Möcüzəvi sualtı şəhərlər

 
Möcüzəvi sualtı şəhərlər


Müasir şəhərlər insan təxəyyülünün və fəaliyyətinin möcüzəsidir. İnsanlar bir sıra möcüzəvi memarlıq abidələri, məbədlər, saraylar və binalar yaradıblar. Lakin bəzən təbiət yer üzərində kimin ev sahibi olduğunu bizə xatırladır. Qeyd edək ki, bir zamanlar yaşayış məntəqəsi olmuş bir neçə məntəqə təbiət fəlakətləri səbəbindən bugünkü gündə tamamilə suyun dərinliklərinə qərq olublar.

1 . Dyan sivilizasiyanın qalıqları

2001-ci ildə arxeoloqlar komandası Çin gölü Fuşianda tədqiqatlar aparıblar. Gölün dibində tədqiqatçılar çox saylı binalar və tikintilər aşkarlamışdılar. Yerli əhalinin arasında kabus şəhər haqqında şayiələr çoxdan gəzirdi. İnsanlar sakit hava şəraitində suyun dibində şəhər gördüklərini deyirdilər.

Suyun daha da dərinliyinə dalaraq alimlər ümumi sahəsi 6,5 кm² təşkil edən daş plitələrlə döşənmiş küçələr aşkarlamışdılar. Gildən düzəldilmiş saxsıları radiokarbon təhlildən keçirdərək alimlər şəhərin suyun altına 1750 il əvvəl qərq olduğunu müəyyən etmişdilər. Gölün suyunun xüsusiyyətləri sayəsində xarabalıqlar çox yaxşı qalmışdılar. Alimlər xarabalıqların Dyan sivilizasiyaya məxsus olduqlarını iddia edirlər.
Qeyd edək ki, bu sivilizasiya inkişafına görə Qədim Misirdən geri qalmırdı.

2 . Aydum və dəniz

Almaniyanın şimali qərbində Vatt dənizi adlanan bir rayon var. Bu dəniz bir sıra dayaz su sahələrindən ibarətdir və Şimali dənizə aiddir. Vat dənizini materikdən Şimali Frisk adalar sırası ayırır.

İndiki sahil xəttindən bir neçə metr aralıqda suların çəkilməsi zamanı Aydum adlanan yaşayış məntəqəsinin qalıqlarını görmək olar. İnsanların bu tikintini XIV əsrdən etibarən tikdikləri deyilir.
Şimal dənizinin suyunun səviyyəsi qalxanda bu tikinti suların altına qərq olurdu. Lakin dənizin suyu çəkiləndən sonra əhali yenə də bu rayonu tikirdilər.

1436-cı ilə qədər dənizin suyu ya çəkilirdi, ya da qalxırdı. 1436-cı ildə Müqəddəslər Günündə 180 nəfərin həyatına son qoyan ən dəhşətli daşqın baş verir. Bu hadisədən sonra sakinlər yüksək bir yerdə məskunlaşmağa qərar verirlər. Beləliklə indiki Vesterland şəhəri əmələ gəlir. Lakin bugünkü gündə də suyun çəkilməsi zamanı ortalığa çıxan Aydumun xarabalıqları Şimali dənizlə mübarizə aparan frizlərin qorxusuz və ağılsız olmaqlarını xatırladır.

3 . Qədim Olus şəhəri

Qədim zamanda Krit adası insan sivilizasiyasının və mədəniyyətinin mərkəzlərindən biri olub. Krit adasının yaşayış məntəqələrindən bir neçəsi eroziya və çox saylı zəlzələlərə görə suyun altında qalıblar. Bu hal adaya çox saylı turistlərin gəlməsinə səbəb olur.

Bir zamanlar çiçəklənən, əhalisi 40 min sakin təşkil edən Olus meqapolisi də sulara qərq olub.
Olus şəhəri digər yunan şəhərlərindən inkişaf etmiş sənaye və ticarət səviyyəsinə görə fərqlənirdi. Lakin bu şəhərin bir nöqsanı var idi. Burada Krit adasının digər şəhərlərindən fərqli olaraq demək olar ki, bütün tikintilər əhəng daşı üzərində deyil, qum üzərində yerləşirdilər.

II əsrdə baş vermiş zəlzələ nəticəsində Olus demək olar ki, tamamilə suların altına qərq olmuşdu. Bü günkü gündə akvalanqçılar okeanın altına dalıb Olus şəhərinin bütün antik tarixini görə bilərlər.

4 . Ölü Llis- Heliq qəsri

Əfsanəyə görə VI əsrdə görkəmli Uels hökmdarı Heliq Qlanoq Uelsin şimalında böyük qəsr ucaldır. Qəsr tikilib qurtarandan sonra böyük bir fırtına olur və qəsri və onun yaxınlığında bütün sahələri yerlə yeksan edir.

