Çevir ki, dönsün, çevirmə kabab olsun

 
Çevir ki, dönsün, çevirmə kabab olsun


Yanvarın ikinci yarısıdır, qışın oğlan çağı olmasına baxmayaraq, havalar hələki mülayim keçir. Özü də istirahət günləridir. Görəsən, nə bişirək, nə yeyək - deyə düşünürsünüzsə, Sizə bu işdə köməklik göstərməyə çalışacağıq...

Beləliklə, kulinar Çingizin hazırladığı həftəsonu menyünü təqdim edirik.

Əvvəlcə onu deyək ki, kulinariya kəlməsinin kökü latınca "culina", yəni "mətbəx" sözündəndir. Bu səbəbdən də kulinariya yemək hazırlamaqla bağlı insan fəaliyyəti yox, həm də mətbəx sənəti, bəlkə də incəsənətidir.

Bugünkü menyumuzda da mətbəx sənətinin tanınan, amma adı gələndə çoxlarının "bişirə bilmərəm, reseptinə bələd deyiləm, çətindir" dedikləri təam var.
Onun adı "şaurma"dır ki, oxuculuramız bu təamı "dönər" kimi tanıyırlar.

Azərbaycanda bu təama dönər, Əlcəzairdə "dener", Belçikada "pita durum", Bolaqrıstanda "dönər", Böyük Britaniyada - "kebab", Yunanıstanda - "qiros", İsraildə "şavarma", Livanda "kubba", Polşada "kebab", Rumıniyada isə "haorma" deyirlər. Amma bunun dilimizdə əsl adı çevirmə kababdır.

Qoyun, mal, toyuq, bəzi hallarda isə balıq ətindən hazırlanan "şaurma" və ya dönərin ulu babaları türk çobanlar olublar.
Onlar quzu, dana və ya ceyran ətini xırda doğradıqdan sonra elə həmin heyvanın yuyulub təmizlənmiş qarnına doldurur, quyruq və ya piy qatır, həmin qarnı tikir və köz üzərində bişirirdilər.
Bu zaman içi xırda doğranmış ətlə dolu qarın şişin üstündə olduğundan, şiş sürəkli çevrilməliymiş.
O səbəbdən də "çevir ki, dönsün" ifadəsi məhz şaurma və ya dönərə şamil edilən kəlmələrdir.

Adi kababdan fərqli olaraq, çevirmə kababda, əvvəlcə ət lay-lay doğranılır, şaquli istiqamətdə lay-lay şişə taxılır, sonra isə közdə o üz-bu üz çevrilməklə bişirilir. Amma bu kababı çox tez-tez çevirmək lazımdır.

Kababın hazırlanma şərtlərinin dəyişdirilməsi isə ət tikələrinin tam bişməsi və ən başlıcası, bişdikcə tikələrinin rahatlıqla kəsilib götürülməsi idi.
Üstəlik, ətin vətərləri və damarları da kiçik hissələrlə kəsildiyindən, yeyəni "narahat" etmirdi.
Və ən nəhayət, davamlı isti qalan, ziyafət başa çatana qədər hazır yemək alınırdı.

Beləliklə, şaurma və ya dönər adıyla tanıdığınız çevirmə kababı hazırlamağa başlayırıq:

4 nəfərlik süfrə üçün 1 kq ət yetər. Ət mütləq şəkildə təzə olmalıdır - dondurulmuş ətdən kabab alınmaz. Qoyun əti daha məsləhətdir: quzu ətini seçsəniz, lap əla olar.

Əti sümükdən təmizləyib doğrayın, kiçik laylara ayrın. Sonra əvdalar menyüsünü hazırlayın - qara bibər, döyülmüş istiot, nanə, raziyanə, quru reyhan və quru şüyüdü bir yerdə qarışdırın və üstünə iki çay qaşığı sirkə tökün. Bunları saxsı, bu da olmasa emallı qabda ət parçaları ilə birgə əlinizlə yaxşıca qarışdırın. Sonra təxminən 100 qram quyruğu da eynilə həmin ət parçaları kimi laylara bölərək emallı qabdakı ətlə qarışdırın.
Bunu ədvaların ətlə quyruğun "canına yeriməsi" üçün etməlisiniz.
Sirkəli ədvalar ətə hopandan sonra iki çimdik zirəni ət parçalarının üstünə səpə bilərsiniz.
Qabın ağzını bağlayın və kölgəli, gün işığı düşməyən, sərin yerə qoyun.

