Erix Mariya Remark aforizmləri

 
Erix Mariya Remark aforizmləri

Həyat möcüzədir, amma onun özü möcüzə yaratmır.
Ürəyində bir dünya yoxsa, heç bir dünyanın dəyəri olmaz.
Həyat barmaqlar arasından süzülüb keçir. Ən dəyərli nemət əllərində olanda, onu dərk etmirsən və yalnız itirəndən sonra anlayırsan. O zaman özünə yazığın gəlir və taleyindən şikayətlənirsən.
Bəlkə müharibələr ona görə təkrar-təkrar başlanır ki, bir insan başqasının iztirablarını heç vaxt tam anlamır.
Hakimiyyət həmişə, həmişə eynidir: onun bir qramı kifayətdir ki, insanı qəddar etsin.
Ah, sevgi - uçuruma aparan məşəldir; yalnız uçuruma düşən an məşəl sevginin dərinliyini işıqlandırır.
İnsanın həyatı yeganə sevgi üçün çox uzunmüddətlidir.
Pul insanı xoşbəxt etmir, lakin onu yaxşı sakitləşdirir.
Heysiyyətə toxunan həqiqət həmişə kobud və dözülməzdir.
Bəşəriyyət dəyərli sənət əsərləri yaratmişdır, lakin sənətkarların hamısına doyunca çörək verə bilməmişdir.
Yalnız bədbəxt insan bilir xoşbəxtlik nədir...
Əxlaq – bəşəriyyətin uydurmasıdır, həyat təcrübəsinin nəticəsi deyil.
Təvazökarlıq və təmiz vicdan yalnız romanlarda qiymətini alır.
Qəribə işdir. Ən təbii şeylər insana xəcalət verir, əclaflıq isə - heç vaxt.

Erix Mariya Remark aforizmləri

Qorxusuzluq – gəncliyin ən yaxşı yaraşığıdır.
Suyun altında üzən adama yalnız bir şey lazımdır – suyun üzünə çıxmaq. Balıqların rəngi onu maraqlandırmır.
İnsan nə qədər bəsitdirsə, özü haqqında bir o qədər yüksək fikirdədir. Tərəddüdlər və dözüm yalnız əsil mədəni insana xasdır. Məhz ona görə elə insan hər dəfə məhv olur. Əbəbi sizif əməyi. İnsan varlığının ən mürəkkəb tənliyi.
Əgər insanın yaşı yetmişi haqlayıbsa, o, həyatının az hissəsi ilə risq edir...
Tez-tez təkrarlanan nə varsa, daha ağrıtmır.
Bəzən kədər - ən ülvi xoşbəxtlikdir.
Əlbəttə, diktatorlar dəli olmur. Amma ağıllı da olmurlar.
Gündüz qorxusu sanki ağlabatandır, gecə qorxusu sonsuzdur.
İnsan özünün böyük əməllərində görkəmlidir – sənətdə, sevgidə, axmaqlıqda, nifrətdə, eqoizmdə və hətta özünü qurban verməkdə. Lakin bizim dünyaya orta miqdarda mərhəmət çatışmır.
Yaxşı yaddaş dostluğun əsası, sevginin məhvidir.
Mədəniyyətin tarixi – onu yaradanların iztirablarının tarixidir.
Həyat – sentimental əxlaq qaydalarından daha böyükdür.
Öləndə, qeyri-adi dərəcədə mühüm insan olursan, sağ ikən, kimsə səninlə maraqlanmır.

