AFORIZMLER

 
AFORIZMLER

Aforizm yaxşı redaktə edilmiş romandir.
1. Leonardo da Vinçi
Elm sərkərdə, təcrübə əsgərdir.
Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur.
*******************
2. Onore de Balzak
Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir.
Yaxşı ər heç vaxt axşam birinci yatmır və səhər sonuncu oyanmır.
Kim ki milyonları axtarır, onları nadir hallarda tapır, kim ki, axtarmır, heç zaman tapmır.
İncəsənət dindir, onun öz kahinləri var, amma şəhidləri də olmalıdır.
*******************
3. Pifaqor
Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə.
Səadət dalınca qaçma, o, sənin özündədir.
Böyük vədlər vermədən böyük işlər gör.
Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz.
Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın.
*******************
4. Fransua Rable
Hər şey öz zamanında gəlir - gözləməyi bacarsan.
İnsan əqli yumruqlardan güclüdür.
İştaha yemək vaxtı gəlir.
*******************
5. İbn Sina
Kainatın ruhu həqiqətdir.
Əgər dostum düşmənlərimlə dostluq edirsə, onunla dostluğu davam etdirmək olmaz. Zəhərlə qarışmış qənddən özünü qoru. Ölmüş ilanın üstündə oturmuş milçəkdən özünü qoru.
Kim xoşbəxt olanda onu qiymətləndirmirsə, o, bədbəxtliyə yaxınlaşır.
Zaman keçmir, keçən bizik.
İşsizlik və avaralıq təkcə cəhalət yaratmaqla qalmır, onlar eyni zamanda xəstəlik mənbəyidir.
*******************
6. Sokrat
Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız…
Əfzələddin Xaqani
Cavanlara qocalıq yaraşmadığı kimi,qocalara da cavanlıq yaramaz.
Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun.
*******************
7. T.Fikrət
Zəiflərə mərhəmət göstərmək ədalətli olmaq deməkdir.
*******************
8. Y. V. Tarle
Həqiqətən xeyirxah olmaq üçün, həddən artıq xeyirxahlıqdan bir az artıq xeyirxah olmaq lazımdır.
*******************
9. B. Paskal
Biz həqiqəti təkcə ağlımızla deyil ürəyimizlə də dərk edirik.
*******************
10. Y. Fuçik
Mən həyatı sevmişəm və onun gözəlliyi uğrunda döyüşmüşəm.
*******************
11. Abbasqulu Ağa Bakıxanov
Çox yeməkdən özünü qoru, çünki bədənin sağlamlığına və ağla ziyan vurur.
Sənə tapşırılmayan işi görməyə çalışma, çünki ondan xeyir görməzsən, öz işindən də geri qalarsan.
*******************
12. Dostoyevski
Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür.
Dünyaya qalib çıxmaq istəyirsənsə, əvvəl özünə qalib ol.
Elə dəqiqələr var ki, insanlar bu vaxt cinayət istəyirlər.
Sevgi o qədər qüdrətlidir ki, insanları yenidən doğulmağa məcbur eləyir.
Həyatı onun mənasından artıq sevmək lazımdı.
Tanımadığını sevmək mümkün deyil.
Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin.
Xoşbəxtlik xoşbəxtliyin özündə deyil, onu qazanmaqdadır.
Canlı Allah görmək istəyən onu şüurunun bomboş fəzasında yox, sadə insan sevgisində tapacaq.
*******************
13. Edit Piaf
Xoşbəxtliyin haqqını göz yaşlarıyla vermək lazımdır.
Mən hamı üçün oxumuram, hər kəs üçün oxuyuram.
Mən hər gecə açı 500 dəfə sevgidən ölürəm.
Dinləyicilər istedadlı olan günlər həyat çox gözəl olur.
Artist və publika görüşməməlidir. Pərdə düşən kimi aktyor sehrli çubuğun hərəkətilə ani olaraq yoxa çıxmalıdır.
Sevgi yoxa çıxanda onu ya qızdırmaq, ya da tullamaq lazımdır. Bu, sərin yerdə saxlanılası ərzaq deyil.
Sevgi yanğınından sığortalanmırlar.
Mən sevgidən ölmürəmsə, mən ölməyə bir şey tapmıramsa, bax onda mən can verməyə hazıram.
Həyat ən yaxşı özünü öldürmə alətidir.
Mən istəyirəm ki, mənim «Etiraf»ımı oxuyanlar Mariya Maqdalenaya dedikləri kimi mənə də «ona bağışlanacaq, çünki o sevirdi» deyəcəklər.
*******************
14. Freyd
Ər demək olar ki, həmişə sevimli kişinin əvəzedicisi rolunu oynayır.
Əlinədəki daşı atmaq əvəzinə ilk dəfə söyüş söyən adamı sivilizasiyanın banisi saymaq olar.
Həqiqət sizi azad edə bilər.
Sevgi həya-abır, xəcalət hissindən qurtulmağın ən etibarlı yoludur.
İnsanı xoşbəxt eləmək Yaradanın planlarına daxil olmayıb.
Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa deməli o xəstədir.
*******************
15. Hitler
Nə təxəyyül, təsəvvür, nə də istedad olmayan yerdə internasionalist olmaqdan başqa çarə qalmır.
Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar.
İnsanları daha yaxşı tanıdıqca itləri daha çox sevməyə başlayıram.
İntellegentlər cəmiyyətin tullantısıdır.
Mən sizi vicdan adlanan xülyadan azad edirəm.
Qalibləri sorbu-sual eləmirlər.
Yalan böyük olduqca onu demək asanlaşır.
Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır.
*******************
16. Markiz de Sad
