Cavab gözləmirəm

 
Cavab gözləmirəm

Hər gecənin bir sabahı var...Sabah gəldi,amma gəldiyi kimi də getdi...yerini zülmət gecəyə verdi...Yenə gecə,amma artıq sabah yoxdu...sabah olmasi üçün Günəş lazımdı..Sən günəşi də özünlə apardın..Mənə Ayı görünməyən gecə qaldı...gecə..Tənhalıq...Sən yox Sənli xatirələr...Mənə qalanlarla yaşamağa çalışacam...Amma bilirəm...Sənsiz Olmayacaq...

48 gün sonra....

Sənsiz olmayacaq...Olmur...Unudulmursan...Yenə..Ehhh yenə...Yenə də Səni sevirəm...Bu günlər ərzində arada olan dialoqlar – mübahisələr,sevgi sözləri,giləylər,hamısının sözlərini əzbərləmişəm...O qədər təkrar gedirlər ki...Hər sözün təkrar – təkrar qulağımda səslənir...
“ Mən səni yalandan sevmədim.Bütün varlığımla Səni sevdim...” – sənin sözün...
Kaş yazsaydım ki,”Mən də Səni sevirəm” Amma yazmadım...Çünki mən qorxağam...

Sənin sözün: ” Həyatımda ilk dəfə həqiqətən birini sevdim,amma mənim olmadı, ya da olmaq istəmədi,amma mənim olmayacağını bilə - bilə sevirəm...”

“ Mən də həyatımda ilk dəfə birini – səni sevdim və hələ də sevirəm...Olmaq istəmədi yox istəklər gerçəkləşmədi...İlk sevgi uğursuz olarmış..Bizimki ugursuzluq deyildi....Mənim səhvlərimin nəticəsi idi...Biz demək üçün elə darıxmışam ki...Sənin üçün darıxmışam...”
Amma bu sözləri sənə yazmadım...Niyə bilmirəm..Bəlkə etirafdan qorxdum...

“ Sənin üçün çoox darıxmışam.seni sevirem” – yenə sənin sözün..

“Bilsən mən necə darıxmışam...Bu günlərdə necə yaşamışam..Heç özümdə bilmirəm..Səni dəli kimi sevirəm..Mən düzəlməyəcək dəliyəm..”
Bu sözləri də sənə yazmadım ... Səbəb yoxdu əslində var , ama bilmirəm...

Hər 3 dialoqu sən başlatdın...Düşünürsən ki səni axtarmıram..Səni axtaranda sənə yazmıram,çünki Səni qəlbimin dərinliklərində tapıram...Səni kənardan seyr etməklə keçinirəm...
Sənin sözün: “mən+sən=heçnə”
Mənim sözüm: “Biz bağışla mən və sən heç nə də bir şeydi biz heç nənin heç nəsiyik..”

Yenə də gerçəkləri gizlətmişəm..Mən bu sözü necə yazmışam,necə əlim gəlib? Bir söz deyim,ürəyim,məni heç kimlə müqayisə etmə.Mən mən olmaq istəyirəm. “ Kaş onun kimi olsaydın “sözlərini xoşlamıram..Mənə mən oldugum üçün dəyər ver,onda da heç dəyər verməyəcəksən...Sənin üçün artıq problemdən başqa heç nə deyiləm...
Biz daha doğrusu mən və sən heç nə deyilik..Mən heç nəyəm düzdü,amma sən çox şeysən...Sən...yox heç nə demirəm...Sən sənsən elə..İfadə edə bilmirəm səni...Sənə qarşı olan hisslərimi...

Deyilməmiş sözlər,silinməmiş yaşlar,qəlbdəki sevgilər,gerçəkləşməyən arzular qaldı bu sevgidən...Səbəbkarsa qorxaq bir qız – mən...Sevgidən qorxurdum,sevdim...Bitməyindən qorxurdum,bitdi...Mən də bitdim artıq...Tükəndim....
“Səni axtaranda tapmayacağıma,tapanda çatmayacağıma görə özümü itirməyə qərar verdim” – mənim sözüm...Amma bu dəfə sənin cavabını gözləmirəm...Gedirəm...

İmza: Sənin fikrinə görə xəyallarda yaşayan bir qız...


Geri dön

ILuVia

  • 1 iyun 2011 01:52
  • Məqalə: 11
  • Şərh: 235
  • Bal:
hmm bunun yazani taniyiram.hec aglima gelmezdi ki,burda bu yaziyla qarshilasharam.ama heyif mullifin qeyd etmiyibler

--------------------
Edep, Aklın Tercümanıdır... Herkes Edebi Kadar Akıllı, Aklı Kadar Şerefli, Şerefi Kadar Kıymetlidir...

_______________________________
Hər cür çətinliklərinə,göz yaşlarına inad
Seni sevirəm,Heyat!!

Azerinka

  • 3 aprel 2011 23:45
  • Məqalə: 0
  • Şərh: 213
  • Bal:
{awards}
hm maraqlidi

--------------------
heyatda iki fakta inaniram bire goye baxib gormediyime birde guzguye baxib gorduyume

L_SimuS

  • 16 yanvar 2011 22:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore

CrazyGirl

  • 16 yanvar 2011 13:08
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Səni axtaranda tapmayacağıma,tapanda çatmayacağıma görə özümü itirməyə qərar verdim” – mənim sözüm...Amma bu dəfə sənin cavabını gözləmirəm...Gedirəm

--------------------
Sən varsansa həyat çox gözəl!

nilayka

  • 16 yanvar 2011 13:03
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
xebere gore twk

--------------------

only-girl

  • 16 yanvar 2011 12:35
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
twk ela idi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 53
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}