Qadınlarda kişiləri cəlb edən 10 xüsusiyyət

 
Qadınlarda kişiləri cəlb edən 10 xüsusiyyət

Güclü cinsin marağını itirməmək üçün qadınlar bir qədər əlçatmaz olmalıdırlar

Hər bir qadın, bunu hətta gizlətsə də, bəyəndiyi kişini cəlb etmək, onun həyatında əsas insana çevrilmək arzusuyla yaşayır. Bəziləri üçün bu arzular gerçəkləşsə də, bəziləri üçün şirin xəyal kimi qalır. Bəs bunun səbəbi nədir? Biz hansı davranışımızla kişini cəlb edir və ya özümüzdən itələyirik?

Psixoloq Aygün Ağabalayeva verdiyi açıqlamasında dedi ki, qadınlarda kişiləri cəlb edən əsas 10 xüsusiyyət var. Əgər qadın bu xüsusiyyətləri özündə cəmləşdirə bilirsə, heç bir kişi ondan ayrılmağı ağlına belə gətirməyəcək.

1. İlk növbədə kişilər gözəl xarici görünüşə fikir verirlər. Qadının bədən quruluşu, mənalı baxışları, dodaqları, saçları, gözəl və səmimi gülüşü kişini cəzb edir. Bəzi kişilər üçün qadının saçının rəngi belə əhəmiyyət daşıyır.

2. Qadın gözəl ətrilə də kişiləri cəlb edir. Adətən kişilər qadınlardan tər iyi gələndə iyrənirlər. Lakin kəskin ətir iyi də onlara pis təsir bağışlaya bilər. Qadının ətri azca hiss olunan və valehedici olmalıdır. Həm də eyni ətirdən istifadə etməkə təkrarolunmaz ətrinizi yarada bilərsiz. Belə ki, o, həmin ətri duyanda sizin üçün darıxacaq.

3. Qadının zərifliyi, səmimiyyəti, təbii olması, sadəliyi, qayğıkeşliyi, özünə əmin olması kişinin qəlbini fəth etmək üçün əsas silahlarıdır. Hesab olunur ki, diqqətə və qayğıya qadının daha çox ehtiyacı var. Amma kişilər də əzizlənməyi, diqqəti və qayğını sevirlər.

4. Qadının kişiyə hörmət etməsi də yüksək qiymətləndirilir.

5. Qadının sadiqliyi də kişi üçün vacibdir. Kişi əmin olmalıdır ki, seçdiyi qadın çətin vəziyyətlərdə belə onu yalnız qoymayacaq. Belə ki, kişi güclü olmağına baxmayaraq, sevdiyi qadının dəstəyinə ehtiyac duyur. Qadın kişini özünə bağlamaq istəyirsə, onun həyatda buraxdığı səhvləri üzünə vurub tənqid etməkdənsə, onu ruhlandırmalıdır.

6. Qadının səsi kişiləri cəlb edir. Onlar qışqıran, hündürdən və ya çox nazik, əsəblərə toxunan səslə danışan xanımları dinləməyi sevmirlər.

7. Qadınlarda pozitiv əhval-ruhiyyə kişilərə müsbət təsir göstərir. Qadının üzündəki gözəl təbəssümün də cəlbedici qüvvəsi var. Yaxşı olar ki, kişi gülməli bir şey danışanda, zarafat edəndə qadın qaşqabaqlı qalmasın. O da gülərək şən görünməyə çalışsın. Lakin həddini aşaraq hər bir şeyə görə gülmək də yaxşı qarşılanmır.

8. Kişilər zövqlü qadınlara üstünlük verirlər.

9. Fiziki uyğunluq kişi və qadın münasibətində əsas amillərdəndir.

10. Kişiyə əvəzolunmaz olduğunu hiss etdirmək lazımdır. Belə ki, onlar özlərini əvəzolunmaz hiss etməkdən hər zaman zövq alırlar.

Kişiləri qadınlardan uzaqlaşdıran psixoloji və fizioloji faktorlar


Psixoloq hesab edir ki, hər bir kişi qadından sevgi və hörmət istəyir. Əgər kişi qadının yanında özünü güclü hiss etməsə, əksər hallarda ona qarşı olan marağı çox tez itir. Eqoizm, laqeydlik, deyingənlik, əsəbilik, daim narahat olmaq, tez-tez öz həyatından şikayətlənmək də kişini qadından uzaqlaşdıran əsas amillərdir. Adətən çox danışan xanımlar da kişini əsəbləşdirirlər. Ona görə də ünsiyyət zamanı daha çox dinləməyə, bununla yanaşı, maraqlı həmsöhbət olmağa da çalışın. Kişilər onların həyat tərzini dəyişməyə cəhd göstərən qadınları da xoşlamırlar. Özlərini ana kimi aparan və kişilərlə uşaq kimi rəftar edən qadınlar da arzuolunan deyillər. Və ən əsası - həddindən artıq qısqanclıq kişiləri tez bezdirir.

Kişilər pinti, özünə baxmayan qadınlardan da qaçırlar. Bu səbəbdən də qadınlar idmanla məşğul olmalı, özlərinə baxmalı, səliqəli görünməyə can atmalıdırlar.

