Qısqanclığı sağlam ünsiyyətə necə çevirməli?

 
Qısqanclığı sağlam ünsiyyətə necə çevirməli?


Ailədə uşaqlar arasında qısqanclıq adi haldır
Ailədə uşaqlar arasında qısqanclıq hər zaman yaşanılan və həmişə davam edəcək bir haldır.

Uşaqa "paxıllıq etmə, qısqanc olma" desəniz, ondan təbiətinə zidd hərəkət etməsini istəmiş olarsınız. Qısqanclıq təbii və sərt bir duyğudur. Bu, ailədə uşaqlar arasında çox tez-tez müşahidə edilən bir haldır.


Qısqanclıq hissini uşaqlar arasında sağlam ünsiyyətə də çevirmək mümkündür. Amma burada valideynin üzərinə böyük məsuliyyət düşür. Ailədə valideynlər bəzən özləri də fərq etmədən uşaqları bölüşərlər. "Bu, mənim uşağın, bu, sənin" deyə öz övladları arasında ayrımçılıq salan valideynlər də var.

Psixoloq Fidan Məmmədzadənin sözlərinə görə, valideynlər uşaqlarda özlərini gördükləri üçün ayrımçılıq edirlər. Bəlkə də demək istədikləri odur ki, "bu, uşaq mənə çox bənzəyir". Valideynlər bəzən özləri hiss etmədən uşağın birini sevir, qoruyur, digərinə isə o qədər diqqət göstərmirlər.

Problemli və bədbəxt ailələrdə yetkinlik yaşına çatan uşaqlar yetkin uşaqlara nisbətən daha qısqanc olurlar. Ailədə problemlər, çətinlikər yaşanırsa, qardaş-bacı qısqanclığında da diqqətə çarpan artım hiss olunur. Bəzi ailələr bu qısqanclığı şirin bir rəqabətə, qibtə etməyə daha yaxşısını və ya daha fərqli sahədə inkişaf etdirməyə çevirə bilir.

Valideynlər uşaqlarına "qardaşını qısqanma" deməmişdən öncə öz uşaqlıqlarını xatırlayarlarsa və bu xatirələri öz övladlarına gülərək izah etmə yolunu seçsələr uşaqlarının daha çox rahatladıqlarını görə biləcəklər. Uşaqlar arasındakı sıralama, uşaq psixikasına birbaşa təsir göstərir. Uşaqların həyatlarında sıralamada ilk uşaq, ikinci uşaq, ortancıl və ya ən son uşaq olmaq psixikanı zədələyir.

Bu sıralamada həmişə ən kiçik uşaq üstünlük təkil edir. Çünki ailə ilk uşaqdakı naşılığına son qoyub təcrübə qazanır. Bu uşaqla artıq nəyi necə edəcəklərini bildikləri üçün onunla davranış qaydalarını daha gözəl bilirlər. Belə vəziyyətlərdə ən kiçik uşaq digərləri tərəfindən qısqanılmaqdadır. Bəzən uşaqlar arasında çox yaş fərqi ola bilər. Bu zaman qısqanclıq daha güclü olur.

Həmsöhbətimizin dediyinə görə, uşaqlar qardaş-bacısını qısqandıqda iki davranış forması müşahidə edilir: "Onlar ya daxilə qapanıb sakitləşir, ya da daha tündxasiyyət və təcavüzkar davranışlar nümayiş etdirirlər. Bu tündxasiyyət davranışlar onları ailədən daha çox soyudur, bezdirir, usandırar. Beləcə ailə onlara qarşı sərt cəzalar tətbiq etməyə başlayır. Bu vəziyyət onların tünd xasiyyətliliklərini bir qədər də artırır".

Mütəxəssis məsləhət görür ki, uşaqlar arasında qısqanclıq müşahidə edilən ailələrdə sərt cəzalar tətbiq edilməməlidir. "Qısqanclıq pis hissdir, sən qısqanc olmamalısan" sözləri qısqanclığı bir qədər də artırır.

