İnsana dini vəzifələrini öyrədən elm

 
İnsana dini vəzifələrini öyrədən elm

Məsuliyyətli (mükəlləf) insanın öhdəsinə düşən əmr və qadağanlara münasibətdə daşıdığı vəzifələri öyrənən elm fiqh adlanır. Ərəb dilindən tərcüməsi "bir məsələni bütün dərinliyi ilə araşdırmaq, öyrənib-bilmək" mənasını verir.

Qurani-kərimdə buyurulur: "Möminlərin hamısı birdən cihada getməsin. Hər tayfadan bir dəstə dini araşdırmaqla (fiqhlə) məşğul olmaq üçün qalsın ki, camaat (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar çəkinərlər!" (Tövbə, 122). Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Allah öz bəndəsinə yaxşılıq etmək istəyəndə, onu dini məsələlərdə araşdırıcı (fəqih), dünya işlərində zahid, eyiblərinə qarşı bəsirətli edir".

Fiqh insanın özünə, Allaha və başqa insanlara münasibətdə riayət etməli olduğu göstərişləri əhatə edir. Bura həm ibadətlər, həm də ticarət, şəriklik, icarə, irs, məhkəmə hüququ, ailə hüququ kimi sahələr aiddir. Ümumilikdə fiqh insan həyatının bütün sahələrinə sirayət edir. Hətta insanın fiqh hökmlərinə riayət edib-etməməsi onun axirətdəki taleyini də müəyyən edir. Bu dünyada fiqhin halal və haramlarına riayət edən adam axirət aləmində də xoşbəxtlik qazanacaq; əks halda isə əbədi cəzaya məhkum ediləcək.

Fiqhin araşdırma obyekti praktik məsələlərdir. Etiqadi prinsiplər fiqh elmində araşdırılmır, bunlarla kəlam elmi məşğul olur.


Fiqhin əsas iki mənbəyi Qurani-kərim və Peyğəmbər sünnəsidir. Bütün hökmlər, əmr və qadağanlar əsaslandırılan zaman əvvəlcə bu iki mənbəyə müraciət edilir. Bunların ziddinə hökm vermək heç kəsin səlahiyyətinə aid deyil. Quranın və sünnənin möhkəm əmrlərinə (nəss) zidd hökmlər vermək dinə qarşı çıxmaq deməkdir. Bu məsələdə müsəlman məzhəbləri arasında heç bir fikir ayrılığı yoxdur.

Əgər hər hansı məsələ barədə Quranda və sünnədə dəqiq göstəriş yoxdursa, icmaya, əhli-sünnə məzhəbində qiyasa, şiə məzhəbində ictihada müraciət edilir. Bunlardan əlavə, məzhəblərin dəyişik fikirlərinə əsasən, ürf, istihsan, səhabə sözünə müraciət kimi metodlardan da içtifadə edilə bilər. Bunların yeri, xüsusiyyətləri, etibar dərəcəsi üsuli-fiqh (fiqhin prinsipləri) adlı başqa bir elmdə araşdırılır.

Fiqh elmi Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanından bu günə kimi enişli-yoxuşlu yol keçmiş, müəyyən dövrlərdə böyük müctəhid alimlərin fəaliyyəti sayəsində çiçəklənib inkişaf etmiş, bəzən tənəzzülə uğramışdır.

