O cox gozel idi!

 
O cox gozel idi!





O çox gözəl idi.Sanki dünyanın gözəlliyini gəzdirirdi üstündə.Əl ilə bəzədilmiş bahalı əşyalara bənziyirdi.Hər bir kəsin can atdığı bu bahalı neməti almaq heç kimə nəsib olmurdu.Bəlkə pulları yetmirdi,bəlkə də bu pulu verəcək cəsarətləri yox idi.O isə gözəlliyini itirmirdi...Gözlərini görən hər bir kəsin ağlını alırdı başınnan.Gülürdü hər zaman o gözəl üzü.Hər bir kəsi də güldürməyi bacarırdı.Amma sevmirdi...Həqiqətəndə bəzəkli əşyalara bənziyirdi.Cansız...Səssiz...Sevgisiz...Hər gün eyni küçələrdən keçərək məktəbə gedib gəlirdi.Dəyişmirdi yolunu heç.Hər gün onu bu yolun sonunda gözlüyən biri...Uzaqdan seyr etməyi sevirdi qızı.Qızdan xəbərsiz sevirdi onu.Məktəb yoldaşı idilər.Qız isə onu heç tanımırdı.Oğlan çox sadə,qızın gözəlliyi ilə müqayisə oluna bilmiyəcək biri idi.Ona görə də qız onu heç görməmişdi,ya da oğlan belə fikirləşirdi.Axı o çox gözəl idi.Gözəlliyi onun tək silahı idi.Sevirdi özünü,gözəlliyini...Xoşlanmırdı onu sevənlərdən.Onun təkliyi isə hər kəsi heyrətləndirirdi.Özünə layiqli biri yox idi yəni...?Yenə çıxdı məktəbdən.Eyni küçə eyni yollar və yenə eyni yolun sonuna gəldi...Və yenə də oğlan orda durub öz gözəlini uzaqdan seyr edirdi.Yaxınlaşmağa cürət etmirdi.Bəlkə bəyənmiyəcək,birdən acılasa,birdən bir daha yoluma çıxma desə...Yox oğlan buları gözə ala bilmirdi.Elə uzaqdan sevməyə razı idi onu.Qız oğlanın yanından keçəndə ayağı büdrədi.Oğlan tez özünü yetirdi tutdu əlindən qoymadı yıxılsın.Oğlan:

-Heç bir yanın əzilmədiki?

Qız cavab vermədi.Özünü düzəltdi.Başını qaldırdı gülümsədi oğlana və üzünü çevirib getdi.Oğlana dünyanın xoşbəxtliyini vermişdilər sanki.Gözəlçəsi gülümsəmişdi ona.Bütün gecəni onun gülüşünü yaddan çıxara bilməmişdi heç.Axı o çox gözəl gülürdü.Qız isə bütün yolu fikirləşmişdi oğlan haqqında.Bilirdi hər gün yolun sonunda oğlanın onu gözlədiyini.Fikirlərində yanılmadığına az da olsa əmin olmuşdu.Onu yalannan sevənlər kimi etdiyi kömək qarşılığında heç nə gözləməmişdi oğlan onnan.Qız gülə-gülə gəlmişdi o gün evə.Sanki canlanmışdı.Səhər dərsə daha fərqli bir insan kimi getdi.Amma bu dəfə yolun sonunda görmədi oğlanı.Narahat oldu.Bütün dərsi fikirləşdi.Görəsən niyə gəlməmişdi.Məktəbdə də gözləri onu axtardı.Yox idi...Tələsik çıxdı dərsdən.Tələsirdi yolun sonuna oğlanı görmək üçün.Və yolun sonunda yenə heç kim yox idi.Bir neçə gün belə davam etdi.Qız özü də başa düşmürdü nə baş verdiyini.Bircə dəfə belə danışmadığı insan üçün niyə bu qədər narahat idi.Daha bir neçə gün...Səhər yenə eyni yol ilə gəldi qız yolun sonuna.Uzaqdan gördü oğlanı gözləri gülümsədi.Günlərlə aradan itməsinin səbəbi özündə cəsarət toplamağa çalışırdı.
Oğlan öz sevgisini nəhayətki danışdı ona.Qorxurdu qızın cavabından.Onu itirmək qorxusu...Qız gülürdü yenə.Başını qaldırdı.Gülümsədi oğlana başını tərpətdi oğlanın sevgisini təsdiq edər kimi.O gündən sonra hər günləri birlikdə keçirdi.Xoşbəxt idilər.Amma bütün məktəb təəccüblənirdi bu bərabərliyə.Qıza dəli kimi baxırdılar.Oğlanı isə hər kəs xoşbəxt sayırdı.Nə idi onu digərlərindən fərqləndirən.Pul...?Yox...!O kasıb biri idi...O zaman gözəllik...?Yox...!O çox sadə biri idi.Sadə geyinirdi...Heç kəs başa düşmürdü qızın seçimini.Qızın seçiminin əslində tək cavabı var idi.Sadə insanların sevgisi çox mürəkkəb olur və qız əmin idiki oğlan onu tərk etmiyəcək,başqa birinə dəyişmiyəcək.Axı o çox gözəl idi.Oğlanın gözü başqasını görmüyəcəkdi.Çünki qızla oğlan arasında böyük fərq varıydı.Başqa yaraşıqlı oğlanlar kimi sadəcə vaxt keçirmək istəmirdi onunla.Qız isə bu oğlanla oları cəzalandırmışdı sanki...Bu düşüncələr isə qızın oğlanın sevgisinə olan ən böyük haqsızlığı idi.Düz deyirlər axi...”Gözəl qızlar sevmək üçün yox sevilmək üçün yaradılıb...Onlar Cansız...Səssiz...Sevgisiz...Bəzəkli əşya kimidirlər...”Amma fərqi yox idi artıq bunların.Çünki oğlan ikisinə bəs edəcək qədər çox sevirdi gözəlini...Tək həqiqət isə...O doğurdan da çox gözəl idi...


Geri dön

ozlem2010

  • 28 may 2011 22:53
  • Məqalə: 0
  • Şərh: 539
  • Bal:
COOOOOOOOOX BEYENDIM TESEKKURLER

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

::..ONSLAUGHT::..

  • 22 aprel 2011 22:32
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
xebere gore twk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Made_In_Bakinka

  • 2 fevral 2011 02:45
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
tanks very good

CrazyGirl

  • 18 yanvar 2011 09:09
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
teshekkur .......

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 18 yanvar 2011 00:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
heeeee

tewekkurler

Ulya

  • 17 yanvar 2011 22:22
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol yaziya gore

nilayka

  • 17 yanvar 2011 22:16
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
thank you..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 164
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 511
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}