Quran nəyi istəyibsə, o da onu diləyib

 
Quran nəyi istəyibsə, o da onu diləyib


Quran nəyi istəmişsə, O da onu diləmişdir. Ancaq O, Quranda konkret və təməl prinsipləri ilə qısaca izah edilən məsələləri təfsir; təfsilata ehtiyac duyulan mövzuları da təfsil edərək fəsil-fəsil bizim nəzərlərimizə təqdim etmiş və hər şeyi anlaya biləcəyimiz bir hala gətirmişdir. O, bəzən mütləq şəkildə verilən məsələləri müəyyən şərtlərə bağlamış, bəzən də müəyyən şərtlərə bağlamış olduğu məsələləri daha geniş bir çərçivəyə salaraq mövzuya fərqli bir lətafət və ayrı bir dərinlik qazandırmışdır. Bu baxımdan, Onun söz, hərəkət və təqrirləri (qərarları, seçimləri, göstərdiyi istiqamət) Quranı-Kərimin ruhunda gizli olan potensial ölçüləri ortaya çıxarma əməliyyatından başqa bir şey deyil. Buna görə də , Onu tanıyıb anlama, eyni zamanda Quranı tanıyıb anlamaq deməkdir. Bu nöqtədə Quranın ifadəsi ilə, “Kim Rəsula itaət etsə, Allaha itaət etmiş olar” (Nisa, 4/80). Yəni, “Rəsula itaət edən, qarşısında qolları bağlı əmrə müntəzir dayanıb, “Ləbbeyk” (Buyurun, əmrinizə hazıram) deyən, Allaha “Ləbbeyk” demiş olar.”

***

Bəli, İnsanlığın İftixarı (s.ə.s.) bütünlüklə bəşəriyyətin əyri-üyrü yollardan xilas olub, doğru yola çatmasına səbəb olan Hidayət günəşidir ki, Quran: “Sən doğru yola hidayət edirsən” (Şura, 42/52) ifadəsi ilə Onun bu yönünü izah edir. Bəli, hidayət Allahdandır. Allah-Təala istədiyini hidayətə yetişdirər. Peyğəmbərlərin vəzifəsi risalətdir, yəni Allah-Sübhanə-Təaladan gələni, yəni vəhyi olduğu kimi təbliğ etmək, insanları Haqq yola dəvət etməkdir. Hətta Qurani-Kərimdə Sevimli Peyğəmbərə (s.ə.s.) xitabən belə buyurur ki, onlar hidayətə yetişmədilər deyə Özünü çox üzməsin. Bir bəndənin hidayətə yetişməsi Allah-Sübhanə-Təalanın o bəndəsinə ən böyük mükafatıdır, lütfüdür.

Amma bu da bir həqiqətdir ki, Allah-Təala hidayətin yolunu göstərir və o yolun da Qurana və Quranı həyatına hakim qılan Sevimli Peyğəmbərin yoluna təslim olmaqdır.

Beləliklə, Əfəndimizin (s.ə.s.) bizdən istədiyi maddi-mənəvi şeylər, eyni zamanda Quranın da istədiyi şeylərdir.

Heç şübhəsiz ki, Quranın da, Peyğəmbərimizin də özünü müsəlman adlandıran hər kəsdən ən böyük istəklərindən biri dünyanın dörd bir tərəfində “İlayi-kəlimətullah” həqiqətini təmsil etməkdir. İlayi-kəlimətullah, Allahın onsuz da uca olan adının, tərəfimizdən ucalaşdırılaraq bayraqlaşdırılması, minarələrin başında mahyalar (Ramazanlarda, qəndillərdə və ya bayramlarda qoşa minarəli məscidlərdə iki minarə arasına gərilmiş ipə asılmaqla işıqlarla yazılan yazı və ya çəkilən rəsm) halına gətirilərək, bütün görən gözlərə və eşidən qulaqlara eşitdirilməsi deməkdir.

İlayi-kəlimətullah, Allah adının dünyanın hər yerində hakim olmasına çalışmaq, Allah əmrinin dünyaya hakim olması üçün hər şeyini fəda edə biləcək məqama yüksəlməkdir.


