Qohum evliliyi

 
Qohum evliliyi

Müasir dövrün bəlası adlandırılan talassemiya ilk dəfə 1925-ci ildə, Aralıq dənizi sahilində yaşayan əhalidə Amerika pediatrları Tomas Koley və Perl Li tərəfindən aşkarlanıb. Elə talassemiya sözünün mənası da tərcümədə «aralıq xəstəliyi» deməkdir. Alimlər çox çalışsalar da getdikcə bütün dünyanı bürüyən bu bəlaya qarşı müalicə tapmayıblar. Aralıq dənizi sahillərində dünyaya gələn uşaqların 70 faizi bu bəla ilə doğulur.

Talassemiya nədir:

Talassemiya hemoqlobin istehsalı zamanı yaranan zülal çatışmazlığıdır. Zülal qırmızı qan hüceyrəsində olur. O, oksigenin ağciyərlərdən bütün bədənə nəql edilməsində böyük rol oynayır. Eyni zamanda o qana qırmızı rəng verir. Yeniyetmələrdə hemoqlobin 4 elementin birləşməsindən yaranır. Bu elementlərə «zülal zənciri» deyilir. Hemoqlabin zülalına aid olan genlər mutasiyaya uğradıqda işləmir. Onlar düzgün hemoqlabin hazırlamır. Belə halda ağ qanın miqdarı artır.

Zülal zənciri pozulduqda talassemiya yaranır. Talassemiya bir növ anemiya xəstəliyini xatırladır. Amma bu, anemiyanın daha ağır və sağalmaz formasıdır. Talassemiya yoluxucu xəstəlik deyil.

Talassemiya irsi qan xəstəliyi olub, iki növə ayrılır: talassemiya daşıyıcısı və böyük talassemiya xəstəliyi.

Talassemiya daşıyıcısı olan xəstələr sağlam insandan fərqlənmir. Onlarda yüngül anemiya halları aşkarlanır. Bu hal uzun müddət «sakit» qala bilir. Elə bu səbəbdən də çoxları talassemiyanın daşıyıcısı olduğunu təsəvvürünə belə gətirmir. Onlar daşıyıcı olduqlarını yalnız hematoliya müayinəsindən keçərkən təsadüfən öyrənirlər.

Talassemiya daşıyıcılarının digər xəstəliklərə meyili də artmır. Onlarda fiziki və əqli cəhətdən zəiflik meydana çıxa bilməz. Amma nə qədər müalicə edilsə də onlarda talassemiyanın birdəfəlik yox edilməsi mümkünsüzdür.

Talassemiya daşıyıcısı olan xəstə ağır vəziyyətdə olmasa da onlar bu xəstəliyi irsi olaraq övladlarına ötürürlər. Çox vaxt talassemiya daşıyıcıları öz xəstəliklərindən övlad dünyaya gətirdikdən sonra xəbər tuturlar.

Onların xəstəliyi öz uşaqlarına ötürmə risqi 50 faizdir.

Böyük talassemiya xəstəliyin daha ağır formasıdır. Bu zaman xəstənin qanında ağ qan daha çox olur. Belə xəstələr daim ciddi nəzarətdə olmalıdırlar.

Xəstəliyin əlamətləri:

Anadangəlmə xəstəlik olan talassemiya bir müddət gizli keçə bilir. 3-11 aylığından sonra uşaqlarda hemoqlobin çatışmazlığı özünü göstərməyə başlayır.

Bu halda körpənin rəngi solğun olur. İştahasızlıq, qusma halları baş verir. Körpə vaxtlı-vaxtında yatmır, yuxusuzluqdan əziyyət çəkir. Onlarda tez-tez boğulma halları olur. Xəstə tez yorulur.

Getdikcə inkişafdan qalan uşaq yaşıdlarından fiziki cəhətdən seçilməyə başlayır.

Böyük talassemiya həm də daxili orqanlara təsir edir. Talassemiya insanda get-gedə başqa xəstəliklərin yaranmasına da gətirib çıxarır. Qaraciyər və dalaqda problemlər yaranır, ürək çatışmazlığı aşkarlanır, sümüklərdə dəyişikliklər baş verir. Sonda bu xəstəlik zahiri görünüşün tamamilə dəyişməsinə gətirib çıxarır.

Talassemiyanın yaranma səbəbi:

Talassemiya xəstəliyinin yaranmasına səbəb olan ilkin amillərdən biri də qohum evliliyidir. Amma bunu tək səbəb kimi qəbul etmək düzgün deyil. İki talassemiya daşıyıcısı və ya xəstəsinin evlənməsi də talassemiyalı körpənin doğulmasına səbəb olur.

Xəstəlikdən qurtulmaq üçün..

Talassemiyanı birdəfəlik müalicə etmək mümkün deyil. Xəstə ömrü boyu həkim nəzarətində olmalıdır.

