Depressiyadan necə qurtulaq?

 
Depressiyadan necə qurtulaq?


Məzuniyyət, tətil, istirahət sözlərini eşidəndə böyükdən kiçiyə hər kəsin gözündə sevinc qığılcımları parlayır.

Bəs görəsən, iş kəlməsi də biz insanlara özünü bu qədər sevdirə bilibmi?.. Bir neçə ay əvvəl tətilin başlamasını səbirsizliklə gözləsək də, sanki bir anın içində bitdi və yeni bir iş mövsümü başladı. Ömrümüzdən bir tətil də belə getdi. Kimimiz yeni iş sezonunu səbirsizliklə gözləsək də, kimimiz üçünsə bu heç ürəkaçan olmadı. Uzun müddət tətildən sonra yeni iş həyatına öyrəşmək, heç də hamıya asan olmur. Depressiyaya düşüb mənəvi sarsıntılar keçirən insanlar da az deyil. Elə məzuniyyətdən sonrakı ruh sarsıntıları və depressiya ilə bağlı Qafqaz Universitetinin psixologiya üzrə mütəxəssisi Hüseyn Xəlilovdan müsahibə aldıq.

- Depressiya nədir?

- Depressiya insanın, psixoloji əhval-ruhiyyəsini, ruh halını pozan, beyində gedən biokimyəvi maddələrin parçalanması, qanda serotonin və defomin maddəsinin zəifləməsi nəticəsində yaranan psixoloji bir haldır. Sinir sistemi, iradi keyfiyyətləri zəif olan orqanizmdə hər zaman depressiya yarana bilir. Hər hansı bir hadisə, stress, gərginlik, ailədə, yaxud da işindəki hadisələr onu depressiyaya apara bilir. İnsan elə bir vəziyyətə gəlir ki, hər şeyi qara rəngdə görməyə başlayır və pessimistliyə qapılır. Hətta depressiyanın işarəsi də var ki, qaşlar üçbucağa çevrilir və hər zaman çatılmış vəziyyətdə olur. İnsanlar müəyyən müddətdə istirahətdə oldular. Hal-hazırda isə yeni iş mövsümü başladı və hər kəs işinə adaptasiya olmalıdır. Ancaq fikirlərini toplaya bilmirlər, iş rejiminə öyrəşə bilmirlər. Bu da onlarda depressiyanın təməlini qoyur. Bəzən elə olur ki, biz yatmaqla, gəzməklə istirahət etdiyimizi, dincəldiyimizi düşünürük. Amma əslində istirahət etmək fikirləşməmək deməkdir, problemlərdən tamamən uzaq olmaq deməkdir.

- Depressiya hallarına daha çox hansı yaş insanlarda rast gəlinir?

- Depressiya halları fərqlidir. Hər yaş insanda rast gəlmək mümkündür. Uşaqdan tutmuş böyüyə qədər. Məktəbə qədər uşaq da bu halla qarşılaşa bilər. Məsələn, valideyn evdə ikitirəlik salır. Uşaqlar arasında fərq qoyursa, uşağın iştahası pozulur, rəngi solur , qarnı sancılanır, gecələr qışqırır və ciddi sıxıntılar yaranır. Bu da öz növbəsində, qapalı hala keçir. Həkimə aparsalar da, heç bir problem görünmür. Ancaq uşaq depressiyadadır. Eyniylə də böyüklər bu problemlə üzləşə bilirlər. Həkimə ürəyinin narahatçılığından şikayət edir. Əslində isə ürəyində bir problem yoxdur. Demək ki, depressiyanın əlamətidir. Bu vəziyyətdən gənclər daha çox musiqi dinləməklə uzaqlaşa bilirlər.

- Bəs musiqi dinləmək özü depressiyanın yaradıcısı ola bilərmi?

- O baxır musiqiyə. Məsələn, ilahilərə qulaq asmaq, Qurani-Kərim dinləmək insanı bu vəziyyətdən çıxara bilər. Hətta yeri gəlmişkən, onu deyim ki, alimlərin araşdırmalarına görə, Azərbaycan muğamının müəyyən şöbələri var ki (rast, şur, çahargah), bunlara qulaq asanda insanın beyninin, ruhunun rahatlanmasında çox böyük təsiri var.

- Qadınlar daha tez depressiyaya düşür, yoxsa kişilər?

