Günün qoroskopu (07.09.2013)

 
Günün qoroskopu (07.09.2013)

Qoç - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Müxtəlif tədbirlərin hazırlanması, yeni planların əsasının qoyulması üçün yaranmış şanslardan istifadə edin.

Cari məsələlərin həllində əhəmiyyətli irəliləyişə nail olmaq üçün yeni ideyalar faydalı ola bilər.

Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür.
Sizi çoxdan bəri narahat edən məsələni həll edin.

Günün ikinci yarısı yeni əlaqələr və faydalı tanışlıqlar dövrüdür.

Ünsiyyət, danışıqlar və yazışmanın xüsusi əhəmiyyəti var.
Dostlarınızla tanışlarınız sizi yeni məlumatlarla təmin edəcəklər.

Axşam saatları dostlarla təmaslar və birgə istirahət üçün əlverişlidir.

Buğa - ev işlərinə layiq olduğundan artıq vaxt ayırmayın. Qarşılıqlı fəaliyyət, danışıqlar və müzakirələrdə qətiyyətli olun.

Razılaşma əldə etmək, gərəkli məlumat almaq, sənədləşdirmə aparmaq çətin deyil. Dövlət qurumlarına baş çəkmək, əmək müqaviləsi imzalamaq, anlaşma və sövdələşmələri təsdiqlətmək üçün uğurlu gündür.

İşgüzar və şəxsi yazışmanı bərpa etmək olar. Yeni ümumi maraqlar yaranır.
Dəyişikliklərin impulslarına həssas olun. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan detallarda problemlərin həlli var.

Axşam saatlarında istirahət edin, maraq dairənizi genişləndirin, kolleksiyanızı zənginləşdirin.
Təşəbbüsü sevdiyiniz insana verə bilərsiniz.

Əkizlər - ideya və planların bol olduğu gündür. İşlər, tapşırıq və sifarişlər qəfil ola bilər. Əhvalınızda dəyişikliklər istisna deyil.

Emosiyalarla yaradıcılıq potensialınızın yüksək səviyyədə olduğu vaxtdır. Uzaqdakı dost, tanış və ya tərəfdaşa güvənmək olar. Peşəkar fəaliyyət və şəxsi münasibətlərdə perspektivlər genişlənir.

Perspektivlər gələcəkdə də təzahür edə bilər. Amma informasiya mübadiləsi, qiyabi tanışlıqlar çox faydalıdır və hələ təsəvvür etmədiyiniz nəticələr verə bilər.
Günün ikinci yarısında ev işləri və məişət qayğılarından bir qədər qurtulun.

Son günlərin gərginliyindən xilas olmağa imkan verəcək maraqlı işlə məşğul olun.
Səfər, səyahət, aktiv istirahətdə fayda var.

Dostları da dəvət edin.
Sizi bol ünsiyyət gözləyir. Qarşı tərəfdə yaxşı təəssürat oyatmağa çalışın.

Xərçəng - hadisələrin mərkəzində olun. Mühüm məsələlərin həllində iştirak edin, informasiya kanallarını genişləndirin. Məşğul olduğunuz layihəni və ya işi inkişaf etdirin. Cari məsələni həll etmək üçün əlavə əlaqələr və resursları cəlb edin.

Maddi baxımdan əlverişli gündür. Gözlədiyiniz sonuc tezliklə əldə olunmasa da, gələcəkdəki uğurun əsasını qoyursunuz.
Günün ikinci yarısında qərarları məsləhətli şəkildə qəbul edin.

Önəm verdiyiniz insanların sözlərinə qulaq asın. Ehtiyac yaranarsa, təklif edilən yardımdan istifadə edin.
Sizi sonradan dəyişikliklərə səbəb ola biləcək xoş sürprizlər gözləyir.

Axşam saatlarında istirahət edin, əylənin. İntuisiyanız sizə dərhal nəyisə etməyin gərəkdiyini deyirsə, imkanı əldən verməyin.

