyə cəmiyyətinin, dünya həyatına başı qarışıb onu yaşamaq üçün etdiyi təlqinlərlə insanın ruhunda və ağlında yaranan çirkdən təmizlənmiş ağılla iman etməkdir. Səmimi imana sahib olmayan insanların böyük əksəriyyəti həyatlarını vicdanlarıyla deyil “məntiq” deyə adlandırdıqları və çox vaxt öz mənfəətlərinin qorunmasından ibarət olan seçimlərlə davam etdirirlər. Qarşılarına çıxan hadisədə göstərəcəkləri münasibəti bu “məntiq” ilə təyin edirlər; əslində o vəziyyətin öz axirətləri üçün bir fürsət olaraq, Allahdan bir sınaq olaraq qarşılarına çıxarıldığından qafildirlər. İşin maraqlı tərəfi də bunu edərkən özlərini çox ağıllı hesab edir, mənfəətlərini qoruduqları üçün öyünürlər. Allah bu insanların nə qədər böyük itki içində olduğunu belə xəbər verir:
Allah istədiyi bəndənin ruzisini bol da edər, azaldar da. Dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı (neməti) axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir. (Rə‘d surəsi, 26)
Halbuki iman sahibi insan, cahiliyyə əxlaqının meydana gətirdiyi hər cür çirkdən təmizlənmiş ağılla və vicdanına tabe olaraq yaşamağın verdiyi sevinclə, qarşısına çıxan hər şeydə Allaha olan sevgisini və Allah qorxusunu ən gözəl şəkildə göstərə biləcəyi yolu seçir. Bunun qarşılığında isə Allahın razılığını, rəhmətini, cənnətini ümid edərək yaşayır və vicdanına uyğun özəl ömür sürür. Bu gözəl əxlaqa sahib olanların həyatını Allah Quranda belə bildirmişdir:
Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul edərlər!O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar– məhz onları (gözəl) axirət yurdu gözləyir-.(Rə‘d Surəsi, 19-22)
Gün ərzində küçədə gəzərkən qarşılaşacağınız hər hansı bir insanı dayandırıb o an ağlından keçənləri soruşsanız, bir çoxu sizə qayğılarını, gələcəyə ya da bir neçə saat sonrası ilə bağlı qorxularını, bir neçə gün əvvəl başına gələnlərlə əlaqədar duyduğu peşmançılıqları, çətinliklərini izah edəcək. Bir çoxunun axirətə istiqamətli hər hansı bir düşüncəsi yoxdur. Həmişə “günü başa vurmaq” üçün ora-bura gedib gəlirlər. Burada Allahın çox böyük bir sirri vardır. Bu sirri Allah Quranda:
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (Taha surəsi, 124) ayəsiylə bildirməkdədir.
İnsanlar dünya həyatının bəzəyinə aldanaraq Allahı və axirəti unutduqlarında Allah onlardan xoşbəxtliyi, sevgini, vicdan rahatlığını, sevinci alar. Cahiliyyə təlqinləriylə yaşayan insanlar, saxta əyləncələr, saxta xoşbəxtliklər, keçici həvəslərlə əylənib, çətinlik, qorxu və iztirab dolu həyat yaşayırlar. Axirətdə yaşayacaqları peşmançılıq və Allahı, dünyaya gəliş məqsədlərini unudaraq ömür sürməyin qarşılığı olaraq görəcəkləri əzab isə çox böyükdür:
Pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır! (Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin məskəniniz Cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır!(Casiyə surəsi, 33-34)
İman sahibi insan isə, Allaha dost olar, hər etdiyində Ona yönəlib, Ona sığınar. Onu yaradan, sahib olduğu bütün nemətləri ona verən və bunların nemət olduğunu bildirərək yaşadan, ona iman nəsib edən Rəbbimizə olan sevgisini ən gözəl şəkildə göstərmək, Onun razılığına uyğun yaşamaq istəyindədir. İçindəki Allah qorxusu doğru yolu tapmasını və həmişə Allahı razı edəcək seçimlər etməsini təmin edir. Əsl yurdunun axirət olduğunu bilərək saxta qorxulardan, dünyaya xas çətinliklərdən təmizlənmiş, tərtəmiz həyat sürər. Allahın razılığını, rəhmətini, cənnətini ümid edərək, Allahın ona verdiyi nemətlərin sevincini yaşayar. Allah, belə təmiz ağılla və səmimi qəlblə Ona yönələn quluna dünyada da axirətdə də gözəlliklər bəxş edər. Və bu səbəblə sahib olduğu iman insana bəxş edilən ən böyük nemətdir.
Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir? – deyə soruşduqda isə onlar: “Xeyir (nazil etmişdir)” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! (Nahl surəsi, 30)
Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir! (Hadid surəsi, 21)


Geri dön

Inciciceyi

  • 7 iyun 2011 11:19
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 19 yanvar 2011 23:30
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox yaxsi alionib tesekkurler...........

--------------------

Ulya

  • 15 yanvar 2011 21:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli idi

MuslimGirl

  • 15 yanvar 2011 14:29
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Tesekkurler. Allah razi olsun!

angel_1

  • 15 yanvar 2011 11:25
  • Məqalə: 16
  • Şərh: 89
  • Bal:
{awards}
eziyyete gore cox sagol! feel

L_SimuS

  • 15 yanvar 2011 00:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur yaziya gore

YazYamuru

  • 14 yanvar 2011 22:39
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: CrazyGirl
eziyete gore Teshekkur

belay

--------------------



Cici-Kiz

  • 14 yanvar 2011 21:00
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
[b]Allah razi olsun sizden, belə gözəl xəbərə gorə. İman Gətirən insanlar hər zaman Tanri qatinda məqam qazanmiş olar. Allah bizi saleh bendelerinden qərar versin inşallah![/b]

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

JISTEN TIMBERLAND

  • 14 yanvar 2011 20:58
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
eziyyete gore hamminiza twk

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

nilayka

  • 14 yanvar 2011 20:51
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

CrazyGirl

  • 14 yanvar 2011 20:47
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
eziyete gore Teshekkur

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}