İlham Əliyev Müharibəyə Başlayır

 
İlham Əliyev Müharibəyə Başlayır

Ordumuz 1 saylı döyüş hazırlığında; hərbi əməliyyatlar hər an başlaya bilər; Bakıya gəmilərlə uzaq mənzilli raketlər gətirilib

Dağlıq Qarabağa dair son 6 ildə aparılan danışıqlar prosesi ötən il tam uğursuzluqla nəticələndi və münaqişənin dinc yolla nizamlanmasına ümidlər demək olar ki, tükəndi. Nəticədə yerli və beynəlxalq ekspertlər müharibə təhlükəsinin kəskin artdığı barədə xəbərdarlıqlar etməyə başladılar. Prezident İlham Əliyev isə Yeni il münasibətilə xalqa müraciətində bir daha bəyan etdi ki, Azərbaycan işğal edilmiş ərazilərin geri qaytarılması üçün bütün variantlardan, o cümlədən hərbi yoldan istifadədə qərarlıdır.

Əslində Azərbaycanın son 2-3 ildə ordunun hərbi potensialının artırılması üçün gördüyü intensiv tədbirlər, xaricdən güclü və ən müasir silahların, hərbi texnikanın alınması, 2011-ci il üçün hərbi büdcənin rekord həcmdə - ikiqat artırılması ölkə rəhbərliyinin danışıqların potensialının tükənməkdə olduğunu dərk edərək yeganə mümkün varianta - vətən uğrunda savaşa qərar vermək ərəfəsində olduğunu təsdiq edirdi. Bu günlərdə redaksiyamızın bir neçə qaynaqdan əldə etdiyi, dəqiqliyinə heç bir şübhə olmayan həyəcanlı informasiyalar da təsdiq edir ki, savaş hər an başlaya bilər və artıq ordumuz faktiki olaraq 1 nömrəli döyüş hazırlığı vəziyyətindədir.

Bu məlumatlardan birinə görə, cəbhə boyu qoşunlarımız ən yüksək səviyyədə döyüş hazırlığı vəziyyətinə gətirilib. Ön cəbhədə xidmət edən zabitlərdən birinin (həmin mənbənin cəbhənin hansı istiqamətində xidmət keçdiyini məlum səbəblərdən açıqlamırıq) dediyinə görə, Azərbaycan ordusunun sərəncamına verilən və son illər xaricdən alınan ağır artilleriya-uzaqvuran toplar, reaktiv artilleriya sistemləri hər an döyüşə hazır vəziyyətə gətirilib. Ordumuzun artilleriya mövqelərindəki nisbətən köhnə texnika geri çəkilib, onlar yeni və güclü artilleriya sistemləri ilə əvəzlənib. Artilleriya mərmilərini və raketləri ön xəttə daşımaq üçün nəzərdə tutulan avtomobil texnikası da tam yenilənib, hətta qoşunların sərəncamına verilən yeni avtomobillər “bokslarda” üzərlərinə mərmilər yüklənmiş halda hazır vəziyyətdə gözləməkdədir.
Qoşunların təmas xəttində - cəbhənin digər istiqamətində xidmət edən başqa hərbçi də buna bənzər hazırlıqların görüldüyünü təsdiqləyir, lakin detalları açıqlamır. Ali Baş Komandanın orduya rəsmi olaraq “1 nömrəli döyüş hazırlığı” barədə əmr verib-vermədiyi məlum deyil. Təbii ki, müharibə vəziyyətində olan ölkədə bu cür əmrlər qoşun hissələrinə tam məxfi şəraitdə çatdırılır. Lakin yuxarıda sözügedən hazırlıqları şərh edən keçmiş hərbçilər böyük ehtimalla “1 nömrəli döyüş hazırlığı”ından söhbət getdiyini deyirlər. Əslində Azərbaycan prezidenti də öz çıxışlarında dəfələrlə ordunun hər an işğal edilmiş torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamağa hazır olduğunu deyib. Görünür, prezidentin verdiyi mesajlardakı “hər an” ifadəsi, sadəcə olaraq, obrazlı ifadə deyil, konkret vəziyyəti əks etdirir.

Bakıdan alınan digər məlumat da savaş hazırlıqlarının məxfi, ancaq kifayət qədər intensiv formada aparıldığını deməyə əsas verir. Bu məlumata görə, bir neçə gün əvvəl Bakıya - Dərin Dəniz Özülləri Zavodu istiqamətinə bir neçə gəmi yan alıb. Hadisəni izləmək fürsəti olan bu qeyri-rəsmi mənbə deyir ki, onların rus gəmiləri olduğu görünürdü. Gəmilər sahilə yan alandan sonra əsgərlər ərazini tam əhatəyə alıblar, yüksək rütbəli zabitlərin də əraziyə gəldiyi müşahidə olunub. Gəmilərdən yükləri boşaltmağa başlayıblar və bu yüklərin arasında, mənbənin öz ifadəsi ilə desək, “altında az qala 100 təkəri olan avtomobillərin üzərində quraşdırılmış böyük raketlər” də olub. Gəmilərdən onlarla belə raket, həmçinin içərisində nə olduğu bilinməyən, ancaq hərbi yük olduğu görünən böyük yeşiklər boşaldılıb.

