Riyadan necə xilas olaq

 
  • 14.09.2013, 20:34
  • Bölmə: İslam
  • Müəllif: ceci
Riyadan necə xilas olaq

Riya - insan əməllərini məhv edə biləcək amillərdəndir. Bəzən riyadan çəkinmək insanın əlində olmur. Belə deyildir ki, insan nə zaman istəsə riya edir və nə zaman istəmir, etmir. İblis lənətlik agahsız halda insan qəlbinə təsir qoyar və niyyətini xarab edər. O zaman ki, şeytan insan əməlini riyaya çevirməyi adət etdirər, riyaya xəstələnmiş insan özünü asanlıqla ondan xilas edə bilməz.
Bu qəlb xəstələyinin müalicəsi üçün üç yol vardır:
1. Qısamüddətli müalicə.
2. Ortamüddətli müalicə.
3. Uzunmüddətli müalicə.

Qısamüddətli müalicə.
Riyaya düçar olmuş insan əgər qısa müddətdə müalicə olmaq istəyirsə, gərək bütün vacibat və müstəhəblərini xəlvətdə yerinə yetirsin. Bu cür insan namaz vaxtını və yeri elə seçməlidir ki, başqaları onu görməsin. Ancaq problem ondandır ki, çox zaman insan vacib namazlarını və orucunu başqalarından gizlədə bilmir. Ona görə də bu müalicə yolu müvəqqəti sakinləşdiriciyə bənzəyir. Xəstəliyi müalicə etmir. Mümkündür ki, şeytan onu yenə aldatsın və riyaya düçar etsin.

Ortamüddətli müalicə.
Bu müalicəyə əməl etmək üçün uzun müqəddimələrə əməl etmək lazımdır. Ancaq kökdən müalicədir. Riyaya xəstələnmiş insan həm riya etdiyi və həm ixlasla yerinə yetirdiyi əməlləri yadına salmalı və onların arasıdakı fərqi görməyə çalışmalıdır. Quran bu yolda insanı tərbiyə edər. Allah Təala buyurur ki, insan o kəs kimi olmalıdır ki, Allah üçün infaq edər və özünü nümayiş etdirməz. Əkinçi neçə toxum əkir və onu vaxtında suvarır, o zamana qədər ki, əkdiyi bitki cücərsin. Əkdiyi bir neçə toxumdan yüzlərlə məhsul əldə edir. Ona görə də sağlam və xalis əməl belə bir bərəkətə malik olar.
Ancaq riya ilə olan əməl ona bənzəyir ki, insan saf daşın üzərinə toxum əkmək istəyər. Sonra da onun məhsul verməsini gözləyər. Yağış yağan zaman üzərinə səpilmiş toxumları yuyub aparar. Bir müddətdən sonra görər ki, bütün zəhməti hədər getmişdir. Əvvəlki toxumları da əldən vermişdir.
Bu iki əməlin fərqi ancaq niyyətdədir. Əgər bu toxum münasib yerdə olsaydı, cücərər və məhsul verərdi. Ancaq o zaman ki, niyyət pak olmaz, səhraya əkilmiş toxuma bənzəyər ki, qısa müddətdə saralıb solar. Təsəvvür edin ki, o qədər zəhmətli həcc mərasimini yerinə yetirəsən və nəticədə görəsən ki, bütün əməllərində riya olmuşdur, insan üçün necə də acı xatirə qoyar.
Bu nöqtəyə diqqət etməyimiz zəruridir. O insan ki, namazda riya edər, namazı batil olmaqla yanaşı, onu cəza da gözləyər. Ona görə də niyə insan əməlini Allaha görə xalis etməsin? Çünki əks halda bu qədər bərəkətdən məhrum olacaqdır.

Uzunmüddətli müalicə.

Uzunmüddətli müalicə odur ki, riyakar insan çalışar ki, özünü nümayiş etdirməyi aradan apara bilsin. İnsan nəyə görə özünü başqalarına göstərmək istəyir? Onlardan tərif gözləyir? Başqasının tərif etməsi onun nəyinə lazımdır ki? Əgər düzgün diqqət etsək görərik ki, riyakarlığın əsasında başqalarının yardımına ehtiyac hissi durur. İnsan görəndə ki, başqası mömindir, yaxşı insanları hamı sevir, onlara xidmət edirlər, riyakar əməlləri ilə özünü onlara bənzətmək istəyir. Ona görə də riyakar insan ilk növbədə başqalarının rəğbətini qazanmaq hissini aradan qaldırmağa çalışmalıdır. Ümidi ancaq Allaha olmalıdır, xəlqə deyil.

Riya köklərini yandırmaq üçün özündə əməli tövhidi daha da gücləndirməlidir. Bunun üçün də təfəkkür etməli və Allahın aləmlərin Xaliqi olduğunu bürhan və dəlillərlə dərk etməlidir. Bilməlidir ki, Alahın izni olmadan heç bir şey baş verə bilməz.
Əgər bunu bacarmasa, Quran və hədislərə müraciət etsin. Qurana nəzər salan zaman görər ki, bütün işlərin kökündə Allah durur. Adi yağışın yağmasına nəzər salsaq görərik ki, elə bir yağış damcısı yoxdur ki, Allahın izni olmadan yerə tökülsün. Ona görə də Quran onun üçündür ki, yatmış qəlbləri oyatsın. Əgər biz din maarifini Qurandan öyrənsək, o zaman riya zəminələri aradan gedər. Quran buyurur ki, əgər Allah kiməsə ziyan vurmaq istəsə, bütün dünya bir yerə yığılsa, onun qarşısını ala bilməz.
Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala buyurur: “İzzət və cəlalıma and olsun ki, dünyaya olan hakimiyyətimə görə əgər kimsə Məndən qeyrisinə ümid bağlayarsa, ümidini naümid edərəm”. Sonra güley halında buyurar: “Mənim bəndəm xəyal edir ki, işləri başqasının əlindədir? Yer və göyün tədbiri və hər şeyin ixtiyarı Mənim əlimdədir. Sən isə başqasının sorağına gedirsən? Başqalarının özündən heç nəyi yoxdur”.


Geri dön

Gül Əliyeva

  • 10 oktyabr 2013 22:33
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
Cox saqolun..

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 22:14
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

Banned456

  • 8 oktyabr 2013 17:36
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
Təşəkkür edirəm

Gül Əliyeva

  • 6 oktyabr 2013 21:34
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Təşəkkür edirəm ALLAH razi olsun bacim

winxclub_bloom

  • 6 oktyabr 2013 18:20
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
XEBER UCHUN TWKRLER

--------------------

ღ★Yağmur★ღ

  • 4 oktyabr 2013 16:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razı olsun

ღNəmLi kiprikღ

  • 17 sentyabr 2013 19:11
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
allah razi olsun..........

-chanel-

  • 15 sentyabr 2013 16:00
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN__________________

Banned456

  • 15 sentyabr 2013 13:13
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

ღLovelyღ

  • 15 sentyabr 2013 09:45
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 14 sentyabr 2013 23:36
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

melek_19

  • 14 sentyabr 2013 22:36
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun..........................

--------------------

Nazi_Odi

  • 14 sentyabr 2013 22:35
  • Məqalə: 36
  • Şərh: 5411
  • Bal:
{awards}
Allah razi olsun,baci..

Nara Neznakomka

  • 14 sentyabr 2013 22:29
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
1. Qısamüddətli müalicə.
2. Ortamüddətli müalicə.
3. Uzunmüddətli müalicə.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Roya_____

  • 14 sentyabr 2013 21:02
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun canım

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 45
Cəmi: 125
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 26
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}