Payızın yeni dəbləri nə olacaq?

 
Payızın yeni dəbləri nə olacaq?


Modanı təqib edən və etməyən hər bir insan moda sözünü işlədir. Moda deyiləndə, əsasən, dövrün populyar geyim seçimi düşünülür.

Moda nədir?

Geyim üzrə dizayner Svetlana Cəfərova bildirdi ki, moda yalnız populyar geyim sektoruna aid deyil. Onun sözlərinə görə, bu, məşhur bir yazıçının əsəri, bir televiziya proqramı, bir avtomobil və s. ola bilər: “Bu da bir faktdır ki, müəyyən bir dövrə aid olan geyim tərzi də elə o dövrün modası sayılır. Keçmişdə modanı cəmiyyətin yuxarı təbəqəsi müəyyənləşdirirdisə, sonralar bunu geyim sənayesi əvəz etdi. Onu da qeyd edək ki, bəzən kütlənin bazar seçimi də modanı geridə qoyur. Belə ki, gözəl görünən, dəb olan bir geyimdənsə insanlar cibinə uyğun geyimi seçir. Bundan başqa, bu gün moda artıq iqtisadiyyatla da bağlıdır. Yəni bir vaxtlar sadəcə dəb üçün məhsul istehsal olunurdusa, hazırda bu sahədə modelyerlər imic formalaşdırmağa üstünlük verirlər”. S.Cəfərova deyir ki, ümumiyyətlə, bu gün həyatda həm qadınlar, həm də kişilər moda ilə maraqlansa da, nədənsə moda deyildikdə ilk olaraq ağıla qadınlar gəlir. Bəzən isə insanlar hər hansı yeni bir dəb ona yaraşmasa da, məhz dəb olduğu üçün ondan istifadə edir. Yaxud bəziləri gözəl dəblə geyinməkdənsə, modanı yarış meydanına da çevirirlər. Beləliklə, yeni dəblə yanaşı, yaraşanı da seçmək daha məqsədəuyğundur”.

Geyim üzrə dizaynerin sözlərinə görə, geyimlər fəsillərə uyğun hazırlandığından hər fəsildə insanlar yeni dəbləri təqib edirlər. Artıq payız mövsümünün başlamasına az qalıb və artıq mövsümə uyğun geyim axtaran insanları yeni dəblər maraqlandırır. Yay mövsümünün sonu yaxınlaşdıqca artıq mağazalarda endirimlərin başladığı da diqqətdən qaçmır. Mağaza sahibləri isə bu məhsulların satılması üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bunun nəticəsidir ki, yay məhsullarının bir çoxu hazırda 50, hətta 70 faizə qədər endirimlərlə satılır. Bu gün dünyada yüngül sənayenin modaya uyğunlaşmaq üçün ildə iki deyil, 4 kolleksiya istehsal etdiyini deyən S.Cəfərova deyir ki, tanınmış markalarda isə bu istehsal hətta beşə də gəlib çatır: “Bu gün dünyada moda aləminin bir müddətdir ki, gündəmində olan payız öncəsi, xüsusi geyim kolleksiyası olan “pre-fall” təqdim olunur. Bu geyimlər üçün dünyada xüsusi təqdimatlar keçirilmir, amma bunlar Hollivud ulduzları tərəfindən diqqətlə izlənilir. Çünki payız və qış kolleksiyalarındakı geyimləri geyməkdən, yaxud onları görməkdən bezən məşhurlar “Oskar” kimi mükafatların təqdimatlarına qırmızı xalçada məhz “pre-fall” kolleksiyasından geyməyə üstünlük verirlər. Hazırda məşhurlar da mövsümün yeni kolleksiyasını gözləyirlər”.

Beləliklə, bu mövsümün moda təqibçilərini hansı yeniliklər gözləyir?

Mövsümün dəbi: “dama-dama” və “lak” parçadan geyimlər


İlk olaraq payız mövsümünün paltar modasından başlasaq, təqibçiləri bir sıra yeniliklər gözləyir. Modelyer Günay Hümbətova bildirdi ki, bu mövsümdə əsas dəb “dama-dama” parçalardan hazırlamış geyimlər olacaq: “Belə ki, belə parçadan hazırlanmış don, “yubka”, şalvar, köynək və ya palto dəb olacaq. Bu mövsüm klassik dəri ilə yanaşı, lak parçalardan hazırlanmış geyimlər də üstünlük təşkil edəcək. Laklı paltarlar ilə qadınlar daha çox diqqət cəlb edəcəklər. Parlak parçalardan xoşu gəlməyənlər üçün isə sadə dəri geyimlər dəbdə olacaq. Bu mövsümdə eləcə də naxışlı geyimlər dəbdədir. Yay başa çatsa da, bu mövsüm dəbdə olan çiçək rəsmi olan geyimlərə əlvida deyilməyəcək. Belə ki, payız və qış mövsümlərində də belə çiçək rəsmli geyimlər gündəmdə olacaq”. Modelyerin sözlərinə görə, mövsümün hit parçalarından olmağa namizəd-dəri, məxmər kimi parçalardan hazırlanmış pencəklər liderlik edəcək.

