Özümüzü düşünək

 
Özümüzü düşünək

Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır. Halbuki bu, elə bir vaxt aparmır. Bunun üçün hər gün səhər və axşam özünüzə beş-on dəqiqə ayırsanız, hər şey yaxşı olar. Necə? Diqqətli olun!
Səhər yuxudan ayıldıqdan sonra əzələlərinizi fəallaşdırmaq üçün 5 dəqiqə yüngül gimnastika edin. Sonra ilıq duş qəbul edin. Bu gün ərzində sizə komfort hissi bəxş edəcək. Bundan sonra üzün dərisilə məşğul olmağın vaxtıdır. Yuyunduqdan sonra üzünüzə dərinizə uyğun seçdiyiniz gündüz kremi çəkin. 15-20 dəqiqə sonra evdar və yaxud işgüzar qadın olmağınızdan asılı olmayaraq, makiyaj edin. Təbii ki, hər iki halın özünə uyğun makiyajı var. Özümüzü düşünək!Evin içində parlaq, tam makiyajla dolaşmaq düzgün deyil, ancaq makiyajsız gəzmək də böyük səhvdir! Qadın əvvəlcə öz evində gözəl görünməlidir. Bundan sonra nə geyinəcəyinizi dəqiqləşdirin və gündəlik işlərinizə başlayın. Bir də unutmayın ki, evdə məhz xalatla gəzmək vacib deyil� Daha doğrusu, lazım deyil!
Özünə baxmağın davamı isə axşam, yuxudan öncədir. Bu zaman proseslər səhərkinin tam əksidir. Yəni səhər istifadə etdiyiniz bütün ənlik-kirşanı axşam təmizləmək lazımdır. Yatan zaman üzünüzdə heç bir makiyaj qalığı olmamalıdır. Hətta gecə kremlərindən də hər gün istifadə etmək məsləhət deyil. Yuxudan öncə üzünüzü lasyon, yaxud toniklə tam təmizləyin. Əllərinizə və ayaqlarınıza qidalandırıcı krem çəkin. Gözünüzün üzərinə 5 dəqiqəlik çay kompresi qoymaqla günün yorğunluğundan qurtula bilərsiniz. Yuxudan qabaq şotka daraqla saçınızı bir neçə dəqiqə darayın. Bu, saçınızı gün ərzində çökmüş tozdan azad edəcək və onların uzanmasına şərait yaradacaq.
Yuxuya gəldikdə isə, mütəxəssislər hesab edirlər ki, qadın axşam tez yatıb, səhər tez durmalıdır. Gündəlik yuxu saatı isə 8 saatdan bir dəqiqə də az olmamalıdır.


Geri dön

_RONALDO_

  • 17 mart 2011 12:40
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Ilk serh menden.TESEKKUR

--------------------

L_SimuS

  • 16 yanvar 2011 21:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Vaxt olanda duwunecem))
]
tewekkur eziyyete gore

Sergio Ramos

  • 16 yanvar 2011 03:12
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Bundan sonra özümü düşünəcəm artıq

--------------------

YazYamuru

  • 16 yanvar 2011 00:19
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
HƏƏƏƏƏƏƏ MARAQLI İDİ TŞK winked

--------------------



nilayka

  • 15 yanvar 2011 23:29
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
thank you winked winked

--------------------

CrazyGirl

  • 15 yanvar 2011 23:27
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Ilk serh menden.TESEKKUR

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 64

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 134
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
lamiye_2001
Xəbərləri: 10
Cəmi: 70
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}