Bağışla məni, qəlbim, bağışla

 
Bağışla məni, qəlbim, bağışla


Hey,kim var orda?!
Yaxın gəl...
Bu qaranlıqda,
yalnızca nəfəsimin bu vahiməli
gecənin səssizliyini pozduğu bir gecədə
hardan çıxdın sən?
Niyə elə baxırsan mənə?

Yaxın gəl...Aha tanıdım səni.
Sən ki hamıdan doğmasan mənə.
Ah,yaralı qəlbim...Bu sənsən...
Yaralı eşqimin qanlı nəşi...

Könlümün heç vaxt dinməyəcək odlu atəşi...
Yandırdı səni bu ruhun ümidsiz tutduğu eşqi...
Yaraladı səni qırılan məhəbbətimin matəmi...
O matəmi saxlayırsan indi,qəlbim...[


Bağışla məni, qəlbim, bağışla


Mən dözə bilməzkən buna,sən necə dözürsən?
Bəs niyə susursan indi?Danış,
Axıt bu günə kimi sənə verdiyim eşqimin acı zəhərini...
Təki danış mənimlə...De dərdini,güvən,inan mənə.
Sən ki mənimsən.Mənə aidsən.
Bəs onda niyə susursan?

Bilirsən,qəlbim,bu dəqiqə əlimi oda tutub mən
Saxlaya bilərəm bir neçə an.
Heç çəkmərəm əlimi qızmar,yaxan alovdan.
Sıxaram dişimi,nə qədər göynəsə də yara
m,
Nə qədər bərk ağrısa da,yenə
Bir-iki saniyə saxlayıb mən nəfəsimi
Çıxarmaram səsimi.


Bağışla məni, qəlbim, bağışla


akin sənin bu sükutuna nə tabım var,
Nə tavanım,nə qərarım...
İndi elə bil hər bir hüceyrəmdə
dil-dil ötür sənə çəkdirdiyim ağır dərdlər.
Bilirəm,sənin könlün indi bu əzabdan
qurtulmağı istər...
Amma dinmirsən axı.Demirsən əsas dərdini.
Bəlkə çarə tapdım mən sənə?
Yox,belə olmaz!..
Bir söz de!

Heç olmasa məni məzəmmət elə,danla!
Qurtar bu nigaranlıqdan,mərhəmət elə...
O nədi gözlərində elə?!Yoxsa nifrət mi?
Yoxsa bu günə kimi çəkdirdiklərimə hiddət mi?
Yox,dayanma belə məlul,
ümidsiz yollara baxan biri kimi durma qarşımda.
Yığ,yumrula qəzəbini,
Sonra bük bu qəzəbi ən acı,ən ağır sözlərə
At üstümə bir daş kimi sonra!

Sanc bağrıma tikan kimi!
Bir şillə kimi kimi vur üzümə etdiklərimi!
Ancaq kəs bu sükutu!
Hər şey susur bu dəqiqə...
Bu otaq,divarlar,hətta
hava belə susub səni gözləyir,qəlbim.
Bilirəm,
bu günə kimi iztirabı təbəssümə büküb gözləmisən.
Onu unudacağım günü gözləmisən.
Unuda bilmədim...Nə desən edərdim bəlkə,amma
Unuda bilmədim mənə acı çəkdirəni.
Unuda bilmədim!!!
İndi fəryad alovlarında yanıb külə dönüb sözlərin...
Ümidlərin də bu firqətin acı şərbətini dadır illərdi...
Mənsə dəli kimi inanmışam ona...
Nə Kərəmin Əsli sevdasıyla bir tutdum onu,
Nə Qəribin Sənəm eşqiylə,
Nə də Leyli ilə Məcnunun yanıqlı dastanı ilə...
Heç kiminkinə bənzəmədi bu eşq.
Ən azından mən belə düşündüm...
Mənim dərdim oldu.
Unuda bilmədim,ey həyat,unuda bilmədim.
Sevin indi.Qəlbim küsüb məndən.Danışmır mənlə,
Dinmir,anlasam da çəkdiyini,susur və boğur məni bu qəhər.
Öldürür,yandırır qor alovlarda,qor tökülmüş yatağımda.
..
Yandırır...
Sevin,ey həyat,aldın məndən həm sevgimi(amma o sevməmişdi axı,o vicdansız,o ayırdı qəlbimi məndən),
Həm də qəlbimi(o ki daim mənim olmalıydı...)
İndi sevin,bu gün bayramındı,ey həyat,bayramındı.
Sinəsi dolu eşq olana nə gərəkdi ağıl? Demişdim.
Səhv eləmişəm,böyük səhv!!!
Aldatdın məni,həyat!Aldatdın!!!


ÜMİD qaranlıq gecələrin dərin səmalarına bənzəyirmiş.
Diqqətlə baxan onun hər guşəsində
Sönük də olsa,bir ulduz tapır.
Ancaq bu ulduz nə qədər uzaq,soyuq və işıqsız olursa,
Təsəllidən çox qəlb ağrısı verər...

Bağışla məni,qəlbim,bağışla sənə bu çəkdirdiklərimdən ötrü.
Bağışla məni,o vicdansıza səni əmanət etdiyimçün,bağışla...


Geri dön

::..ONSLAUGHT::..

  • 11 mart 2011 23:33
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
gozel weirdi tewekkur edirem

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

::..ONSLAUGHT::..

  • 3 mart 2011 20:29
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

clever

  • 16 yanvar 2011 23:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
uzundeki wekilde olan yazi HOST-un sozleridi>Sen olende ilk defe inandim insanlar olur<

L_SimuS

  • 16 yanvar 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

CrazyGirl

  • 16 yanvar 2011 13:09
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Bağışla məni,qəlbim,bağışla sənə bu çəkdirdiklərimdən ötrü.

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}