Mərhum Yəhya Kamalın “Azan” şeiri həm çox dərin, həm çox mənalı, həm də çox zövqlü bir ifadə lətafətinə malikdir:

”Əmri-büləndsən, ey Azanı-Məhəmmədi,
Kafi deyil sədana cahanı-Məhəmmədi.

Sultan Səlimi-Əvvəli (Birinci) ram etməyib əcəl,
Fəth etməli idi aləmi şanı-Məhəmmədi.

Göy nura qərq olur, neçə yüz min minarədən,
Qanad açınca ruhi-rəvanı Məhəmmədi.

Cümlə Ərvah (ruh, canlar) görər Allahu Əkbəri,
Əks eyləyincə ərşə lisani-Məhəmmədi.”


Bəli, Quranın və Nəbilər Sərvərinin (s.ə.s.), əvvəla bizdən istədiyi şey, bu şeirdə tam ifadəsini tapan yüksək ideal və ülvi məfkurənin dünyanın dörd bir tərəfinə yayılması və bu şəkildə işığa həsrət bütün könüllərin Məhəmmədi bir ruhla işıqlandırılmasıdır.

İkinci olaraq; bu millət, xaricdən qaynaqlanan müxtəlif dinsizlik və anarxiya hərəkatları ilə acı-acı inləmişdir. Yaradılış həqiqəti yerinə təkamülün hər yanda rəvac tapdığı, darvinizmin bütünlüklə bir büt halına gətirildiyi, nihilizmin qızışdırıldığı elə ağır və fəlakətli günlər yaşanmışdır ki, bu dövrdə çoxları bu sarsıntıdan özünü qurtara bilməmişdir. Çoxlarının başı dönmüş, baxışları bulanmış və öz şəxsiyyətlərini inkar edəcək hala düşmüşlər. Dinsizliyə, inkara əsaslanan bu cərəyanlar, elə iddialı, elə dəbdəbəli və elə ovsunlayıcı idi ki, böyük saya biləcəyimiz nə qədər düşüncə və fikir adamları belə atəşə şığıyan kəpənəklər kimi o cazibəyə qapılıb məhv olurdular.


Əfəndimizədən (s.ə.s.) əvvəlki illərdəki o tük ürpərdən cahilliyini, dünyanın o dövrdəki talesiz nəsilləri bir kərə təkrar yaşayırdı. Çin Səddindən Asiya səhralarına, oradan da Avropanın içərilərinə qədər böyük bir dünyada, küfr və dəlalət sanki bir tufan halını almış və qabağına qatdığı nəsilləri məchul bir nöqtəyə doğru sürüyüb aparırdı. Hətta bu xaosda inanmış könüllər belə küfr radioaktivi ilə elə soyuqlayıb yatağa düşmüşdülər ki, hədisin ifadəsi ilə “zökəm” olmuşdular və 50-60 il bellərini dikəltmələri mümkün görünmürdü. Hələ bu dünyada din, peyğəmbər, keçmiş tanımayan və başqalarının nəğmələrini söyləyən insanlar varsa, bunlar çox ağır yaralar aldığımız o dövrün zərədidələridir. Siz məhz, ilayi-kəlimətullah ruhunun dünyanın dörd bir tərəfində yenidən qanad açması naminə “çiyinlərimizə İlahi lütf olaraq qoyulmuş” bir müqəddəs vəzifənin arıları kimisiniz. Məhəmmədi ruhu bal pətəkləri kimi bütün könüllərə işləyəcək və hər kəsə inancın, əmin-amanlığın şəkər-şərbətini təqdim edəcəksiniz. Hətta elə şəkər damlaları meydana gətirəcəksiniz ki, okeanların içinə atıldığı zaman onları belə şəkər-şərbətə çevirəcək. Kiçikliyiniz içində bütün dünyaları dadlandıracaq və Yəhya Kamalın ifadəsi ilə “sıxıntılı” görünəcək, lakin həmişə “mualla” (məqamı yüksək) olacaqsınız və İnsanlığın İftixarının (s.ə.s.) işıqlı bəyanlarını onlara həsrət könüllərə çatdırmaqda bir an belə itirməyəcəksiniz...


