Qəlbdə iman yaradan səbəblər

 
Qəlbdə iman yaradan səbəblər

1.Keçmiş günahlara tövbə.
2.Allaha ibadət etmək.
3.Əməldə ixlaslı olmaq.
4.Əhli beytə təvəssül etmək.
1. Tövbə
Qəlbdə iman yaradan amillərin birincisi keçmiş günahlardan tövbə edib, bir daha həmin günahlara qayıtmamaqdan ibarətdir. Çünki imanla günah bir qəlbdə heç vaxt qərar tutmaz. Günah iş görən və haram yeyən insanın qəlbində Allaha iman və inam olmaz. Tövbə əsl mənada üzr istəməyə deyilir. Lakin üzr istəməyin də üç yolu vardır. Yəni insan pis bir iş gördükdə üç cür üzr istəyə bilər.
Birincisi budur ki, insan pis iş gördükdən sonra etdiyi əməli boynuna almasın və desin ki, bu işi mən görməmişəm. Bir sözlə desək, yalan danışsın.
Üzr istəməyin ikinci yolu budur ki, insan pis iş gördükdən sonra etdiyi günaha bəhanə gətirərək özünü təmizə çıxarmaq istəyir. Məsələn, günah bir işi gördükdən sonra deyir ki, dostum bunu mənə təklif etdi, mən də o günahı elədim. Bu kimi misallar çoxdur. Bir sözlə desək, etdiyi günahların üstünü min cür bəhanə ilə ört-basdır edir.
Üzr istəməyin üçüncü mərhələsi budur ki, insan etdiyi günahı boynuna almaqla yanaşı peşman olub, bağışlanmasını istəsin. Yəni qəflət üzündən bir günah iş gördükdə üzünü Allaha tutub desin ki, İlahi, məni bağışla, şeytan məni yoldan çıxartdı.
Üzr istəməyin birinci və ikinci mərhələsi və yolu insanın öz-özünü aldatması və dünyasını düzəldib aqibətini pis günə qoymaqdır. Lakin üzr istəməyin üçüncü yolu isə tövbə adlanır və bizim əsas söhbətimiz də bu barədədir.
Alimlərin dediklərinə əsasən tövbənin tərifi belədir:
التَّوْبَةُ وَ هِيَ الرُّجُوعُ مِنَ الذُّنُوبِ القَوْلِيّ وَ الْفِعْلِيّ وَ الْفِكْرِيّ
“Tövbə-dildə, əməldə və fikirdə olan günahlardan qayıtmağa deyilir.”
Tövbənin ikinci tərifi belədir:
وَ هِيَ تَنْزِيهِ الْقَلْبِ عَنِ الذُّنّوبِ وَ الرُّجُّوعُ مِنَ الْبُعْدِ إِلَى الْقَرْبِ
“Tövbə qəlbi günahlardan təmizləmək və Allahdan uzaq düşənləri Ona yaxınlaşdırmaq deməkdir.”
Ayətullah Nəraqi tövbəni belə tərif edir:
وَ هِيَ تَرْكُ الْمَعاصِي فِى الْحَالِ وَالْعَزْمِ عَلَى تَرْكِهَا فِى الْإِسْتِقْبَالِ وَ تَدارُكُ مَاسَبَقَ مِنَ التَّقْسِيْرِ

“Tövbə - olduğu halda günahı tərk etmək, gələcəkdə bir daha günah etməyəcəyinə söz vermək və keçmişdə etdiyi günahları cübran etməyə (qılmadığı namazları qılmağa, tutmadığı orucları tutmağa və s.) deyilir.”
İnsan gərək tövbəni təxirə, bu gün sabaha salmasın və bacardığı qədər günahlardan tövbə edib tez qayıtsın. Çünki özlərini günaha bələmiş və günah dəryasında qərq olan insanların yeganə nicat yolu tövbə gəmisidir. Əgər bir şəxs günahdan qayıtmasa və tövbə etməsə, özünə zülm etmişdir. Allah-təala tövbə etməyənləri Hucurat surəsində zalım adlandırmışdır.
وَمَنْ لَمْ يَتُبْ فَأُوْلَئِكَ هُمُ الظَّالِمُونَ
“Məhz tövbə etməyənlər zalimlərdir! (Özlərinə zülm edənlərdir!)”
Həzrət Peyğəmbər(s) İbn Məsuda buyurdu:
يَابْنَ مَسْعُود لا تُقَدِّم الذَّنْبَ وَ لا تُؤَخّْر التُّوبَةَ
“Ey İbn Məsud! Günahı qabağa salıb, tövbəni təxirə salma.”
قَالَ الصَّادِقُ(ع): إِنْ فَارَقْتَ سَيِّئَةَ فَعَجِّل مَحْوَهَا بِالتُّوْبَةِ
İmam Sadiq(ə) buyurur: “Günaha düşdüyün zaman, onu tövbə ilə məhv etməyə tələs”

