“EUROVİSİON-2011”-da pul söhbəti

 
“EUROVİSİON-2011”-da pul söhbəti

“EUROVİSİON-2011”-da PUL SÖHBƏTİ
Beşliyə daxil olmuş ifaçılardan daha çox kim pul versə, həmin iştirakçı Azərbaycanı beynəlxalq yarışmada təmsil edəcək.


Azərbaycanı “Eurovision-2011"-də təmsil etmək üçün ifaçı yarışması ötən ilin noyabrından davam edir. Lakin nəinki seçim edilib, heç yarımfinal mərhələsi də başa çatmayıb. Srağagün İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) 9 iştirakçıdan 5-nin növbəti mərhələdə iştirakı müəyyənləşməli idi.

Lakin bu qərar nədənsə dəyişdirildi və birdən-birə canlı efirdə yarışmanın nəticəsinin bir neçə gün sonra elan ediləcəyi məlum oldu. Verilişin aparıcıları Leyla Quliyeva və Hüsniyyə Məhərrəmova tamaşaçıları intizarda saxlamaq üçün belə addım atdıqlarını bildirsələr də bu qərarın zaldakılar arasında narazılıq yaratdığı aydın görünürdü.

Qeyd edək ki, seçim 50 faiz SMS, 50 faiz isə münsiflər heyətinin səsverməsi nəticəsində aparılır. Yanvarın 14-də 9 iştirakçıdan hər biri yenidən ifa və performans nümayiş etdirdilər. Tamaşaçı səsverməsinə görə, İlhamə Qasımova 1-ci, İlqarə İbrahimova 2-ci, Nurlan Növrəsli 3-cü, Arzum Xəlilova 4-cü, Aynişan Quliyeva 5-ci, Eldar Qasımov 6-cı, Çingiz Mustafayev 7-ci, Nigar Camal 8-ci, Günay İbrahimli isə 9-cu olub. İlhamə Qasımova ilə İlqarə İbrahimova bu yarışmada 30 mindən çox SMS toplayıblar.

Onu da bildirək ki, yarışmada iştirak uğrunda mübarizə aparanlar arasında keçirilən internet səsverməsində ilk üç yeri İlhamə Qasımova, Çingiz Mustafayev və Aynişan Quliyeva tutub. Yarışmada iştirak edən oğlan ifaçılar Çingiz Mustafayev və Eldar Qasımovun ilk beşliyə düşmə şansı az olduğundan bu il yarışmaya oğlan ifaçının göndəriləcəyi ehtimalı sıfırlanır. Lakin münsiflər heyətinin qərarından sonra nəticələr dəyişə bilər.

Eldar Qasımov Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin yaxın qohumu olduğu qeyd olunur. Eldar Qasımovun ilk beşlikdə olmaması və vəziyyətin heç də yaxşı görünməməsi tamaşaçılarda şübhə və narazılıqları artırır. Bəzilərinin dediyinə görə Eldar Qasımovun beşlikdə olmamasına görə münfislər heyyəti yarışmanın nəticələrini canlı efirdə vermək əvəzinə, bir neçə gün təxirə saldıqlarını qeyd etdilər.

Digər gəzən söz-söhbətə isə beşliyə daxil olmuş ifaçılardan daha çox kim pul versə, həmin iştirakçı Azərbaycanı beynəlxalq yarışmada təmsil edəcək.

Beynəlxalq yarışmada iştirak edəcək əksər ölkələr iştirakçılarını müəyyənləşdirdiyi halda Azərbaycanda seçimlər hələ də davam edir. Çoxları seçim mərhələsinin çox pilləli olmasını daha çox pul qazanmaq məqsədilə edildiyini deyirlər.


Geri dön

CrazyGirl

  • 17 yanvar 2011 10:41
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
Layiqli lan getsin feel

--------------------
Sən varsansa həyat çox gözəl!

ayselaxundova

  • 17 yanvar 2011 00:36
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
Arerbaycanan oteri esas rushfettir ses yox.... men Esas Ilhameni Cingizi Birda Aynishani beyenirem Olardan biri getse Lap Yaxshi yer Tutacaqlarinida Bilirem..

L_SimuS

  • 17 yanvar 2011 00:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

nilayka

  • 16 yanvar 2011 20:57
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
cox sag ol twwk

--------------------

JISTEN TIMBERLAND

  • 16 yanvar 2011 20:23
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
tesekeler feel

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

-=EFSANE-XANIM=-

  • 16 yanvar 2011 20:08
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
MEN ILHAMENI DESTEKLEYIREM

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

Irane

  • 16 yanvar 2011 19:45
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Cox sagol melumata gore

--------------------

YazYamuru

  • 16 yanvar 2011 19:24
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
feel no winked

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 44

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}