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 7 sentyabr 2013 22:02
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
ALLAH razi olsun

--------------------

ღLovelyღ

  • 3 sentyabr 2013 17:13
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Roya_____

  • 3 sentyabr 2013 14:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun wekerım

WITH_YOU

  • 3 sentyabr 2013 08:13
  • Məqalə: 0
  • Şərh: 1724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
LƏNKƏRANLIYAM ..... (TALIŞ)
VƏƏƏ BUNUNLA DA "ÇOX FƏXR EDİRƏM" !!!

^^KuKuLKa^^

  • 3 sentyabr 2013 00:51
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Göy nura qərq olur, neçə yüz min minarədən,
Qanad açınca ruhi-rəvanı Məhəmmədi.

--------------------

.::Fidaw::.

  • 2 sentyabr 2013 23:38
  • Məqalə: 3
  • Şərh: 1068
  • Bal:
{awards}
Allah razi olsun

pessimistka hebibe

  • 2 sentyabr 2013 20:17
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
Allah raziolsun...

Optimistka Ilicka

  • 2 sentyabr 2013 20:09
  • Məqalə: 0
  • Şərh: 708
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
UzUm GuLe BIlEr IcIMi KIm BiLE bIlERki?!?!

''Niye uzgunsen?''- sualina cavab axtarmaqdan ve bunu gizletmek uchun gulumsemekden yorulmusham

yalniz SEN

  • 2 sentyabr 2013 19:48
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN
TEWEKKUR

--------------------
sanmaki getdiyin ucun uzulurem yox!cunki getmisense yanimda yerin olmadigi ucun getmisen!!!!("O"na aid deyil )en yaxin dostum Ureyim senin ucun cox darxrammmm

ADA GirL

  • 2 sentyabr 2013 19:30
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razi olsun tesekkur

^^KuKuLKa^^

  • 2 sentyabr 2013 19:25
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

ღ★Yağmur★ღ

  • 2 sentyabr 2013 19:06
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

-chanel-

  • 2 sentyabr 2013 18:45
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
________________ALLAH RaZI oLSuN________________

HUSEYN ASHIQI

  • 2 sentyabr 2013 18:34
  • Məqalə: 84
  • Şərh: 2550
  • Bal:
{awards}
Allah Razi olsun inwAllah

--------------------



Eger menim Şie olmağim kimise narahat edirse------>Men bu narahatciliğa göre fexr edirem (Alhamdul'illah)

^^KuKuLKa^^

  • 2 sentyabr 2013 18:18
  • Məqalə: 767
  • Şərh: 11559
  • Bal:
{awards}
Sultan Səlimi-Əvvəli (Birinci) ram etməyib əcəl,
Fəth etməli idi aləmi şanı-Məhəmmədi.

--------------------

Elza Hüseynli

  • 2 sentyabr 2013 18:15
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Tewekkurlerrrrrrrrr

Roya_____

  • 2 sentyabr 2013 18:03
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun wırınım

★CiM_BoM★

  • 2 sentyabr 2013 17:47
  • Məqalə: 7
  • Şərh: 1132
  • Bal:
{awards}
Allah komeyiniz olsun

--------------------

XeyaleR

  • 2 sentyabr 2013 17:47
  • Məqalə: 0
  • Şərh: 107
  • Bal:
{awards}

”Əmri-büləndsən, ey Azanı-Məhəmmədi,
Kafi deyil sədana cahanı-Məhəmmədi.

Sultan Səlimi-Əvvəli (Birinci) ram etməyib əcəl,
Fəth etməli idi aləmi şanı-Məhəmmədi.

Göy nura qərq olur, neçə yüz min minarədən,
Qanad açınca ruhi-rəvanı Məhəmmədi.

Cümlə Ərvah (ruh, canlar) görər Allahu Əkbəri,
Əks eyləyincə ərşə lisani-Məhəmmədi.”


--------------------
SENSIZ OLMAZ

so_sad

  • 2 sentyabr 2013 17:37
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
Allah razi olsun

Milyonerka

  • 2 sentyabr 2013 17:33
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 15
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}