Zidiyyətlər fəslində ruh düşkünlüyündən necə yaxa qurtarmalı?

 
Zidiyyətlər fəslində ruh düşkünlüyündən necə yaxa qurtarmalı?

Payızın gəlişinə sanılı günlər qalıb
Artıq havadan da payızın qoxusu gəlir. Amma bəzi insanlar, xüsusilə də yağışı və soyuğu sevməyənlər payızın gəlişindən kədərlənirlər. Mütəxəssislər isə bildirirlər ki, payızda depressiyaya daha çox iri şəhərlərin sakinləri məruz qalır. Rayon və kəndlərdə isə payız fəslində ruh düşkünlüyü ilə üzləşənlər az olur.

Psixoloq Lalə Tağıyevanın sözlərinə görə, payızda əhvalı yüksəltmək üçün, ilk növbədə, neqativ fikirlərdən uzaqlaşmaq lazımdır: "Adətən, çoxu payız havasının sərinliyini hiss edən kimi, qarşıda uzun və yağışlı günlərin gələcəyindən məyus olmağa başlayır. İşə gedirlərsə, işdən soyuq havada axşam qayıdacaqlarını, açıq havada gəzintiyə, harasa əylənməyə getməyi sevənlərsə, qışda həyatlarının dayanacağını düşünürlər. Elə bu fikirlər də insanı ruh düşkünlüyünə salır. Xüsusilə də qışı və soyuğu sevməyənlərdə payız fəsli, səmanın daim boz olması və yağışlı günlər depressiya yaradır. Bu cür hallarla üzləşməmək üçünsə müsbət şeylər haqqında düşünmək lazımdır. Düşünün ki, hər bir fəslin öz gözəlliyi var. Hər bir fəsil də əvəzolunmazıdır. İnsan yayda qara, qışda isə günəşin istisinə həsrət qalır. Yəni ki, istəsəniz, payızda, yarpaqların saralmasınında da bir gözəllik görə bilərsiz. Əgər bu heç cür alınmırsa, başınızı işə, təhsilə, hansısa məşğuliyyətə qatın. Belə zaman tez keçər, həm də neqativ fikirləri düşünməyinizə vaxtınız qalmaz".

Ümumiyyətlə, payızın gəlişi ilə bu fəslin sizə gətirdiyi mənfi xüsusiyyətləri düşünmək əvəzinə müsbət xüsusiyyətləri axtarın. Müsbət xüsusiyyətlərə həm payızın gözəlliyi, həm də bu mövsüm iş qabiliyyətinin qalxması aid ola bilər. Belə ki, yayın istisindən yorulan orqanizm payızda özünə gəlməyə başlayır. İnsan özünü daha gümrah hiss edir. Yayda isə insan daha çox dincəlmək, dəniz kənarında olmaq, istirahət üçün harasa getmək və gündəlik qayğılardan uzaq olmaq istəyir. Psixoloq insanlara payızda daha yaxşı işləyəcəyini düşünüb özünü ruhlandırmağı məsləhət görür: "Ola bilsin ki, indi siz yayda edə bilmədikləriniz şeyləri qışda və payızda çox rahat edə biləcəksiz. Daha keyfiyyətli iş görəcəksiz".

Onun sözlərinə görə, payızda yaxşı əhvalda olmaq üçün insan özünə vaxt ayırmalıdır. "Daha baxımlı və səliqəli görünməyə çalışın. Alış-veriş etməyin də faydası var. Payızın gəlişi ilə əhvalınızın enməsini hiss edirsinizsə, yeni geyim və ya başqa sizi sevindirən şeylər alın. Özünüzü fərqli hiss etmək üçün mütəxəssis köməyi ilə geyim tərzinizi, görünüşünüzü də bir qədər dəyişdirə bilərsiz. Eləcə də çox tünd rəngli geyimlərdən də uzaq durun. Əgər iş yerinizdə belə geyinmək əsas tələblərdən biridirsə, üst geyiminizi - pencək, palto və s. əlvan rəngdə geyinə bilərsiz. Payızı çətirsiz də təsəvvür etmək çətindir. Çətiri də əlvan və parlaq rənglərdə seçməyiniz məsləhətdir. Belə ki, gözəl və zövqlü seçilmiş, pozitiv rənglərlə işlənmiş çətiri istifadə etmək sizə daha xoş olacaq".

