Niyyət əsas olarsa

 
Niyyət əsas olarsa

İslam ona tabe olanların həm dünya, həm də axirət səadətini təminat altına alan möhtəşəm bir təlim, İlahi dindir. Niyyət əsas olmaqla İslama xidmət amalına könül vermiş hər insan fərdi, ailəvi, ictimai həyatının hər anını ibadətə çevirə biləcəyi kimi, iş həyatını bu xidmət istiqamətində tənzimlədiyi təqdirdə ömrünü də tamamilə ibadətə çevirə bilər.

Müsəlmanlar dünyanın hər yerində və hər zaman həm zəngin, həm də hakim güc olmalıdırlar. Çünki müasir dövrdə iqtisadi və elmi baxımdan bir üstünlük əldə etmədən müsəlmanların dünya ilə hesablaşmaları mümkün deyil.

Allah (c.c.) Qurani-Kərimdə: “…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa, 4/141) deyə ifadə edir. Yəni kafirlərin möminlər üzərində hakimiyyət qurmalarına razı olmadığını üstün bir üslubla xatırladır. Buna əsaslanaraq, möminin istər fərd, istər camaat olaraq kafirlərin müvazinətlərinə tabe olmasının bir məsuliyyət olduğu deyilə bilər.

Məsələn, dünyadakı iqtisadiyyatın gedişatını həmişə başqaları təyin edir və biz yerimizdə sayırıqsa.. və bu kasıblıq və zillətdən xilas olma cəhdi, səyi yoxdursa, deməli, biz davamlı günah işləyirik. Çünki təfsirçilərə görə, Allah (c.c.) burada zahirən tarixi bir gerçəkdən xəbər verir. Bununla yanaşı, tarixdə möminlərin dəfələrlə kafirlərin əmrinə tabe olaraq, əsarət həyatı yaşadıqları da bir həqiqətdir. Elə isə, onların bu halı Quranın xəbər verdiyi həqiqətə ziddir. Halbuki, Quran həmişə doğru söyləyir və həqiqəti xəbər verir. Beləliklə də ayədəki ifadə bir həqiqəti xəbər verən cümlə deyil, bir hədəf, bir məqsəd təyin etmə, yəni bir inşa cümləsidir. Bu baxımdan möminin hər sahədə onu yüksəldən güc qaynaqlarından istifadə etməsi və zirvəyə sıçraması şərtdir. Ustad Bədiüzzamanın təsbitləri ilə desək, dünyada hər şey elmə bağlıdır. Bu yaxınlarda bunu futurist Toffler də söyləmişdi. Bu baxımdan, cəhalətə qarşı elm gücünü əldə edə bilməyən bir cəmiyyət yaşadığı dövrə və texniki inkişaflara məğlub olacağı kimi, ittifaq qurub təfriqəyə qarşı mübarizə aparmayan bir cəmiyyət də öz müasirlərinə məğlub olacaqdır. Bəli, bu dünya Avropa Birliyi və Gömrük Birliyi kimi birlikləri təsis edərkən, əgər öz içindəki çəkişmə və çaxnaşmaları məğlub edə bilməsə, düşmən birliklər qarşısında uzun müddət tab gətirə bilməyəcək, məğlubiyyəti qəbul etmək məcburiyyətində qalacaqdır.

Digər tərəfdən, kasıblıq və zərurətə qarşı zənginlik yollarını araşdırmayan bir millət, gec-tez başqalarının əsarəti altına düşməyə məhkumdur. Belə bir məhkumiyyətə düşmüş müsəlman bir millət kafirlərin hökmü altına girdiyi üçün Allah qatında da məsul və günahkar sayılır. Buna görə, müsəlmanlar hər zaman İslam dininin prinsiplərinə bağlı olmaqla yanaşı, şəriəti-fitriyənin qanunlarına (insan fitrətində olan və Allah-Təalanın ona vermiş olduğu qanunlar) da riayət etməlidir. Çünki şəriəti-fitriyəyə riayət etmək sədd-i zerai (ortaya çıxa biləcək mənfi halların qarşısını almaq) baxımından, -fiqhə aid bir qanundur,- vacib hökmündədir.

Bu təməl düşüncəyə əsasən, hər mömin -qanuni (halal) dairədə olmaq şərtilə- mütləq bir yol tapıb zəngin olmalıdır. Lazım olanda sərmayələr birləşdirilməli, ölkədaxili, ölkəxarici investisiyanın etibarlı və rəqabətli növlərinə mütləq sərmayə qoyulmalıdır. Müsbət və dini elmlərlə yetişmiş insanlar vasitəsilə gələcəyi qucaqlamaq və zamanı hər yönü ilə bizim lehimizə çevirmək üçün iqtisadiyyatın bu təsir gücü unudulmamalı və hal-hazırda iqtisadi güc ona sahib olan əllərdən mütləq alınmalıdır. Allah (c.c.) Qurani-Kərimdə yer üzünün saleh insanlara miras qoyulduğunu xəbər verir
(Ənbiya, 21/105).

Elə isə, möminlər öz bilgisizlikləri və prinsipial iş görməmə səbəbi ilə başqalarına qapdırdıqları yerlərini geri almaq məcburiyyətindədirlər. Bu baxımdan, möminlərin ölkədaxili və ölkəxarici sərvət qazanma yollarını kəşf edib zəngin olmaları şərtdir. Çünki bütün varlığı ilə Haqqa xidmətə bağlanmış bu insanların ticarət etmələri, pul itirmə qorxuları, -niyyətlərinə görə,- düşmən qarşısında keşik çəkmənin qorxusu kimi savab qazanma vəsiləsi ola bilər. Çünki xeyir yolunda bəzən şər kimi görünən işlər belə xeyir ola bilər.

