Təvəkkül

 
Təvəkkül


Ey insan, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və e᾽timad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin sə᾽yin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda sə᾽y etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası sə᾽yinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə sə᾽y uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini dediyimiz mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər (Yə᾽ni, insanlar adətən öz elm, sə᾽y və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər).

Ey insan, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mə᾽nası budur ki, heç bir iş səbəbsiz hasil olmur.
Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn tə᾽kidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin tə᾽kidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir.
Ey insan, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: “
Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bə᾽zən çətinliklər sovuşar, bə᾽zən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna e᾽tiraz etmə”.

Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə tə᾽sir etməməsinə gətirib çıxara bilər.

Ey insan, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yə᾽qub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir.

Ey insan, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”.


Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: “Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”.

Yenə buyurur: “Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqalarından ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”.


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 13:04
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
Təşəkkürlər

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:53
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 14 oktyabr 2013 10:39
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah razı olsun

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 13:06
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 18:14
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

solnuwka_

  • 28 sentyabr 2013 02:43
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
tewekkurler

PSIXOPATKA

  • 24 sentyabr 2013 21:41
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

★Angelocka★

  • 24 sentyabr 2013 17:37
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 24 sentyabr 2013 16:31
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Sonsuz_Sevgim

  • 24 sentyabr 2013 16:15
  • Məqalə: 12
  • Şərh: 58
  • Bal:
{awards}
Ilk once Allah razi olsun bele xeberler tez tez olsa yaxsi olar ozdeki oxusalar daha ayxsi olar werh xatirine yazirlar twk hec xeberide oxumurlar ki ne vaxr ne yox xeberin icinde .lazimi xeberdlerdin biridiyeee oxuyunnnnnnnn.Allah bizi baxiwlalardan etsin hidayet etsin .

--------------------
Bəzən o qədər çox sevərsən ki, o uzaqda nəfəs alsa sən şükr edərsən..Bax mende seni bele sevirem

Banned549678

  • 24 sentyabr 2013 14:21
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

Renesme

  • 24 sentyabr 2013 13:46
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღNəmLi kiprikღ

  • 24 sentyabr 2013 13:43
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler..........

Miranda ss

  • 24 sentyabr 2013 12:46
  • Məqalə: 1
  • Şərh: 240
  • Bal:
{awards}
cox tesekkur edirem xebercun

ღNəmLi kiprikღ

  • 24 sentyabr 2013 12:24
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler............

Aydan95

  • 24 sentyabr 2013 12:21
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler xebere gore

melek_19

  • 24 sentyabr 2013 09:52
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Roya_____

  • 24 sentyabr 2013 09:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Elza Hüseynli

  • 24 sentyabr 2013 09:10
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun tewekkurler

ARCUN

  • 24 sentyabr 2013 08:47
  • Məqalə: 52
  • Şərh: 375
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

--------------------
Çirpma Divarlara gəlməsin Əllərin Saatdan Acığını Çıxma İllərin Ailədə Qurdun Ancaq Şəkillərin Saxladin İllər Boyu Telefonda Sonda Nə Tapdin Onda
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 55
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}