Bir müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir

 
  • 19.09.2013, 17:30
  • Bölmə: İslam
  • Müəllif: ceci
Bir müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir

“Lənət” sözünün mənası “Allahdan uzaqlaşdırmaq” deməkdir. Ona görə də onun pis əməl olduğuna heç bir şəkk yoxdur. Kimisə elə-belə nifrin etmək caiz deyildir.
“Cameyi-səadət” kitabında oxuyuruq ki, dində olan lənət kafirlərə, fasiqlərə və zalımlara aiddir. O cümlədən zalım hökumətə nifrin etmək caiz, bəlkə də müstəhəbdir. Bundan qeyri halda isə bəyənilmir. Müsəlmanın başqa bir müsəlmana nifrin etməsi bəyənilməyən əməllərdəndir.
Əli ibni Əbi Həmzə nəql edir: “İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: (Şübhə yoxdur ki,) lənət və (nifrin) kiminsə ağzından bayıra çıxan zaman qərarsız və məkansız qalar. Əgər (nifrin edilən şəxsi) buna layiq bilərsə, ona daxil olar. Əks halda isə (nifrini deyənə) qayıdar”.
İbni Sədəqə İmam Sadiqdən (ə) nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Nə zaman lənət ağızdan çıxarsa, onunla lənət olunan şəxsin arasında qalar. Əgər onda yol tapmasa yenidən lənəti deyənə qayıdar. O, bu sözə layiq olar. Ona görə də qorxun və möminləri lənət etməyin ki, özünüzə qayıdar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ölüləri lənətləməyin ki, onlar qabaqcadan göndərdiklərinə çatıblar. Həmçinin bitkiləri və heyvanları lənətləmək yaxşı deyildir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Atanızın nifrinindən çox qorxun. Çünki belə nifrin buludları belə yarıb keçər və yuxarı gedər. Allahın diqqətini cəlb edər. O yerə qədər ki, Allah buyurar: “O nifrini Mənim yanıma gətirin ki, yerinə yetirim”. Ona görə də atanızın sizin əleyhinizə dua etməsindən və nifrin etməsindən çox çəkinin. Çünki qılıncdan da kəsicidir”.
“(Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm». (“Ənkəbut” 8).
Ancaq əgər valideyn insana əziyyət edərsə, gərək səbir etsin. Çünki onlar sən kiçik olan zaman sənin əziyyətini çox çəkmişdilər. Onlardan üz döndərmə, səsini onlara yüksəltmə, onlarla mehriban söhbət et. Allah Təala da səninlə mehriban rəftar edər. Çünki Allah yaxşı əməl sahibinin əməlini zay etməz.
Nəql edilir ki, İmam Səccad (ə) valideynləri ilə oturub yemək yeməzdi və Həzrətdən (ə) bunun səbəbini soruşan zaman buyurardı: “Qorxuram ki, onların yemək istədiyi tikəni onlardan qabaq mən yeyəm. Bununla da ağvalideyn olam”.
İmam Əli (ə) buyurur: “Gözümün nuru, məzlumun nifrinindən çəkin, çünki qorxuram ki, məzlumun dua oxu gecənin qaranlıqlarında sənə dəysin. Sənin gözün yatmış olsun, məzlum isə oyaq olsun və sənə nifrin etsin. Allah isə yuxuya getməz”.
Beləliklə deyə bilərik ki, müsəlman gərək müsəlmanı nifrin etməsin. Çünki bu nifrin onun özünə qayıda bilər. Həm də bu əməl dinin nəzərində bəyənilməyən əməllərdəndir.


Geri dön

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 15:08
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 14 oktyabr 2013 10:50
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Nəql edilir ki, İmam Səccad (ə) valideynləri ilə oturub yemək yeməzdi və Həzrətdən (ə) bunun səbəbini soruşan zaman buyurardı: “Qorxuram ki, onların yemək istədiyi tikəni onlardan qabaq mən yeyəm. Bununla da ağvalideyn olam”.

winxclub_bloom

  • 6 oktyabr 2013 17:42
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 21 sentyabr 2013 03:04
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Banned549678

  • 20 sentyabr 2013 18:47
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun=)

ADA GirL

  • 20 sentyabr 2013 16:32
  • Məqalə: 32
  • Şərh: 4751
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler

PSIXOPATKA

  • 20 sentyabr 2013 13:58
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღLovelyღ

  • 19 sentyabr 2013 21:23
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

-Kralica-

  • 19 sentyabr 2013 20:15
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ttwwwwwwwwwwkkk

--------------------




melek_19

  • 19 sentyabr 2013 20:01
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Gun--ka

  • 19 sentyabr 2013 19:15
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
Ancaq əgər valideyn insana əziyyət edərsə, gərək səbir etsin. Çünki onlar sən kiçik olan zaman sənin əziyyətini çox çəkmişdilər. Onlardan üz döndərmə, səsini onlara yüksəltmə, onlarla mehriban söhbət et. Allah Təala da səninlə mehriban rəftar edər. Çünki Allah yaxşı əməl sahibinin əməlini zay etməz.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

-chanel-

  • 19 sentyabr 2013 19:06
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
__________________ALLAH RaZI oLSuN_________________

agali.girl

  • 19 sentyabr 2013 18:16
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
Allah razi olsun love

Elza Hüseynli

  • 19 sentyabr 2013 18:02
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnnnn

siyah gozlum

  • 19 sentyabr 2013 17:55
  • Məqalə: 1
  • Şərh: 2172
  • Bal:
{awards}
.ALLAH RAZI OLSUN.....

Roya_____

  • 19 sentyabr 2013 17:33
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 56
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}