Mercedes-Benz S-Class

 
Mercedes-Benz S-Class


Yeni nəsil flaqman sedanı “Mercedes-Benz S-Class”-ın meydana gəlməsinə ən tez reaksiya verən ilk tünerlərdən biri alman atelyesi “Brabus” oldu. O, bu yaxınlarda avtomobilin tənzimlənməsi üzrə kompleks proqram təqdim etdi.

Yüksək təbəqə üçün nəzərdə tutulmuş çox gözəl avtomobilin daxili və xarici görünüşü yeniləndi, asılqanın şəkli dəyişildi və eksklüziv dizaynlı təkər diskləri quraşdırıldı.
hər modifikasiyanın özünün texniki tüninq paketli güc aqreqatı var. “Brabus” atelyesində yenilənmiş 2014-cü ilin “Mercedes-Benz S-Class” sedanının dünyada ilk təqdimatı sentyabr ayında Frankfurtdakı avtoşouda keçiriləcək.

Kosmetik yenilənmə üç havaçıxıntısı və splitteri olan işlənmiş qabaq bamper, kandardakı əlavələr, ventilyasiya olunan qabaq qanadlar, arxa bamperdəki diffuzor və baqaj qapağının üstündəki kiçik spoylerlə məhdudlaşır. Eksteryeri “Brabus” emblemi, o cümlədən 19-dan 21-düymə qədər diametri olan dəbli təkər diskləri ilə bəzəyiblər. Diskləri bir neçə dizayn variantlarında və müxtəlif rənglərdə əldə etmək olar.

Şəkildə göstərilən avtomobilə qabaqdan 255/30, arxadan isə 295/30 ölçülərində şinlər “geyindirilmiş” müxtəlif enli 21-düymlük disklər quraşdırılıb. Tam ölçülü sedan klirensin 15mm-ə qədər azaldılması ilə daha da idmansayağı görünməyə başlayıb. Bu da pnevmatik asılqanın idarəetmə bloku sayəsində baş verib.

İnteryerin işlənməsində nazik bahalı “Mastik” dəridən və yüksək keyfiyyətli alkantaradan istifadə olunub. Dekor elementləri qismində yeni pedallar, qapı kandarlarındakı əlavələr və alman tünerinin loqotipi olan qapı rəzələri çıxış edir. Əlavə ödəniş etməklə lüks sinfinə məxsus sedanı qabaqcıl multimedia sistemi ilə təchiz etmək olar.

Daha çox məhsuldarlıq əldə etmək istəyənlər “BrabusPowerXtra” paketini sifariş edə bilərlər. Onun köməyi ilə S500 modifikasiyasının 4.7-litrlik V8 mühərrikinin gücü 455 a.g. və 700 Nm fırlanma anından 520 a.g. və 820 Nm-ə qədər artacaq. “BRABUS B50” yerindən 100 km/saata 4.2 saniyə vaxt sərf edir və maksimal sürəti 300 km/saatdır. Eyni paket 5.5-litrlik tvin-turbo mühərrikli “S63 AMG” variantında dəqiqədə 5500 dövr ilə 650 a.g. və dəqiqədə 2250-3750 dövr ilə 1000 Nm ala biləcək.

Mühərrikin elektron “beyin” tənzimlənməsi ilə yanaşı modifikasiya olunmuş turbokompressor, təkmilləşdirilmiş buraxma sistemi ilə nəticələnən daha ciddi yenilənmə faydalı iş əmsalını 730 a.g. və 1065 Nm-ə qədər artırır. Belə olan halda elektron sürət göstəricisi 325 km/saata çatır.


Geri dön

gunka love

  • 7 sentyabr 2013 19:28
  • Məqalə: 0
  • Şərh: 157
  • Bal:
Meqaleye gore tesekkurler.....

--------------------
Deyirler dunyada yuxudan sirin hec ne yoxdur.Yuxun gele-gele yatmirsansa,demeli heyatinda yuxudanda sirin kimse var...

Banned456

  • 7 sentyabr 2013 17:27
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)

LeLLi

  • 7 sentyabr 2013 13:42
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Tewekkurler :))

--------------------

Nerissa

  • 7 sentyabr 2013 13:17
  • Məqalə: 3
  • Şərh: 200
  • Bal:
{awards}
Twkler meqaleye gore...

--------------------
With time and patience the leaf of the mulberry becomes satin.

melek_19

  • 7 sentyabr 2013 13:08
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

Renesme

  • 7 sentyabr 2013 13:06
  • Məqalə: 8
  • Şərh: 2243
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

--------------------

Nazi_Odi

  • 7 sentyabr 2013 12:37
  • Məqalə: 36
  • Şərh: 5411
  • Bal:
{awards}
Mashin ucun tesekkurler=)

-chanel-

  • 7 sentyabr 2013 11:35
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
________________TeWeKKuRLeR________________

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 7 sentyabr 2013 11:27
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)

--------------------

Sabinka 189

  • 7 sentyabr 2013 10:35
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
tewekkurler:)

Roya_____

  • 7 sentyabr 2013 10:32
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
meqale ucun thansk=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}