Yerevandan Bakıya "Facebook" təklifi

 
Yerevandan Bakıya "Facebook" təklifi

Yerevandan Bakıya "Facebook" təklifi

İndi də internetdə birləşmək fikrinə düşən erməni müxalifətçilər "onlayn-alyans"a Cənubi Qafqazın bütün liberallarını dəvət edirlər.
Ermənistan parlamentinin sabiq vitse-spikeri Karapet Rubinyan ölkədə "3A" ("Artants Azatakanneri Alyans") alyansının yaradılması təklifi ilə çıxış edib.

Onun dediyinə görə, bu struktur Ermənistan liberallarının onlayn-alyansı olmalıdır.
"İnternet vasitəsilə Ermənistan, Dağlıq Qarabağ və diaspordakı liberalları birləşdirmək, onların internetdəki birgə fəaliyyətini ölkənin və xalqın maraq və mənafelərinin təminatına, habelə Ermənistanın inkişafına yönəltməyi təklif edirəm", - K.Rubinyan söyləyib.

Rubinyan belə təşəbbüslə "Facebook" sosial şəbəkəsindəki səhifəsində çıxış edib. O, sosial şəbəkə vasitəsilə yaydığı bəyanatında bildirir ki, informasiya texnologiyalarının inkişafı insanların ümumi ideya ətrafında birləşməsi üçün indiyədək misli görünməmiş imkanlar yaradıb.

"Vətənimizin çox ağır və dözülməz vəziyyətdə olduğunu bilirik. İnsanların azad seçkilərdə ədalətli və şəffaf şəkildə səs verməyərək, seçmədikləri hakimiyyətin sürəkli olaraq Ermənistan vətəndaşlarının hüqüqları, azadlıqlarına təcavüzü, iqtidarın qanunu tapdalaması nəticəsində Ermənistanın məruz qaldığı tənəzzülü dayandırmaq və inkişafa nail olmaq üçün millətimizin intellektual potensialının birləşməsi, inqilabi islahatlar vasitəsilə Ermənistanı inkişaf yoluna çıxarmağı qaçılmaz məsələyə çevirir", - bəyanatda deyilir.

Rubinyanın fikrincə, "3A" alyasnında liberallar yeni siyasi fəaliyyət formatı və vasitələrindən istifadə etməklə yanaşı, erməni cəmiyyətində liberalizmlə demokratiyanın yeni əsaslarını qoya bilərlər.
"Mən tam transparentlik, alyans üzvlərinin tam bərabərliyini, daxili idarəetmədə dərin demokratiyanı və rəhbər strukturların rəqabətli, tez-tez seçkilərini təklif edirəm", - Ermənistan parlamentinin sabiq spikeri bildirib.

Maraqlı odur ki, Rubinyan erməni liberallarla yanaşı, Cənubi Qafqaz ölkələrindəki bütün liberallara birlik və tərəfdaşlıq təklif edir.
Onun fikrincə, Gürcüstan və Azərbaycandakı liberal siyasi qüvvələrin də yeni yaradılacaq onlayn-alyansa qoşulacaqları təqdirdə "Cənubi Qafqazda dayanıqlı və stabil sülhə nail olmaq yolunda daha bir addım atıla bilər".

K.Rubinyan "Facebook" şəbəkəsində artıq ikinci dəfədir ki, siyasi bəyanatlarla çıxış edir. Ötən ilin iyulunda o, "Facebook" vasitəsilə yaydığı açıqlamasında bildirmişdi ki, Ermənistanın müxalifət düşərgəsinin aparıcı qüvvəsi olan Erməni Ümummilli Hərəkatının (EÜH) rəhbər orqanlarının partiyanın iyulun 17-də keçirilmiş qurultayındakı seçkiləri saxtalaşdırılıb.
Həmin bəyanat yayılandan sonra Rubinyan EÜH-dən istefa vermişdi.

