Dini məsləhətlər

 
Dini məsləhətlər

—Sənə hər kim pislik etsə bir az səbirli ol və mülayimliklə onu özündən rəf (dəf) elə. Əgər sənin də ona pislik etməkdən başqa çarə olmasa onun şərrini başından eləməklə kifayətlərn və artıq dərəcədə pislik eləmə.

—Nə qədər imkanın varsa dostluq axtar. Çünki düşmənçilikdən ancaq peşimançılıq doğar.

—Heç bir düşməni zəif hesab etmə. Ehtimal ki, onun dostları olar və ya bir qüvvətli adamla əlaqəsi olar ki, ona kömək edərlər.

—Heç kəsin ədavətini ürəyində saxlama ki, qəlb rahatlığını və dini pozar.

—Sənin haqqında bir kəsin pis danışdığını eşitdikdə tezliklə haman adama bunu çatdır ki, sözün düz və ya yanlışlığı onun öz hərəkət və sözlərindən məlum olar.

—Allahın sənə verdiyi dövləti dünya və axirət mənafeyinə sərf etmək üçündür. Hər kəs paxıl olarsa özünü haman var dövlətdən məhrum edər, ya o dövlət bir hadisə ilə əldən gedər, ya da vərəsəyə çatar.


—Mal-dövləti sərf edərkən israfa yol verməməlidir. Çünki başqa daha vacib yerdə sərf etmək lazım gəldikdə əldə olmaz.

—Sən pis iş görəndə ondan heç bir mənfəət görməzsən, əvəzində bədnamlıq sənə qalar.

—Yaxşı əməldən iki dəfə zövq alarsan, birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda.

—Dünayda hər şey məhvə məhkum olduğu üçün sən heç bir şeyə elə möhkəm aludə olma ki, bir gün o zavala uğrasa sən əzab çəkəsən.

—Öz ömrünu elə bir işdə tələf etmə ki, axırda onu tərk etməli olasan.

—Bir işi görəndə əvvəlcə yaxşı düşün və sonra icrasında ehmallıq etmə. Çünki bir işi dərk etmək üçün çox vaxt lazımdır, amma icrası üçün fürsət qənimətdir.

—Kasıblıqdan və bicarəlikdən şikayətlənmə ki, səndən daha çox kasıb və daha böyük bicarələr vardır. Onlar çox sevinərdilər ki, sənin vəziyyətində olsunlar.

—Allah bu dünyanı məsləhət və nizam üzrə yaratmışdır. Buna görə də bütün xalqlar bir-birinə bərabər ola bilməzlər. Necə ki, bədəndə gözün görəcəyi vəzifəni qulaq icra edə bilməz və ya ağızın görəcəyi işi əl icra edə bilməz. Deməli Allah hər birini elə yaratmışdır ki, o müəyyən işə kara gəlsin.

—İnsanlar surət və səsdə müxtəlif olduqları kimi, elm və əxlaqda da biri birindən fərqlidirlər. Biz Allahı hakim bilirik və irad tutmaq olmaz ki, nə üçün o birini belə, digərini elə yaratmışdır.

—Hər istədiyin bir iş baş tutmazsa yaxşı fikirləş, bəlkə sən özün ona səbəb olmuşsan. Çox olmuş ki, biz işləri ağlımızın göstərdiyi kimi etmirik və sonra başqalarından şikayət edirik və hələ daha pis odur ki, bu müvəffəqiyyətsizlikdə Allahı təqsirləndirib “Allah qoymadı” deyirik.

—Hər halda etidala riayət etmək lazımdır. Belə ki, hər fikirdə israfa yol versək xeyir görmərik. Mehribanlıq gözəl xasiyyət olsa da bəzən qəzəb də öz yerində bəyənilər. Deməli, ağıllı adam odur ki, hər işdə orta vəziyyəti özünə adət etsin.

—Bir günahkarı ona verilmiş layiqli cəzadan xilas etməyə calışma. Çünki belə olduqda başqaları da günah etməyə cürət edib yazıqlara əziyyət verərlər.

—Əgər bir günahsızı nahaq cəzalandırırlarsa, mümkün qədər çalış onu bəladan xilas et, ta ki, Allah başqasını sənə müsibət günündə köməyə vasitə etsin.

—Bədbəxt o adamdır ki, başqasına yaxşılıq etmək əlindən gəlirsə onu etməyə, halbuki, o öz yaxşılıq edə bilməsinə şükr etməlidir ki, o bunu icra etməyə qadir olubdur.

—Hər işin varsa özün onun yerinə yetirilməsinə nəzarət elə. Çünki, heç kəs sənin mənfəətini öz mənfəətindən üstün tutmaz. Bundan başqa səliqələr müxtəlif olduğu üçün çox cətindir ki, başqası o işi sənin istədiyin dərəcədə hər cəhətdən yaxşı icra etsin.

—Köməksiz bir işi görmək mümkün deyildir. Çünki, bir adam hər işi tək icra edə bilməz və bəlkə o işin xırdalıqları ilə məşğul olub mühüm cəhətləri unudar. Deməli lazımdır ki, hər işi bir adama tapşıranda özün də onun necə icra olunmasına nəzər yetirəsən.

—Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qoşduqda azdan da əli çıxar.

—Hər kəsə öz halına münasib yaxşılıq elə. Çox olmuş ki, cüzi bir şey böyük şeydən daha çox bir adamın karına gələr.