Məlumatı verən qaynağımız yüklərin boşaldılmasında iştirak edən zabitlərdən birinin yanındakına “Bunlar bilirsən nə deməkdir? Müharibə başlayır”, - dediyini də eşidib.
Gəmilərlə gətirilən böyük raketlərin hansı tipdən olduğu məlum deyil. Lakin ötən il məlum oldu ki, Azərbaycan Rusiyadan “S-300” zenit-raket komplekslərinin alınmasına dair müqavilə bağlayıb. Müqavilənin dəyərinin 300 milyon dollar olduğu bildirilirdi. Rəsmi Bakı və Moskva bu müqavilənin mövcudluğunu nə təsdiq, nə də təkzib etmir. Güman olunurdu ki, Rusiya “S-300" raketlərinin Azərbaycana satılmasına dair müqavilə bağlasa da bu silahların göndərilməsini ləngidəcək. Lakin ola bilsin ki, Bakıya ”rus gəmiləri" ilə gətirilən raketlər məhz “S-300"lər olub.

Son göstəricilərə görə, Azərbaycan ordusu istər havada, istərsə də quruda düşmən üzərində əzici üstünlüyə malikdir. Ordumuz malik olduğu döyüş təyyarələrinin sayına və imkanlarına görə Ermənistanı bir neçə qat artıq qabaqlayır, həmçinin quru qoşunları son illərdə alınan güclü silah və texnika sayəsində erməni ordusundan qat-qat üstünlüyə malikdir. Azərbaycan ordusu hədəfi uzaq məsafədən və dəqiq vura bilən artilleriya-raket sistemlərinə, habelə düşmənin canlı qüvvə və texnikasına sarsıdıcı zərbə endirməyə qadir olan digər silahlara malikdir. Ermənistan Müdafiə Nazirliyi isə bu yaxınlarda Azərbaycanın hərbi gücünün artmasına cavab olaraq elan etmişdi ki, onların əlində “S-300" raketləri var. Bu baxımdan Azərbaycan Rusiyadan ”S-300" raketlərini ala bilsə, yaxud artıq alıbsa, bu, düşmənin lovğalandığı həmin silahı da neytrallaşdıracaq.

Mətbuatda yayılan digər xəbərlərə görə, Rusiya Azərbaycanın işğal edilmiş rayonlarından bir neçəsini geri qaytarmaq üçün hərbi əməliyyatlara başlamasına “yaşıl işıq” yandırmağa hazırdır. Yəni belə əməliyyatlar başlasa, Rusiya savaşa müdaxilə etməyəcək və öz qoşunlarını Ermənistana dəstək üçün Azərbaycana qarşı yönəltməyəcək. Lakin ekspertlər hesab edir ki, Rusiya buna yalnız hərbi əməliyyatların bir neçə günə yekunlaşması şərti ilə razılıq verə bilər. Ötən ilin sonlarında ABŞ-ın da Azərbaycana Qarabağda lokal əməliyyatlara başlamaq üçün “yaşıl işıq” yandırmağa hazır olduğu barədə xəbərlər yayılmışdı. Görünür, bu xəbərlər boş yerə deyil və Azərbaycan bu cür əməliyyatları super güclərlə razılaşdıra bilmək üçün danışıqlar aparır.
Doğrudur, bəzi təhlilçilər hesab edirlər ki, bölgədəki mövcud geosiyasi durum Azərbaycanın Qarabağda müharibəyə başlaması üçün o qədər də əlverişli deyil. Böyük dövlətlərin, xüsusən Rusiyanın hadisələrin bu cür inkişafına necə reaksiya verəcəyi hələ dəqiqləşməyib. Lakin Azərbaycanın öz ordusunu döyüşə hazır vəziyyətə gətirdiyinə dair xəbərlər ölkə rəhbərliyinin savaş qərarı vermək ərəfəsində olduğunu təxmin etməyə əsas verir. Digər tərəfdən, indi bölgədə vəziyyət elədir ki, müharibəni birinci başlayan tərəf Azərbaycan olmaya da bilər. Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin hansı mərkəzlərdən idarə olunduğunu, Ermənistan hakimiyyəti daxilində getdikcə güclənən siyasi çəkişmələri, separatçı rejimlə İrəvan arasında münaqişənin həlli variantlarına dair ziddiyyətləri nəzərə alan ekspertlər deyir ki, düşmən hər an cəbhədə təxribatlara əl ata bilər. Bu səbəbdən Azərbaycan bu təxribatdan öz xeyrinə istifadə etmək və eyni zamanda düşmənə qəfil, sarsıdıcı zərbə vurmaq üçün ordunu səfərbər etməlidir.


FIKIRLƏRINIZ...


Geri dön

L_SimuS

  • 16 yanvar 2011 22:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Azerbaycanin bawi ucun deyil muharibe

CrazyGirl

  • 16 yanvar 2011 12:16
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
ARROW_LIFE,
nece?

--------------------
Sən varsansa həyat çox gözəl!

qaraqan_girl

  • 16 yanvar 2011 12:05
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
bu xeber esaslidir

CrazyGirl,
bu xeber esaslidir

CrazyGirl

  • 16 yanvar 2011 12:01
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
winked

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 77
Cəmi: 107

 

Top 10 Müəllif

I ♥ M.B
Xəbərləri: 43
Cəmi: 217
 
WOUNDED MONSTER
Xəbərləri: 43
Cəmi: 103
 
Mrs. BLaCK BLO_oD
Xəbərləri: 43
Cəmi: 220
 
azer_
Xəbərləri: 40
Cəmi: 403
 
Angry Boy
Xəbərləri: 39
Cəmi: 312
 
ヅ Sweetka SaBoŞ ヅ
Xəbərləri: 34
Cəmi: 416
 
Zehra_Aşiqi
Xəbərləri: 32
Cəmi: 138
 
☾⋆СкУчАю пО ТеБе☾⋆
Xəbərləri: 30
Cəmi: 102
 
I ♥ HOSSEİN
Xəbərləri: 30
Cəmi: 650
 
Rose16
Xəbərləri: 29
Cəmi: 413