Uşaqlar arasında olan qısqanclığı aradan qaldırmaq üçün ehtiyacı olan uşağa daha çox diqqət və qayğı göstərilməlidir. Ailədə ikinci uşağı birinci tək qalmasın deyə deyil, həqiqətən istədikləri üçün dünyaya gətirməlidirlər: "Bəzən ailədə bir uşaq olduğu üçün valideynlər uşaqlarının tək olmasından narahatlıq keçirir, bu səbəbdən ikinci uşaq barəsində düşünürlər. Uşaqlar evdə kiçik olan uşağı bəzən oynamaq üçün gələn qonaq kimi qəbul edirlər. Çox zaman ailədə olan birinci uşaq "mən oynadım, doydum qoy getsin" deyə ikinci uşağın getməsini istəyir".

Müsahibimiz bildirir ki, ailədə uşaqlar arasında olan qısqanclıq valideynlərin ən çox əsəbiləşdiyi andır. Bu hadisə kiçik yaşlarda olan uşaqların ana və ataları üçün çox çətin bir vəziyyətdir. Çünki uşaq bir çox anlayışın daha fərqində olmadığı üçün bəzi hadisəni anlaya bilməz.

"Uşaqlar arasında qısqanclıq təbii bir duyğudur və uşağın verdiyi normal bir reaksiyadır. Ancaq uşağın bu vəziyyətə verdiyi reaksiya hər uşaqda fərqlilik göstərər. Uşaqlar arasındakı yaş fərqi nə qədər azdırsa, o qədər qısqanclıq çoxdur. Uşaq özünün hər kəsdən daha yaxşı olduğunu düşünərək ona verilən sevginin daha az olduğunu hesab edir. Yeni doğulan uşaq özündən böyük üçün hər zaman istənilməyən adamdır. Ana və ata maraq və sevgisini bəzən fərqində olmadan yeni doğulan uşağa yönəldir, uşaq isə bu vəziyyətdə fərqli şeylər düşünməyə başlayar. "Atam-anam əvvəl məni daha çox istəyirdi, indi qardaşımı" deyib özündən kiçik uşağa nifrət hissi bəsləyərlər".

Uşaqlar arasında olan qısqanclığı aradan qaldırmaq üçün ikinci uşaq dünyaya gəlməmişdən əvvəl böyük uşağı buna hazırlamaq lazımdır. Birinci uşağın yanında sonradan doğulan uşağa çox qayğı və sevgi göstərilməməlidir: "Uşaqlar dalaşdıqda bir tərəfi günahlandırmayın. Onların mübahisəsi zamanı aralarına girib "sevdiyiniz" uşağın tərəfini saxlamayın. Nə aldınızsa, hər iki uşağa eyni alın. Hər zaman onları bir yerdə sevib əzizləyin, bir yerdə tənbeh edin. Hansını çox istəməyinizdən asılı olmayaraq, uşaqlarınıza eyni davranın".


Geri dön

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 12:31
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

solnuwka_

  • 28 sentyabr 2013 02:07
  • Məqalə: 0
  • Şərh: 138
  • Bal:
{awards}
tewekkurler

Roya_____

  • 25 sentyabr 2013 18:03
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
mende cooooox qısqancamm paylawmıram sevdıklerımı

Banned549678

  • 25 sentyabr 2013 14:21
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Lap menIm yarLi YERIM recourse

-chanel-

  • 25 sentyabr 2013 13:29
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
___ _ ___ _ ___ _ ___Tewekkurler___ _ ___ _ ___ _ ___

PSIXOPATKA

  • 25 sentyabr 2013 12:03
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKKUURRRR

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 25 sentyabr 2013 00:22
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər ürəim=)

--------------------

✵Дорогой✵

  • 24 sentyabr 2013 23:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

Elza Hüseynli

  • 24 sentyabr 2013 22:06
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Maraqli idi tewekkurlerrr

ღLovelyღ

  • 24 sentyabr 2013 21:51
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

мυsLiмαηκα

  • 24 sentyabr 2013 21:26
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Tewekkurler... ツ

ZAC EFRON

  • 24 sentyabr 2013 21:14
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Cox qisqancam sebeb men heyatindayamsa tek olmaliyam)

Banned549678

  • 24 sentyabr 2013 21:10
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
tewekkurler

Roya_____

  • 24 sentyabr 2013 20:45
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler =)

melek_19

  • 24 sentyabr 2013 20:45
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
ilk werh menden tongue ..........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}