Məsələn, möminin namazını rahat qılmaq üçün bədəndən artıqları çölə atması.. təharətdən çıxanda da “Sübhanəkə” və ya “Ğufranək” deməsi.. dəstəmazını yaxşı alması və azanı diqqətlə dinləyib diqqətini namaza toplaması.. bəli, bunların hər biri bir ibadətdir. Çünki fuqəhaya (fiqh, yəni şəriət alimləri) görə, xeyir yolunda və o xeyirə səbəb olan hər qanuni səbəb bir ibadətdir. Elə isə bu ölkənin iqtisadiyyat və təhsil baxımından inkişaf etdirilməsi, birlik və bərabərliyimizin təmin edilməsi, müsəlmanların dövlətlər müvazinətində o əhəmiyyətli yerlərini əldə etmələri mülahizəsi ilə göstərilən hər cür təşəbbüs bir ibadət hökmündədir.

Burada xatırladılmalı olan başqa bir məsələ də peşə qurumlarının ciddi şəkildə təşkilatlanaraq bir-biriləri arasında həmrəylik qurmalarıdır. Bəli, hər bir peşənin mütəxəssisləri öz aralarında birləşməli, mütəşəkkil işə girməli və Allahın izni ilə, məğlub edilməz bir güc halına gəlməlidir. Hərçənd ki, bizim heç kimlə rəqabət aparmaq kimi bir niyyətimiz yoxdur. Lakin bir-birini sevən və özünün qazandığı qədər qardaşının da qazanmasını arzu edən, eyni düşüncəyə sahib insanların bir araya gəlməsi çox əhəmiyyətlidir.. və təbii ki, belə bir birlik başqa cür və başqa niyyətlərlə bir araya gəlmələrdən də çox fərqlidir. Belə bir fərqliliyi ortaya qoya bilmək üçün də bu cür təşəbbüslərə ehtiyac vardır. Məsələn, Yaponiyada olduğu kimi, ölkəmizdə də gənc, yetkin və yaşlı iş adamları bir araya gələ bilər, konfrans və seminarlar tərtib edib işləri ilə əlaqəli məsələləri dərindən müzakirə edə bilərlər. Bu müzakirələr nəticəsində ölkə daxilində və xaricdə həyata keçirəcəkləri bütün iqtisadi təşəbbüslərdə bir-birilərinə dəstək ola bilər və fərdi təşəbbüslərin yerinə kollektiv şüuru hakim edərək onun rəhbərliyi ilə zirvələrə yüksələ bilərlər.

Niyyət əsas olarsa


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 12:58
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
Təşəkkürlər

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:45
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 14 oktyabr 2013 10:33
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah (c.c.) Qurani-Kərimdə: “…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa, 4/141) deyə ifadə edir. Yəni kafirlərin möminlər üzərində hakimiyyət qurmalarına razı olmadığını üstün bir üslubla xatırladır. Buna əsaslanaraq, möminin istər fərd, istər camaat olaraq kafirlərin müvazinətlərinə tabe olmasının bir məsuliyyət olduğu deyilə bilər.

۞(S)pea(R)۞

  • 9 oktyabr 2013 11:33
  • Məqalə: 73
  • Şərh: 2068
  • Bal:
{awards}
Tesekkurler...

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 17:07
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Allah (c.c.) Qurani-Kərimdə: “…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!” (Nisa, 4/141) deyə ifadə edir. Yəni kafirlərin möminlər üzərində hakimiyyət qurmalarına razı olmadığını üstün bir üslubla xatırladır. Buna əsaslanaraq, möminin istər fərd, istər camaat olaraq kafirlərin müvazinətlərinə tabe olmasının bir məsuliyyət olduğu deyilə bilər.

--------------------

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:58
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Banned549678

  • 26 sentyabr 2013 16:44
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Meqaleye Gore Cox SaGolUn^^

nuray sirinova

  • 26 sentyabr 2013 16:41
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
şərhlərə görə təşəkkürlər=))

melek_19

  • 26 sentyabr 2013 01:23
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elza Hüseynli

  • 25 sentyabr 2013 23:49
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 25 sentyabr 2013 23:27
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Fatime_19

  • 25 sentyabr 2013 23:00
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
tesekkurler

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

:..GIZEMLI..:

  • 25 sentyabr 2013 22:30
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Cox gozel meqaledir Tesekkur edirem

ღNəmLi kiprikღ

  • 25 sentyabr 2013 21:57
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler...........

Aydan95

  • 25 sentyabr 2013 21:56
  • Məqalə: 39
  • Şərh: 2833
  • Bal:
{awards}
tewekkurler xebere gore

milana-023

  • 25 sentyabr 2013 21:28
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
ALLAH bizleri emeli saleh bendelerden etsin insALLAH.AMIN

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

Banned549678

  • 25 sentyabr 2013 20:50
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun Cox SaGolun^^

мυsLiмαηκα

  • 25 sentyabr 2013 20:49
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

MenimleSen

  • 25 sentyabr 2013 20:45
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
beyendim LIke like mis likeee wink

--------------------

Roya_____

  • 25 sentyabr 2013 20:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

..::Nice Lady::..

  • 25 sentyabr 2013 20:39
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 16
Cəmi: 26

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}