Milli.Az İslam.az-a istinadən bildirir ki, fiqh alimləri arasında yaranmış fikir ayrılıqları məzhəblərin meydana çıxmasına səbəb olmuşdur. Həzrət Mühəmməd Peyğəm-bərin (s) vəfatından bir müddət sonra tabiindən olan br neçə məşhur alim fiqh sahəsinin metodologiyasında öz nəzəriyyələrini yaratdılar. Bunlara məzhəb (yol, cığır) deyilir. Zaman keçdikcə, bu məzhəblərin bəzisi unuduldu. Amma 5 əsas fiqh məzhəbi zamanın sınaqlarına dözərək, günümüzə kimi gəlib-çatdı. Hal-hazırda dünya müsəlmanlarının demək olar ki, hamısı bu 5 məzhəbdən hər hansı birinə mənsubdur. Həmin 5 fiqh məz-həbi aşağıdakılardır: hənəfi, maliki, şafii, hənbəli və cəfəri məzhəbləri. Bu məzhəblərin hər birində fiqh hökmləri ilk növbədə Qurandan və sünnədən çıxarılır. Sadəcə olaraq, Quran ayələrinin təfsiri və hədislərin mötəbərliyi hər məzhəbdə özünəməxsus meyarlar üzərində qurulub. Həmçinin, sonrakı fiqhi metodların (ictihad, qiyas və s.) əhəmiyyəti və mötəbərliyi barəsində də məzhəblər arasında fərqliliklər mövcuddur.

Fiqhi metodlara əsaslanaraq Quran, sünnə və icmadan hökm çıxara bilmək üçün yüksək səviyyəli mütəxəssis olmaq lazımdır. Fiqh elmində ixtisaslaşmış müctəhid alimlərə fəqih deyilir. Fəqihlik məqamı uzun illər ərzində zəhmətə qatlaşıb ərəb dili, məntiq, təfsir, hədis, kəlam, üsuli-fiqh kimi sırf dini elmləri, bunlarla əlaqəsi olan bəzi dünyəvi elmləri mükəmməl öyrənmək sayəsində qazanılır. İslam Peyğəmbəri savadlı, imanlı, dünya ləzzətlərinə uymayan, öz fikir azadlığını qoruyub-saxlayan fəqihlər haqqında buyurub: "Fəqihlər peyğəmbərlərin əmanətini qoruyanlardır".


Geri dön

winxclub_bloom

  • 6 oktyabr 2013 18:51
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
TESHEKKURLERR XEBER UCHUN

--------------------

ღ★Yağmur★ღ

  • 4 oktyabr 2013 16:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razı olsun


Allah razı olsun

Banned456

  • 1 oktyabr 2013 16:09
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
TəŞəKKüRLəR =))ALLAH razi olsun

^^KuKuLKa^^

  • 11 sentyabr 2013 11:39
  • Məqalə: 770
  • Şərh: 11376
  • Bal:
{awards}
Fiqhin araşdırma obyekti praktik məsələlərdir. Etiqadi prinsiplər fiqh elmində araşdırılmır, bunlarla kəlam elmi məşğul olur.

--------------------

Renesme

  • 11 sentyabr 2013 00:07
  • Məqalə: 8
  • Şərh: 2243
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

Banned456

  • 10 sentyabr 2013 22:28
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
: Sensizde Babatdi :,
ALLAH razi olsun=)

: Sensizde Babatdi :

  • 10 sentyabr 2013 21:08
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
Werhler ucun twkler..........

--------------------

Milyonerkaa

  • 10 sentyabr 2013 18:47
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

ღLovelyღ

  • 10 sentyabr 2013 18:41
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

pessimistka hebibe

  • 10 sentyabr 2013 18:37
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
______________ALLAH RaZI oLSuN____________

-chanel-

  • 10 sentyabr 2013 18:35
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
_______________ALLAH RaZI oLSuN_______________

ShคмKiʀKค

  • 10 sentyabr 2013 18:20
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
cox sag ol xeber ucun....

★NuTeLLa★

  • 10 sentyabr 2013 18:05
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
Bunumen Kitabdan oxumuwdum.Maraqli idi twk

Roya_____

  • 10 sentyabr 2013 17:57
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

melek_19

  • 10 sentyabr 2013 17:55
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 10 sentyabr 2013 17:51
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ADA GirL

  • 10 sentyabr 2013 17:44
  • Məqalə: 32
  • Şərh: 4694
  • Bal:
{awards}
Melumat ucun twkr=)

★Angelocka★

  • 10 sentyabr 2013 17:39
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razi olsun!!!

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 10 sentyabr 2013 17:39
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Ilk şerh mennen tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}