Ayrılıq... Bu 7 hərfdən ibarət olan söz iki ildən çoxdur ki, məni məndən edib, məni səndən edib, yolumu dumanlı edib. Artıq ürəyim bu qədər yükə tab gətirmir. Sənsizlik məni yandırıb külə döndərdi. Nə olar gəl artıq bezdim səni kimdəsə axtarmaqdan. Sənsizlik məni parça-parça edir. Ürəyimdən çıxan həsrət yanğısı gözümdəki yaşları qızdırır. O yaşlar ki, üzümə dəyəndə sənsizliyin acısını məndən ala-ala öz qəddar izlərini buraxır. Mənə bu canı Tanrı verdi, amma sən alırsan. Səni sevməkdən deyil gəlməyəcəyini bilə-bilə yolunu gözləməkdən bezdim. Amma qəlbimdə sənə aid olan ümidlərim məni həyata bağlayır. Nə vaxtsa gələcəksən deyə içimdə bir ümid var. Heç üzünə baxmadım. Səsinin tonunu eşitmədim. Hər zaman bunu düşünmüşəm. Görəsən Səni Sevirəm sözünü necə vurğu ilə deyirsən? Mənimlə danışsaydın mənə nə deyə müraciət edərdin? (ürəyim, birdənəm, eşqim, canım, qiymətlim yoxsa sadəcə adım ilə?) Amma nə yazıq ki, nə deyəcəyini bilmirəm və heç zaman bilməyəcəm. Mənim olduğu halda o gözə baxa bilmədim, əllərini tuta bilmədim. Sadəcə sənin dilindən çıxan bir of kəlməsi məni yandıra-yandıra kül etdi. Sonrada sən dəli bir külək olub məni hər tərəfə, bilinməyən yerlərə sovurdun. Mən səni sevirdim. Amma nə yazıq ki, qürurumdan bunu etiraf edə bilmədim. Başqalarının nə deyəcəyini düşünə-düşünə səni öz əllərimlə yadlara təhvil verdim. İndi kiminsən? Kimlərləsən? Evlənibsən? Ölübsən? Qalıbsan? Heç birini bilmirəm. Çünki sən iki il bundan öncə mənim idin bu gün yox.