Bugünkü gündə sahildən üç km aralıqda yerləşən qayalıq silsiləsi həmin hadisələri xatırladır. Bu qayalığı yerli əhali Llis-Helq adlandırıblar (Uelscədən tərcümədə « Helliqin qəsri» ). Lakin bir sıra arxeoloqlar bu halı təkzib edirlər və qayalıq silsiləsinin təbii mənşəli olduğunu iddia edirlər.

Bu yaxınlarda dalğıclar qayalığın yaxınlığında divar aşkar ediblər. Divarı insanın yaratdığı açıq-aşkar bəllidir və həmçinin tədqiqatçılar onun VI əsrdə yaradıla bilmiş olmasını təsdiqləyiblər.

Əfsanələrə bəzən inanmaq lazımdır.

5 . Zalif Malifanua

Bugünkü gündə Malifanua Samoa adasının Upolu ucluğunun şimal qərbi hissəsində yerləşən kiçik bir kənddir.

1970-ci illərdə Malifanuanı qonşu adanın Saleleoloqla kəndi ilə birləşdirən bərə xəttinin tikilişi zamanı işçilər suyun dərinliyində minlərlə keramik saxsı tapırlar. Bu hadisə

Samoa adasına arxeoloqların diqqətinin cəlb olunmasına səbəb olur.

Arxeoloqların apardığı qazıntılar zamanı bu yerdə lapit xalqına məxsus ən böyük yaşayış məntəqələrinin birinin yerlədiyi aşkar olunmuşdu.


Lapita xalqı Mikroneziya və Polineziya adalarında məskunlaşmışdılar. Bu xalq dövrünün ən aparıcı sivilizasiyalarından biri olub və çox gözəl inkişaf etmiş mədəniyyətə sahib olub.

Mulifanua körfəzinin dərinliklərində aşkar olunan şəhər həqiqətən də çox unikal bir tapıntıdır.
Suyun dərinliklərindən çıxarılan keramik saxsıların bizim eramızın 800-cü ilinə mənsub olduqları müəyyən olmuşdu. Bu isə lapit xalqının öz regionunda ən məşhur qəbilə olduğunu sübut edir.

6 . Feya - qum üzərində bir şəhər

Antik dünyanın tarixini öyrənənlər yəqin ki, Afinlərin və Peloponness ittifaqının arasında 30 il davam edən Peloponness müharibəsini xatırlayırlar.

Bizim eramızdan əvvəl V əsrdə başlayan mübahisə Egey dənizinin və aralıq dənizinin şimalini əhatə edir.
Bu regionda strateji cəhətdən ən önəmli şəhərlərdən biri də Feya şəhəri idi. Afinlər bu şəhəri ordunu qida ilə təmin etmək üçün yük boşaltma məntəqəsi kimi istifadə edirdilər.

Lakin müharibənin sonlarına yaxın Feya şəhəri Yunanıstanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində Aralıq dənizinin səviyyəsindən beş metr dərinliyə qərq olmuşdu. 1911-ci ildə qazıntılar zamanı antik sivilizasiyaya məxsus ola Feya şəhəri sağ-salamat şəkildə tapılmışdı.

Arxeoloqlar bir əsrdən çoxdur ki, Polonnness müharibəsi haqqında ətraflı məlumat əldə etmək üçün Feya şəhərin xarabalıqlarını öyrənirlər.

7 . İtil, üç mədəniyyətin birləşməsi

Tarixçilərin dediklərinə görə, bu yarıəfsanəvi şəhər VIII- X əsrlərdə Xəzər xaqanlığının şəhəri olub.

Ərəb mənbələrində bu şəhər Xamlic (Xamlıq) adı ilə tanınır.

İtil şəhəri Böyük İpək yolunu yük boşaltma məntəqəsi kimi istifadə olunurdu. Çox saylı karvanlar və səyahətçilər bu şəhərin mədəni - dini cəhətdən inkişaf etməsinə səbəb olmuşdular. Burada çox saylı yəhudilər, xristianlar və müsəlmanlar yaşayırdılar.

Kiyev knyazı Svyatoslav bu şəhəri işğal edir və varlı şəhəri yerlə yeksan edərək müflisləşdirir. Bu hadisədən sonra 100 illər boyu hər kəs İtil haqqında unudur.

Lakin 2008-ci ildə rus alimi Dmitriy Vasiyev Xəzər dənizinin şimalində VIII əsrə mənsub olan xarabalıqlar aşkar edir. Bu xarabalıqların İtil şəhərinin qalıqları olduğu təxmin edilir. Hal-hazırda tarixçilər bunu sübut etmək üçün xəzər əlyazmalarına müraciət ediblər.

8 . Şimal dənizinin udduğu Runqxolt şəhəri


Şimal dənizinin sularının səviyyəsinin qalxması nəticəsində Ştrand adası suyun altında qalmışdır.