Yüksək əhval-ruhiyyədə olmağınıza evin interyerində etdiyiniz dəyişikliklər də xidmət edə bilər. Məsələn, mebeli dəyişə, pəncərələrdən əlvan rəngli pərdələr asa bilərsiniz.

Psixoloq onu da qeyd edib ki, neqativ fikirlərdən qurtulmağın ən yaxşı yolu idmanla məşğul olmaqdır: "Trenajor zalına, aerobikaya və ya üzgüçülüyə yazılın. Əgər bütün bunlar da sizə kömək etmirsə, özünüzə sevimli məşğuliyyət tapın. Bu, sakitlikdə kitab oxumaq, tikiş tikmək və ya rəsm çəkmək də ola bilər. Nəticədə payız fəslində xeyli uğurlarınız olacaq. Belə ki, həm yaxşı işləyəcək, həm yaxşı təhsil alacaq, həm fiziki cəhətdən yaxş formada olacaqsız, həm də yeni nə isə öyrənəcək, bir sözlə, payız fəslindən faydalanacaqsız".

Payızda əhvalın enməsinə istinin və işıqlı günlərin azalması da təsir edir. Bu səbəbdən də payız fəslində hava tutqun olanda, yağış yağanda otağı daha yaxşı işıqlandırmaq lazımdır. Sarı çalarlı işıqlandırmadansa ağ işıqlandırmaya üstünlük vermək lazımdır. Nadir hallarda, yalnız məcburiyyət qarşısında qalanda mavi, parlaq çəhrayı və zümrüd rəngli lampalardan istifadə edə bilərsiz. Belə ki, bu cür işıqlandırma əhvalı yüksək olan adamlara belə mənfi təsir edir.

Tağıyevanın dediyinə görə, payız fəslində pəhriz saxlamaq da məsləhət deyil: "Dadsız və istəmədiyiniz yeməyi yemək, ac qalmaq da insanın əsəblərinin gərginləşməsinə və kefsiz olmasına gətirib çıxarır. Şokolad və şirniyyat, istədiyiniz dadlı yeməklərsə əhvalınızı yüksəldəcək".


Geri dön

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 12:10
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

PSIXOPATKA

  • 26 sentyabr 2013 16:50
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKKKUURRR

--------------------

melek_19

  • 25 sentyabr 2013 17:11
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hmmmmmmmmmmm

--------------------

ShคмKiʀKค

  • 25 sentyabr 2013 16:47
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
mene lazimdi bu xeber fellow

Nara Neznakomka

  • 25 sentyabr 2013 16:44
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Payızın gəlişinə sanılı günlər qalıb
Artıq havadan da payızın qoxusu gəlir. Amma bəzi insanlar, xüsusilə də yağışı və soyuğu sevməyənlər payızın gəlişindən kədərlənirlər. Mütəxəssislər isə bildirirlər ki, payızda depressiyaya daha çox iri şəhərlərin sakinləri məruz qalır. Rayon və kəndlərdə isə payız fəslində ruh düşkünlüyü ilə üzləşənlər az olur.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Fatime_19

  • 25 sentyabr 2013 16:27
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
tesekkuiiiiiiiiir

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

мυsLiмαηκα

  • 25 sentyabr 2013 16:16
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Tewekkurler.. =)

ღLovelyღ

  • 25 sentyabr 2013 15:56
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 25 sentyabr 2013 15:55
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər=)

--------------------

love%messi

  • 25 sentyabr 2013 14:16
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღNəmLi kiprikღ

  • 25 sentyabr 2013 14:10
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler.......ヅ ΑηοηiмΚα ヅ,
angry

Roya_____

  • 25 sentyabr 2013 13:59
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
meqale ucun twkler

Banned549678

  • 25 sentyabr 2013 13:56
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Ilk SerH MenDen tongue

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}