2013-2014 payız-qız mövsümü üçün kişi geyim dəbinə gəldikdə isə modelyer bildirdi ki, bu mövsüm kişi geyimində boz rəng ilə göy və mavi tonları yüksək yer tutacaq və bu rənglərə monoxrom, tünd qırmızı, təbii və xardal kimi rənglər yoldaşlıq edəcək: “Kişi geyimlərində hərbi mövzu bu mövsüm də davam edəcək. Belə ki, kişi geyimlərində əsgəri formanın naxışları öz əksini tapacaq. Pencək, palto və şalvarlarda “tüvit” parça diqqət çəkərkən, kürkdən də kişi geyimində çox istifadə edildiyi müşahidə ediləcək. Kişilər üçün yaxasında kürk olan qısa palto və gödəkcələr olduqca məşhur olacaq. Bu mövsümdə yeni kolleksiyalarda saç hörgüsü naxışı olan poliverlər də özünü göstərəcək. Kişi geyimlərində özünü göstərəcək bir başqa dəb isə kişilərin pencək ya da gödəkcələrin üzərinə kəmər taxması olacaq”. Modelyer deyir ki, artıq bir müddətdir ki, istifadədən çıxmayan ucları şiş ölçüdə olan ayaqqabılar bu mövsümdə də həm qadın, həm də kişilər üçün dəb olacaq.

Payızın dəb aksessuarları - uzun sırğalar, mesaj verən boyunbağılar

Qadınların sevimli mövzusu olan aksessuarlar bu mövsümdə yeni dəbləri ilə gəlir. Modelyer bildirdi ki, 2013-2014 payız-qış mövsümündəki aksessuarlar hər zamankı incə görünüşdən bir qədər fərqli imiclə özünü göstərəcək: “Belə ki, bu mövsümün dəbi olacaq aksessuarları içərisində sırğalar, kifayət qədər uzunluqda olacaq. Digər dəb olacaq aksessuar isə tribal adlanan boyunbağılardır. Onlar payız rənglərini ən yaxşı təcəssüm etdirən mövsüm aksessuarlarından olacaq. Mövsümün ən populyar olacaq aksessuarlarından biri isə mesaj verən boyunbağılar olacaq. Üzərində müxtəlif kəlmələr yazılmış belə boyunbağılar, üzüklər, bilərziklər bu mövsüm daha geniş istifadə ediləcək. Bu mövsümdə uzun müddətdir ki, istifadədən çıxarılan yaxa sancaqları yenidən dəb olacaq. Eyni zamanda qadınların sevdiyi zəncir dizaynlı boyunbağılar bu mövsüm daha geniş istifadə ediləcək. Həmçinin üzərində kəpənək kimi müxtəlif heyvan təsvir edildiyi aksessuarlar da dəb olacaq”.

Geniş çantalar qadınların sevimlisidir

Qadınların hər zaman diqqətində olan və daim yeni dəb axtarışında olduğu məhz çantalardır. Qadınlar adətən havalar soyuyunca tünd rənglərə üstünlük verirlər, xüsusilə də qara, qəhvə rəngli çantalardan istifadə edirlər. Modelyer deyir ki, ancaq bu mövsümdə canlı rənglərdə olan çantaları hələ istifadədən çıxarmasınlar, çünki payız mövsümündə də bu davam edəcək: “İlk öncə bu mövsüm geniş çantalar dəbdə olacaq. Artıq bir neçə mövsümdür ki, böyük çantalar davam edir. Bu mövsüm yalnız çiyindən asmaq üçün deyil, əldə götürülə biləcək çantalar da dəbdədir. Bundan başqa, ancaq telefon və pul kisəsi yerləşəcək “bit” çantalar da dəbdə olacaq. Mövsümün dəb çantalarından biri də kürk çantalar olacaq. Həmçinin üzəri aksessuarlarla bəzədilmiş çantalar da diqqəti cəlb edəcək. Mövsümün çantası da “həkim çantaları”na bənzəyən dəri çantalar olacaq”.

Hansı yeni saç formaları dəb olacaq?