Şir - gün təkbaşına iş, tənha qalmaq üçün yararlı deyil. Addımlarınız və qərarlarınızın motivlərini araşdırın. Yaxın ətrafınızdakı insanların davranışlarının əsaslarını hiss etməyə çalışın.

Sağlam praqmatizmə riayət edin. Mövqelərinizi möhkəmləndirmək üçün şəraitdən faydalanın.

Günün ikinci yarısında işlərin çox olduğunu hiss etsəniz iş yoldaşı, şərik və ya tərəfdaşdan yardım istəyin.
Yaxın gələcəklə bağlı planlar qurun. Əməkdaşlıq dairəsini genişləndirin, yeni tanışlıqlara nail olun. Məhz indi maraqlı ideyanın yarana biləcəyi istisna deyil. Yeni təklif fəaliyyətin yeni istiqamətinin əsasını qoya bilər.

Qız - bu gün çoxsaylı, fərqli maraqlanız formalaşacaq.

Diqqəti cəlb etmək, yeni və maraqlı tanışlıqlara nail olmaq imkanları yaranır.

Əlavə iş götürə bilərsiniz. Yeni mövzular və layihələrin təməli qoyularsa, yaxşı mənfəət əldə edə bilərsiniz. Gün qrupda və kollektivdə iş üçün əlverişlidir. Seminar, treninqdə iştirak etmək, işçi məsələlərin həlli üçün müzakirələr aparmaq olar.

Günün ikinci yarısında yaranan problemləri sürətlə həll edin.
Axşam saatlarını yaxınlarınız və qohumlarınızın əhatəsində keçirin.

Tərəzi - yaşamın intensivliyi artır, təəssüratlar çoxalır. Qüvvənizi fərqli istiqamətə yönəltmək, iş qrafiki və planını dəyişmək, daha çox imkanlar əldə etmək üçün dəyişikliklərdən yararlanın.

Enerjili və aktiv fəaliyyət, məqsədə çatmaq üçün irəliləyişin gərəkdiyi istiqamətdə məntiqli, düşünülmüş təzyiq yaxın ətrafınızdakı insanları təşkilatlandıracaq. İşin mühüm hissəsini başa vurun.

Şəxsi həyatınızda sizi uğur və xoş hisslər gözləyir. Ailə üzvləri ilə təmaslar, sevdiyiniz insanla söhbət pozitiv təmayüllərin gücünü artırır.

Fəaliyyətinizi bir məqsəd və ya istiqamətlə məhdudlaşdırmayın. Mühüm olan bir neçə mövzuya başlayın.
Təsadüfün rolu böyükdür. İntuisiya isə bel bağlaya biləcəyiniz insanları göstərəcək.

Əqrəb - bu gün iş ön planda olmalıdır. Təfərrüatlar, xırdalıqlara xüsusi diqqəti yetirin, xaosu aradan qaldırın, qayda yaradın. Sizdən uzaqda olanlarla əlaqələri aktivləşdirin. Maraqlı və dəyərli informasiyanı məhz bu yolla əldə edə bilərsiniz.

Ailə işləri, məişət qayğılarının həlli üçün əlverişli zamandır. Gələcəklə bağlı yeni planlar hazırlayın.

Problemlərin çözümünü təxirə salmayın. Yaxın ətrafınızdakı insanları sakitləşdirəcək, barışdıracaq qərarlar qəbul edin.

Yaşam arealınızdakı dəyişiklikləri götür-qoy edin. Mütəxəssislərlə məsləhətləşin, sifariş verin, orijinal əşyalar alın.
Yeni, maraqlı ideyalar yarana bilər.

Oxatan - bu gün diqqət və konsentrasiya ilə bağlı problemlər ola bilər. Xəbərlərin axını sizə ciddi işləməyə, planlaşdırdığınız məsələni başa vurmağa mane ola bilər. Əhvalınız heç bir motivasiya olmadan dəyişə bilər.

Seçim azadlığı, planları sürətlə dəyişməyə imkan verən işlərlə məşğul olun. Toplantı, danışıqlar, görüşlər uğurla başa çatacaq.

