Günün qoroskopu (12.09.2013)

 
Günün qoroskopu (12.09.2013)


Qoç - parlaq çalarlı hadisələrlə yanaşı, fona da diqqət verin. Güclü emosiyalar təhlükəsizik sisteminin parçalanması ilə müşayiət oluna bilər. Sirlər, intriqalar, indi suallarınız olan insanların hərəkətlərin əsl motivləri aşkarlanır.

Günün ikinci yarısında mühüm saydığınız işə məşğul olarkən başqa sahədə geriləyə bilərsiniz. Kimsə sizin rəqabətə dayanıqlılıq imkanlarınızı yoxlaya bilər.
Diqqətli, sayıq, soyuqqanlı olun, səbrli davranın.

Müəyyən sahədə uduzsanız da, başqa istiqamətdə irəliləyəcəksiniz. Uğurlar məğlubiyyətləri unutduracaq.

İşgüzar təmaslardan savayı ünsiyyət sizin üçün yorucu ola bilər.
Axşam saatlarını sakit şəraitdə keçirin.

Buğa -
emosiyalar və hisslərinizin burulğanına düşməyin. Başqasının hisslərini dəyərləndirəndə yanıla bilərsiniz. Yaşanan olayların mənasını və sizə faydalı olub-olmamasını bir qədər sonra anlayacaqsınız.

Suallara intuitiv cavabların tapılması, müşahidələr, fikirlər üçün əlverişli zamandır.
Qiymətli fikir və ideya yarana bilər.

Günün ikinci yarısında hadisələri qabaqlayacaq siqnallara fikir verin. Rəğbət, maraq və ya fikir obyekti dəyişə bilər.

Nədənsə imtina etmək və ya nəyisə qaytarmaq vaxtıdır. Alış-veriş boş vaxt və pul itkisidir. Ünsiyyəti məhdudlaşdırmayın, aktiv olun, istirahət edin, əylənin.

Qonaq qəbul etmək olar.

Əkizlər
- gözləntilərinizdə yanılmamaq üçün irad və tələblərin səviyyəsini aşağı salın.

Adətən problemlər və anlaşılmazlıqların yarandığı müstəvilərdə görüş, təmas aramayın. Böyük ümidlər bəslədiyiniz işlərdəki genişlənmə və dərinləşməni müşahidə edin.
Ədalətli davransanız, önəmli məqamdan məhrum olacaqsınız.

Hiss və emosiyalara əsaslanan təmaslarda böhran yaşanır.
Son günlərədək sizi həddən ziyadə önəmli təsir bağışlayan məsələyə inamın azalması, soyuma, ayrılma mümkündür. Ümumi yaşam məqsədləri və hətta çətinliklərin sizinlə birləşdirdiyi insanla yollarınız ayrıla bilər.

Fəqət, səhvlər üzərində birgə iş situasiyanı tədricən düzəldəcək, yaxınlaşmaya səbəb olacaq.

Günün ikinci yarısı şəxsi məsələlərə daha çox vaxt ayırmaq üçün əlverişli zamandır.
Ünsiyyətdə səmimi olun, yaxınlarınız ilə birlikdə istirahət edin.

Xərçəng -
səhər saatları günün gərgin olacağından xəbər verir. Bütün sahələrdə və işlərdə ehtiyatlı, sayıq olun. Maraqlı situasiyalar yarana bilər. Lakin onlar birmənalı olmadığından mütəxəssislərlə məsləhətəşin, detalları dəqiqləşdirin.

Tələblər və iradlar nə qədər çoxdursa, səhv ehtimalı bir o qədər böyükdür.

Situsiyalara məcburi təkan verməyin. Sizə təklif edilən məsələlər və ya variantlara şübhə ilə yanaşın.

Bəzi illüziyalarla vidalaşmaq zamanıdır.
Əsəblərinizi tarıma çəkməyin, aradabir dincəlin.

Münasibətlərdə səmimi olun, güzəştləri istisna etməyin, səbrli davranın.
Hissləriniz laübəli olduğundan düşünülməmiş addımlar atmayın.

Şir -
hadisələrin azad axarına mane olmayın. Heç nəyə təkan verməyin, sürətləndirməyin.

Sizdən asılı olmayan və təsir edə bilmədiyiniz situasiyalardan yararlanmağın yollarını arayın.
Praktiki məsələlərdə ləngimə və yanlışlıq riski olduğundan həmin nüanslara daha çox fikir verin.