Saç ustası Könül Əhmədova bildirdi ki, bu sezon saçlarda daha təbii və sadə modellər özünü göstərəcək: “Payız saç modelləri sırasında, əsasən, arxaya doğru daranan saçlar müşahidə olunacaq. Mövsüm saç modelləri arasında toylarda, qonaqlıqlarda daha çox istifadə edilən dağınıq toppuz saçlar istifadə ediləcək. Düz şəkildə yığılmış saçların əksinə olaraq, bu cür dağınıq yığılan saçları toplamaq çox asandır. Bu mövsüm daha həcmli saçlar dəbdə olcaq. Bunun üçün həcm verən köpük və saç laklarından istifadə etmək olar. Bundan başqa yay mövsümündə olduğu kimi payızda da sadə, boyunda toplanmış hörüklər davam edəcək. Ötən mövsümdən qalma digər saç modası isə nəm görüntülü saçlardır.

Kişilərdə payız saç dəbinə gəldikdə isə qısa saçların forması üstünlük təşkil edəcək. Dağınıq olaraq dalğalı saçlarla bərabər düz saçlar da bu mövsüm olduqca dəb olacaq. Eləcə də asimmetrik formada kəsilmiş, təbii görüntülü və üst qismi uzun buraxılan saçlar da özünü göstərəcək. Ümumiyyətlə, saç ustası deyir ki, saç modelinin mütləq üzün şəklinə uyğun düzəldilməsi lazımdır.


Geri dön

winxclub_bloom

  • 10 oktyabr 2013 13:51
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
melumat uchun chox sagol

--------------------

★NuTeLLa★

  • 29 sentyabr 2013 20:16
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Werhler ucun twk )

Xanim Zehra

  • 25 sentyabr 2013 23:39
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
tewekkurler..

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 21 sentyabr 2013 03:05
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
MeqaLeye göre TeşekkürLer canim)

--------------------

Banned549678

  • 20 sentyabr 2013 18:48
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Beyendim....=)

ADA GirL

  • 20 sentyabr 2013 16:34
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Meqale ucun tesekkurler=)

ღLovelyღ

  • 19 sentyabr 2013 21:26
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

-Kralica-

  • 19 sentyabr 2013 20:23
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ttewekkurller

--------------------




melek_19

  • 19 sentyabr 2013 20:02
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
aaaaaaaa mende ele bildim wekillerdi.yenede twk

--------------------

-chanel-

  • 19 sentyabr 2013 19:07
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
___________________TeWeKKuRLeR___________________

Dikaya_Kavkazka

  • 19 sentyabr 2013 19:01
  • Məqalə: 0
  • Şərh: 2791
  • Bal:
{awards}
COOOX sag olun melumata gore)

Gun--ka

  • 19 sentyabr 2013 18:13
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
bu sezon saçlarda daha təbii və sadə modellər özünü göstərəcək: “Payız saç modelləri sırasında, əsasən, arxaya doğru daranan saçlar müşahidə olunacaq. Mövsüm saç modelləri arasında toylarda, qonaqlıqlarda daha çox istifadə edilən dağınıq toppuz saçlar istifadə ediləcək. Düz şəkildə yığılmış saçların əksinə olaraq, bu cür dağınıq yığılan saçları toplamaq çox asandır. Bu mövsüm daha həcmli saçlar dəbdə olcaq. Bunun üçün həcm verən köpük və saç laklarından istifadə etmək olar. Bundan başqa yay mövsümündə olduğu kimi payızda da sadə, boyunda toplanmış hörüklər davam edəcək. Ötən mövsümdən qalma digər saç modası isə nəm görüntülü saçlardır.

Kişilərdə payız saç dəbinə gəldikdə isə qısa saçların forması üstünlük təşkil edəcək. Dağınıq olaraq dalğalı saçlarla bərabər düz saçlar da bu mövsüm olduqca dəb olacaq. Eləcə də asimmetrik formada kəsilmiş, təbii görüntülü və üst qismi uzun buraxılan saçlar da özünü göstərəcək. Ümumiyyətlə, saç ustası deyir ki, saç modelinin mütləq üzün şəklinə uyğun düzəldilməsi lazımdır.


bu mövsümün moda təqibçilərini hansı yeniliklər gözləyir?

Mövsümün dəbi: “dama-dama” və “lak” parçadan geyimlər
Payızın dəb aksessuarları - uzun sırğalar, mesaj verən boyunbağılar

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Balamin Decel Balasi

  • 19 sentyabr 2013 18:12
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
usss eladi tskklar

Elza Hüseynli

  • 19 sentyabr 2013 18:02
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Tewekkurler beyendimmmm

Roya_____

  • 19 sentyabr 2013 17:34
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
uxx teşekkurler Lemkacımm kız menı qabaqladın mende bu meqalenı qoymuwdum olmadıtongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 59
Cəmi: 89

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}