Bədənimizdəki möcüzəvi təmirçilər

 
Bədənimizdəki möcüzəvi təmirçilər


Dərinizin üzərində kiçik yara olanda, qısa müddət sonra qanamanın öz-özündən dayandığı mütləq diqqətinizi çəkmişdir. Bu, çox qeyri-adi vəziyyətdir. Çünki normal şərtlərdə açılan dəlikdən mayenin axması öz-özünə dayanmır. Bunu daha yaxşı başa düşmək üçün bir örnək verək: Əlinizdə içi su ilə dolu olan şar olduğunu düşünün. Şarı iynə ilə deşib kiçik dəlik açdıqda, içindəki su dərhal sızmağa başlayacaq. Sizcə, suyun axışı bir müddət sonra siz heç bir şey etməsəniz, öz-özlüyündən dayana bilər? Əlbəttə ki, bu mümkün deyil. Şarın içindəki su, qurtarana qədər dəlikdən axmağa davam edər. Bu vəziyyət qapalı yerdəki bütün mayelərə aid edilir.

Qan da damarların içində qapalı yerdədir və ən kiçik zədə ilə dərhal damarlardan çölə axmağa başlayır. Lakin bu axışın dayandırılması bədənizimin təhlükəsizliyi üçün çox vacibdir. Çünki axan qan dayanmasa, insan ölə də bilər. Demək olar ki, hər gün böyük qəzalarda və ya əməliyyatlarda aşırı qan itirməklə ölən insanların xəbərini eşidirik.

Bəs dəridəki yara qanamağa başladıqdan bir müddət sonra qan necə olur ki, dayanır? Bunu təmin edən bədənimizdəki avtomatik təhlükəsizlik sistemlərindən biri olan qan laxtalanmasıdır. Qanın içindəki bəzi maddələr açılan yaranı tıxayıb qapamaq xüsusiyyətinə sahibdirlər. Beləliklə, aşırı qan itkisinin qarşısı alınır. Damarın zədələndiyini öyrənən bəzi qan hüceyrələri dərhal həmin bölgəyə hücum edirlər. İlk olaraq da, yaranın olduğu dəliyə düzülməyə başlayırlar. Buraya şəbəkə hörür və qanın axışını çətinləşdirirlər. Daha sonra bu şəbəkə yavaş-yavaş sərtləşməyə başlayır və beləliklə, bizim yara qabığı adlandırdığımız hala çevrilir.

İndi bir məqama diqqət edək: Bütün bu planlanmış işlər təsadüfən görülür? Qanın içindəki hüceyrələr öz ölçülərinə görə nəhəng dünya olan qan damarlarının bir yerində zədə olduğundan necə xəbər tuturlar? Niyə qanın axışını dayandırmaq üçün cəhd edirlər? Qan itkisinin dayandırılması üçün yaranın örtülməsinin vacib olduğunun hardan bilirlər? Hüceyrələrə yaranı örtmələrinin vacib olduğunu kim öyrədir?

Bunları hüceyrələrin təsadüfən öyrənmələri və ya öz gücləri ilə etmələri qətiyyən mümkün ola bilməz. Ağıl sahibi olan insanların da belə mürəkkəb sistemi yaratması, nələr edəcəklərini hüceyrələrə öyrətməsi mümkün deyil. Hüceyrələrdəki bu ağıl əlbəttə ki, onların özlərinə aid deyil. Onların şüuru yoxdur ki, öz-özlərinə belə mükəmmməl iş ortaya çıxara bilsinlər. Allah onlara ilham edir və beləcə hüceyrələr qüsursuz planla hərəkət edirlər. Allahın yaratmasındakı qüsursuzluq müqəddəs kitabımız Qurani- Kərimin də bəzi ayələrində xəbər verilir. Bunlardan birini örnək olaraq vermək istəyirəm:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıqlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.” (Mülk surəsi, 3-4)

Bəhs etdiyim təmirçilər bədəminizdəki möcüzələrdən sadəcə biridir. Ağıllı insan mütləq bu möcüzələri araşdırmalıdır. Üzərində təfəkkür etməlidir. Çünki bunlar həm bədənimizi daha yaxından tanımağımıza kömək edəcək, həm düşüncə üfüqlərimizin sərhədlərini genişləndirəcək, həm də Allahın yaratma sənətinin nə qədər qüsursuz və mükəmməl olduğunu bizə göstərəcək.

Nuridə Nuriyeva


Geri dön

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 12:36
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

Banned456

  • 25 sentyabr 2013 14:32
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
MeqaleYe Gore Cox SaGolun^^

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 25 sentyabr 2013 00:34
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər=)

--------------------

melek_19

  • 24 sentyabr 2013 22:26
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
tewekkur meqale ucun

--------------------

Banned456

  • 24 sentyabr 2013 20:38
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
tewekkurler meqaleye gore

Elza Hüseynli

  • 24 sentyabr 2013 19:04
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Maraqliidi tewekkurler

ღNəmLi kiprikღ

  • 24 sentyabr 2013 19:04
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
twkler..........

ZAC EFRON

  • 24 sentyabr 2013 18:36
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
Bilirdim unie hazrlawanda oyrenmiwem indide lap yaxwi oyrenirem unide :)tewekkurs

Roya_____

  • 24 sentyabr 2013 18:22
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
iLk şerh menden =)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 43
Cəmi: 77

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 31
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}