Nə edək, necə dəyişək?

 
Nə edək, necə dəyişək?

Nə edək, necə dəyişək?

Quranın xəbər verdiyi bir həqiqət var: “Allahın sünnətində heç bir dəyişiklik görə bilməzsiniz

Quran nə üçün bunu dönə-dönə xatırladır? Bizlər dərs alaq, anlayaq, idrak edək, düşünək deyə... Çünki Allahın qanunları hər zaman və hər məkan üçün sabitdir. Allahın bəlli bir qanunu dəyişdirməsi də sünnətinə bağlıdır.

Atəşin yandırmaması, İbrahim və Zəkəriyyanın fövqəladə bir şəkildə övlad sahibi olmaları, Davudun səsinə dağların qoşulması, Süleymanın rüzgarı yönəltməsi, qarışqaların, quşların dilini bilməsi, dənizin yarılması, əsanın ilana çevrilməsi, İsanın doğuluşu...

bütün bunlar bizim üçün möcüzədir, çünki onlara məntiqi açıqlama tapa bilmirik. Allah üçün isə möcüzə olmamaqla yanaşı bəlli bir qanuna tabe olan hadisələrdir. Bizdə İbrahim imanı olarsa heç bir atəş bizi yandırmaz, Allah üçün yaşayacaq, onun davasını dava edəcək bir övlad sahibi olmaq istəyiriksə şərtlər bizim lehimizə dəyişdiriləcək, dəniz bizə yol vermək üçün yarılacaq, əlimizdəki bütün əsalar yeri gələrsə böyük bir ilana çevriləcək...

Biz dəyişsək əlimizdəki taxta parçası da dəyişəcək...
Deməli, problem bizdə, bizim imanımızdadır...

Bizim imanımızda bir problem var ki, ilanlar taxta parçasına çevrilir,
Sərin və salamat olmalı olanlar yandırır,
Normal şərtlər olsa belə İsmayıllar, Yəhyalar doğulmur...
Çünki, problem bizdə, bizim imanımızdadır...

Bizlər həmişə kimi isə gözləyirik; kimsə gəlməli və gəlib yanlışları düzəltməlidir. O elə biri olmalıdır ki, atəşlərdə yanmasın, dənizlərdə batmasın. Əsanı ilana çevirməyi bacarmalıdır ki, bütün sehrlər batil olsun. Yəhyaları da İsmayılları da, İsaları da o dünyaya gətirməlidir...

Biz isə gözləməliyik...

Çünki, biz özümüz heç nə etməyə “hazır” deyilik... Atəşdə yanmamağa, dənizdə batmamağa, sünnətin bizim üçün dəyişməsinə layiq deyilik...
Səbəbi aydındır: imanımızda problem var...

İmanımızda problem olduğunu bilirik. Amma o “problemi” ciddi qəbul etmirik. Başqalarına baxır, pislərdən örnək alırıq; mən ondan yaxşıyam, mən o birindən üstünəm, mənim atam, babam flankəsinkilərdən üstündür.

Şeytanın “mən atəşdən yaradılmışam, o isə torpaqdan” fəlsəfəsini əlimizdə şüar etmişik. Hər şeyi xam maddəmizlə əlaqələndirmişik. Üstünlüyün təqvada olduğunu isə unutmuşuq. Çünki xəyallarımız imkanlarımızdan çoxdur. Xəyalda israf edirik...

Cənnətə getmək istəyirik: axı biz getməsək daha kim gedəcək ki?
Namaz qılırıq, oruc tuturuq, zəkat veririk, pul tapsaq həccə də gedirik....

Daha nə etməliyik ki?

Səhabələrin etdiyinimi? Yox, biz onu bacarmarıq. O zaman şərtlər başqa idi. Televizor yox, internet yox, telefon yox, alışdığımız əyləncələrin heç biri yox idi. Bütün bunlardan vaz keçmək mümkün deyil.
Çətindir...
Mümkünsüzdür...


Biz “bacardığımızı” edirik. Bundan artığına da gücümüz çatmır...
Allah heç kimə gücünün çatmayacağından artığını yükləməz...
O bilir ki, bizim gücümüz sadəcə və sadəcə bunlara çatır...

Biz şəhid olmaq istəmirik, cihada getməyə hazır deyilik; qoy bunu başqaları etsin.

Övladımız üçün rahat və gözəl həyat istəyirik; axı onlar bizim övladlarımızdır, canımız, ciyərimizdir. Nə onlar, nə də ki, biz çətinliklərə hazır deyilik...

Rüşvət, faiz, zina artıq toplumun “əxlaq normalarına” çevrilib. Filmlərdən təbliğ edilən zinaya eşq dedik, sevgi donu geyindirdik. Kim rüşvətsiz yaşaya bilir ki, mən də yaşayım. Faizə pul verməsək də rahat həyatımızı təmin etmək üçün faiz veririk. Necə? Bankların təklif etdiyi kredit şərtlərindən faydalanaraq. Axı başqa cür istədiklərimizi əldə etmək mümkün deyil. Axı biz həm özümüz, həm yaxınlarımız üçün rahat şərait yaramalıyıq...

Hər kəs təzə model telefon işlədərkən bizim övladımız yoldaşlarından geri qalmalı deyil ki...

Dostları əylənərkən o evdə oturub nə edəcək? Qoy o da əylənsin, dünyadakı nemətlərdən dadsın...
Beş günlük dünyadır...

