Məzara niyə çiçək qoyulur?

 
Məzara niyə çiçək qoyulur?

Heç düşündünüzmü, niyə bir insan vəfat edəndə onun məzarına gül-çiçək qoyulur? Bu suala aydınlıq gətirmək üçün qəbir üstə gül düzülməsi adətinin ilk dəfə harda yaranmasından və ümumiyyətlə, məzara gül düzülməsinin anlamından bəhs edəcəyik.

Gül-çiçək pis ruhları qovur?

Arxeoloji qazıntılar zamanı qədim məzarlarda çiçək izinə çox nadir hallarda rast gəlinir. Aydın məsələdir, çünki, çiçəklər çox incədirlər və tez quruyub məhv olurlar. Ona görə də yüzillər sonra onların qalığına rast gəlmək olmaz. Amma istisna hallar da olur.

Arxeoloji tapıntılara görə, ilk dəfə məzara çiçək düzülməsi adəti Misirdə yaranıb. Misir fironu Tutanhamonun eradan öncə 1346-cı ildə öləndə məzarının çiçəkdən əklillərlə bəzədildiyi məlum olub. Şimali Avropada isə miladdan öncə 2000-ci illərə qədər məzara çiçək qoyulduğu aşkarlanıb. O zamanlarda bu çiçəklərin məzara düzülməsində məqsəd yaxşı ruhları çəkmək, pis ruhları qovmaq olub.

Araşdırmaçıların söylədiyinə görə, güllərin məzara qoyulmasının digər bir səbəbi də cəsədlər çürüyərkən çıxan qoxunu ört-basdır etmək məqsədi olub. Deyə bilərsiniz ki, güllərin nə qədər ömrü var ki, cəsəd iyini də örtsün? Mütəxəssislər belə düşünmürlər.
Araşdırmaçı Seyran Ağayev deyir ki, qədim Misirdə bunu da düşünən insanlar ətri uzun müddət qalan ağacların çubuqlarından və çiçəklərindən istifadə ediblər. Məzarlıqda sərv ağaclarının çox əkilməsi də bu səbəbdəndir. Bu ağac gözəl iy ifraz edir. Sərv ağacının odununu yandıranda çox gözəl ətir yayılır. Yağış yağanda, ağac yaş olanda da bu iy saçılır.

Bəlkə də çoxlarınız məzarlıqdan qorxursunuz, amma sərv ağaclarının gözəlliyi, yaydığı rayihə bu qorxunu bir az azaldır.

Ayrıca, bizim ölkəmizdə becərilməyən bir çox ağaclar da var ki, onların qabığından, budaqlarından və kökündən ətir və müxtəlif qoxulu aksessuarlar hazırlanır. “Buxur” və ya “blaqoveniye” adını eşitmiş olarsınız. Bu ətirli çubuqlar sözügedən ağaclardan hazırlanır.
Cənazə evinə əklil və ya gül gətirilməsi az qala bütün xalqların mədəniyyətində var. Seyran Ağayevin sözlərinə görə, qədim mədəniyyətlərdə bir insan vəfat edəndə digər insanlar bunu normal qarşılayırdılar: “İnsanlar hələ o zaman anlayırdılar ki, insanın ölməsi
onun yox olması demək deyil. Əgər içimizdən biri vəfat edirsə, bu yalnız dünyadan-dünyaya keçid deməkdir. Ölən onun bədənidir, cismidir, ruh isə əbədi var. Qədim mədəniyyətlərdə (məs. şumerlərdə, hindlilərdə, şaman türklərdə və s.) bunu anlayan insanlar ölümü toy-bayram kimi qəbul edirdilər, ruhun azadlığını alqışlayırdılar, bədənini dəyişən ruhun yeni həyatının olacağına inanırdılar. Elə buna görə də məzara gül-çiçək düzürdülər, bayram əhvalı yaratmaq üçün”.

Məzara gül qoyulması İslam adəti deyil

Müsəlman din xadimlərinin sözlərinə görə isə, məzara gül-çiçək qoyulması, cənazə evinə əklil və ya çələng aparılması adəti xristianların adətidir və müsəlmalığın caiz bir adət deyil. Şərqşünas Hacı Seyid Camal da Milli.Az xəbər portalına açıqlamasında bu bilgini təsdiqlədi: “Məzar üzərinə çiçək, çələng, əklil qoyulması ənənəsi İslamda olmayıb. Yəni, bu, İslama xas bir adət deyil. Əslində, bu adət o qədər də vacib bir şey deyil. Bunun yerinə vəfat edənin ruhuna dualar oxumaq, onun ehsanına acları doyurmaq daha savab sayılır. Təbii ki, məzara qoyulan güllər ölənə ehtiramın göstəricisidir, amma hər şeyin ifratı cansıxıçıdır.”


Geri dön

CandyGirl

  • 19 yanvar 2011 23:32
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
cox yaxsi alinib allah razi olsun/////

--------------------

Ulya

  • 15 yanvar 2011 21:36
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
maraqlidi

-=EFSANE-XANIM=-

  • 15 yanvar 2011 20:35
  • Məqalə: 8
  • Şərh: 842
  • Bal:
{awards}
welale,
WELALE XANIM,XAHIW EDIREM OLULERE BELE SOZ ATMAYIN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

angel_1

  • 15 yanvar 2011 11:24
  • Məqalə: 16
  • Şərh: 88
  • Bal:
{awards}
bunu esitmisdim
twk

Lindo

  • 15 yanvar 2011 10:43
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
tesekkurler maraqli movzudu

welale

  • 15 yanvar 2011 09:47
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
herden durub iylesinler

Deniz_Gözlüm

  • 15 yanvar 2011 09:46
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Təşəkkür maraqlıdı.Allah bütün ölənləra rəhmət etsin

welale

  • 15 yanvar 2011 09:45
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
tewekkur

Made_In_Bakinka

  • 15 yanvar 2011 01:30
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tesekkurler xebere gore maraqli idi

L_SimuS

  • 15 yanvar 2011 00:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur maraqli melumat ucun

sevgim

  • 14 yanvar 2011 22:51
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
maraqli melumatdi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

YazYamuru

  • 14 yanvar 2011 22:36
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
Sitat: AYSE17
TWK XEBERE GORE ALLAH BUTUN OLENLERE REHMET ELSIN

AAAAMİİNNN

--------------------



Cici-Kiz

  • 14 yanvar 2011 21:10
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Etrafli melumat ucun cox sag olun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 14 yanvar 2011 21:06
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
twk laughing

--------------------

CrazyGirl

  • 14 yanvar 2011 20:58
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
tesekkur...

--------------------
Sən varsansa həyat çox gözəl!

JISTEN TIMBERLAND

  • 14 yanvar 2011 20:56
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
eladi cox sgaolun xebere gore hamminizi seher saat 12 de gozdeyirem sehidder xiyabaninda

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 67
Cəmi: 734
 
The Shield
Xəbərləri: 66
Cəmi: 83
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 47
Cəmi: 476
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 207
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}