Cəlb etməyi öyrənmək olarmı?


Psixoloq A.Ağabalayeva bildirir ki, hər bir insanın özünə məxsus xarakteri, öz özəlliyi və gözəlliyi var: “Amma bəzi xüsusiyyətlər var ki, insan sevəndən sonra özündə aşkar edir. Bu həm müsbət, həm də mənfi xüsusiyyətlər ola bilər. Bu xüsusiyyətləri aşkar etdikcə cəlb etməyi öyrənmək mümkündür. Lakin çalışmaq lazımdır ki, cəlb etmək üçün yiyələndiyiniz o müsbət xüsusiyyətlər məqsədə çatandan sonra itməsin. Daha cəlbedici obraz yaratmaq üçün hər bir şeydə həddini gözləyin. Həm zahiri görünüşünüzdə, həm də davranışınızda sadəliyə üstünlük verin. Yalnız baxımlı və savadlı gəlincik obrazında olmağa çalışmayın. Unutmayın ki, qadında ləyaqət hissi olmalıdır. Kişilərin xoşuna gəlmək üçün qadın ilk növbədə özünü bəyənməli, sevməli və özünə hörmət etməlidir. Ən əsası - güclü cinsin marağını itirməmək üçün qadınlara bir qədər əlçatmaz olmaları məsləhətdir”.

Milli.az


Geri dön

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 16:35
  • Məqalə: 1134
  • Şərh: 6724
  • Bal:
təşəkkürlər məqaləyə görə

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

stay strong

  • 15 sentyabr 2013 02:24
  • Məqalə: 1
  • Şərh: 48
  • Bal:
{awards}
hmm maraqlıdı təşəkkür

--------------------
kimseye ozunu sevdirmeye cehd etme,ozunu sevile bilecek bir insan et. gerisini qarshi terefe burax))

★NuTeLLa★

  • 8 sentyabr 2013 12:06
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Werhler ucun twk :)

Elza Hüseynli

  • 6 sentyabr 2013 22:27
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrr beyendimmmmmmmmmmmmm tesekkurlerrrrrrrrrrrrrrrrrrr

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 6 sentyabr 2013 18:11
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer Lemkam=)

--------------------

^^KuKuLKa^^

  • 6 sentyabr 2013 15:42
  • Məqalə: 769
  • Şərh: 11595
  • Bal:
{awards}
Hmm duzdu..Tewekkur edirem meslehete gore

--------------------

ADA GirL

  • 6 sentyabr 2013 15:37
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Xeber ucun tesekkur amma mene aid deyil..

Nara Neznakomka

  • 6 sentyabr 2013 15:32
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Hər bir qadın, bunu hətta gizlətsə də, bəyəndiyi kişini cəlb etmək, onun həyatında əsas insana çevrilmək arzusuyla yaşayır. Bəziləri üçün bu arzular gerçəkləşsə də, bəziləri üçün şirin xəyal kimi qalır. Bəs bunun səbəbi nədir? Biz hansı davranışımızla kişini cəlb edir və ya özümüzdən itələyirik?

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

surawka

  • 6 sentyabr 2013 15:30
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tewekkurler

pessimistka hebibe

  • 6 sentyabr 2013 15:06
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
Chox sagol........

Banned456

  • 6 sentyabr 2013 14:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Sagolllll Lemkaaa Ifritesiiii fellow lol tongue

-Kralica-

  • 6 sentyabr 2013 14:20
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
4. Qadının kişiyə hörmət etməsi də yüksək qiymətləndirilir.

5. Qadının sadiqliyi də kişi üçün vacibdir. Kişi əmin olmalıdır ki, seçdiyi qadın çətin vəziyyətlərdə belə onu yalnız qoymayacaq. Belə ki, kişi güclü olmağına baxmayaraq, sevdiyi qadının dəstəyinə ehtiyac duyur. Qadın kişini özünə bağlamaq istəyirsə, onun həyatda buraxdığı səhvləri üzünə vurub tənqid etməkdənsə, onu ruhlandırmalıdır.

--------------------




-chanel-

  • 6 sentyabr 2013 14:12
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________TeWeKKuRLeR__________________

Aşiğimmmmm sana

  • 6 sentyabr 2013 14:08
  • Məqalə: 0
  • Şərh: 91
  • Bal:
{awards}
Tskler melumat ucun

--------------------
Ağıllı adam ağlını işlədər. Daha ağıllı adam başqalarının da ağlından istifadə edər

Romantic_G

  • 6 sentyabr 2013 13:54
  • Məqalə: 55
  • Şərh: 403
  • Bal:
{awards}
tewekkurler

Renesme

  • 6 sentyabr 2013 13:46
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Tewekkurler

--------------------

Roya_____

  • 6 sentyabr 2013 13:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkur Lemkam menım=)

ღLovelyღ

  • 6 sentyabr 2013 13:40
  • Məqalə: 491
  • Şərh: 5414
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

melek_19

  • 6 sentyabr 2013 13:32
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
ilk weh mendeeeeeeeeeeeeen.maraqli idi.twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 10
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 10
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}