Şəki lətifələri

 
Şəki lətifələri

Lütvəli Abdullayev maşınla Şəkiyə gedirmiş. Bir kəndin kənarından keçəndə görür ki, bir oğlan eşşəyin üstündə gedir. Lütvəli oğlana yaxınlaşıb soruşur:
-Oğlan, siz bu kənddənsooz?
Oğlan:
-Mən bu kənddənəm, eşşək Şəkidən.
Lütvəli:
-Artıq benzinin varmı?
Oğlan eşşəyin quyruğunu qaldırıb deyir:
-Nolu göstərir.


-Xala izin ver göbəyo üstündə qoz sındırım.
-Sənin ki könlündə biclik yoxdursa, bir daş altda qoy, bir daş üstə, sındırıb ye.


Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış adam gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər süfrə qırağında əyləşib başlayırlar yeməyə.
Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
-Bu da dədəmə qalsın. – deyib pitinin ətini götürür.

Qarınqulu ehsanda o qədər yeyir ki, tərpənə bilmir. Qonşuları bunu araba ilə evinə aparmalı olurlar. Qarınqulu gözünü açıb göydə ulduzları görür və arabaçıdan soruşur:
-Orada nə yığıncaqdır?
Arabaçı deyir:
-Orada da ehsan verilir.
Qarınqulu:
-Onda arabanı ora sür


Kişi arvadına deyir:
-Eşşəyi sataq oğlana toy edək.
Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
Bundan sonra oğlan tez-tez anasına:
-Atama de ki, eşşəkdən danışsın.– deyir.


Şəki bazarında qəssablar: "Qoç əti!", "Qoyun əti!", "Quzu əti!"-deye haray salmışdılar. Abdulcabbar ət almaq fikri olmasa da, qəssabların birinden soruşur: -əmioğlu, ət erkək qoyundu, yoxsa dişi? Qəssab müştəri taptığını görüb sevincək: - Dədəm, erkəkdir, deyir. -E, məni xam hesab eləme, bilmirəm ki, sənin dədən erkəkdir?! Mən qoyunun ətini soruşuram.


Bir Şəkili bərk yorulduğu üçün yer tapıb yatmaq fikrinə düşür. Görür ki, növbətçinin qonşuluğundakı otaq boşdur. Keçib divanda uzanır. Rahat olsun diyə, ayaqlarını dik qaldırıb divara söykəyir və beləcə də yuxuya gedir. Bir azdan kimse otağa girib onu həmin vəziyyətdə xor-xor yatan görur. Cəld oyadıb deyir: -A kişi, sən nə edirsən? Özü də bu vəziyətdə yatışa nə ad vermek olar? Şekili yarıyuxulu halda cavab verir: - Badımcanı...


Qonşu gonşuya keçib gorür ki, ev sahibinin kiçik qızı metbexde meşğuldur.
-A qızım, seni yiyim, hayındı orda nağarırsan?
-Xörek bişirirem, a xala.
-A seni de yiyim, sen bişiren xöreyo da!
Qızın atası o biri otaqdan dillenir:
-A qonşu, qızı yiyirsen yi, amma xöreyde işin olmasın!


Konsertde öz fealiyet derneklerinin cıxışı devam edirdi. Bu defe sehnede başqa bir aparıcı gorünür. O deyir:
-Hayındı sazendeler destesi çalıcihdi "Arazbarı". Tarda dınqıldadır Eleddin, kamançada cüyülledir Sedreddin, nağarada gumbuldadir Şücaeddin.


Dehnede bir kişini camaat yuyucu te'yin edir. Günlerin bir günü kend sakinlerinden biri rehmete gedir. Hamı hüzn yerine toplaşır. Melum olur ki, kişi setelcemden ölüb. Yuyucu gelir. Meyidi çimdirme yerine yerine qoyurlar. Yuyucu öz işine başlayır. Meyitin bedenine isti su deyen kimi, ölü terpenir ve qalxmağa çalışır. Yuyucu bundan berk hirslenib elindeki su qabını kişinin başına vurur ve yavaşdan deyir:"Hara durursan? Qoymaram! Siftemi kor eleme, qadam!".

Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.


Bir nəfərdən soruşurlar:
-Filankəs necə adamdır, oruc tutub namaz qılırmı?
Cavabında: - Mən onun oruc yediyini görmüşəm, amma namaz qıldığını görməmişəm, - deyir.


Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə itəyirsən görün.


Geri dön

CrazyGirl

  • 17 yanvar 2011 10:49
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
Kişi arvadına deyir:
-Eşşəyi sataq oğlana toy edək.
Özünü yuxuluğa vuran oğlan bunu eşidir.
Bundan sonra oğlan tez-tez anasına:
-Atama de ki, eşşəkdən danışsın.– deyir.

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 17 yanvar 2011 00:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

JISTEN TIMBERLAND

  • 16 yanvar 2011 22:18
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
YERI VAR TESEKURLER

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

фея

  • 16 yanvar 2011 21:09
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Gəlin görür ki, təzə bəyin xoşuna gəlməyib, ondan soruşur:
-A kişi, mən kimə görünüm, kimə görünməyim?
Təzə bəy:
-Bir maa görünmə, qalan kimə itəyirsən görün.
ELA wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

nilayka

  • 16 yanvar 2011 20:51
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
wink tewekkurler wink wink

--------------------

YazYamuru

  • 16 yanvar 2011 18:55
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
SAĞOL QIIIIIIIIIIIIIIIIIZZZ wink

--------------------



Ulya

  • 16 yanvar 2011 18:14
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
wink

R_O_M_A

  • 16 yanvar 2011 18:09
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
YERI VAR TEW

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 58
Cəmi: 84

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 52
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}