Özünü aldatma, səmimi ol!

 
Özünü aldatma, səmimi ol!

Bu məqalədə insan şəxsiyyətinin gizli meyarlarından biri olan səmimiyyətdən bəhs etmək istəyirəm. Səmimiyyətin nə olduğunu bir neçə sadə cümlə ilə izah edək: İnsanın daxili ilə xarici aləminin bir olması. Süni hərəkətlər etməmək. Dürüst olmaq. Özünü olduğundan fərqli göstərməmək. İnsanlardan əsl düşüncələrini gizlətməmək. Qəlbindəki hisslərini qarşısındakı insana olduğu kimi söyləmək. Təbii olmaq.

Lakin bəzi insanlar səmimiyyət məfhumunu düzgün qiymətləndirmirlər. «Səmimi olduğum üçün hər zaman haqsızlığa məruz qalıram.» "İnsanlar səmimi olmağımdan istifadə edir." və s. kimi düşüncələrdə olanlar, əlbəttə ki, yanılırlar. Çünki səmimiyyət elə bir gücdür ki, bunun insanlar üzərində dərin təsir oyatmaması mümkün deyil.

Səmimi insanın hərəkətləri, danışığı, gülüşü, baxışı, bir sözlə, hər şeyi çox təbiidir və bundan da təsirlənməyən insan çox azdır. Amma bəzi insanlar da vardır ki, səmimiyyətin qazandırdığı gözəllikləri süni hərəkətlərlə əldə etməyə çalışırlar. Məsələn, ürəyi istəmədiyi halda, hər zaman gülərüz olurlar ki, insanlar onların haqqında yaxşı düşünsünlər. Desinlər ki, optimistdir, mehribandır, ətrafa müsbət enerji saçır və s.

Səmimiyyətsiz insanlar cəmiyyət içində hörmət, izzət qazanmaq üçün qarşısındakı insanların istədiyi şəkildə görünməyə cəhd edirlər. Yəni başqa şəxsiyyətə bürünürlər. İnsanların hansı hərəkətlərdən, sözlərdən xoşlandığını nəzərə alaraq içlərindən gəldiyi kimi deyil, onların istədiyi kimi hərəkət edirlər. Hər insanın fərqli xarakterdə olduğunu nəzərə alsaq, səmimiyyətsiz insanların vəziyyətinin necə çətin olduğunu düşünün. Hər insan qarşısında onu razı salacaq şəxsiyyət nümayiş etdirmək nə qədər qorxuncdur.

Yüzlərlə şəxsiyyəti olan ruhən narahat insanlar. Bu insanlar heç vaxt həyatdakı gözəl nemətlər olan sevgidən, dostluqdan həqiqi mənada zövq ala bilmirlər. Çünki səmimiyyətsizliyin doğurduğu ikiüzlülük insanlara heç də yaxşı təsir bağışlamır. Səmimiyyətsiz insanlardan hər kəs uzaq durur, onlarla dostluq münasibəti qurmurlar. Belə insanları heç vaxt sevmirlər, heç bir mövzuda inanıb onlara etibar etmirlər. Sadəcə olaraq müəyyən zaman və məkan daxilində məcburən bu insanlara «dözürlər.» Ya da onlardan hər hansı mənfəət umaraq süni yoldaşlıq edirlər.

Səmimiyyətsiz insanlar saxta hərəkətləri ilə əslində, özlərini alçaldırlar. Bununla həm də onları yaradan Allah'a qarşı hörmətsizliklərini ifadə edirlər. Onlar anlamalıdırlar ki, əsl hisslərini, düşüncələrini kimdən gizlətsələr də, Allah'dan gizlədə bilməzlər. Allah onları özlərindən belə yaxşı tanıyır.

Bu insanlar düşünürlər ki, onlara ən yaxın olan, yenə özləridir. Buna görə belə rahat-rahat əsl şəxsiyyətlərini gizlətməyə çalışırlar. Amma yanılırlar. Onlara özlərindən belə yaxın olan, bir quran ayəsində deyildiyi kimi, insana şah damarından belə daha yaxın olan bir Varlıq var. O da Allah'dır. Bu üstün Varlıqdan əsl şəxsiyyətimizi qətiyyən gizlədə bilmərik. Ona görə də, nə Allah'ımızı, nə də ki, özümüzü aldatmağa çalışmayaq.

Rahat olaq. İnsanların düşündüklərimizə, hərəkətlərimizə necə reaksiya verəcəklərini özümüzə dərd etməyək. Nəyi vicdanən doğru biliriksə onu edək. Özümüzə «Necəyiksə bizi elə də qəbul etsinlər» təlqinini aşılayaq. Biz Allah qarşısında, sonra öz vicdanımız qarşısında etdiklərimizə görə məsuluq, insanlar qarşısında deyil...

Müəllif: Nuridə Nuriyeva


Geri dön

PSIXOPATKA

  • 20 sentyabr 2013 13:49
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
XEBERE GORE TWKK

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 sentyabr 2013 17:04
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Banned456

  • 19 sentyabr 2013 16:34
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
teşekkurler =)

-chanel-

  • 19 sentyabr 2013 15:08
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
____________CoX SaGoLuN____________

Xanim Zehra

  • 19 sentyabr 2013 02:55
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

nuray sirinova

  • 19 sentyabr 2013 00:17
  • Məqalə: 52
  • Şərh: 4133
  • Bal:
{awards}
məqaləyə görə tşklər

Fatime_19

  • 18 sentyabr 2013 23:44
  • Məqalə: 1
  • Şərh: 512
  • Bal:
{awards}
ellerine sagliq,esl ureyimce meqaledi.semimiyyet insanin ozuz ucun de qiymetlidi.tesekkurler[/b]

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

melek_19

  • 18 sentyabr 2013 21:38
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Maraqli idi.tewekkur

--------------------

:..GIZEMLI..:

  • 18 sentyabr 2013 21:31
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
Meqale ucun twk

Elza Hüseynli

  • 18 sentyabr 2013 21:07
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Tewekkurlerrrrrrr beyendim

۞(S)pea(R)۞

  • 18 sentyabr 2013 20:49
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
Tesekkurler...!

--------------------
1 milyon abune ^_^

ღLovelyღ

  • 18 sentyabr 2013 20:41
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Roya_____

  • 18 sentyabr 2013 20:40
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
cox super bezılerıne aid meqaledı elıne saglq=)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 18 sentyabr 2013 20:35
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə tşklər

--------------------

ღNəmLi kiprikღ

  • 18 sentyabr 2013 20:32
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
twkler meqaleye gore..........

GUNI

  • 18 sentyabr 2013 20:30
  • Məqalə: 0
  • Şərh: 6402
  • Bal:
{awards}
margli idi twk...........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 66
Cəmi: 96

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 109
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 20
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}