Müasir dövrdə ən çox istifadə edilən müalicə növü 3-4 həftədənbir xəstəyə qan köçürülməsidir. Yaş artıqca bədən daha çox qana ehtiyac duyur və hər 2 həftədənbir qan köçürmək lazım gəlir. Köçürülən qanda olan eritrositlərin tərkibindəki dəmir, qida ilə bağırsağa daxil olan dəmirlə birləşir. Nəticədə, qandakı dəmirin miqdarı artır. Ona görə də xəstəni talassemiyadan müalicə etməklə yanaşı ona həm də dəmirin miqdarını azaldacaq dərmanlar vermək lazımdır. Xəstə pəhriz saxlamalıdır. Ən əsası isə dəmirəqarşı dərman qəbul edərkən portağal şirəsi içmək lazımdır.

Talassemiya xəstələrinə həkim müalicəsi ilə yanaşı psixoloq yardımı da göstərilməlidir. Çünki belə insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hesab edirlər.

Ən əsası isə.. Əgər valideynlər qohumdursa, hamiləlikdən əvvəl müayinədən keçməli, genlərin uyğun gəlib-gəlmədiyini öyrənməlidirlər.

Diqqət:

• Talassemiya xəstəsi sağlam şəxslə ailə qurarsa, uşaqları normal doğular.

• Talassemiya xəstəsi talassemiya daşıyıcısı olan biri ilə evlənərsə, övladının da talassemiya xəstəliyi ilə doğulma ehtimalı 50 faizdir.

• İki talassemiya daşıyıcısı evlənərsə, uşaqlarının 50 faiz talassemiya daşıyıcısı, 25 faiz xəstə, 25 faiz isə sağlam doğulacağı ehtimalı var.

• İki talassemiya xəstəsi evlənərsə, bütün uşaqları xəstə doğular.

Azərbaycan Talassemiya Assosiasiyasının prezidenti Nailə Quliyeva:

«Talassemiya təkcə ölkəmizdə yox, bütün dünyada ən çox rast gəlinən xəstəlikdir. Çoxları bunu bir xəstəlik hesab edir. Amma insanı ömrüboyu əsarətində saxlayan talassemiya bir xəstəlik yox, gen dəyişikliyidir. Talassemiya daşıyıcıları xəstə olmurlar: onlar hamı kimi gəzir, məktəbə gedir, ali təhsil alır, işləyirlər. Talassemiya diqqət, qulluq tələb edir. Belə insanlara daim qan köçürməklə onlara yardım etmək mümkündür. Qan köçürüləndə dəmirə qarşı müalicələrin edilməsi də mütləqdir. Bu dərmanlar çox bahalı olduğundan onlar dövlət tərəfindən xəstələrə pulsuz paylanılır. Valideynlər tərkibində dəmirin miqdarı çox olan qidaları bilməli, uşağı onlardan uzaq tutmağa çalışmalıdırlar. Ən əsası belə insanlara mal əti və alma yemək qadağandır.

Belə insanlar 60-70, hətta daha çox yaşaya bilirlər. Bəziləri talassemiyadan tamamilə qurtulmaq üçün ilik transplantasiyasına müraciət edir. Bu, təhlükəli bir haldır. Yaxşı olar ki, talassemiyanın müalicəsi vaxtlı-vaxtında aparılsın. Mən də, oğlum da talassemiya daşıyıcısıyıq. Heç vaxt ilik əməliyyatını düşünməmişəm.

İndi ölkəmizdə hər 12 insandan biri talassemiya daşıyıcısıdır. Rəqəmlərin artma ehtimalı da yüksəkdir. Bunun qarşısını almaq üçün gəncləri məlumatlandırmaq lazımdır ki, nikahdan əvvəl həkim müayinəsindən keçsinlər. Ümumiyyətlə, bu xəstəliklə bağlı insanlara çox az məlumat verilir.

Dünyanın bir çox yerində belə bir qanun qəbul edilib ki, nikahdan əvvəl gənclər müayinədən keçməli, əgər valideynlərdən hansısa talassemiya daşıyıcısıdırsa, hamiləliyin 4-8 həftəliyində ciddi yoxlanmalıdır. Bu qanun Türkiyədə talassemiya daşıyıcılarının sayını son bir ildə 80 faiz azaldıb.

İndi ən acınacaqlı hal odur ki, talassemiya daşıyıcılarında Hepatit C xəstəliyi olduqca çox rast gəlinir. Buna səbəb, qanvermə zamanı götürülən qanın yoxlanılmadan talassemiyalılara köçürülməsidir. Hepatit C-nin müalicəsi zamanı istifadə edilən dərmanların əksəriyyəti isə talassemiyalılara qadağandır. Bu səbəbdən də talassemiyalıların çoxu dünyasını dəyişir. Valideynlər qan köçürülən zaman diqqətli olmalıdırlar. 7 yaşdan yuxarı insanlardan götürülən qanlarda Hepatit C-yə rast gəlmə ehtimalı 80 faizdir».