Ermənistan parlamentinin sabiq vitse-spikerinin təklifi Gürcüstanda birmənalı qarşılaşmayıb.
Gürcüstan liberallarının ən məşhur siması, "Xalq Forumu"nun lideri Revaz Şavişvili Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, Rubinyanın fikirləri birmənalı olaraq Ermənistanın "daxili siyasi mətbəxi" üçün hesablanıb.
"Cənubi Qafqazda liberal siyasi qüvvələrin birləşməsi təklifi məntiqidir və pis deyil. Biz də bunu istərdik, amma Ermənistandakı liberal siyasi güclərin gerçəkdən də belə tərəfdaşlıq və ya əməkdaşlıq fikrində olduqlarına şübhəm var. Üstəlik, bir çox məsələlərdə onlarla ciddi fikir ayrılığımız var. Rubinyanın təklif etdiyi əməkdaşlığın baş tutması üçün Ermənistandakı məlum siyasi qüvvələr Gürcüstandakı separatçılıq və şovinizmə verdikləri dəstəkdən əl çəkməlidir. Yalnız bundan sonra nə barədəsə danışmaq olar", - R.Şavişvili söylədi.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da erməni liberalın təklifini "çiy" sayır.
"Azərbaycan Liberal Partiyasının Ermənistandakı hansısa siyasi qüvvə ilə tərəfdaşlıq, əməkdaşlıq və ya hər hansı formada işbirliyi fikri yoxdur, ola da bilməz. Ermənistanda hər hansı siyasi qüvvə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi qismində tanıyarsa, işğal faktını və Ermənistandan qovulmuş azərbaycanlıların vətəndaş hüquqlarını tanıyarlarsa, onda bəlkə nəyisə müzakirə etmək olar. Əməkdaşlıqla bağlı yalnız bu prinsiplər əsasında söhbət aparmaq mümkündür", - Əvəz Temirxan Milli.Az-a verdiyi açıqlamasında dedi.


Geri dön

,,kepenek,,

  • 17 yanvar 2011 15:11
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
hmmmmm feel

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

CrazyGirl

  • 17 yanvar 2011 10:33
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
fellow

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 17 yanvar 2011 01:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur melumata gore

JISTEN TIMBERLAND

  • 16 yanvar 2011 21:59
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
ininininin hmmm maraqli idi twk

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

Morning_Star

  • 16 yanvar 2011 21:56
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: AYSE17
TEKI ELE OLSUN AMMA SILAHSIZ IS OLMUR ARXASIZ IS OLMUR

Ürəyini buz kimi saxla

Morning_Star

  • 16 yanvar 2011 21:49
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: AYSE17
VAR BEYEM ?

Silah da var,Güc də var.Alacayıq

R_O_M_A

  • 16 yanvar 2011 21:45
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Irane,
gedende menide apar

--------------------

Morning_Star

  • 16 yanvar 2011 21:42
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: AYSE17
DUZDU AMMA BIZ MUHARIBEYE HAZIR DEYILIK NEYEL VURUSACAQSAN DASLA YA ODUNLA? YOXSA BASQA SILAHIN VAR?
YOX MUHARIBE HELE YOX

Xanım, silah niyə yoxdur kii?

Morning_Star

  • 16 yanvar 2011 21:35
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: AYSE17
BIZIMKILER IRAVANE NECE GEDECEKLER GOYDEN BONBA YAGADA HEC YERELRINDEN TERPENE BILMEZLER HEC OZDEKI O QEDER SILAHARI VAR BIZIM NEYIMIZ VAR NEYLE MUHARIBE EDIRIK ARA YERDE ALLAH QORUSUN ATALARIMIZ QARDASALARIMIZ EMILERIMIZ VS HELAK OLCAQLAR GUNAHSIZ YERE BAX BUNU UCUN SDEMIREM MUHARIBE MUHARIBEYE YOXX

Qarabağı almağa Mübariz kimi 10 oğulumuz bəsdir.Sülh yolu ilə də görürsünüz ki,alınmır

Morning_Star

  • 16 yanvar 2011 21:23
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: AYSE17
DUZDU MENIMDE SEBRIM BITIB AMMA BIZ MUHARIBEYE NEYLE BASLAMALIYIQ NE SILAHIMIZ NE GUCUMUZ VAR O DUSMENLERI ARXASINDA BILIRSEN NE QEDER OLKELER VARR BIZDEDE GUYA TURLEKRDI ODA YARI YARIDI MEN COX ISDEYIREM SULH OLSUN

Nə vaxtsa Qarabağ qayıdacaq.Axırı var bu işin.Amma müharibə başlasa bizimkilər İrəvana qədər gedəcək

Irane

  • 16 yanvar 2011 21:21
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Mende gedecem

--------------------

Morning_Star

  • 16 yanvar 2011 21:12
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Sitat: AYSE17
DOGURDAN???

Bayax xəbərlərdə dedilər.Düzdü neçə ildi eyni sözü deyirlər amma artıq səbr kasası daşıb

Morning_Star

  • 16 yanvar 2011 21:08
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Yayda müharibə olacaq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}