Porsche- maraqlı faktlar

 
Porsche- maraqlı faktlar



Ferdinand Porşe (1875- 1951) Porsche şirkətinin banisi, XX əsrin ən məşhur avtomobilinin "wolksvagen Juk” yaradıcısı və müasir dövrün ən məşhur avtomobil təchizatçılarından biridir.

Məktəbi və peşə məktəbini bitirdikdən sonra, 1989-cu ildə, Porşe tənəkəçi olaraq işə düzəlir. Onu işə götürən ilk adam öz atası olmuşdu. Ferdinandın ikinci iş yeri elektrik mühərrikləri istehsal edən Vyana şirkəti olur. Texnik universitetinin tələbəsi Ferdinand Porşe bu şirkətdə süpürgəçi olaraq çalışırdı.

Porşe ailəsində Ferdinand adına böyük rəğbət bəsləyirdilər. Dahi mühəndis Ferdinand Porşe öz oğlunun adını Ferdinand (Ferri) qoyur. Ferri atasının adı ilə birlikdə onun istedadının da varisi hesab edilir. O, bütün dünyada çox bacarıqlı avtomobil təchizatçısı kimi tanınır.

Ferri də öz oğluna Ferdinand adını verir. Lakin qarışdırmamaq üçün uşağı Butsi deyə çağırırdılar. Ata Ferdinand Porşenin qızı da öz oğlunu Ferdinand adlandırır. Lakin uşağa atasının soyadı – Pix- verilir. Ferdinand Pix uzun illər ərzində "Wolksvagen” şirkətinə başçılıq edib. 1900-cu ildə Ferdinand Porşe Lohner-Porsche adlı elektrik avtomobil yaradır. Paris avtosalonunda möcüzəvi avtomobil səs-küyə səbəb olur və sərginin ən yaxşı avtomobili elan olunur. Növbəti gün 25 yaşlı Ferdinand artıq məşhurlaşmışdı. Bu hadisələr baş verən zaman Ferdinand Porşe Loner şirkətinin əməkdaşı idi.

Həmin ildə Ferdinand tamötürücülü elektrik yarış avtomobili yaradır və avtomobildə elektrik mühərrikə benzin əlavə edir. Bu dünyada ilk hibrid idi! Bugünkü gündə belə hibridlərin nə qədər heyrətlə qarşılandığını nəzərə alsaq, dahi Porşenin öz dövrünü nə qədər qabaqladığını anlaya bilərik. 1906-cı ildə 31 yaşlı Porşe Austro-Daimler şirkətinin texniki direktoru olur. Lakin Ferdinandın həyatının əsl təyinatı yarış avtomobillərini icad və istehsal etmək idi.

1910- cu ildə Prusiya şahzadəsi Henrinin adını daşıyan yarışlarda Porşenin avtomobilləri rəqiblərinə heç bir fürsət buraxmayaraq ilk üç yeri qazanır. Avtomobillərin birinin sükanında Ferdinand özü əyləşmişdi. Porsche avtomobillərində işəsalma açarı sükandan sol tərəfdə yerləşir. Bunun səbəbi Porşenin yarışları sevməsindədir. Məşhur "24 saat Le-Mana” yarışlarında sürücülər ilk növbədə qaçıb avtomobillərinə çatmalı idilər, daha sonra isə avtomobilə minərək sürməyə başlamalı idilər. Sürücünün avtomobilə doğru qaçmağına sərf etdiyi vaxt da nəzərə alınırdı. Porşe işəsalma açarını sükandan sol tərəfdə yerləşdirir və yarışların lideri olur.

1931-ci ildə Ferdinand Porşe Daimler şirkətindən çıxır və öz işini yaratmaq qərarına gəlir. Öz şirkətinə Ferdinand yetərincə təsiredici bir ad verir: "Avtomobillərin düzəldilməsi və mühərriklərin inkişafı üzrə təchizat və konsultasiya”. Bu şirkətin çox saylı sifarişçiləri olurdu. Lakin Ferdinand öz ixtiralarına da vaxt ayıra bilirdi. Bu dövrdə və bu şirkətdə daha sonralar bütün dünyada şöhrət qazanan Porsche brendi yaradılır.

1934-cü ildə Porşe alman hökumətindən milli avtomobillər yaradılmasına aid sifariş alır. 1935-ci ildə Porşe «Wolksvagen» adlı ilk prototipləri təqdim edir. Bu prototiplərin üzərində mühəndis Ferdinand Porşe öz şəxsi qarajında çalışırdı. Ferdinand Porşenin yaratdığı məşhur «Qurdlar» ilk olaraq KdF (Kraft durch Freude — " Sevinc vasitəsi ilə güc”) adlanırdılar. Belə avtomobillərin hər birinin qiymətinin 990 mark olacağı təxmin edilirdi. Və hər bir almanın hər ay 5 mark yığmaqla 3 il və 8 aydan sonra "Wolksvagen” avtomobillərini əldə edə biləcəklərdi. Lakin bu planların həyata keçməsinə İkinci dünya müharibəsi maneə olur.

İlk dəfə əfsanəvi Porsche 911 ictimaiyyətə 1963-cü ildə Beynəlxalq avtomobil salonunda, lakin 901 rəqəm ilə təqdim olunmuşdu. Lakin daha sonra bu nömrənin altında ancaq Peugeot avtomobillərinin təqdim oluna biləcəkləri məlum olur və Porsche avtomobilləri 911 nömrəsi altında təqdim olunurlar.