Manqal hazırlığına başlamaq gərəkdir. Bu barədə çox yazmırıq, çünki manqala köz salmaq çətin iş deyil. Sadəcə, onu bilin ki, şam, sidr və ya küknar ağacları kabab üçün əsla yaramır.
Köz qızarıb "vam" hala gələndən sonra emallı qazandakı ət laylarını şişə taxın.
Tələsməyin, çevirmə kabab diqqət tələb edir.
Elə etməlisiniz ki, ət parçaları lay-lay olsun və hər 5 ət layından sonra bir quyruq layı gəlsin.
5-1 nisbəti ilə layları şişə taxarkən zövq və iştahınıza uyğun olaraq aralarına pomidor, bibər, badımcan, kartofu da keçirə bilərsiniz.
Bir şərtlə ki, onları da lay-lay doğrayasınız, hər 4-5 ət layından sonra bir bibər və ya pomidor layı "qatasınız".

Şişləri düzəndən sonra onları tələsmədən, növbə ilə çevirin.
Köz üzərində qızarmaqda olan ət laylarını çevirməkdə ikən, onların üzərinə su da səpə bilərsiniz. Amma adi yox - "kabab su"yunu.

"Kabab suyu" hazırlamaq üçün 100 qram su, 2 çimdik cirə, 2 çimdik duz, 2 çimdik "pul" bibər, 3 dənə zəfəran bığcığının döyməsi, 1 çimdik hil yetərlidir. İnqradientləri suda yaxşıca qarışdırın və bişən ət tikələrinin üzərinə aramla, hərdənbir səpin.
Kabab təxminən 10 dəqiqəyə tam hazır olmalıdır.

Çevirmə kababı süfrəyə gətirəndən sonra yanında ayranı, dilimlənmiş və üzərinə reyhan tumları səpilmiş limonu, bir də içinə buzla hil atılmış su qoymağı unutmayın.

Nuş olsun! smile


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 08:32
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
MARAQLI XEBERDI ELLERIVIZE SAGLIQ

MARAQLI XEBERDI ELLERIVIZE SAGLIQ

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

L_SimuS

  • 16 yanvar 2011 21:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyyete gore))

YazYamuru

  • 16 yanvar 2011 04:02
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
wink TŞK QARDAŞ wink

--------------------



CrazyGirl

  • 15 yanvar 2011 23:51
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Təşəkkür laughing

--------------------
Sən varsansa həyat çox gözəl!

Ulya

  • 15 yanvar 2011 21:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagolun

AskZede

  • 15 yanvar 2011 21:43
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Xebere Gore Twk
love

--------------------

Doktor

  • 15 yanvar 2011 21:42
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
INSANI GORENDEN SONRA EMINEM KI,HAMINIZ VEGETERIAN OLARDIZ.NECE KI,HALHAZIRDA BUTUN UNIVERSITETIMIZIN 99%-I ELEDIR.SADECE BIR FAIZ ET YEYIR INSANI GORENDEN SONRA.NE DEYIM NUS OLSUN SIZLERE..... wink

--------------------

FERID_HESENLI

  • 15 yanvar 2011 21:42
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
he yemeli idi ama men tike et yemirem toyuq olsaydi yeyrdim xebere gore tesekkur

Just For Legend

  • 15 yanvar 2011 21:34
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Princesss hani????????????????bu sayt Princess olmadan maraqsizdir ele bil

--------------------

sevgim

  • 15 yanvar 2011 21:33
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
lap kabab istedim

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

nilayka

  • 15 yanvar 2011 21:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
dadli xebere gore tewekkur wink

--------------------

Just For Legend

  • 15 yanvar 2011 21:30
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
REDAKTORLARIMIZ HANI????????????????????????

--------------------

Cici-Kiz

  • 15 yanvar 2011 21:28
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Uje acdim winked faydali xeber ucun cooox sag olun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Morning_Star

  • 15 yanvar 2011 21:24
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkür

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}