Yeni ideyaları diqqətlə təhlil edin. Bəzi istiqamətlərdə səhvlər olarsa, gərəksiz fəaliyyəti dayandırın.

Güclü emosiyaların təsiri altında heç nə etməyin. Yalan üzə çıxa bilər. Amma özünüzün də yeni yanılma ərəfəsində olmanız istisna deyil.

İşdə və şəxsi həyatda mühüm dəyişikliklər üçün əlverişli zamandır. Alış-verişdə bədxərclik etməyin.

Diqqətinizi maraqlarınızın təminatına, yaradıcılığa yönəldin.
Normal istirahət edin. Yuxunuzu yozdurun.

Qız -
intriqa və şayiələrdən kənar durun. İnciklik, itki, pərişanlıq ola bilər. Dəyərlərinizi qoruyun, oğru və fırıldaqçılardan qorunun.

Yaradıcılıq axtarışları, sirlərin açılması, etiraflar və izharlar üçün yaxşı gündür.

Konkret nəticə əldə etməyincə bir məsələdən başqasına keçməyin. Mühüm məsələ ilə bağlı mövqe, plan və ya nüfuzlu insanlardan birinə münasibət dəyişə bilər.
Şəxsi münasibətlərdə ikili standartlar və ya aşkar yalan hiss etsəniz, reaksiyanız tələsik olmasın.

Diqqətinizi ən mühüm məsələlərə yönəldin.
Axşam saatlarında normal istirahət edin.

Tərəzi -
maraqlarınızı nəzarətdə saxlayın. Müəyyən fəaliyyətə sövq edən, yaxud sizi təhlükədən xəbərdar edən nişanələrə fikir verin. Qəfil xəbərlər böyük ümid bəslədiyiniz işlə bağlı tərəddüdlər yarada bilər.

Önəmli münasibətlərdə sərinləşmənin yaranmasına imkan verməyin.
İntriqalar və bədxahlar fəallaşır, şayiələr artır, dedi-qodular güclənir.

Ehtiyatsız davranış və yersiz səmimiyyət problemlər yarada bilər.

Azad olmaq, asılılıqdan qurtulmaq ehtiyacı yarana bilər.

Maraqları dəyişmək, ətraf aləmlə qarşılıqlı əlaqələrin gücləndirilməsi zamanıdır. Seçim edin, üstünlükləri diqqətlə dəyərləndirin.
Yaşam arealını qaydaya salın.

Əqrəb -
enerjinizin səpələnməsi hadisələrin məntiqi axarına təsir edərək güclü emosional küy və maneələr yarada bilər. Fikirlər dağılır, diqqət korşalır.
Sakit şəraitdə çalışın, mühüm saydığınız olayları və layihələri təxirə salın.

Günün kontekstini mütləq nəzərə alın, nəyi nə zaman edəcəyinizi dəqiqləşdirin.
Sonuclara və hətta fəsadlara hazır olun.

Yaxın ətrafınızdakı insanların münasibətlərində intriqa, şəxsi maraqların və təkəbbürün ön plana çıxdığı məsələlərdə emosional davranış var.
İzafi emosiyaları yaradıcı, qurucu prosesə yönəldin.

Görüş və ünsiyyətlər aşkar həzz verməyəcək.

Kimsəyə rəğbət nişanələrinə layiq olduğundan artıq dəyər verməyin.
Yeni tanışlıqlar güclü emosiyalara səbəb ola bilər. Lakin onların davam etməsi ilə bağlı şanslar azdır.

Oxatan -
çox səbrsiz və hövsələsiz olsanız belə, işdə və şəxsi münasibətlərdə dəyişikliklər üçün yaxşı zaman deyil.

Qeyri-stabillik, ifrat emosional reaksiyalar, düşünülməmiş sözlər və addımlar ola bilər. Ciddi səhvlərə yod verməyin, ətrafınızda olub sizinlə manipulyasiya etmək istəyənlərin tələsinə düşməyin.

Günün ikinci yarısında aktivliyinizi bir qədər azaldın, ən vacib və cari işlərlə məşğul olun.
Bir qədər istirahət edin.

İntriqalar hazırlayan, sizdən öz məqsədləri üçün istifadə etməyə çalışan insanlara inanmayın.
Axşam saatları təbiətdə istirahət, gəzinti, meditasiya üçün əlverişlidir.

Yaxınlarınızın qayğısına qalın. Yardım və köməyiniz minnətdarlıqla qəbul ediləcək.