1936-cı ildə Almaniyanın, İngiltərənin və Hollandiyanın ərazilərində ötüb sovuşan əfsanə vi Qröte- Mandrekene qasırğası böyük bir adanı və adada yerləşən Runqxolt şəhərini yerlə yeksan etmişdi.

Bu qasırğa 25 min insanın ölümünə, yüzlərlə şəhərin və kəndlərin yer üzündən silinməsinə səbəb olmuşdu.

9 . Seftinge şəhəri

Qədim holland şəhəri Seftingenin tarixi çox faciəvi və ibrətamizdir. XIII əsrdə şəhərin yaxınlığında yerləşən bataqlıqlar burada heyvandarlığın və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün qurudulur. Bir neçə 100 il ərzində Seftinge şəhəri çiçəklənirdi və səyahətçiləri və tacirləri öz bərəkətli əkin sahələri ilə heyrətləndirirdi. Lakin 1570-ci ildə Bütün Müqəddəslər adlı daşqın şəhərin süqutuna səbəb olur.

Daşqının Seftinge şəhərinin bütün əkin sahələrini məhv etdiyi, lakin şəhərin özünün nisbətən az xəsarət alması təəccüblü haldır. Şəhərin daha da çox çökməsinə hollandlar ilə İspaniya arasında olan 80 illik müharibə səbəb olur. Nəticədə, şəhər dörd min sahəsi olan böyük bir bataqlığa çevrilir.

Şəhərin qurudulması cəhdləri uğursuzluqlarla sonunclandığı üçün bu günkü gündə Stefinge turistləri cəlb etmək məqsədi ilə istifadə olunur.

Su altında qalmış şəhəri sərbəst şəkildə səyahət etməyə icazə yoxdur. Bəzi yerlərdə bir neçə dəqiqə ərzində suyun səviyyəsi bir neçə metr qalxa bilər. Bu səbəbdən səyahətçiləri hər zaman təcrübəli bələdçi müşahidə edir.


Geri dön

ღLovelyღ

  • 9 sentyabr 2013 23:04
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

★✰..BeLieBerKa..✰★

  • 9 sentyabr 2013 20:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
maraqlidi tewekkurler... :belay:

Ellie Goulding

  • 9 sentyabr 2013 17:26
  • Məqalə: 2
  • Şərh: 121
  • Bal:
{awards}
itil, üç mədəniyyətin birləşməsi maraqli gəldi nəsə... xəbərə görə tşk

--------------------
Когда на тебя восхищенно смотрят мужчины - это приятно! Но когда с завистью смотрят женщины, ты понимаешь жизнь удалась.

pessimistka hebibe

  • 9 sentyabr 2013 16:51
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
Tewekkurler......

★NuTeLLa★

  • 9 sentyabr 2013 16:45
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Uydaa no
Maraqli meqale ucun twk 1 denem :)

Nara Neznakomka

  • 9 sentyabr 2013 15:30
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
. Qədim Olus şəhəri

Qədim zamanda Krit adası insan sivilizasiyasının və mədəniyyətinin mərkəzlərindən biri olub. Krit adasının yaşayış məntəqələrindən bir neçəsi eroziya və çox saylı zəlzələlərə görə suyun altında qalıblar. Bu hal adaya çox saylı turistlərin gəlməsinə səbəb olur.

Bir zamanlar çiçəklənən, əhalisi 40 min sakin təşkil edən Olus meqapolisi də sulara qərq olub.
Olus şəhəri digər yunan şəhərlərindən inkişaf etmiş sənaye və ticarət səviyyəsinə görə fərqlənirdi. Lakin bu şəhərin bir nöqsanı var idi. Burada Krit adasının digər şəhərlərindən fərqli olaraq demək olar ki, bütün tikintilər əhəng daşı üzərində deyil, qum üzərində yerləşirdilər.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Cholkali_Delishka

  • 9 sentyabr 2013 14:48
  • Məqalə: 2
  • Şərh: 1204
  • Bal:
{awards}
Thanks.....

--------------------

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

Banned549678

  • 9 sentyabr 2013 14:40
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)

melek_19

  • 9 sentyabr 2013 14:27
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hmmmmm maraqlidir

--------------------

-chanel-

  • 9 sentyabr 2013 14:22
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
.................................TeWeKKuRLeR...................................

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 9 sentyabr 2013 14:02
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer=)


Arxeoloqların apardığı qazıntılar zamanı bu yerdə lapit xalqına məxsus ən böyük yaşayış məntəqələrinin birinin yerlədiyi aşkar olunmuşdu.

--------------------

Roya_____

  • 9 sentyabr 2013 13:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teskekurler

Renesme

  • 9 sentyabr 2013 13:40
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Melumata gore tewekkurler

--------------------

ADA GirL

  • 9 sentyabr 2013 13:37
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Melumat ucun twk=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}