Dünyanın ən məşhur aktyorlarından biri Maykl Duqlas xanımı, aktrisa Ketrin Zeta-Consdan ayrılandan sonra övladlarını yanında saxlamaq niyyətindədir.
13 illik nikahın dağılmasının təşəbbüskar və səbəbkarı Maykl Duqlasdır.
"Maykl bu günlərdə boşanma barədə rəsmi açıqlama verəcək. Ketrin nikahı qorumaq üçün əlindən gələni etsə də, heç nə alınmır", - ailəyə yaxın mənbələrdən biri deyib.
Son 4 ayda 68 yaşlı Duqlas və 43 yaşlı Zeta-Cons bir yerdə görünmürdüər. Ketrin psixi reabilitasiya klinikasında müalicə olunur, Maykl Duqlas isə qırtlaq xərçəngindən qurtulmağa çalışırdı.
Ketrinin dediyinə görə, onun psixikasının pozulmasının səbəbi ərinin ağır xəstəliyi idi.
Maykl Duqlas dünən iki övladını - 13 yaşlı oğlu Dilanı və 10 yaşlı qızı Kerisi - arvadı Ketrinə demədən Almaniyanın Frankfurt-Mayn şəhərinə aparıb.
Onların boşanması eyni zamanda 300 milyon dollarlıq varidatın da bölüşdürülməsidir.
İlkin məlumatlara görə, Maykl Duqlas və Ketrin Zeta-Consun boşanması barədə sentyabrın 22-də, "Emmy" mükafatının təqdimat mərasimindən sonra rəsmi açıqlama veriləcək.
Maykl Duqlasın tanışları və dostlarının dediklərinə görə, aktyor arvadının davranışına artıq dözə bilmir: "Ketrinin əhvalı qəflətən dəyişir. O, normal vəziyyətdə ikən qəflətən çılğına dönür. Maykl bütün bunlara dözsə də, artıq səbri tükənib".