Hicab qadağası ləğv olunur

 
Hicab qadağası ləğv olunur





Prezident İlham Əliyev hicab qadağasının aradan qaldırılması ilə bağlı göstəriş verib. Bu barədə qəzetimizə məlumat verən şəxsin sözlərinə görə, ölkə başçısı müvafiq dövlət qurumlarının məsələnin yeni səs-küylərə səbəb olmadan, sakit şəkildə həll etmələrini tapşırıb. Eyni zamanda bildirilir ki, qarşıdakı günlərdə hökumət təmsilçiləri tədricən problemi həll edəcəklər, yəni bütün orta və ali təhsil müəssisələrində qadağa ləğv olunacaq.

Qeyd edək ki, dünən gün ərzində ölkənin internet mediasında oxşar xəbərlər yayıldı. Ancaq araşdırmalar zamanı müvafiq dövlət instansiyalarından bu barədə məlumat əldə edə bilmədik. www.islam-azeri.az internet qəzeti Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı ilə əlaqə saxlayıb. QMİ nümayəndəsi qəzetə bildirib ki, şeyx neçə gündür ki, bu məsələ üstündə işləyir və məsələnin həllinin müsbət istiqamətində olmasına çalışır. “Lakin hicab qadağasının ləğv edilməsini təsdiqləyə bilmərəm. Bizdə belə bir məlumat yoxdur”, - deyə, QMİ rəsmisi bildirib.

Hələlik rəsmi olaraq təsdiqlənməsə də, məlumatın bu şəkildə yayılması göstərir ki, ortada hansısa qərar var. Ancaq onun geniş ictimaiyyətə açıqlanması məsləhət görülməyib. Görünür, Azərbaycan rəhbərliyi bu mövzuda daha dərinə getmək, ictimaiyyətin və müsəlman dünyasının təpkisini bundan da artıq çəkməmək üçün bu addımı atıb. Bununla bağlı bəzi xüsusatları qeyd etməyi lazım bildik.

İlk növbədə onu demək lazımdır ki, Azərbaycan hakimiyyəti hicab qadağasını ortaya atandan sonra özü üçün lazımi nəticəni əldə etdi. Təxminən bir ay ərzində sürətli şəkildə hicab qadağası ölkə boyu yayıldı. Eləcə də, paralel olaraq yenə ölkə üzrə dindarların hicab etirazları qeydə alındı. Yeri gəlmişkən, qadağa Məhərrəm ayına təsadüf etdiyindən etirazlar daha aktiv və genişmiqyaslı oldu. Bundan başqa, qadağa cəmiyyətin diqqətini mühüm siyasi, iqtisadi, sosial problemlərdən, eləcə də saxtakarlıqla keçirilən seçkilərdən yayındırdı. Buna əlavə olaraq Qərb mətbuatının diqqətini çəkdi və Azərbaycanda hansısa “islam təhlükəsi” haqda köhnə havaları gündəmə gətirdi. Yəni qadağa növbəti bir siyasi əməliyyat olaraq cəmiyyəti kritik bir ay boyunca ciddi şəkildə məşğul elədi.

İkinci tərəfdən, qadağanın doğurduğu narazılıq tez bir zamanda böyüyərək ölkə sərhədlərini aşdı. Türkiyədə, İranda, İraqda, eləcə də Ukraynada hicab qadağalarına etiraz olaraq aksiyalar keçirildi. Xüsusən də İrandan sərt reaksiyalar oldu. Nəzərə alsaq ki, hazırda Azərbaycan hakimiyyəti İran və Türkiyə (hər iki dövlətə islamçılar rəhbərlik edir) ilə yaxından əməkdaşlıq edir, o zaman qadağanın daha da böyüməsinin Bakı üçün zərərli olacağını anlamaq o qədər də çətin olmaz. Xatırladaq ki, bir qədər əvvəl məscid sökülməsi prosesi də kifayət qədər böyüyərək xaricdən təpkilərə səbəb olmuşdu. Görünür, hakimiyyət bu amilləri nəzərə alıb.


Geri dön

L_SimuS

  • 16 yanvar 2011 21:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
bele de olmaliydi

tewekkurler

-=EFSANE-XANIM=-

  • 16 yanvar 2011 20:39
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
GUL KIMI SAVADLI WAGIRDLER HICABA GORE DERSDEN QALIBLAR. MINILERE QADAGA QOYULSUN DA

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

CrazyGirl

  • 16 yanvar 2011 12:17
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Teshekkur

--------------------
Sən varsansa həyat çox gözəl!

qaraqan_girl

  • 16 yanvar 2011 11:55
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
thanks

only-girl

  • 16 yanvar 2011 11:55
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
smile

--------------------

nilayka

  • 16 yanvar 2011 11:43
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
laughing tewekkur

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}