Aktiv yazışma istisna deyil. Suallara cavab alacaq, problemin sürətli həll yolunu tapacaqsınız. Uzaqda olan dostunuz və ya yoldaşınızla əlaqə saxlayın.
Günün ikinci yarısında aktiv olun, əks halda heç nə edə bilməyəcəksiniz.

Şəxsi münasibətlərdə sizi yeni hisslər və təəssüratlar gözləyir. Tərəfdaş sizi sevindirə bilər. Hissiyat səviyyəniz yüksəlsə də, intuitiv olaraq müdrik qərarlar verməyə çalışın.

Oğlaq - gününüzü rasional keçirməyə çalışın. Bir qədər aktiv olun, çünki tapşırıqlar artır, əlavə işlər peyda olur. Danışıqlar, müxtəlif instansiyalara baş çəkmək üçün əlverişli gündür.

Yeni, maraqlı ideyalar var. Düşünüb-daşınandan sonra qərar qəbul edin. Maddi durumuzunu yaxşılaşdırmaq üçün yaxşı şans yaranıb. Sərmayə yatırmaq, nə isə almaq, hədiyyə vermək olar.

Axşam saatlarını ünsiyyət çevrənizi genişləndirmək, təcrübə mübadiləsi etmək, maraqlı məlumat almaq imkanı olan yerdə keçirin.

Dolça - bütün diqqəti bir mövzuya yönəltmək məcburiyyətində qalmayacağınız işlərlə məşğul olun, əlaqələri seçin. İdeyaların bolluğu istisna olunmur. İşin effektiviliyi isə əhvalınızla müəyyənləşir.
Qərarlar qəbul edərkən bir neçə variantı nəzərdən keçirin. Variantlar fərqlidir və bu səbəbdən onları diqqətlə araşdırın.

Danışıqlar, müzakirələr, dostlarla görüş, yeni qərarların qəbulu üçün əlverişli vaxtdır.
Tərəfdaş və həmkarlarınızın mövqelərinə təsir etməyə çalışmayın. Başqalarına çatdırmaq istədiyiniz məsələdə qeyri-adi rakurs arayın.

İşlərinizi və fəaliyyət stilinizi təkmilləşdirin. Maraqlı proseslərdən kənarda qalmayın.
Axşam saatlarını təəssüratların bol ola biləcəyi yerdə keçirin.

Balıq - hadisələrin mərkəzində olmağa çalışın. Yeni ideyalar, təkliflər və tanışlıqlar sizdən yan keçməsin.

Məqsədləriniz və ya arzularınızdan bəzilərini daha yaxın edə bilərsiniz. İstirahət və əyləncə istəklərini unudun, bütün diqqəti işə yönəldin. Sürəkli bir yerdə çalışdığınız insanlardan dəstək almağa çalışın. Bu gün danışıqlar aparmaq olar. Amma şərtlər qarşılıqlı şəkildə sərfəli olmalıdır.

Emosional, kəmhövsələ və tələskən olmayın. Narahatlıq və nigaranlığınızı anlayan insanla soyuqqanlı şəkildə yeni planlar hazırlayın.

Potensialınızı yaradıcı şəkildə reallaşdırın.

Axşam saatlarındakı iş üçün ümumi maraqlar və yaradıcı yanaşma xüsusi əhəmiyyət kəsb edir.

Milli.Az


Geri dön

gunka love

  • 7 sentyabr 2013 19:29
  • Məqalə: 0
  • Şərh: 157
  • Bal:
tesekkurler............

--------------------
Deyirler dunyada yuxudan sirin hec ne yoxdur.Yuxun gele-gele yatmirsansa,demeli heyatinda yuxudanda sirin kimse var...

Banned549678

  • 7 sentyabr 2013 17:28
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)
Qoç - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Müxtəlif tədbirlərin hazırlanması, yeni planların əsasının qoyulması üçün yaranmış şanslardan istifadə edin.