Erix Mariya Remark aforizmləri

Yaşamaq – başqaları üçün yaşamaq deməkdir. Hamımız bir-birimizdən qidalanırıq. Qoy hərdən mərhəmət nuru saçsın... O nurdan imtina etməyək. Çətinliklər içində yaşayan insana mərhəmət qüvvət verir.
Hakimiyyət - dünyada ən yoluxucu xəstəlikdir.
Sevgi - xoşbəxtliyin ən kövrək növüdür.
Nifrət və xatirələr ağrı kimi insanın sınmış “Mən”ini məhv edə bilər.
Olur ki, yüzlərlə adam ölür, heç nə hiss etmirsən; olur ki, bir nəfər ölür, səni onunla çox şey bağlamasa da, sanki minlərlə insanı itirmisən...
Nəyəsə könüldən inananda, əzablar o qədər də əziyyətli olmur.
Bəli, biz beləyik! Öz hisslərimizdən qorxuruq. Hisslər yarananda isə özümüzü yalançı sayırıq.
Müharibə zamanı insanların xoşbəxtlik haqqında təsəvvürləri qida ilə bağlıdır.
...sadə şeylər aldatmır: istilik, su, başın üstündə dam, çörək, sakitlik və öz bədəninə etibar...
Sevərkən, əvvəllər bilmədiyin qorxular yaranır.
Nəyi bağışlamaq olmaz? Müharibədən sonra o qədər şeyi bağışlamaq lazım olacaq ki... və bağışlanması mümkün olmayacaq! Bütöv həyat çatmaz buna...
Kilsə - əsrlər boyu tab gətirmiş yeganə diktaturadır.
Gecə hər kəs olduğu kimi deyil, olmalı olduğu kimidir.
Sevgi iztirablarına fəlsəfə ilə qalib gəlmək olmaz – başqa qadının köməyi ilə qalib gəlmək olar.

Erix Mariya Remark aforizmləri

Bəlkə də ölümün adı başqadır. Axı biz ölümü yalnız bir tərəfdən görürük. Bəlkə ölüm bizimlə Tanrı arasında olan mükəmməl sevgidir.
Həyat yaxşı da olsa, pis də olsa, həyatdır, bunu həyatınla risq edərkən anlayırsan.
Pis xatirələrdə yaxşı cəhət var: onlar göstərir ki, indi sən xoşbəxtsən, halbuki bir saniyə əvvəl buna inanmırdın.
Azadlıqdan məhrum olan an dünyanın nə qədər gözəl olduğunu anlayırsan.
Qorxu və isterika içində olarkən, insanlar istənilən çağırışa səs verirlər, təki onları harasa çağıran adam kütləyə söz versin ki, məsuliyyəti öz üzərinə götürür.
Nifrət insan ürəyini yandıran sirkə kimidir, fərq etməz – nifrət edən sənsən, ya da başqasının nifrətinə tuş gəlmisən.
Zaman – zəif ölüm cövhəridir.
Bilirəm ki, öləcəm. Bunu səndən yaxşı bilirəm. Ona görə sənin üçün nizamsız səs yığını kimi görünənlər, mənim üçün həm fəryaddır, həm sevinc; sənin üçün adi gündür, mənim üçün - xoşbəxtlikвшк, tale hədiyyəsidir.
Həyat çoxyelkənli qayıq kimidir, istənilən an çevrilə bilər.
Nəyisə dərk etmək üçün insan ağrını, faciəni, səfilliyi, ölümün yaxınlığını yaşamalıdır.

