Dua

 
Dua





Allahım!

Aləmlərə Rəbb olan Sənsən.
Görürsən hər şeyi, Sən öyrətdin mənə görməyi .
Eşidirsən hər səsi, Sən öyrətdin mənə eşitməyi .
Bilirsən hər nə varsa, Sən öyrətdin mənə bilməyi .
Mən "heç nə" idim, Sən var etdin, var oldum.

Varlığı Sənlə bildim, yoxluğu Sənlə öyrəndim.
Sən ki, mənə saysız nemətlər bəxş etdin.
Adlarla təchiz etdin batinimi və zahirimi, həm var həm yar etdin.
Sən ki, məni dünya evinə buyur etdin, ağırladın, ikram etdin
Həmd də, şükr də tək Sənədir!

Sən ki, mənə
"Danışmaq' üçün 'Dil',
'Sevmək' üçün 'Ürək'
'Düşünmək' üçün 'Ağıl' verdin.
Sən ki, mənə
'Görmək' üçün 'Göz',
'Eşitmək' üçün 'Qulaq',
'Toxunmaq' üçün 'Əl' verdin.

O qədər kasıbam ki zənginliyin qarşısında, qəbul et acizliyimi.
O qədər zəifəm ki gücün qarşısında, geri çevirmə çarəsizliyimi.
O qədər qulam ki, elə bir Rəbsən Sən.
Sözləri lütfkarlıq etdin mənə.
Ən gözəl sözlər Sənindir, ən gözəl sözlərim Sənin üçündür.
Məni bağışla, səhvlərim, qüsurlarım, günahlarım üçün.

Bilirəm ki Sənin mərhəmətin,
Comərd torpaqdan daha çoxdur.
Bilirəm ki, Sənin rəhmətin
Yağan yağışdan daha çoxdur.
Yenə bilərəm ki, Sənin şəfqətin
Ananın uşağına duyduğundan daha çoxdur..

Qapına qul olaraq gəldim, şərəfdir bu mənim üçün, qarşındayam Ya Rəbb!.
Qapından girməyə layiq et məni.

Qapından girib qərq olum sonsuz rəhmətinə, imdad et.
Məni özünü bilənlərdən et, özündən xəbərsiz etmə məni.
Məni gözəl bir vəsilə et bu yalan dünyada, salma şər yollara.

Məni İmana əhil, İslama dəlil, Həqiqətə ram, Səadətə məram et.
Yaratdığın 'Su' və 'Torpaq' və 'Hava' və 'Atəş' hikmətinə,
'Əşrəfi Məxluqat' sirrinə çatdır məni Ya Rəb! .
Əlifdən Ya'ya, anlamağı və başa düşülməyi nəsib et

Amin…


Geri dön

_RONALDO_

  • 15 may 2011 20:22
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Allah razi olsun tesekkurler

--------------------

DON ZORRO

  • 18 yanvar 2011 14:33
  • Məqalə: 12
  • Şərh: 32
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN BACI

L_SimuS

  • 16 yanvar 2011 21:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Amin

tewekkurler

,,kepenek,,

  • 16 yanvar 2011 15:39
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
dua edende insan rahatlasir. cox sagolun duaya gore smile

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

YazYamuru

  • 16 yanvar 2011 00:13
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
DUA ETMƏK ÇOOOOOOXX GÖZƏLDİR İNSANI RAHATLAŞIR İNAMIN ARTIR...............DUA MƏNİM HƏYATIMDIR DEMƏK OLAR belay

--------------------



CrazyGirl

  • 15 yanvar 2011 23:46
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Allah her kesin etdiyi DUasini Qebul ETsin
AMIN feel

--------------------
Sən varsansa həyat çox gözəl!

nilayka

  • 15 yanvar 2011 23:04
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
{awards}
gozel xebere gore cox sag ol

--------------------

Ay_Nur

  • 15 yanvar 2011 22:46
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
tesekkurler. Allah razi olsun.

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 60
Cəmi: 155
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 33
Cəmi: 34
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 243
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}