—Əgər bizim hər işi görməyə ixtiyarımız olsa da yenə Allahın rizası olmasa o işi görə bilmərik. Deməli lazımdır ki, hər işə başlarkən onun müvəffəqiyyətli bitməsini xudavəndi-aləmdən xahiş edək.


Geri dön

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 15:09
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 14 oktyabr 2013 10:50
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Əgər bizim hər işi görməyə ixtiyarımız olsa da yenə Allahın rizası olmasa o işi görə bilmərik. Deməli lazımdır ki, hər işə başlarkən onun müvəffəqiyyətli bitməsini xudavəndi-aləmdən xahiş edək.

winxclub_bloom

  • 6 oktyabr 2013 17:42
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Banned1

  • 3 oktyabr 2013 22:46
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !

Samir_Wuvalan

  • 21 sentyabr 2013 01:02
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Bir gün Bir Coban Məhəməd Peyğəmbərin qarşısını kəsir...Və ona deyir....Allaha bir sözüm var catdırarsanmı....Məhəmməd Peyğəmbər catdıraram ...deyir...Allaha de ki Ondan küsmüşəm..Məhəmməd Peyğəmbər catdırdım deyir..Allah da dedi ki... mən də Cobandan küsmüşəm.Üstündən 6 ay kecir...Coban yenə Peyğəmbərin qarşısına cıxır və deyir....Məhəmməd Peyğəmbər ALLAHA de ki onunla barışdım..Məəmməd Peyğəmbər Allah deyir ki mən də cobanla barışdım.Peyğəmbər deyir Ay Coban ...Niyə küsdün....niyə də barışdın...De Mən də bilim. Coban deyir ...Qədir gecəsi idi.Məsciddə oturmuşduq.Hamı Quranın nazil olmasından danışırdı.Hamı bir biri ilə mehriban idi.Deyirdilər gülürdülər.Birdən Molla dedi ki....cənnət olduğu kimi....cəhənnəm də var...Mən də Allahdan küsdüm ki hamı şad xürrəmdir cəhənnəm nəyə lazım idi. Bəs niyə 6 aydan sonra Barışdın... Bir gün dağda qoyun otarırdım.Birdən güclü bir yağış yağdı.Gördüm iki atlı gəlir.Suyun icindədilər.Tez bunları cadırıma gətirdim.Od qaladım...Paltarlarını qurutdum.Bir toğlu kəsdim.Qovurma elədim.Yedirtdim.....Yerlərini də saldım ki yatsınlar.Atlarını da ağaca bağladım.Amma qorxdum ki birdən canavar gələr yeyər.Barmağımı azca kəsib yerinə düz qoydum ki yatmayım.Amma yuxu məni aparıb.Yatmışam.Səhər durub gördüm ki qonaqlar gedib.Gedəndə də mənim 10 qoyunumu oğurlayıblar..........Onda ALLAHLA barışdım ki yaxşı edib cəhhənəmi yaradın ki belə adamların cənnətdə nə işi var.

Banned549678

  • 20 sentyabr 2013 18:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun...

ADA GirL

  • 20 sentyabr 2013 16:45
  • Məqalə: 32
  • Şərh: 4750
  • Bal:
{awards}
Allah razi olsun twkr

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 sentyabr 2013 16:33
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

--------------------

Elza Hüseynli

  • 19 sentyabr 2013 16:05
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

nuray sirinova

  • 19 sentyabr 2013 15:47
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
—Allahın sənə verdiyi dövləti dünya və axirət mənafeyinə sərf etmək üçündür. Hər kəs paxıl olarsa özünü haman var dövlətdən məhrum edər, ya o dövlət bir hadisə ilə əldən gedər, ya da vərəsəyə çatar.

—Mal-dövləti sərf edərkən israfa yol verməməlidir. Çünki başqa daha vacib yerdə sərf etmək lazım gəldikdə əldə olmaz.

—Sən pis iş görəndə ondan heç bir mənfəət görməzsən, əvəzində bədnamlıq sənə qalar.

—Yaxşı əməldən iki dəfə zövq alarsan, birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda.

—Dünayda hər şey məhvə məhkum olduğu üçün sən heç bir şeyə elə möhkəm aludə olma ki, bir gün o zavala uğrasa sən əzab çəkəsən.

—Öz ömrünu elə bir işdə tələf etmə ki, axırda onu tərk etməli olasan.

—Bir işi görəndə əvvəlcə yaxşı düşün və sonra icrasında ehmallıq etmə. Çünki bir iş

ღLovelyღ

  • 19 sentyabr 2013 14:46
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Banned549678

  • 19 sentyabr 2013 14:45
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

-chanel-

  • 19 sentyabr 2013 14:36
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
Tewekkurler............................!

۞(S)pea(R)۞

  • 19 sentyabr 2013 14:36
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler

--------------------
1 milyon abune ^_^

-Kralica-

  • 19 sentyabr 2013 14:29
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
—Öz ömrünu elə bir işdə tələf etmə ki, axırda onu tərk etməli olasan.

--------------------




Roya_____

  • 19 sentyabr 2013 14:15
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

★Angelocka★

  • 19 sentyabr 2013 14:02
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

melek_19

  • 19 sentyabr 2013 13:51
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
ilk werh menden.Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 30
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}