İnsanlar ehtirası məzəmmət eləyir. Onlar unudur ki, fəlsəfə məşəli də işığını ordan götürür.
Əgər Allah hər şeyi yaradıbsa, deməli xeyir və şəri də, insanın qüsurlu təbiətini də o yaradıb.
Qəddarlıq yeganə insan enerjisi növüdür ki, hələ ki, sivilizasiya onu sonacan yoldan çıxara bilməyib. Deməli o, qüsur yox, xeyirxahlıqdır.
Ölümdən sonra heç nə yoxdur. Bu qorxutmur, əksinə sakitləşdirir.
Heç nəyi olmayan adamın hər şeyə sahib olan insana hörmət etməyi məcbur edən qanun ədalətli ola bilməz.
Qadını əldə eləmək istəyirsizsə onun ehtiraslarına müraciət edin, ləyaqətinə yox.
*******************
17. Napoleon
Ağıldan dərrakəyə qədər olan yol hamının düşündüyündən daha uzun olur.
Yoxuşa qalxanda dayanmaq olur, enişdə isə mümkün deyil.
Yalnız həqiqət təhqiredici ola bilir.
Mümkün deyil ifadəsi ağmaqların lüğətindən götürülüb.
Qoşununu yedirmək istəməyən xalq az keçməz ki, yadları yedirməyə məcbur olar.
Süngüylə hər şey eləmək olar, bircə onun üstünə oturmaq olmaz.
*******************
18. Düma
Qadınlar başqalarını asanlıqla diz çökdürən kişiləri daha çox ağlamağa məcbur edə bilirlər.
Heç bir işin olmayanda gözləmək xüsusilə dözülməz olur.
Niyə uşaqlar belə ağıllı, böyüklərsə belə axmaqdı? Ola bilər problem təhsildədir.
Mən orda olmasaydım yəqin ki, çox darıxardım.
Tarix mənimçün mıxa bənzər bir şeydir, mən ora öz romanlarımı asıram. Tarixlə hər bir şey eləmək olar, təki nəticəsində uşaq alınsın.
Nə qədər ağıllı danışsan da uzunçuluq eləyən kimi dediklərin axmaq sözlərlə bitəcək.
Mənə tolazlanan daşları yığmaq zəhmətini çəksəydim onlardan ucaldılan heykəl yazıçı şərəfinə qoyulmuş ən böyük abidə olardı.
İnsan həyatı davam eləməyin bir, həyatı məhv eləməyin isə minlərlə yolunu bilir.
Mən sevgililərimin sayını insanpərvərliyimdən artırıram. O, bircə dənə olsadı heç bir həftə dözməzdi.
Bir birinə heç bənzəməyən əsər yaratmaq mümkün deyil. Allah da insanı yaradanda onu uydurmayıb, öz timsalında yaradıb.
Ailə boyunduruğu o qədər ağırdır ki, onu ikilikdə, yaxşı olardı ki, lap üçlükdə daşıyasan.
*******************
19. Jorj Sand
Kişi həmişə uşaqdı, hətta böyüsə belə əlində hakimiyyət tutmuş uşaqdı.
Bəzən bircə kişinin ağlına təsir edə bilməyən kişilər qadınların ağlını əlindən alıb ona sonsuz dərəcədə təsir göstərə bilirlər.
Həyatda bir sevinc var – sevib sevilmək.
Həyatda bir dənə də kişi tapılmaz ki, qadının təkcə ruhu və mahiyyətiylə uzun müddət kifayətlənə bilsin.
Evlilik evlənənə qədər çox gözəl olur.
Sevgisiz evlənmə ömürlük katorqadır.
Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram.
Fikirlərinin yaşını heç kimə açma.
Səni unudanların çiçəkləri məzar üzərində daha yaxşı bitir.
Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi.
Qoy başqaları bir-birinə təmbəllikdən öyrəşsin, etinasızlıqdan bağışlasın.
Mən başqalarının bağbanlıqla məşğul olduğu kimi ədəbiyyatla məşğulam.
həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik.
Həyat çox vaxt romana bənzəyir, nəinki bizim romanlar həyata.
Sevgi haqqında ağıllı sözlər deyən kişi vurulmayıb.
Hər şeyi bilmək lazım deyil, hər şeyi anlamaq kifayət edər.
Şüur heç vaxt ağlamır, bu onun işi deyil. Ürəksə heç vaxt düşünmür, o bizə bununçün verilməyib.
*******************
20. Əmir Teymur

Göydə tək olan Allah kimi, yerin də hakimi tək olmalıdır!
Yer üzünün məskunlaşmış əraziləri iki padşah arasında bölünməyə layiq deyil.


Geri dön

only-girl

  • 6 aprel 2011 21:04
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Tesekkurler.

--------------------

lider

  • 3 mart 2011 20:59
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

YazYamuru

  • 17 yanvar 2011 03:24
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Mən həyatı sevmişəm və onun gözəlliyi uğrunda döyüşmüşəm.

ORDA DÖYÜŞMƏMİŞƏM OLSEYDİ MƏNƏ AİD İDİ feel

--------------------



L_SimuS

  • 17 yanvar 2011 01:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TEWEKKURLER EZIYYETE GORE

,,kepenek,,

  • 17 yanvar 2011 00:47
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
eziyyete gore tesekkur

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

Made_In_Bakinka

  • 17 yanvar 2011 00:20
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkurler cox maraqli idi

R_O_M_A

  • 17 yanvar 2011 00:06
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
7. T.Fikrət
Zəiflərə mərhəmət göstərmək ədalətli olmaq deməkdir.
*******************


GOZEL SOZLERDIR TEW

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 47
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}