Cari məsələlərin həllində əhəmiyyətli irəliləyişə nail olmaq üçün yeni ideyalar faydalı ola bilər.

Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür.
Sizi çoxdan bəri narahat edən məsələni həll edin.

Günün ikinci yarısı yeni əlaqələr və faydalı tanışlıqlar dövrüdür.

Ünsiyyət, danışıqlar və yazışmanın xüsusi əhəmiyyəti var.
Dostlarınızla tanışlarınız sizi yeni məlumatlarla təmin edəcəklər.

Axşam saatları dostlarla təmaslar və birgə istirahət üçün əlverişlidir.

lale464

  • 7 sentyabr 2013 16:46
  • Məqalə: 0
  • Şərh: 543
  • Bal:
{awards}
bugaaaaaaaaa twk

.-emo girl-.

  • 7 sentyabr 2013 16:40
  • Məqalə: 38
  • Şərh: 559
  • Bal:
{awards}
Tərəzi - yaşamın intensivliyi artır, təəssüratlar çoxalır. Qüvvənizi fərqli istiqamətə yönəltmək, iş qrafiki və planını dəyişmək, daha çox imkanlar əldə etmək üçün dəyişikliklərdən yararlanın.

Enerjili və aktiv fəaliyyət, məqsədə çatmaq üçün irəliləyişin gərəkdiyi istiqamətdə məntiqli, düşünülmüş təzyiq yaxın ətrafınızdakı insanları təşkilatlandıracaq. İşin mühüm hissəsini başa vurun.

Şəxsi həyatınızda sizi uğur və xoş hisslər gözləyir. Ailə üzvləri ilə təmaslar, sevdiyiniz insanla söhbət pozitiv təmayüllərin gücünü artırır.

Fəaliyyətinizi bir məqsəd və ya istiqamətlə məhdudlaşdırmayın. Mühüm olan bir neçə mövzuya başlayın.
Təsadüfün rolu böyükdür. İntuisiya isə bel bağlaya biləcəyiniz insanları göstərəcək.

--------------------

: Sensizde Babatdi :

  • 7 sentyabr 2013 15:46
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Əkizlər - ideya və planların bol olduğu gündür. İşlər, tapşırıq və sifarişlər qəfil ola bilər. Əhvalınızda dəyişikliklər istisna deyil.

mübadiləsi, qiyabi tanışlıqlar çox faydalıdır və hələ təsəvvür etmədiyiniz nəticələr verə bilər.
Günün ikinci yarısında ev işləri və məişət qayğılarından bir qədər qurtulun.

Son günlərin gərginliyindən xilas olmağa imkan verəcək maraqlı işlə məşğul olun.
Səfər, səyahət, aktiv istirahətdə fayda var.

Dostları da dəvət edin.
Sizi bol ünsiyyət gözləyir. Qarşı tərəfdə yaxşı təəssürat oyatmağa çalışın.

Bax bu duzdu


--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 7 sentyabr 2013 14:28
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Dolça - bütün diqqəti bir mövzuya yönəltmək məcburiyyətində qalmayacağınız işlərlə məşğul olun, əlaqələri seçin. İdeyaların bolluğu istisna olunmur. İşin effektiviliyi isə əhvalınızla müəyyənləşir.Qərarlar qəbul edərkən bir neçə variantı nəzərdən keçirin. Variantlar fərqlidir və bu səbəbdən onları diqqətlə araşdırın.Danışıqlar, müzakirələr, dostlarla görüş, yeni qərarların qəbulu üçün əlverişli vaxtdır.Tərəfdaş və həmkarlarınızın mövqelərinə təsir etməyə çalışmayın. Başqalarına çatdırmaq istədiyiniz məsələdə qeyri-adi rakurs arayın.İşlərinizi və fəaliyyət stilinizi təkmilləşdirin. Maraqlı proseslərdən kənarda qalmayın.Axşam saatlarını təəssüratların bol ola biləcəyi yerdə keçirin.

--------------------

Renesme

  • 7 sentyabr 2013 14:12
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 7
Cəmi: 23

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}