Buna görə də insan gərək günahlardan tezliklə tövbə etsin
قَالَ عَلِىٌّ(ع): عاص يقر بذنبه, خير من عامل يفتخر بعمله
İmam Əli(ə) buyurur: “Günahını boynuna alıb, tövbə edən günahkar şəxs öz ibadəti ilə fəxr edən şəxsdən yaxşıdır.”

قَالَ الْبَاقِرُ(ع): ما أراد الله من الناس الا خصلتين: ان يقرا له بالنعم فيزيدهم, و بالذنوب فيغفرها لهم
İmam Baqir(ə) buyurur: “Allah insanlardan iki xüsusiyyət və xisləti istəmişdir:
Birincisi budur ki, Allah istəyir ki, insanlar Onun verdiyi nemətlər qarşısında şükr etsinlər, O da onları bağışlasın. İkincisi də budur ki, Allah istəyir ki, insanlar etdiyi günahlarına iqrar edib tövbə etsinlər, O da onları bağışlasın.”
Buna əsasən də tövbə edən şəxs günahlardan nicat tapmış olur. İnsanın günahı çox da olsa belə təmiz niyyətlə tövbə edərsə Allah onun tövbəsini qəbul edər. Lakin əgər bir şəxsin boynunda camaatın haqqı olarsa gərək birinci camaatın haqqını ödəsin, sonra tövbə etsin. Çünki həqqun-nasa riayət etməyən şəxsin tövbəsi qəbul olmur.
Üsuli-Kafi kitabında belə bir rəvayət olmuşdur ki, Nəxə vilayətindən bir nəfər İmam Baqir(ə)-ın hüzuruna gəlib dedi: Mən Həccac ibn Yusifin zamanından bu günə qədər onlar üçün işləmişəm. İndi mən tövbə etsəm qəbul olarmı? İmam bir söz danışmadı və sükut etdi. Həmin şəxs bir də imamdan soruşdu: Mən tövbə etsəm tövbəm qəbul olarmı? İmam Baqir(ə) buyurdu: Xeyr. Sənin boynunda hər kimin haqqı varsa və hər kimin malını qəsb etmisənsə gərək onların haqqını ödəyəsən. Sənin tövbən haqqı haqq sahibinə ödədikdən sonra qəbul olar.
Burada qeyd etmək lazımdır ki, tövbə iki cür olur. Biri həqqullah, yəni, Allahın qayda-qanunundan kənara çıxan şəxsin peşman olub tövbə etməsinə deyilir. İkincisi isə həqqün-nas adlanır. Həqqünnas odur ki, camaatın malını qəsb edən bir şəxs peşman olub camaata qəsb etdiyi mallarını verir və etdiyi bu günahlara görə də tövbə edir.
Əli ibn Əbi Həmzə deyir: Mənim bir dostum var idi. o bəni Üməyyənin işçilərindən idi. Bir gün İmam Sadiqin(ə) hüzuruna gəlib dedi: Ey Peyğəmbər nəvəsi, mən bəni Üməyyənin qapısında işləmişəm. Bu yolla çoxlu mal dövlət qazanmışam. Mənim üçün bir nicat və tövbə yolu varmı? İmam Sadiq(ə) buyurdu: Desəm əməl edəcəksənmi? Dedim: Bəli. İmam buyurdu: Sən hər kimin malını qəsb etmisənsə, gərək hamısını qaytarasan. Əgər tanıdığın adamların malını qəsb etmisənsə oparıb onların malını özlərinə qaytar. Yox əgər mallarını qəsb etdiyin adamları, tanımırsansa, onda apar onların adından sədəqə ver. Əgər belə etsən mən sənə Allah yanında Cənnətə getməyinə zamin duraram.”
Bu hədis və rəvayətlərdən belə məlum olur ki, insanı günahdan təmizləyən yeganə əməl tövbədir. Allah-təala Təhrim surəsinin 8-ci ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا
“Ey iman gətirənlər! Allaha səmimi qəlbdən nəsuh tövbəsi edin.”
Nəsuh tövbəsi odur ki, insan etdiyi günahdan peşman olub əl çəksin və bir daha həmin günaha qayıtmasın.