Ayın məsləhəti:

Dünyaya sağlam körpə gətirmək üçün

• Hamiləlik dövründə gündə 4 stəkan süd içmək lazımdır.

• Həftənin 5 günü yumurta yeyməlidir. Bu, körpənin dəmirlə təmin olunmasına kömək edəcək.

• Hamilə qadın gündə ən az 2 saat təmiz havada gəzməlidir. Bu körpəni oksigenlə təmin etmək üçün vacibdir.

• Gündə iki dəfə ət, toyuq və ya balıq yeməlidir.

• Gündə ən az 2 litr təmiz su içilməlidir.

Ayın tapıntısı:

Amerika alimləri aşkar ediblər ki, allergiyanın yaranmasına səbəb, qanda fol turşusunun (vitamin B9) çatışmamazlığıdır. 8 min insan arasında aparılan araşdırmada qanında fol turşusunun az olduğu insanların hamısında allergiya xəstəliyi aşkarlanıb. Onlar sübut ediblər ki, fol turşusu orqanizmin allergiya və astmaya qarşı müqavimətini artırır. 20 yaşdan yuxarı insanlar gündə 400 mkr. fol turşusu qəbul etməlidirlər.

Fol turşusu kökün, göyərtinin, qozun və paxlalı bitkilərin tərkibində olur.


Geri dön

CandyGirl

  • 20 yanvar 2011 12:17
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkurler yaxsi hazirlanmisdi[b][/b]

--------------------

-=EFSANE-XANIM=-

  • 15 yanvar 2011 20:23
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
qohum dedikde mene ele gelir bu qan qohumluguna aiddir. bibi qizi dayioglu cutluyunde tehluke ola bilmez.

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Ulya

  • 15 yanvar 2011 19:15
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

_PESSIMIST_SINDY_

  • 15 yanvar 2011 18:12
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
[b[]MENE QOHUM EVLILIYI COX QERIBE GELIR,OLMASA YAXSIDI,BELE XESTELIKLERIN DE [/b]YAYILMA FAIZI AZALAR.

--------------------
" NOTHING IS PERFECT "

CrazyGirl

  • 15 yanvar 2011 16:45
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkur bunu bilrdim no

--------------------
Sən varsansa həyat çox gözəl!

OK

  • 15 yanvar 2011 16:12
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Cowardly

  • 15 yanvar 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
mende qohum evliliyine qarsiyam cunki gelecekde ola bilsinki cox ciddi fesedlar ola biler.. burda yazilanlardan basqa men bilirdim ki gelecekde korpe dunyaya gelse o usaq qusurlu ola biler...ona gore eh cavanlar hemde ele boyukler gelecek korpeleri bedbext etmeyin..axi onlarda bezileri kimi saglam heyata layiqdiler...... belay

Cici-Kiz

  • 15 yanvar 2011 14:15
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Tesekkurler bu haqda oxumusam, amma tekrar yada saldiginiz ucun tesekkurler size!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

FERID_HESENLI

  • 15 yanvar 2011 11:34
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
men qohum evliliyine qarsiyam cunki bunu aciklamasi uzundu burda aciklaya bilmerem xbere gore tesekkur

Lindo

  • 15 yanvar 2011 11:09
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
menim xoshum gelmir qohum evliliyinden
twk

MY_SWEET_FRIEND

  • 15 yanvar 2011 11:01
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
AY ALLAH NIFRET EDIREM QOHUM EVLILIKLERINE,EGER EVLENSEN INDI O INSANLA QOHUM OLACAQSAN,YA SEVGILI?!
TESEKKUR DOSTIK.

--------------------
ßÁŚĶÁĹÁŔĨŃĨ ÁVÚŤМÁĶĹÁ ĶĔŃĎĨ ÁČĨĹÁŔĨŃĨ ÚŃÚŤÚŔŚÚŃ..

Tikanli qizilgul

  • 15 yanvar 2011 10:18
  • Məqalə: 4
  • Şərh: 20
  • Bal:
{awards}
nifret edirem qohum evliliyine. Biz oz geleceyimizi risk altina atiriq

L_SimuS

  • 15 yanvar 2011 00:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
men qohum evliliyine qarwiyam

tewekkur eziyyete ve maraqli xebere gore

JISTEN TIMBERLAND

  • 14 yanvar 2011 23:52
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
TWK XEBERE GORE


________________________________________________________________
GORUN KIMIN XEBERIDI MENIM DOSIM YERLIM Y_E_R_A_Z-86NIKININ COX SAGOLE DOSIM XEBERE GORE

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

nilayka

  • 14 yanvar 2011 23:48
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thank you what

--------------------

Made_In_Bakinka

  • 14 yanvar 2011 23:46
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Tesekkurler

YazYamuru

  • 14 yanvar 2011 23:46
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
QOHUM EVLİLİYİ XOŞUMA GƏLMİR!!! no

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}