Oğlaq -
diqqətli, sayıq olun. Mühüm məsələni unutmayın, önəmli nüanslara laqeyd yanaşmayın.

Hadisələrin bir qismi üzərində nəzarət rıçaqlarını itirməyin. Fikirləriniz cari işlərdən kənarda cövlan etməsin. İllüziyalar aləminə qapılmayın. Qarşınıza konkret məqsədlər qoyun, real həyatda uğur qazanmağa çalışın.

Avantüra və riskli macəraya qatılmayın. Paxıllıq və yanlışlıqlardan ehtiyat edin.

Seçim gərəkən situasiyalarda təmkinli olun.
Axşam saatlarında mühüm işləri "unudun", istirahət edin.

Xüsusi impulsların təzahürünün qarşısını almayın.

Dolça -
bu günlə bağlı gözləntiləriniz böyük olmasın. Mühüm məsələlərlə bağlı qərarlar qəbul etməyin.

Bir işi seçin və onu başa çatdıranadək, nəticədən razı qalanadək dayanmayın. Yaxın ətrafınızdakı insanların birinin faydalı təcrübəsini əxz edin, öz təcrübənizi bölüşün.
İdeyalarınızı maddiləşdirin.

Yaşam arealını qaydaya salın, yaradıcılıqla məşğul olun.
Səhhətinizin qeydinə qalın, axşam saatlarında gəzintiyə çıxın.

Maliyyə məsələlərində huşyar davranın, çox pul xərcləməyin.
Su ilə ehtiyatlı olun.

Balıqlar -
niyyətləriniz orientirləri itirə bilər. Məqsədə çatmaq üçün güc, vəsait və ya başqalarının diqqətlə marağı çatışmır.

Yeni işə başlamaq, nəyisə təşkil etmək çox çətindir.

Hadisələr istədiyiniz sürətlə inkişaf etməsə də, onların böyük əhəmiyyəti var. Özəl taktikanızı hazırlayın. Fəqət, unutmayın ki, planlar ən son anda dəyişə bilər. Yaşananlara münasibətiniz təki...

Tərəfdaş, iş yoldaşları və şərikin fəaliyyətini dəyərləndirməyin. Gözlənti və hisslərinizdə çaşqın qala bilərsiniz.

Günün ikinci yarısında aktivliyi bir qədər azaldın, cari situsiya çərçivəsində davranın.

Təhlükəsizlik və komfort zonası seçin, ifrata varmayın.


Geri dön

۞(S)pea(R)۞

  • 11 oktyabr 2013 17:17
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
Tesekkurler

--------------------
1 milyon abune ^_^

Banned549678

  • 5 oktyabr 2013 16:32
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər^^

-chanel-

  • 15 sentyabr 2013 16:45
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________Tewekkurler___________________

Roya_____

  • 14 sentyabr 2013 10:31
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teskekurler şirinimm

^^KuKuLKa^^

  • 13 sentyabr 2013 02:21
  • Məqalə: 764
  • Şərh: 11541
  • Bal:
{awards}
ayskammm cooox saaaagg olll gozelimmmm bitoowummm :*

--------------------

Banned549678

  • 12 sentyabr 2013 20:16
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Qoç - parlaq çalarlı hadisələrlə yanaşı, fona da diqqət verin. Güclü emosiyalar təhlükəsizik sisteminin parçalanması ilə müşayiət oluna bilər. Sirlər, intriqalar, indi suallarınız olan insanların hərəkətlərin əsl motivləri aşkarlanır.

Günün ikinci yarısında mühüm saydığınız işə məşğul olarkən başqa sahədə geriləyə bilərsiniz. Kimsə sizin rəqabətə dayanıqlılıq imkanlarınızı yoxlaya bilər.
Diqqətli, sayıq, soyuqqanlı olun, səbrli davranın.

Müəyyən sahədə uduzsanız da, başqa istiqamətdə irəliləyəcəksiniz. Uğurlar məğlubiyyətləri unutduracaq.

İşgüzar təmaslardan savayı ünsiyyət sizin üçün yorucu ola bilər.
Axşam saatlarını sakit şəraitdə keçirin.

aycik

  • 12 sentyabr 2013 19:04
  • Məqalə: 2
  • Şərh: 128
  • Bal:
{awards}
saq olun twk

--------------------
Dalimca Danişanin Boynunda Ekskluziv İmzam VAR

Elza Hüseynli

  • 12 sentyabr 2013 17:52
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Ílk werh mennennnn

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}