Günahkardan necə ibrət almaq?

 
Günahkardan necə ibrət almaq?

İmam Əli (ə) buyurur: “O kəslər ki, günahdan uzaq olublar, Allah da onları çirkinliklərdən amanda saxlayıbdır. Yaxşı olar ki, günahkarlara rəhm etsinlər.”
Bu xütbədə İmamın (ə) işarə etdiyi insanlar - ismət əhlidirlər. Onlar o kəslərdir ki, özlərini günahdan saxlayarlar. Bu, o kəslərdir ki, Allah onlara yardım edər ki, əmmarə nəfslərinə qalib gəlsinlər. Onu öz aqil qüvvələrinin əsiri etsinlər. Nəticədə günahı tərk etmək mələkəsi əldə edərlər. Bunlar o kəslərdir ki, Allah bidətlərdən sağlam qalmaq nemətini onlara bağışlayar və onları məhv dərəsinə düşməkdən amanda saxlayar.
İmam Əli (ə) ismət əhlinə iki tövsiyə edir. Birinci tövsiyəsi bu idi ki, insanları vəzifələrinə agah etsinlər. Onlara təzəkkür verir ki, günah əhlinə rəhmli olsunlar. Bu mərhəmət o zaman meydana gələr ki, günahkarların halından ibrət alarlar. Təbiidir ki, Allahın layiqli bəndələri, kiminsə günah dərəsinə yuvarlandığını görəndə onların əlindən tutar və onları xilas etməyə çalışarlar.

İkinci tövsiyə.
İmam (ə) ikinci tövsiyəsində buyurur ki, Allahın nemətlərinə şükür etmək onlara elə qalib gələr ki, onları çirkinliklərdən və inhirafdan saxlayar. Bu, o zaman baş verər ki, onlar günahkarların halından ibrət alarlar. Allahın onları bağışladığı və şeytanın tələsindən qoruduğu üçün Ona şükür edərlər.
İmam (ə) xütbələrinin bir çoxunda insanları qeybətdən uzaq olmağa dəvət edir. İmam (ə) buyurur: “Qeybət edən necə (din) qardaşının qeybətini edib, onu bulaşdığı günaha görə məzəmmət edə bilər?”.
İmamın (ə) bu kəlamı o kəslərə aiddir ki, ismət mərtəbəsindən aşağıda yerləşirlər. Az və ya çox günah işlədirlər. İmam (ə) sonra buyurur: “Yada salmırsınız o zamanı ki, Allah günahlarını örtdü. Bu günah, qardaşının günahını qeybət vasitəsilə ifşa etdiyi günahdan da böyük idi. Necə onu günahda məzəmmət edə bilər ki, özü onun kimisini etmişdir. Əgər eyni onun kimisini etməyibdirsə də, Allahın başqa günahını etmişdir. Bu günah - qardaşının günahından böyükdür”.
İmam (ə) bu nurani kəlamı ilə bizə qeybətin fəlsəfəsini açmaq istəyir və buyurur ki, insan necə başqasının günahını ifşa edə bilər. Halbuki, özü də bu günahın eynisini yerinə yetirmiş olar. Bu zaman özünün işlətdiyi günah, qardaşının günahından çox böyük olar. Çünki başqasının eybini tutmuş və abırını aparmış olar.
İmam (ə) davamında buyurur: “Allaha and olsun! Əgər böyük günah işlətməsə də, üsyanı kiçik olsa da, onun insanların eybini deməsinə cürəti və axmaqlığı - ən böyük günahlardandır”.
İmam (ə) buyurur ki, insan başqasının qeybətində iştirak etməsə də, başqasının eybini faş etməyə cürət etməsinin özü də böyük günahdır. Yəni, bu günahı etmir, ancaq ona cürət edir. Bunun özü də böyük günahdır. Başqasının eybini deməyə cürət etməyin özü də böyük günahdır. İnsan qeybət etsə, cəmiyyətdə çox böyük fəsad yaratmış olar və vəhdəti aradan aparar. Ona cürət etmək də bu fəsadlardandır. Ancaq qeybət kimi böyük deyildir. “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. (“Hucurat” 12).
Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətdən çəkinin, şübhəsiz ki, qeybət zinadan daha pisdir. O kişi ki, zina edər, sonra həqiqi tövbə edərsə, Allah günahından keçər. Ancaq qeybət edəni bağışlamaz. O zamana qədər ki, qeybət etdiyi şəxs onu bağışlayar”.
Həzrət (s) başqa yerdə buyurur: “Meraca aparıldığım gecə gözüm elə insanlara dəydi ki, dırnaqları ilə üzlərini cırırdılar. Cəbrayildən (ə) onlara görə sual verdim və buyurdu: “Bunlar o kəslərdir ki, insanların qeybətini ediblər””.
Bərə ibni Azəb Peyğəmbərdən (s) nəql edir ki, buyurur: “Müsəlmanın qeybətini etməyin. Eyb pərdələrini cırmayın. Çünki o kəs ki, qardaşının eybini axtarmaq ardınca olar, Allah da onun eybinin ardınca olar. O kəs ki, Allah onun eybinin ardınca olar, onu rüsvay edər. Baxmayaraq ki, evinin içində sürünmüş olsa belə”.
Beləliklə, deyə bilərik ki, saleh o kəsdir ki, günahkarın halından və əməlindən ibrət alsın. Hətta günahı işlətməyə belə cürət etməsin.


Geri dön

Banned1

  • 10 oktyabr 2013 00:54
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
İmam (ə) bu nurani kəlamı ilə bizə qeybətin fəlsəfəsini açmaq istəyir və buyurur ki, insan necə başqasının günahını ifşa edə bilər. Halbuki, özü də bu günahın eynisini yerinə yetirmiş olar. Bu zaman özünün işlətdiyi günah, qardaşının günahından çox böyük olar. Çünki başqasının eybini tutmuş və abırını aparmış olar.

Banned549678

  • 8 oktyabr 2013 17:14
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Allah razı olsun

Banned1

  • 6 oktyabr 2013 20:57
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}

Təşəkkür edirəm ALLAH razi olsun

winxclub_bloom

  • 6 oktyabr 2013 18:16
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
XEBER UCHUN TWKRLER

--------------------

ღ★Yağmur★ღ

  • 4 oktyabr 2013 16:30
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღNəmLi kiprikღ

  • 17 sentyabr 2013 19:06
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
allah razi olsun..........

Elza Hüseynli

  • 17 sentyabr 2013 16:01
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnnnnn

PSIXOPATKA

  • 16 sentyabr 2013 16:50
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ALLAH RAZI OLSUN

--------------------

melek_19

  • 15 sentyabr 2013 21:07
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ADA GirL

  • 15 sentyabr 2013 20:48
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Allah komeyiniz olsun twkr

-chanel-

  • 15 sentyabr 2013 15:42
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN__________________

Milyonerka

  • 15 sentyabr 2013 15:13
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 sentyabr 2013 14:34
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღLovelyღ

  • 15 sentyabr 2013 13:50
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

۞(S)pea(R)۞

  • 15 sentyabr 2013 13:34
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
tesekkurler...!

--------------------
1 milyon abune ^_^

Roya_____

  • 15 sentyabr 2013 13:28
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı Olsun

Banned549678

  • 15 sentyabr 2013 12:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

love%messi

  • 15 sentyabr 2013 12:11
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
ilk werh menden twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 447
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}