
Temperatur gecə 17-22°, gündüz 27-32° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz isə 55-60 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 8-13°, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 14-19°, gündüz 25-3° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 29-34° isti olacaq.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 17-22°, gündüz 26-31° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.