İmam Kazim(ə) buyurur: “Nəsuh tövbəsi odur ki, insan etdiyi günaha tövöbə edib bir daha həmin günaha tərəf qayıtmasın.”[76]

İmam Sadiq(ə) buyurur: “Nəsuh tövbəsi odur ki, insan bir günaha tövbə etdikdən sonra bir daha həmin günaha qayıtmamasına söz versin.”

İmam Sadiqdən(ə) nəsuh tövbəsi nədir soruşduqda – İmam misal çəkərək belə cavab verdi: “Nəsuh tövbəsi odur ki, heyvanın döşündən sağılan südün bir daha geri qayıtmsı mümkün olmadığı kimi, eləcə də insan günahdan əl çəkdikdən sonra bir daha həmin günaha qayıtmasın.”
Əhməd ibn Hilal deyir: İmam Riza(ə)-dan nəsuh tövbəsinin nə olduğunu soruşdum.
İmam Riza(ə) belə cavab yazdı: “Nəsuh tövbəsi odur ki, insan onu etdikdən sonra daxili zahirindən gözəl olsun.”
Bu bəhsimizin nəticəsində qeyd etmək lazımdır ki, Allaha qəlbən imanlı olmağın birinci səbəbi günahlara tövbə etməkdir.


Geri dön

ღ★Yağmur★ღ

  • 14 oktyabr 2013 14:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Təşəkkürlər

۞(S)pea(R)۞

  • 8 oktyabr 2013 21:37
  • Məqalə: 73
  • Şərh: 2055
  • Bal:
{awards}
χєвєяє gσяє тєѕєккυяLєя

--------------------
1 milyon abune ^_^

winxclub_bloom

  • 6 oktyabr 2013 16:56
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
1.Keçmiş günahlara tövbə.
2.Allaha ibadət etmək.
3.Əməldə ixlaslı olmaq.
4.Əhli beytə təvəssül etmək.

1.Keçmiş günahlara tövbə.
2.Allaha ibadət etmək.
3.Əməldə ixlaslı olmaq.
4.Əhli beytə təvəssül etmək.

--------------------

ღ★Yağmur★ღ

  • 2 oktyabr 2013 14:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✵Дорогой✵

  • 2 oktyabr 2013 09:08
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 1 oktyabr 2013 17:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razı olsun

biladnoy qiz

  • 30 sentyabr 2013 01:41
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
tewekur ..................

PSIXOPATKA

  • 27 sentyabr 2013 18:55
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
COOOOOOX SAGOLUN ALLAH RAZI OLSUN

--------------------

Banned456

  • 27 sentyabr 2013 16:05
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

solnuwka_

  • 27 sentyabr 2013 04:06
  • Məqalə: 0
  • Şərh: 134
  • Bal:
{awards}
Allah razi olsun

:..GIZEMLI..:

  • 26 sentyabr 2013 23:09
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
Cox Sagolun.....

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 sentyabr 2013 22:03
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

melek_19

  • 26 sentyabr 2013 22:02
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღ★Yağmur★ღ

  • 26 sentyabr 2013 21:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razı olsun

Roya_____

  • 26 sentyabr 2013 20:42
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah Razı olsun canımm

мυsLiмαηκα

  • 26 sentyabr 2013 20:39
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
ilk Werh menden...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 52

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}