Təqva-təzkiyənin mühüm amilidir

 
Təqva-təzkiyənin mühüm amilidir

TƏQVA – TƏZKİYƏNİN MÜHÜM AMİLİDİR
İslam məktəbində təqva çox böyük imtiyaza malikdir. Möminlərin içərisində müttəqilər (təqvalılar) də imtiyazlı şəxslər hesab olunur. Quranda, hədis kitablarında, xüsusilə “Nəhcül-bəlağə” kitabında təqva kəlməsi və bu kökdən alınan sair kəlmələr çox təkrar olunmuşdur. Qurani-Kərim insanların dəyər və kəramətinin meyarını təqva hesab edərək buyurur: “Allah yanında sizin ən əziziniz və ən hörmətliniz ən təqvalı olanınızdır.
Hucurat 13

Təqva ən gözəl axirət ehtiyatı və səadətin ən böyük vasitəsi kimi təqdim olunur. Quranda buyurulur: “(Öz axirətiniz üçün) yol ehtiyatı tədarük görün, ehtiyatların ən yaxşısı təqvadır.”
Yenə buyurulur: “Yaxşı əməl sahibləri və təqvalı olanlara çox böyük mükafat veriləcəkdir.”
Ali Imran 172

Belə isə hər kəs təqvalı olub layiqli əməllər görsə onlar üçün heç bir qorxu və qəm-qüssə olmayacaqdır.
Əraf 35

Pərvərdigarınızın məğfirətinə, bağışlamasına və behiştə doğru tələsin. Elə bir behişt ki, onun genişliyi asimanların və yerin genişliyi qədərdir və təqvalılar üçün nəzərdə tutulub.”
Ali İmran 133

Həqiqətən müttəqilər behiştdə və nemətlər arasında yaşayırlar, Pərvərdigarın əta etdiyi nemətlərdən xoşhaldırlar.”
Tur 18

“Nəhcül-bəlağə”də və hədis kitablarında təqva əxlaqın başı, ən böyük səadət vasitəsi kimi təqdim olunmuşdur.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Təqva bütün əxlaqların başıdır.”

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Bir xüsusiyyət hər kəsdə olsa dünya və axirət onun ixtiyarında olacaq, behiştə gedəcəkdir. Soruşdular: Ey Allahın Rəsulu, o hansı xüsusiyyətdir? Buyurdu: «Təqva. Hər kəs camaatın ən hörmətlisi (izzətlisi) olmaq istəyirsə təqvanı özünə adət etsin. (Sonra bu ayəni oxudu:) “Hər kəs təqvalı olsa Allah onun üçün (düşdüyü çətin vəziyyətlərdən) çıxış yolu qərar verəcək, ruzisini gümanı gəlmədiyi yerdən çatdıracaqdır.”»

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “(Amandır) heç vaxt təqvanı əldən vermə. Çünki o, bütün xeyirləri və yaxşılıqları əhatə edir. Təqvadan başqa bir xeyir yoxdur. Təqva vasitəsilə əldə olunan xeyirlər də ondan başqasında tapılmır. İstər dünya xeyri olsun, istərsə də axirət xeyri.”[256]

İmam Səccad (ə) buyurur: «Hər əməlin şərafət və dəyəri təqva ilədir. Səadət və nicat yalnız müttəqilər nail olurlar. Mütəal Allah buyurur: “Həqiqətən səadət və qurtuluş müttəqilərə məxsusdur.”»

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Ey Allah bəndələri! Agah olun və bilin ki, müttəqilər axirət nemətlərindən bəhrələnəcəklər. Dünya nemətlərindən bəhrələnməkdə dünya əhli ilə şərikdirlər. Lakin dünya əhli axirətdə onlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, ən yaxşı yeməklərdən istifadə edirlər. Müttəqilər dünyada müşriklərin və təkəbbürlülərin istifadə etdiyi həmin nemətlərdən istifadə edirlər, lakin dünyadan çoxlu fayda və yol ehtiyatı ilə köçəcəklər. Dünyada zöhd ləzzətindən faydalanır və bilirlər ki, qiyamətdə Allahın rəhməti sayəsində yaşayacaqlar. Onlar hər nə istəsələr Allah yerinə yetirəcək və onların ləzzətlərdən olan bəhrələri azalmayacaqdır.”

Bəzi hədislərdə təqva nəfsin saflaşdırılması və paklanması üçün mühüm amil, nəfsani xəstəliklərə şəfa verən ən yaxşı dərman kimi təqdim olunur. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Həqiqən təqva sizin qəlblərinizə şəfa verən, qəlblərinizin korluğunu işıqlandıran, bədən xəstəliklərinizə şəfa verən, sinələrinizin fəsadını islah edən, nəfsin aludəliklərini paklayan, göz pərdələrini cilalayan, batini iztirablarınıza aramlıq verən, sizin qaranlıqlarınıza nuranilik verən bir şeydir.


Geri dön

Banned1

  • 8 oktyabr 2013 01:51
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
ALLAH RAZI OLSUN !!!

ALLAH RAZI OLSUN !!!

winxclub_bloom

  • 6 oktyabr 2013 18:46
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
“Belə isə hər kəs təqvalı olub layiqli əməllər görsə onlar üçün heç bir qorxu və qəm-qüssə olmayacaqdır.”

--------------------

ღ★Yağmur★ღ

  • 4 oktyabr 2013 15:55
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Elza Hüseynli

  • 12 sentyabr 2013 18:44
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnn

✰DeMi LoVaTo✰

  • 12 sentyabr 2013 10:47
  • Məqalə: 6
  • Şərh: 150
  • Bal:
{awards}
Təqva ən gözəl axirət ehtiyatı və səadətin ən böyük vasitəsi kimi təqdim olunur. Quranda buyurulur: “(Öz axirətiniz üçün) yol ehtiyatı tədarük görün, ehtiyatların ən yaxşısı təqvadır.”
Yenə buyurulur: “Yaxşı əməl sahibləri və təqvalı olanlara çox böyük mükafat veriləcəkdir.”
Ali Imran 172

babniked

  • 12 sentyabr 2013 09:46
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
meqaleye gore twekurler allah razi olsun

-chanel-

  • 11 sentyabr 2013 23:46
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN_________________

melek_19

  • 11 sentyabr 2013 22:38
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Banned549678

  • 11 sentyabr 2013 15:23
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər ALLAH razi olsun Askim

^^KuKuLKa^^

  • 11 sentyabr 2013 15:07
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
“Həqiqətən müttəqilər behiştdə və nemətlər arasında yaşayırlar, Pərvərdigarın əta etdiyi nemətlərdən xoşhaldırlar.”

--------------------

ADA GirL

  • 11 sentyabr 2013 14:55
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razı olsun,təşəkkürlər=)

Roya_____

  • 11 sentyabr 2013 14:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

ღLovelyღ

  • 11 sentyabr 2013 14:08
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

pessimistka hebibe

  • 11 sentyabr 2013 13:48
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..!

Renesme

  • 11 sentyabr 2013 13:34
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 14
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}