- Qadınlar hər məsələyə daha həssas, daha emosiyalı, duyğusal zəkadan yanaşdıqlarına görə kişilərlə müqayisədə daha tez və daha çox depressiyaya düşürlər. Kiçik bir hadisə qarşısında qadınlar daha tez haldan düşür, heç bir iş görmək istəmir, gözlərinin altı çökür, təngnəfəs olur və s. Bütün bunlar depressiv halların göstəricisidir.

- Belə olan halda, qadınlarmı daha gec çıxır bu vəziyyətdən?

- Xeyr, mən belə deməzdim. Çünki qadınlar daha hərəkətli olduqları üçün bu haldan daha tez xilas olmaq kimi xüsusiyyətləri var. Bu onların kişilərə nisbətən daha tez depressiyadan çıxmalarına köməklik edir.

- Qadınlar depressiya zamanlarında daha çox yeməyə üstünlük verirlər, niyə?

- Bəzən insan nə qədər yesə də düşünür ki, bədən tələb edir, doymadım. Ancaq məsələ belə deyil. Beyində müəyyən şöbə var ki, o şöbə gərgindi, başqa düşüncələrlə məşğuldu və davranışını, hərəkətlərini hiss etmir. Yeməyə ehtiyacı olmasa belə ,nə isə bir şeylə məşğul olmağa ehtiyac yaranır. Qadınlar da daha çox ev şəraitində olduqları üçün belə anlarda yeməyə daha çox üstünlük verirlər.

- Depressiyadan necə yaxa qurtarmaq olar?

- Bu məsələdə insanlar yaxşı olardı ki, fəal istirahətlə məşğul olsunlar. Kitab oxusunlar, onları rahatladacaq musiqilərə qulaq assınlar, iş sonrası kiçik gəzinti təşkil etsinlər. Hətta mən deyərdim ki, onların əsəblərinə toxunacaq, onları düşündürəcək hadisələrdən uzaq dursunlar. Ancaq bu da mümkün deyil. Çünki iş də insanların ayrılmaz parçasına çevrilib. Amma insan hər zaman özü ilə hadisələr arasında elastikliyi tarazlamalıdır. İnsan hadisəni böyütməməlidir. Hadisə böyüdüyü zaman insanın onu həll etməyə gücü çatmır. Buna görə də hər zaman elastiklik qorunub saxlanmalıdır. Ümumilikdə isə, depressiyadan çıxmağın iki yolu var. Birinci kliniki yoldur ki, bu yolla psixiatra, psixoterapevtə, həkim-psixoloqlara müraciət etməlidirlər. Daha sonra isə psixoloqla söhbətlər apara bilərlər. İki, ya da üç seansdan sonra o vəziyyətdən çıxa bilər. Digər tərəfdən də özü bu vəziyyətdən yaxa qurtara bilər ki, az əvvəl də vurğuladığım kimi, gəzinti, açıq havada olmaq, həzin musiqi dinləmək və s... Bunlar depressiyadan çıxmağın ən uyğun variantıdır.


Geri dön

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 15:13
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

Cholkali_Delishka

  • 27 sentyabr 2013 18:13
  • Məqalə: 2
  • Şərh: 1204
  • Bal:
{awards}
tesekkurler...bunlari bilirdimm..

--------------------

Ey şeytan, sən nə qədər girsən də qanımıza, biz bilirik ki, Rəbbimiz var şah damarımızda...

ヅ Sevimli_qiz ヅ

  • 25 sentyabr 2013 18:18
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
Tewekkurlerrrrrrrr

Roya_____

  • 25 sentyabr 2013 17:58
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

PSIXOPATKA

  • 23 sentyabr 2013 21:40
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
XEBER UCUN TWK

--------------------

Banned549678

  • 23 sentyabr 2013 11:56
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
meluMata GORE sAGoL mLEYIM^^

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 23 sentyabr 2013 11:27
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşklər ürəim

--------------------

ღLovelyღ

  • 22 sentyabr 2013 22:44
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

melek_19

  • 22 sentyabr 2013 21:43
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

Elza Hüseynli

  • 22 sentyabr 2013 21:16
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Tewekkurler Xebere göre

Roya_____

  • 22 sentyabr 2013 20:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler meleyımm:**

ShoKKi_MoKKi

  • 22 sentyabr 2013 20:34
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
meqaleye gore cox saqol ureyim :)
ilk serhinde menden tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 477
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}