Erix Mariya Remark aforizmləri

Yalnız həlak olanların müharibədən danışmağa haqqı var, onlar sona qədər gediblər. Lakin onları əbədi susdurmuşlar.
Ümid, insandan daha ağır ölür.
Keçmiş çox uzaqda olduğu üçün daha cazibəli görünür.
Nə baş verirsə - ürəyinizə salmayın. Dünyada vacib olanlar uzun müddətli deyil.
Dünyada nə varsa, hamısının əksi var: bunsuz o, mövcud ola bilməz – işıq kölgəsiz, həqiqət yalansız, xəyal gerçəkliksiz ola bilmədiyi kimi – bütün bu anlayışlar bir biri ilə sıx bağlıdır, həm də ayrılmazdır.
Kişi ilə yatmaq, onu adıyla çağırmaqdan asandır.
Bir insan digərinə bir damla sıcaqlıqdan başqa nə verə bilər? Və bundan böyük ənam nə ola bilər?
Sevgisiz insan məzuniyyətdə olan ölüdür – bir neçə tarix, sənə heç nə deməyən ad.
Qadın sevgidən ağıllanır, kişi başını itirir.
Sevgini dostluqla ləkələmirlər. Son – sondur.
Heç bir insan keçmişdə sevdiyin insan qədər yad ola bilməz.
Yalnız yaşamağa dəyən hər şeyini itirmiş adam azaddır.
Qəribədir ki, insan sevəndə ölə bilər.
Sevgiyə izahlar lazım deyil. Sevgiyə əməllər gərək.
Pulla həll edilən hər şey ucuz başa gəlir.
Deyə bilərsən ki, mən səni atmışam. Xeyli misal gətirərsən buna. Və inanarsan dediklərinə... Və ən qədim məhkəmə - təbiət qarşısında haqlı olarsan.
İnsanı heç yerdə heç nə gözləmir. Gərək hər şeyi özünlə gətirəsən.
Tənhalıq həyatın qanunudur. O nə pisdir, nə yaxşı. Onun haqqında çox danışırlar. İnsan həmişə tənhadır, heç vaxt tənha deyil...
İnsan xəyallarında böyükdür, onların gerçəkləşməsində zəif. Bu, insanın bədbəxtliyidir, həm də cazibəsi.
Çox darıxanda, heç nəyi anlamayanda, düşünürəm ki, yaşamaq istəyəndə ölmək yaxşıdır, nəinki ölmək istədiyin vaxta qədər yaşamaq.
Mən macəralara və sevgiyə qarşı deyiləm. Yolumuzda bizə azacıq mərhəmət göstərənlərə qarşı deyiləm. Bəlkə bir az onlara qarşıyam... Çünki biz götürürük, amma qarşılıq vermirik.
Kim tez-tez geriyə dönüb baxirsa, asanlıqla büdrəyib yıxıla bilər.
Qaranlıqda deyilmiş sözlər həqiqət ola bilərmi? Əsil sözlər üçün parlaq işıq lazım.
Əxlaq – zəiflərin uydurması, uğursuz insanların iniltisidir.
Gözlənti insanın ruhunu məhv edir.
Həqiqətləri ucadan deyəndə, onlar necə də yazıq görünür...
Sevgi başqa sözdür. Bu söz az deyir. Bu söz çayda bir damla, ağacda bir yarpaq kimidir. Daha böyükdür...

Erix Mariya Remark aforizmləri


Geri dön

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 15:53
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

Banned1

  • 5 oktyabr 2013 01:31
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Tesekkuler

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 22 sentyabr 2013 19:02
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər=))

--------------------

★Angelocka★

  • 22 sentyabr 2013 11:24
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tewekkurler.................

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Ulker_1991

  • 22 sentyabr 2013 11:07
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
elaaaaaaaa cox sagolun

-chanel-

  • 22 sentyabr 2013 09:51
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
___________________TeWeKKuRLeR__________________

gozelqiz

  • 21 sentyabr 2013 23:59
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
twk edirem....

melek_19

  • 21 sentyabr 2013 23:37
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Öləndə, qeyri-adi dərəcədə mühüm insan olursan, sağ ikən, kimsə səninlə maraqlanmır.

--------------------

ღNəmLi kiprikღ

  • 21 sentyabr 2013 23:12
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
• Qorxusuzluq – gəncliyin ən yaxşı yaraşığıdır.

ღLovelyღ

  • 21 sentyabr 2013 22:19
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Milyonerka

  • 21 sentyabr 2013 22:08
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
tewekkurrr

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

۞(S)pea(R)۞

  • 21 sentyabr 2013 21:04
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler..!

--------------------
1 milyon abune ^_^

Elza Hüseynli

  • 21 sentyabr 2013 21:01
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Tewekkurler beyendimm

Roya_____

  • 21 sentyabr 2013 20:50
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Teşekkurler

мυsLiмαηκα

  • 21 sentyabr 2013 20:45
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
тeşekkurLeя :)))

Banned549678

  • 21 sentyabr 2013 20:32
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
MeqaLeye GoRe Cox SagOlun^^
Ilk SerH menDen tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}