Porsche-nin loqotipi 1952-ci ildə əmələ gəlir. 50 il ərzində Posche avtomobilləri bütün dünyada müxtəlif kateqoriyalarda 28 000-dən çox qələbə qazanıblar. Posche –dən başqa dünyada heç bir avtomobil şirkəti bu qədər uğur qazanmayıb. 1948-ci ildə Porsche zavodunda 356 modeli yaradılır və o rəsmi olaraq Porsche adını alan ilk avtomobil olmuşdu. Təxminən bir aydan sonra avtomobil yarışlarda birinci yeri tutur.

1953-cü ildə Paris avtosalonunda ilk dəfə Porsche 550 Spyder nümayiş olunur. Yüngül, yığcam, manevrli 4-güclü mühərrik ilə təchiz olunmuş avtomobillər demək olar ki, dərhal bütün dünyada məşhurlaşır. Porsche şirkəti ənənəvi olaraq bütün sahələrdə lider hesab olunur. Məsələn, ətraf mühitin qorunması, materialların təkrar emalı və s. Hələ XX əsrin 70-ci illərində Ferri Porşe belə bir ifadə işlətmişdi: «Qiymətli dünya ehtiyatlarının istifadəsinə qarşı laqeyd olmaq olmaz. Onları bir dəfə istifadə edib, tullamaq israfçılıqdır. Ya texnikaların istifadə müddətlərini artırmaq lazımdır, ya da materialları bir neçə dəfə istifadə etmək üçün təkrar emaldan keçirtmək gərəkdir». Və artıq 1973-ci ildə Porsche sinklənmiş metalla örtülmüş avtomobil təqdim edir.

Bir şedevri yaratmaq üçün bütün xırdalıqlara və kompromislərə diqqət yetirmək lazımdır. Porsche-nin mühərrikinin unikal tonu xüsusi tədqiqat laboratoriyalarında yaradılır. Bu laboratoriyalarda bir qrup alimlər yalnız avtomobilin səslənməsinin üzərində işləyirlər. Bizim eşitdiyimiz səs hər biri ayrı-ayrılıqda təchiz olunan komponentlərdən ibarətdir. Porsche-nin ideal səsləndirilməsinə nail olmaq üçün yeni texnologiyalardan istifadə olunur.

Porsche şirkətində hər zaman əməkdaşların novator ideyaları dəstəklənir. Məhz dahi mühəndis Ferdinand Porşenin sayəsində Porsche avtomobilləri bütün dünyaya məşhurlaşıb. Həmçinin şirkətdə əməkdaşların müəllif hüquqları və ideyaların qorunmasına da üstünlük verilir. Porsche şirkətinin bütün tarixi boyu milli və beynəlxalq səviyyədə olan patentlərə 3750 ərizə verilmişdir və qəbul olunmuşdu.


Geri dön

Banned1

  • 4 oktyabr 2013 15:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
Qeweng mawindi meqale ucun tesekkur edirem size

Roya_____

  • 14 sentyabr 2013 10:51
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
super mawındı twkler

Ellie Goulding

  • 9 sentyabr 2013 02:40
  • Məqalə: 2
  • Şərh: 121
  • Bal:
{awards}
MƏNLİK DEGİL YENƏDƏ TŞK

--------------------
Когда на тебя восхищенно смотрят мужчины - это приятно! Но когда с завистью смотрят женщины, ты понимаешь жизнь удалась.

ADA GirL

  • 9 sentyabr 2013 00:27
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Xeber ucun twk=)

melek_19

  • 9 sentyabr 2013 00:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
ayyyyy en sevdiyim mawin porwedi

--------------------

XeyaleR

  • 8 sentyabr 2013 23:21
  • Məqalə: 0
  • Şərh: 107
  • Bal:
{awards}
Arzuladigim mawin

--------------------
SENSIZ OLMAZ

ღNəmLi kiprikღ

  • 8 sentyabr 2013 23:01
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Qaqasimin masinida porchedi twkler superdi hamiya qismet:)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 8 sentyabr 2013 18:41
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)

--------------------

pessimistka hebibe

  • 8 sentyabr 2013 18:34
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
tewekkurelr...

Milyonerka

  • 8 sentyabr 2013 18:32
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tesekkurleeeer melumata gore

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Xeyale97

  • 8 sentyabr 2013 18:23
  • Məqalə: 1
  • Şərh: 860
  • Bal:
{awards}
olurem de bu mashinchun xestesiyem porschenin

--------------------
Eşitdim demisən ki " Mən onun kimilərini cibimdən çıxardaram "
Indi oxu...." Məndə sənin kimiləri təsbehə düzər tövbə deyə çevirərəm "... (

-chanel-

  • 8 sentyabr 2013 18:06
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
TeWeKKuRLeR. . . . . . . . . . . . . . . . .

Optimistka Ilicka

  • 8 sentyabr 2013 18:00
  • Məqalə: 0
  • Şərh: 708
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
UzUm GuLe BIlEr IcIMi KIm BiLE bIlERki?!?!

''Niye uzgunsen?''- sualina cavab axtarmaqdan ve bunu gizletmek uchun gulumsemekden yorulmusham

Roya_____

  • 8 sentyabr 2013 17:54
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerr

Banned549678

  • 8 sentyabr 2013 17:52
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
MaraqLi MeLumata Gore TwK

DeLishKa =)

  • 8 sentyabr 2013 17:49
  • Məqalə: 2
  • Şərh: 26
  • Bal:
{awards}
MaraqLi MeLumata Gore TwK

ღLovelyღ

  • 8 sentyabr 2013 17:47
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

★Angelocka★

  • 8 sentyabr 2013 17:35
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
beyenmedim masini yenede cox sag olun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Renesme

  • 8 sentyabr 2013 17:34
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Tewekkurler.........

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 8 sentyabr 2013 17:33
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ilk werh menden....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}