...

Unuduruq ki, altıncı gün hesab günüdür. Bu dünyanın bir də başqa üzü var. Axirət deyilən bir başqa dünya da var. Orda hər kəs istədiyini rahatlıqla, kreditsiz ala biləcək...

Amma o altıncı gün olacaq. Biz isə hələ qarşımızdakı beş günü yaşamalıyıq. Yaşamalı və dünyanın bizə verdiyi “nemətlərdən” kreditlə də olsa faydalanmalıyıq.

Unuduruq ki, İsmayılların doğulması üçün atəşə gedən İbrahim olmaq, atəşə gedərkən dua etmək lazımdır.
[Saffat, 100]

Unuduruq ki, Yəyanın doğulması üçün Zəkəriyya kimi “gizli və yalvarıcı səslə” dua etmək lazımdır.
[Məryəm, 3]

Övlad sahibi olmaq asandır. Çətin olan onu nə üçün istədiyini idrak etməkdir.
[Ali İmran, 38, Məryəm, 5]

Unuduruq ki, Musanın anası kimi yeri gəldiyində övladımızın düşmən qapısında böyüməsinə səssiz qalmalı, özümüzü fəda etməliyik.
[Taha, 38-39]

Unuduruq ki, İsanın doğulması Hannə və Məryəmin olması şərtinə bağlıdır. Hannə olmalı, hələ dünyaya gəlməmiş övladımızı Allaha addamalıyıq.
[Ali İmran, 35]

Məryəm olmalı “tərtəmiz bir fidan kimi” yetişməliyik...
[Ali İmran, 37]

Bütün bunları ona görə unuduruq ki, bizim imanımızda problem var. Ayələr isə “xatırlatmaq və xəbərdar etmək” şərtinə bağlı olaraq nazil olub;

Unutduqlarımızı xatırlatmaq, “kreditlərin” aqibətindən xəbərdar etmək üçün...

P.S. Unuduruq ki, cəhənnəmə girmənin şərtləri olduğu kimi, cənnətə girmənin də şərtləri var və “bizdən öncəkilər sınandığı kimi biz də sınanmadan cənnətə girməyəcəyik
[Bəqərə, 214; Ali İmran, 142]

Nə edək, necə dəyişək?


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 13:07
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
Allah Razi Olsun

--------------------

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:59
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 14 oktyabr 2013 10:41
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}

Bizim imanımızda bir problem var ki, ilanlar taxta parçasına çevrilir,
Sərin və salamat olmalı olanlar yandırır,
Normal şərtlər olsa belə İsmayıllar, Yəhyalar doğulmur...
Çünki, problem bizdə, bizim imanımızdadır...

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 14:35
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 17:29
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
XEBER UCHUN TWKRLER

--------------------

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 18:16
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღNəmLi kiprikღ

  • 24 sentyabr 2013 12:36
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler.......

PSIXOPATKA

  • 24 sentyabr 2013 11:51
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 23 sentyabr 2013 23:35
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Banned549678

  • 23 sentyabr 2013 21:56
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun Sirin-seker bacim cox sagolun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 23 sentyabr 2013 21:30
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

^Peri MaSali^

  • 23 sentyabr 2013 20:47
  • Məqalə: 42
  • Şərh: 3934
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..,..,.,.,.,.,

ShoKKi_MoKKi

  • 23 sentyabr 2013 20:12
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Ulker_1991,
Coox saqol Allah Razi Olsun .. ))

--------------------

Milyonerka

  • 23 sentyabr 2013 19:58
  • Məqalə: 43
  • Şərh: 5133
  • Bal:
{awards}
ALLAH Razi Olsun

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

Nara Neznakomka

  • 23 sentyabr 2013 19:31
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Çünki, biz özümüz heç nə etməyə “hazır” deyilik... Atəşdə yanmamağa, dənizdə batmamağa, sünnətin bizim üçün dəyişməsinə layiq deyilik...
Səbəbi aydındır: imanımızda problem var...

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Elza Hüseynli

  • 23 sentyabr 2013 19:19
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnnnnnn

melek_19

  • 23 sentyabr 2013 18:20
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Unuduruq ki, altıncı gün hesab günüdür. Bu dünyanın bir də başqa üzü var. Axirət deyilən bir başqa dünya da var. Orda hər kəs istədiyini rahatlıqla, kreditsiz ala biləcək...
cox gozel meqaledi.her bir sozleri bir bawqadir.
Allah razi olsun

--------------------

Ulker_1991

  • 23 sentyabr 2013 17:59
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
halah olsun sene ki bele bir melumat yerlewdiribsen dogurdanda cox boyuk mena var her setirde

ღNəmLi kiprikღ

  • 23 sentyabr 2013 17:50
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
allah razi olsun

Roya_____

  • 23 sentyabr 2013 17:49
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun wırınım

-chanel-

  • 23 sentyabr 2013 17:49
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

ღLovelyღ

  • 23 sentyabr 2013 17:42
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

ヅ Legend ヅ

  • 23 sentyabr 2013 17:31
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
Allah Razi Olsun..
Unuduruq ki, altıncı gün hesab günüdür. Bu dünyanın bir də başqa üzü var. Axirət deyilən bir başqa dünya da var. Orda hər kəs istədiyini rahatlıqla, kreditsiz ala biləcək...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}